qəbri sözü azərbaycan dilində

qəbri

Yazılış

  • qəbri • 91.7127%
  • Qəbri • 8.0663%
  • QƏBRİ • 0.2210%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çingiz xanın qəbri
Ölümündən 800 il keçdikdən sonra da Çingiz xanın qəbrinin axtarışları davam edir. Hazırda bu iş üçün nəinki yeni texnologiyalara əl atılır, hətta dünyanın bir çox yerlərindən mütəxəssislər də cəlb olunur. Həvəskar arxeoloqlar Google xəritəsində kosmik sputniklərdən çəkilmiş şəkillərdən yararlanırlar. Ümumən istəklərinin nəticə verəcəyini söyləmək mümkündür. Hərçənd onu da deyək ki, axtardıqları heç də asan başa gələn deyil və illər ərzində ona çatmağa hesablanmış bütün cəhdlər uğursuzluğa düçar olub. Ümumən Böyük Monqol imperiyasının banisinin qəbri çoxlarına sakitlik vermir. Müəyyən qisim dünyanın fatehinin ölüm səbəbini bilmək istəyir. Bəziləri qəbirdəki xəzinənin axtarışındadır (belə bir ehtimal var). Amma qəbrin yerini müəyyənləşdirmək sanki açılması mümkün olmayan sirdir. Bu məqsədə çatmaq üçün təkcə insanlar deyil, belə desək, təbiət də çox çalışıb.
Mumiya: Əjdaha İmperatorunun Qəbri (film, 2008)
Mumiya : Əjdaha İmperatorunun Qəbri (ing. The Mummy: Tomb of the Dragon Emperor) — 2008-ci ildə istehsal olunmuş Mumiya seriyasının üçüncü seriyasıdır. == Məzmun == Qəddar Çin əjdaha-imperatoru Sin Şi Xuandi cadugər tərəfindən lənətlənmişdir. İmperator on min döyüşçüdən ibarət Terrakota ordusu ilə həmişəlik olarak sükuta qərq olunub. Bir dəfə macərapərəst Aleks O'Konnell qəflətən onları həmişəlik yuxudan oyadır. Nəticədə o, dirilmiş ölülərlə mübarizə aparmağı bilən yeganə şəxslər olan valideynlərinə müraciət etmək məcburiyyətində qalır. İmperator həyata qayıdır və qəhrəmanlar başa düşür ki, min illər ərzində onu gücü daha da artıb. Onun qarşısı alınmasa onda yeni dirilmiş İmperatorun Mumiyası bütün Asiyanı dünya ağalığı uğrunda mübarizəyə qaldırmağa hazırdır... == Xarici keçidlər == Mumiya: Əjdahalar imperatorunun sərdabəsi — Internet Movie Database saytında.
Mumiya : Əjdaha İmperatorunun Qəbri (film, 2008)
Mumiya : Əjdaha İmperatorunun Qəbri (ing. The Mummy: Tomb of the Dragon Emperor) — 2008-ci ildə istehsal olunmuş Mumiya seriyasının üçüncü seriyasıdır. == Məzmun == Qəddar Çin əjdaha-imperatoru Sin Şi Xuandi cadugər tərəfindən lənətlənmişdir. İmperator on min döyüşçüdən ibarət Terrakota ordusu ilə həmişəlik olarak sükuta qərq olunub. Bir dəfə macərapərəst Aleks O'Konnell qəflətən onları həmişəlik yuxudan oyadır. Nəticədə o, dirilmiş ölülərlə mübarizə aparmağı bilən yeganə şəxslər olan valideynlərinə müraciət etmək məcburiyyətində qalır. İmperator həyata qayıdır və qəhrəmanlar başa düşür ki, min illər ərzində onu gücü daha da artıb. Onun qarşısı alınmasa onda yeni dirilmiş İmperatorun Mumiyası bütün Asiyanı dünya ağalığı uğrunda mübarizəyə qaldırmağa hazırdır... == Xarici keçidlər == Mumiya: Əjdahalar imperatorunun sərdabəsi — Internet Movie Database saytında.
Gənzə qəbristanlığı
Gənzə qəbristanlığı — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Gənzə kəndi mərkəzində arxeoloji abidə. == Haqqında == Qəbirlərin əksəriyyətinin yerüstü əlamətləri itmiş və baş daşları torpağın altında qalmışdır. Qəbiristanlıq qərb-şimal istiqamətinə yönəlmiş müsəlman qəbirlərindən ibarətdir. Qəbirlərdən bəzisinin ətrafında dördkünc formalı daş düzümləri, bəzilərinin üzərində isə kiçik oval təpəciklər qalmışdır. Qəbirlərdən bir neçəsinin baş daşları yonulmuş Ordubad rayonu üçün xarakterik olan yaşılımtıl rəngli daşlardan hazırlanmışdır. Onlar dördkünc formalı olub tağşəkilli sonluqla tamamlanmışdır. Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Kitabələr 16–17 əsrlərə aiddir. Yerli əhalinin deyiminə görə qəbristanlığın yerləşdiyi torpaq sahəsi Hacı Hüseynquluya məxsus olmuş və o bu sahəni kənd qəbiristanlığı üçün bağışlamışdır. Axtarışlar zamanı qəbiristanlığın ərazisindən Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur.
Havuş qəbristanlığı
Hаvuş qəbiristаnlığı — Hаvuş kəndininin cənub-şərq tərəfində təpənin yаmаcındа yеrləşir. Qəbirlər qiblə istiqаmətindədir, bаş dаşlаrı yоnulmаmış qаyа pаrçаlаrındаn qоyulmuşdur. Bəzi qəbirlərin üzərində dаş yığınlаrınа rаstlаnır. Bəzilərinin isə yаlnız ətrаfınа kiçik həcmli çаy dаşlаrı döşənmişdir. Bu tip qəbirlər Оrtа əsrlər üçün хаrаktеrikdir. Qəbiristаnlığı XI-XVIII əsrlərə аid еtmək оlаr.
Kensiko Qəbristanlığı
Kensiko Qəbristanlığı — Amerika Birləşmiş Ştatlarında tanınmış insanların məzarlarının yerləşdiyi qəbristanlıqdır.Valhalla, Nyu-York şəhərində 1889-cu ildə açılmışdır.
Köhnə Kotam qəbristanlığı
Köhnə Kotam qəbristanlığı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kotam kəndinin şərq tərəfində arxeoloji abidə. == Tarixi == Qəbirlər torpaqda qazılmış və qərb-şərq istiqamətinə yönəlmişdir. Bəzi qəbirlərin ətrafında dördkünc formalı daş düzümlərinə rast gəlinir. Baş daşlarının əksəriyyəti yonulmamış qaya parçalarından ibarətdir. Lakin qəbirlərin bir çoxunun baş daşları yonularaq dördkünc və tağvarı formada işlənmişdir. Bu tip baş daşlarında ərəb qrafikası ilə yazılmış kitabələr vardır. Kotam qəbiristanlığındakı qəbirlərin bir neçəsinin üstündə qoç daşlar olmuşdur. Arxeoloji və epiqrafık dəlillərə əsasən qəbiristanlığı 11-19 əsrlərə aid etmək olar.
Köçəri qəbristanlığı
Köçəri qəbristanlığı —Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Tarixi == Qəbiristanlıq Ordubad rayonunun Üstüpü kənindən 7-8 kilometr şimal şərq tərəfdə yüksək dağlıq ərazidə yerləşir. Burada orta əsrlər zamanı yaradılmış və üzərində ərəb əlifbası ilə kitabələr həkk edilmiş, çoxlu sənduqə formalı, daşdan hazırlanmış qoç və qoyun tipli qəbirüstü xatirə abidələri qalmışdır. Abidələrin bir hissəsinin üzərində müxtəlif təsvirlər, o cümlədən, ox, kaman, günəş və s. həkk olunmuşdur. Zaman keçdikcə bu kitabələrin və təsvirlərin bir hissəsi təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuşdur. Qəbiristanlıqda hicri 1003 (1594-1595), 1030 (1620-1621) illərə aid və başqa kitabələr tədqiq olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (1727 il) qəbiristanlığın mənsub olduğu Köçəri kəndi haqqında məlumat verilmişdir. Həmin vaxt kənddə 13 nəfər vergi ödəyən kişi yaşamış, onlar 2621 ağça vergi ödəmişlər. 19 yüzilliyin əvvəllərində kəndin əhalisi buranı tərk edərək Arazın cənubuna köçmüş, bundan sonra qəbiristanlıqda dəfn mərasimləri dayanmış- dır.
Nurgədik qəbristanlığı
Nurgədik qəbristanlığı — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dırnıs kəndindən şimalda, eyni adlı çayın sağ sahilində orta əsrlərə aid arxeoloji abidə. == Tarixi == Eyni adlı yaşayış yerindən qərbdə, kəndə gedən cığırın üstündə yerləşir. Qəbirlərin əksəriyyətinin yerüstü əlamətləri itmişdir. Qərb-şərq istiqamətində olan qəbirlər torpaqda qazılmışdır. Onların bəzilərinin üzərində yalnız daş yığınları qalmışdır. Baş daşlarının bir qismi adi qaya parçalarından, bir qismi isə yonulmuş daşlardandır. Onlar dördkünc formada yonulmuş, yuxarıda isə tağşəkilli formaya salınmışdır. Baş daşlarının üz tərəfində dördkünc taxçalar və ərəb əlifbası ilə kitabələr oyulmuşdur. Baş daşlarından birinin üzərində hicri 1044 il tarixinə rast gəlinmişdir. Epiqrafik dəlillərə əsasən qəbiristanlığı 15-19 əsrlərə aid etmək olar.
Nəhənglərin qəbristanlığı
Nəhənglərin qəbristanlığı — Lənkəran rayonunun Ballabur kəndində yerləşən qəbristanlıq. Nəhənglər qəbristanlığında üstünə 5-8 tonluq daşların qoyulduğu 1000-ə yaxın qəbir var. Bu daşların hansı yolla və nə vaxt qəbirlərin üstünə qoyulduğu dəqiq məlim deyil.
Qaracaəhməd qəbrisitanlığı
Qaracaəhməd qəbiristanlığı — Türkiyənin ən böyük məzarlığı. İstanbul ilinin Üsküdar ilçəsində yerləşir. Qaraca Əhməd Sultan dərgahının da içində olduğu qəbiristanlığın ərazisi 750 hektardır və İstanbulun ən köhnə qəbiristanlığıdır. == Məlumat == İlk olaraq İstanbulun ərəblər tərəfindən hücum edilməsi əsnasında şəhid olan əsgərlərin bura basdırıldığı sanılmaqdadır.Qəbiristanlıq adını, İstanbula Hacı Bəktaş Vəli tərəfindən İslam dinini yaymaq üzrə göndərilən Qaraca Əhməddən götürür. Qaracaəhməd Qəbiristanlığı 1917, 1940, 1956 və 1974 tarixlərində olmaq üzrə dörd dəfə müsadirə edilmişdir. Bu müsadirələrdə, xüsusilə 1974-də Qarayollarının müsadirəsi əsnasında ciddi şəkildə təhrif olmuşdur. Cəmi dəfn sayı keçmişdə qeyd tutulmadığı üçün qəti olaraq bilinməməkdə amma milyonlarla ifadə edilməkdədir. Türk siyasət və mədəniyyət həyatının əhəmiyyətli bir çox şəxsiyyətlərinin məzarlarını saxlamaqdadır. Şahidələr və qəbirlər dəyişik növlərdəki başlıqlarıyla əhəmiyyətli bir sənət xüsusiyyəti ifadə edər. Şahidələrin üzərindəki kitabələr əgər bir xəttatın əliylə hazırlanmışsa sənət dəyəri daşımaqdadır.
Qoşadizə qəbristanı
Qoşadizə qəbirstanlığı — Naxçıvan şəhəri yaxınlığında qədim qəbristanlıq. İki ədəd küp qəbir aşkar edilib. İçərisində yaşlı qadın skleti olan I qəbir qapaqla örtülüb, II qəbrin içərisində isə gənc oğlan skleti aşkarlanıb.Küplər qırmızı gildən olub dulus çarxında hazırlanmışdır. Qəbirlərin I-III əsrlərə aid olduğu güman edilir. Cəsədlər enenə və dizləri çənəsinə sıxılmışvəziyyətdə dəfn edilib.
Qubaxəlilli qəbristanı
Qubaxəlilli qəbristanı — İsmayıllı rayonu Qubaxəlilli qəsəbəsindən 2 km Cənub-Qərbdə Girdman çayının sağ sahilində e.ə. III - b.e. II əsrinə aid qəbristanlıq. Ölülər əsasən küp və torpaq qəbirlərdə basdırılıb. Arxeoloji qazıntılar zamanı Yaloylutəpə mədəniyyətinə aid saxsı məmulatı və dəmir alətlər tapılıb.
Qızılvəng qəbristanı
Qızılvəng qəbiristanlığı — Naxçıvan ərazisində Tunc və İlk dəmir dövrlərinə aid (e.ə. II minillik – I minilliyin 1-ci yarısı) qəbristan. Naxçıvan şəhərindən 18 km aralı Arazın sahilindədir. Qızılvəng qəbristanının daş-qutu tipli qəbirlərində meyitlər bükülü, bəzən də oturdulmuş halda dəfn edilib. Qəbirlərdən küpə, çölmək, kasa, vaz, çaydan tipli qablar, xəncərlər, ox ucluqları, toppuz, qızıl bəzək əşyaları və s. tapılıb. Tunc dövrünün qırmızı rəngli qabları, qara və yaxud qəhvəyi rənglə çəkilmiş həndəsi naxışlarla, bəzən də insan və heyvan rəsmləri ilə bəzədilib. İlk dəmir dövrünə aid qablar nisbətən qalın xəttlə naxışlanıb. Bu qəbristanlıqdan aşkar edilən qablar Qızılvəng mədəniyyəti dövrünə aiddir. Qızılvəng boyalı qabları Qərbi Azərbaycanda (indiki Ermənistan respublikası) Təzəkənd, Cənubi Azərbaycanda Göytəpə və Təpə hissar, Türkiyədə Boğazköy, Əlişarhöyük abidələrindən də tapılıb.
Qəbristan mahalı
Qəbiristan mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. Mahalın adı çox güman ki "məzarlıq" mənasındakı "qəbristan / qəbiristan" sözüylə əlaqəli deyil - adın kökündə "gəbr" sözü durur ki, əvvəllər, ilkin olaraq "atəşpərəst", daha sonralar isə "qeyri-müsəlman", həmçinin "kafir" mənalarını qazanmışdır. Azərbaycan dilindəki "gavur" sözü də elə həmin "gəbr" sözündən qaynaqlanır. Vaxtilə Orta Şərqin müsəlman əhalisi arasında həmin qeyri-müsəlman əhalinin yığcam şəkildə, müsəlmanlardan nisbətən aralıda yaşadıqları yerlər üçün "gəbristan" adı istifadə edilirdi. Fərziyyə etmək olar ki, ola bilsin elə Qobustan adı da əslində bu ifadədən yaranıb. == Tarixi == Qobustan, Şamaxı, Hacıqabul, Göyçay və Ağsu rayonlarının ərazisindəki obaları əhatə etmişdir. Mahalın naibi Məlik Baxış idi. == Əhalisi == 1821-ci ildə 27 obada (Ərəbqədim, Ərəbbalaoğlan, Şıx Zahirli Çul, Şıx Zahirli Şəkər, Kəlağaylı / Kalağaylı, Xilə / Əmircan, Təklə Səfi, Yekəxana Talıb, Qaracagözlü, Ərəbcəbrəli, Təklə Hacı Məmməd Hüseyn, Cəmcəmli, Kürdəmiç / Kürdəmiş, Ərəbşahverdi, Təklə Mirzəbaba, Mərəzəli, Kürkəndi, Qurbançı, Təsin, Yekəxana İbrahim, Həmyə / Həmyəli, Xıdırlı, Şorbaçı, Siyəzənli, Poladlı, Çaylı, Udulu) 1172 ailə yaşayırdı. == İqtisadiyyatı == Qəbiristan mahalının sakinləri əkinçilik və maldarlıqla məşğul olurdular. == İstinadlar == == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Qəbristanlıq
Qəbiristanlıq - Ölülərin dəfn edildiyi ümumi ərazi. == Sözün mənşəyi == Azərbaycan dilində qəbir sözü qədim Akkad dili və İvrit dili ilə qohumdur. Belə ki, Akkad dilində qebēru , qebru, qubūru, qubirtu, qabbiru, naqbaru və İvrit dilində qever sözləri eyni məna ilə istifadə olunub.İbtidai-icma quruluşu zamanı, ölülər evlərin yaxınlığında, arasında və ya içərisində dəfn edilirdi. Bu dövrlərdə geniş məzarlıqlar mövcud olmamışdır. Orta əsrlərdə Taun, Vəba kimi xəstəliklərin sürətlə yayılması nəticəsində cəsədləri, insanların yaşadığı ərazilərin kənarında dəfn edilməyə başlanıldı. Xəstəlik təhlükəsindən bəzi cəsədlər yer altı katakombalara yerləşdirilirdi. Katakoba şəklində dəfn adəti qədim zamanlardan olsa da, Paris şəhərində XIX (19-cu) əsrə aid katakombalar vardır. Burada xəstəlikdən ölmüş insanlar dəfn edilmişdir. Bir sıra qəbirstanlıqlar vardır ki, orada məşhur insanların dəfn olunmamsı səbəbindən bütün dünyada məşhurdur. Paris şəhərində yerləşən Per-Laşez qəbiristanlığında 400-dən artıq məşhur şəxs dəfn olunmuşdur.
Xıncab qəbristanlığı
Xıncab qəbristanlığı — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Xıncab kəndində arxeoloji abidə. == Haqqında == Qəbirlərin yerüstü əlamətləri itsə də, onların bir çoxunun baş daşı saxlanmışdır. Başdaşların üzərində ərəb əlifbası ilə yazıya rast gəlinir. Bəzi qəbirlərin üzərində dördkünc for- malı daş yığınlarına rastlanır. Vaxtilə qəbiristanlıqda olan sənduqə tipli qəbirüstü sinə daşlarının az bir qisminin parçaları saxlanmışdır. 2006 ildə aparılan araşdırmalar zamanı qəbristanlıqda xalq arasında sancı daşı adı ilə tanınan sənduqə tipli nadir qəbirüstü abidə aşkar olunmuşdur. Onun üzərində ərəb əlifbası ilə kitabə və təsvirlər var. Hazırda qəbiristanlığın ərazisində Orta əsrlərə aid şirli və şirsiz saxsı qabların parçalarına rastlanılır. Qəbir tiplərinə və sinə daşlarına əsasən Xıncab qəbiristanlığını 16-18 əsrlərə aid etmək olar. Qəbiristanlığın bir qismindən 20 əsrdə də istifadə olunmuşdur.
İmarət Qərvənd qəbristanlığı
İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir. == Haqqında == XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir.
Ümumi Şəhər Qəbristanlığı
Ümumşəhər qəbiristanlığı (bəzən "Qurd qapısı" qəbiristanlığı kimi qeyd olunur) — Bakının Qaradağ rayonunda yerləşən məzarlıq. == Coğrafiyası == Qəbiristanlıq Laçın massivinin yaxınlığında, Bakı dairəvi avtomobil yolunun alt hissəsində yerləşir. "Qurd qapısı" adlanan ərazi ilə Sədərək Ticarət Mərkəzi aralığındadır. == Tarixi == Ümumşəhər qəbiristanlığının dəqiq tarixi məlum deyildir. == Dəfn == Məzarlıqda müxtəlif millətlərdən olan insanlar dəfn olunub. Burada azərbaycanlı, yəhudi, rus və erməni millətlərinin nümayəndələri dəfn edilmişdir.2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində həlak olan 18 şəhid məzarlıqda dəfn olunmuşdur. Lakın bir müddət sonra şəhid ailələri müraciət edərək qəbirlərin Yasamal rayonundakı Şəhidlər xiyabanına köçürülməsini istəmişlər. 2021-ci il yanvarın 30-da isə rəsmi qurumların şəhid ailələri ilə bir daha görüşü keçirilib, onların qəbir yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınıb və müvafiq qərar qəbul edilib. Bundan sonra ümumşəhər qəbirstanlığında dəfn olunmuş 18 Vətən müharibəsi şəhidinin məzarının Yasamal rayonundakı Şəhidlər xiyabanına köçürülməsi qərara alınıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.42 dəfə / 1 mln.
2002 ••••••••••• 6.85
2003 •••••••••••••••••••• 12.99
2004 ••••••••••••• 8.09
2005 ••••••••• 5.40
2006 •••••••• 4.96
2007 ••••• 3.17
2008 ••••••• 4.14
2009 •••••• 3.84
2010 ••••• 3.09
2011 •••••••• 4.63
2012 •••••• 3.61
2013 ••••••• 3.94
2014 ••••••• 4.46
2015 •••• 2.38
2016 ••• 1.56
2017 •• 0.65
2018 0.30
2019 •• 0.97
2020 ••••• 2.92

"qəbri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəbri nədir? #qəbri sözünün mənası #qəbri nə deməkdir? #qəbri sözünün izahı #qəbri sözünün yazılışı #qəbri necə yazılır? #qəbri sözünün düzgün yazılışı #qəbri leksik mənası #qəbri sözünün sinonimi #qəbri sözünün yaxın mənalı sözlər #qəbri sözünün əks mənası #qəbri sözünün etimologiyası #qəbri sözünün orfoqrafiyası #qəbri rusca #qəbri inglisça #qəbri fransızca #qəbri sözünün istifadəsi #sözlük