qəbiristanlığın sözü azərbaycan dilində

qəbiristanlığın

Yazılış

  • qəbiristanlığın • 86.0317%
  • Qəbiristanlığın • 12.6984%
  • qəbiristanlığIn • 0.6349%
  • qəbirİstanlığın • 0.6349%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr hal-hazırda orada mövcud olan, yaxud vaxtilə orada mövcud olmuş yazılı başdaşılardan, yazılı başdaşı qəlpələrindən və bir yazılı qəbirüstü abidədən ibarətdir. Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15-20-yə qədər yazılı başdaşı olmuşdur. Hal-hazırda orada cəmi 10 yazılı başdaşı və bir yazılı qəbirüstü abidə var. Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində, bir neçə başdaşı haqqında isə 1984-cü və 2001-ci ildə çap olunmuş kitablarında məlumat vermişdir. Bir başdaşı hissəsi üzərindəki kitabəni 2009-cu ildə Aydın Məmmədov oxumuş və həmin başdaşının İsmayıl xanın qızı Saadət bəyimə aid olduğunu ilk dəfə müəyyənləşdirmişdir. 2018-ci ilin sonlarında isə AMEA Şəki Regional Elmi Mərkəzi qəbristanlıqdakı epiqrafik abidələrin kompleks tədqiqinə başlayıb. Qəbiristanlıqda Şəki xanlarından cəmi birinin — Fətəli xanın, qəbrinin üzərində başdaşı var. Onun 1831-ci ildə Həştərxanda dünyasını dəyişmiş qardaşı Məhəmmədhəsən xanın da bu qəbiristanlıqda torpağa tapşırılması, atası Məhəmmədhüseyn xanın isə Xan məscidinin mehrabı içində dəfn edilməsi məlum olsa da başdaşıları aşkar edilməmişdir. Heç bir şübhə yoxdur ki, gəncəli Cavad xanın arvadının da qəbri buradadır; mənbədə göstərilir ki, Cavad xan ruslarla döyüşdə öldürüldükdən sonra onun arvadı Nuxaya qayıtmış (Məhəmmədhəsən xanın bacısı idi) və 1830-cu ildə burada dünyasını dəyişmişdir. 2022-ci ildə aparılmış "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun apardığı elmi tədqiqat işlərinin nəticəsində məlum olmuşdur ki, Şəki Tarix-Diyarşünaslıq muzeyinin topladığı və fondunda saxlanılan və dövlət mühafizəsinə götürülmüş dekorativ-tətbiqi sənət nümunəsi olan baş daşlarından bəziləri Şəki Xan qəbirstanlığında vaxtı ilə mövcud olmuş qəbirüstü abidələrdir.

Oxşar sözlər

#qəbiristanlığın nədir? #qəbiristanlığın sözünün mənası #qəbiristanlığın nə deməkdir? #qəbiristanlığın sözünün izahı #qəbiristanlığın sözünün yazılışı #qəbiristanlığın necə yazılır? #qəbiristanlığın sözünün düzgün yazılışı #qəbiristanlığın leksik mənası #qəbiristanlığın sözünün sinonimi #qəbiristanlığın sözünün yaxın mənalı sözlər #qəbiristanlığın sözünün əks mənası #qəbiristanlığın sözünün etimologiyası #qəbiristanlığın sözünün orfoqrafiyası #qəbiristanlığın rusca #qəbiristanlığın inglisça #qəbiristanlığın fransızca #qəbiristanlığın sözünün istifadəsi #sözlük