qəbiristanı sözü azərbaycan dilində

qəbiristanı

Yazılış

  • qəbiristanı • 91.3043%
  • Qəbiristanı • 4.3478%
  • QƏBİRİSTANI • 4.3478%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Coni qəbiristanı
Coni qəbiristanı Azərbaycan Respublikası Lerik rayonunun Coni kəndi yaxınlığında Son Tunc dövrünə aid (e.ə. II minilliyin II yarısı) aid arxeoloji abidə. İlk dəfə 1890-cı ildə fransız arxeoloqu Jak de Morqan tətqiq etmişdir. Daş qutu qəbirlərdən ibarətdir. Qəbirlərdən çaxmaqdaşından düzəldilmiş ox ucluqları, tunc qılınc, xəncər, nizə ucluqları, bəzək əşyaları və s. tapılmışdır. Talış-Muğan mədəniyyətinin səciyyəvi abidəsidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014. səh.383.
Gəmiqaya qəbiristanı
Gəmiqaya qəbiristanı — Ordubad rayonunda Qapıcıq dağının (Kiçik Qafqaz) cənub-qərb ətəyində, Qaranquş yaylağında (Tunc dövrünə aid qayaüstü rəsmlərlə zəngin ərazi) orta əsrlərə aid arxeoloji abidə. Qəbiristanda qəbirüstü və dik daşlar var. Bəzi qəbirlərin üstü kurqanları xatırladan müxtəlif daşlarla örtülmüşdür. Qəbirüstü daşlarda kitabə yoxdur. Gəmiqaya qəbir abidələri sahəsindən göy şirli gil qab qırıqları əldə edilmişdir. Abidə X–XIV əsrlərə aid edilir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 127.
Qarabağ qəbiristanı
Qarabağ qəbiristanı — Ordubad şəhəri ərazisində son orta əsrlərə aid arxeoloji abidə. Təbii aşınma nəticəsində torpaq örtüyü dağıldığından, qəbirlər bəzi hallarda çətin izlənilir. Bəzi qəbirlərin (qərbdən şərqə doğru istiqamətlənmişdir) dövrəsinə düzbucalıq formada xırda daşlar düzülmüşdür; bəzilərinin isə baş tərəfi tağvarı formada tamamlannmışdır. Qəbirüstü abidələr müxtəlif daşlardan hazırlanmışdır; yastı mərmər plitələrə rast gəlinir; ərəbdilli yazılar var. Qarabağ qəbiristanı 16-18-ci əsrlərə aid edilir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 255.
Arlinqton milli qəbiristanı
Arlinqton milli qəbiristanlığı — ABŞ-də ən böyük hərbi qəbiristanlıq. Virciniya ştatındakı Arlinqton şəhərində, Potomak çayının sahilində yerləşir. Ərazisi təqribən 250 hektardır. 1864-cü ildə yaradılan bu qəbiristanlıqda 260 mindən çox şəxs dəfn olunub. 1921-ci ildə Birinci dünya müharibəsinin Naməlum Amerika Əsgərinin dəfni burada icra edilmişdir. 1958-ci il mayın 30-da İkinci dünya və Koreya müharibəsinin, 1984-cü il mayın 28-də isə Vyetnam müharibəsinin Naməlum Hərbi Qulluqçusunun dəfnləri yerinə yetirilmişdir. ABŞ-nin bir neçə görkəmli xadimləri də burada torpağa tapşırılmışdır: Con Kennedi, Herbert Huver, Vilyam Taft, həmçinin Vətəndaş müharibəsi zamanı Virciniyada həlak olmuş 2111 döyüşçü. == İstinadlar == == Xarici keçidlər == Arlinqton milli qəbiristanlığının rəsmi veb-saytı Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info.
Böyük Tarxan qəbiristanı
Böyük Tarxan qəbiristanı (rus. Больше-Тарханский могильник) — Rusiya Federasiyasının Tatarıstan Respublikasında Tetüş rayonunun Böyük Tarxan kəndi yaxınlığında Volqa çayının sağ sahilində arxeoloji abidə. == Tarixi == Qəbiristan 1939–1941-ci illərdə aşkar edilmişdir. Abidənin tədqiqinə 1950-ci ildə başlanılmış, 1957 və 1960-cı illərdə tədqiqat işləri davam etdirilmişdir. Məzarlıq 358 torpaq qəbirdən ibarətdir. Tədqiqatçılar Böyük Tarxan qəbiristanının VII əsrin sonu – VIII əsrin əvvəllərində Donboyundan Orta Volqaboyuna köçən bulqar əhalisinə məxsus olduğunu ehtimal edirlər. Bu, Orta Volqaboyunda Azovyanı bulqarlara məxsus ən erkən abidələrdən biridir. Qəbiristanda tapılmış Sasani draxması, Ərəb xilafəti dövrünə aid Xarəzm tipli sikkə, Abbasilərə aid dirhəm qırığına əsasən məzarlıq VIII əsrin II yarısı – IX əsrin I yarısına aid edilir. Abidədən tapılan maddi mədəniyyət nümunələri içərisində gil qablar (əksəriyyəti küp formasındadır) üstünlük təşkil edir. 79 dəfn yerindən at, qoyun, ehtimal ki, inək sümükləri tapılmışdır.
Böyük Tiqan qəbiristanı
Böyük Tiqan qəbiristanı (rus. Больше-Тиганский могильник) — Rusiya Federasiyasının Tatarıstan Respublikasında Alekseyev rayonunun Böyük Tiqan kəndi yaxınlığında yerləşən arxeoloji abidə. == Tarixi == 1974-cü ildə aşkar edilmiş Böyük Tiqan qəbiristanı Şərqi Avropada VIII əsrin sonu – IX əsrin birinci yarısına aid qədim macarlara məxsus ilk tədqiq olunmuş nekropoldur. Burada ölülər çoxsaylı dəfn avadanlığı – silahlar, bəzək əşyaları, qoşqu ləvazimatı və at sümükləri, gümüş dəfn maskaları ilə birlikdə dəfn olunmuşdur. Macarlara aid analoji IX-X əsrlər dəfn yerləri Dunayda da məlumdur. Bu, macarların IX əsrdə Uralyanı və Volqaboyundan qərb istiqamətində köçməsini təsdiq edir.

"qəbiristanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəbiristanı nədir? #qəbiristanı sözünün mənası #qəbiristanı nə deməkdir? #qəbiristanı sözünün izahı #qəbiristanı sözünün yazılışı #qəbiristanı necə yazılır? #qəbiristanı sözünün düzgün yazılışı #qəbiristanı leksik mənası #qəbiristanı sözünün sinonimi #qəbiristanı sözünün yaxın mənalı sözlər #qəbiristanı sözünün əks mənası #qəbiristanı sözünün etimologiyası #qəbiristanı sözünün orfoqrafiyası #qəbiristanı rusca #qəbiristanı inglisça #qəbiristanı fransızca #qəbiristanı sözünün istifadəsi #sözlük