Qızıltəpə (İmişli)
Qızıltəpə— İmişli rayonunun Qızılkənd inzibati ərazi vahidində yerləşən hündür təpə. Bu abidə 2018,2019 və 2020-ci illərdə tarixçi Arxeoloq Mikayıl Mustafayevin rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar nəticəsində tədqiq olunmuş və bir sıra qiymətli maddi qalıqlar aşkar edilib. Qızıltəpədə aparılan arxeoloji qazıntılar nəticəsində Xll əsrə aid Eldənizlər dövlətinin pulları, Ox ucluqları ,800 ilə aid qalanın divarı, yaşı 800 ildən artıq olan təndir və çoxlu saxsı (keramika) qabların nümunələri tapılıb.
İmişlidə yerləşən Qızıltəpə adlı yaşayış məskənində növbəti arxeoloji qazıntı işlərinə başlanılıb. Ərazidə orta əsrə aid gözətçi qalasının izləri üzə çıxıb. Ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Mustafayev Mikayıl bildirib ki, Qızıltəpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir: "Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub və bu kimi təpələr həmin dövrlər üçün əlverişli yüksəkliklər hesab edilib. Çünki bu qalalar üzərində inşa edilən gözətçi məntəqələri hücumların qarşısının alınmasında əhəmiyyətli rol oynayıb. Monqol yürüşləri zamanı bu ərazilər dağıntıya məruz qalsa da, Əmir Teymurun səfəri zamanı yenidən bərpa işləri aparılıb. Hazırda yerləşdiyimiz yer Qızıltəpə ərazisidir və ən böyük abidələrdən biridir. Bura artıq təpə yox, möhtəşəm qəsr hesab edilir.