qəhqəhə sözü azərbaycan dilində

qəhqəhə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qəhqəhə • 88.1720%
  • Qəhqəhə • 10.2151%
  • QƏHQƏHƏ • 1.6129%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qəhqəhə qalası
Qəhqəhə qalası (Qah Qah Qalası) — İranın Meşkinşəhr (Xiyav) ilə Qaradağ vilayəti arasında tarixi qala. == Tarixi == Meşkinşəhrin hər daşının, torpağının altından mütləq Azərbaycan tarixinə məxsus bir abidə çıxır. Arxada gördüyümüz bu qala tarixdən bizə yaxşı məlum olan Qəhqəhə qalasıdır. Babək dövründə müdafiə məqsədilə istifadə edilən bu qala Səfəvilər dövründə zindana çevrilib. Qalada həmçinin sultanların xəzinəsinin gizlədildiyi deyilir. Bu yolu çıxmaq isə çox çətindir. Qədimdə adət imiş. Əzizi, oğlu, qardaşı olsa belə, sultanlar taxta real təhlükə gördükləri insanı ya zindana saldırar ya da qətlə yetirərmiş. Qəhqəhə qalası da Şah İsmayılın nəvəsi II İsmayılın 19 il burada saxlanılması ilə məşhurdur. Qəhqəhə qalasını təkcə I Şah Təhmasibin öz oğlunu burada saxlaması məşhurlaşdırmayıb, bura həmçinin özünün qeyri-adi zindanı ilə məşhurdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.42 dəfə / 1 mln.
2007 ••••• 0.42
2008 ••• 0.24
2009 •••• 0.32
2010 ••••••••••• 0.91
2011 •••••• 0.51
2012 •• 0.17
2013 •••••••••••••••••••• 1.75
2014 •••••••••••••• 1.20
2015 •• 0.17
2016 •• 0.17
2018 •• 0.15
2020 ••••• 0.40

qəhqəhə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Bərkdən gülüş, səslə gülmə. Bu sözə qarşı oturan sərxoşlardan qeyri-təbii qəhqəhələr eşidildi. M.S.Ordubadi. Ayrım qızının belə öyünməsindən, Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu. A.Şaiq. Ancaq qızı qəhqəhə ilə güləndə Mirzə Hüseyn gülümsünərək ayağa qalxdı. S.Rəhman. □ Qəhqəhə çəkmək – qəhqəhə ilə gülmək; bərkdən, səslə gülmək. Tamam qorxunc bir qəhqəhə çəkərək, ildırım kimi çaya tərəf qaçır. S.S.Axundov. Sitarə ata-anasını görcək, qəhqəhə çəkib … deyirdi: – Bilmirsiniz? Nişanlıma gül yığmağa getmişdim. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / qəhqəhə

qəhqəhə sözünün sinonimləri (yaxın mənalı sözlər)

qəhqəhə sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QƏHQƏHƏ – AĞLAŞMA Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu (A.Şaiq); Ağlaşma qurub ərlərinin ətəklərindən yapışıb davaya getməyə qoymurlar (S.S.Axundov).

    Azərbaycan dilinin antonimlər lüğəti / qəhqəhə

qəhqəhə sözünün rus dilinə tərcüməsi

  • 1 хохот, смех

    Azərbaycanca-rusca lüğət / qəhqəhə
  • 2 сущ. ха-ха, хохотание, хохот. Qulaqbatırıcı qəhqəhə оглушительный хохот, qəhqəhə qopdu раздался хохот; qəhqəhə çəkmək хохотать, захохотать громко смеяться, расхохотаться, взорваться смехом; qəhqəhə etmək (eləmək) расхохотаться, начать громко хохотать

    Azərbaycanca-rusca lüğət / qəhqəhə

qəhqəhə sözünün inglis dilinə tərcüməsi

qəhqəhə sözünün fransız dilinə tərcüməsi

qəhqəhə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. кӀевиз хъуьруьн, ван алаз хъуьруьн, гьарайна хъуьруьн; qəhqəhə çəkmək вакь-вакь ацалтна кӀевиз хъуьруьн, ван алаз хъуьруьн, гьарайна хъуьруьн.

    Azərbaycanca-ləzgicə lüğəti / qəhqəhə

qəhqəhə sözünün türk dilinə tərcüməsi

qəhqəhə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) uca səslə gülmə; 2) qırmızı rəngli çiçək açan sarmaşıq bitkisi.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"qəhqəhə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəhqəhə nədir? #qəhqəhə sözünün mənası #qəhqəhə nə deməkdir? #qəhqəhə sözünün izahı #qəhqəhə sözünün yazılışı #qəhqəhə necə yazılır? #qəhqəhə sözünün düzgün yazılışı #qəhqəhə leksik mənası #qəhqəhə sözünün sinonimi #qəhqəhə sözünün yaxın mənalı sözlər #qəhqəhə sözünün əks mənası #qəhqəhə sözünün etimologiyası #qəhqəhə sözünün orfoqrafiyası #qəhqəhə rusca #qəhqəhə inglisça #qəhqəhə fransızca #qəhqəhə sözünün istifadəsi #sözlük