qığılcım sözü azərbaycan dilində

qığılcım

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qığılcım • 87.5000%
  • Qığılcım • 12.0690%
  • QIĞILCIM • 0.4310%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qığılcım
Qığılcım — elektrik boşalmaları zamanı müəyyən istiqamətdə yüksək dərəcədə isinmiş və sıxlaşmış havadır və kifayət qədər yüksək elektrik sahəsində tez-tez qaz qarışıqları vasitəsilə ionlaşmış, elektrik keçirici bir kanal yaratdıqda meydana gəlir. Maykl Faradey bu fenomeni "ümumi elektrik enerjisinin axıdılmasına qatılan gözəl işıq parlaması" kimi izah etmişdi. Szikrakisülés (1)...(4) Electric spark (1)...(4). Videos on the portal FizKapu (mac.).
Mavi Qığılcım
Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur. == Tarixi == Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi. Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu.
Ağ-qırmızı Qığılcımlar
Ağ-qırmızı Qığılcımlar (pol. Biało-Czerwone Iskry) Polşa Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. 1969-cu ildə qurulmuşdur. Uçuşlar üçün PZL TS-11 Iskra təyyarələri istifadə olunurdu. 2022-ci ildə komanda son aviauçuşunu həyata keçirdi.
Həyat qığılcımı
Həyat qığılcımı (alm. Der Funke Leben) — Erix Mariya Remarkın 1952-ci ildə nəşr edilmiş romanı. Əsər Remarkın 1943-cü ildə nasistlər tərəfindən başı kəsilmiş bacısı Elfridə həsr edilmişdir. Hadisələr uyğurulmuş Mellern şəhərində yerləşən konslagerdə baş verir. Həqiqətdə belə bir düşərgə olmamışdır, lakin onun təsviri zamanı Remark Buhenvalda dair məlumatlardan istidafə etmişdir. Mellern şəhərini isə özünün doğma şəhəri olan Osnabrük kimi təsvir etmişdir. Remark özü heç vaxt konslagerdə olmamışdır. Lakin romanda rəsmi hesablardan və şahidlərin ifadələrindən istifadə etmişdir. Əsərin konsepsiyası 1944-cü ildən hazır olsa da, o, işlərə 1946-cı ildə — bacısının cəzalandırılmasına dair məlumat əldə etdikdən sonra başlamışdır. Beş illik fəaliyyətindən sonra Remark başa düşür ki, o, bu mövzular üzrə həmin dövr üçün Almaniyada qüvvədən olan prinsipləri pozmuşdur.

qığılcım sözünün leksik mənası və izahı

  • 1 is. 1. Yanar, yaxud qızarmış bir şeydən sıçrayan od zərrələri; çırtdaq, cılğam, çınqı. O ki qaldı “qığılcım” kəlməsinə, azərbaycanca qığılcım ən kiçik od şərarələrinə deyilir. M.F.Axundzadə. Yoğun elektrik kabelinin mis qabığında, çeçələ barmağının ucu enində bir yer sürtülüb açılmış və iki xətt bir-birinə toxunub qığılcım vermiş, bundan da havaya hopan qaz od tutmuşdu. M.Hüseyn. // Parlaq, işıldayan zərrə; parıltı, bərq. Almazın qığılcımları. Brilyant qığılcım saçır. 2. məc. Bir şeyin çox qüvvətli təzahürü, əlaməti, nişanəsi, işartısı mənasında. [Kərim babanın] … qalın iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq: – Qızılquş, balasını bu səslə çağırır, – dedi. A.Şaiq. Bu şeirlər Sabir satirasının zəif bir qığılcımını andırsa da, orijinal xüsusiyyətə malik idi. M.İbrahimov. Lakin bu ümid qığılcımı bir an parlayıb yenə də söndü. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / qığılcım

qığılcım sözünün etimologiyası

  • 1 Bəzi türk dillərində bu sözün əvəzinə, uçqun işlədilir və uçmaq feili zəminində yaranıb. Qığılcım bizdə qaxılcım, qıyılcım kimi olub (bəlkə də, çaxılcım olub). Qaxmaq, çaxmaq (vurmaq) sözü zəminində yaranıb. İkinci və daha etibarlı yozum belədir: söz köyqılcım kəlməsinin dəyişmiş formasıdır, göy “od” deməkdir, qığılcım da “od” anlamı ilə bağlıdır. Qov (çaxmaq daşında od alan hissə) sözü də bununla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qığılcım

qığılcım sözünün sinonimləri (yaxın mənalı sözlər)

qığılcım sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. искра: 1. мельчайшая частица горящего вещества. физ. Elektrik qığılcımları электрические искры, induksiya qığılcımı индукционная искра 2. перен. слабый признак, проблеск, отдельные проявления чего-л. Ümid qığılcımı искра надежды II прил. тех. искровой. Qığılcım boşalması искровой разряд, qığılcım generatoru искровой генератор, qığılcım mikrometri искровой микрометр, qığılcım parıltısı искровой блеск ◊ gözlərindən qığılcım töküldü искры из глаз посыпались

    Azərbaycanca-rusca lüğət / qığılcım

qığılcım sözünün inglis dilinə tərcüməsi

  • 1 i. spark; ~ saçmaq / vermək to spark, to sparkle; həyat ~ı the vital spark, the spark of the life; həyatın son ~ı the last spark of life: ◊ Qığılcımdan alov doğar The spark will kindle a flame; Gözlərimdən qığılcım yağdı / töküldü I saw stars

    Azərbaycanca-ingiliscə lüğət / qığılcım

qığılcım sözünün fransız dilinə tərcüməsi

qığılcım sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. цӀверекӀ, цӀерекӀв, цӀелхем (цӀукай ва мс. хкадар жедай); 2. цӀарцӀар (нур, экв) гудай зерре; цӀарапӀ, нур (мес. алмаздин, бриллиантдин ва мс.); 3. пер. ялав, цӀай; гужлу лишан (мес. хвешивилин, умуддин).

    Azərbaycanca-ləzgicə lüğəti / qığılcım

qığılcım sözünün türk dilinə tərcüməsi

"qığılcım" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qığılcım nədir? #qığılcım sözünün mənası #qığılcım nə deməkdir? #qığılcım sözünün izahı #qığılcım sözünün yazılışı #qığılcım necə yazılır? #qığılcım sözünün düzgün yazılışı #qığılcım leksik mənası #qığılcım sözünün sinonimi #qığılcım sözünün yaxın mənalı sözlər #qığılcım sözünün əks mənası #qığılcım sözünün etimologiyası #qığılcım sözünün orfoqrafiyası #qığılcım rusca #qığılcım inglisça #qığılcım fransızca #qığılcım sözünün istifadəsi #sözlük