qəhvəsi sözü azərbaycan dilində

qəhvəsi

Yazılış

  • qəhvəsi • 97.4684%
  • Qəhvəsi • 2.5316%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Türk qəhvəsi
Türk qəhvəsi (türk. Türk kahvesi) — yalnız Türklər tərəfindən hazırlanan, özünəxas bişirmə və təqdim etmə şəkli olan qəhvə növüdür. Türk qəhvəsi deyilincə ağla ilk gələnlər köpük, telvə (türklər qəhvənin dibində qalan çöküntüyə telve deyirlər), cezve (qəhvədan) və fincandır. Türk Qəhvəsi Qanuni Sultan Süleyman dövründə, 1543-cü ildə Həbəşistandan İstanbula gətirilmiş və zamanla Osmanlılardan Avropaya keçmişdir. Avropada qəhvə uzun müddət Türk Qəhvəsi olaraq təqdim edilmişdir. Türk mədəniyyətinə xas güğüm(səhəng) və qəhvədanlarda bişirildiyi üçün Türk qəhvəsi olaraq xatırlanmağa başlanmışdır. O dövrdə açılan qəhvəxanalar sayəsində Türk xalqı qəhvə ilə tanış olmuşdur. Qəhvəxanalar söhbət edilən, oyun oynanan ictimai yerlərdir və Türk mədəniyyətində əhəmiyyətli bir yer tutmaqdadırlar. Türk qəhvəsi istəyə görə sadə, az şəkərli, orta şəkərli və çox şəkərli olaraq təqdim edilə bilər. Qəhvəni bişirmədən öncə təqdim olunacaq fincan qədər su götürülür və həmin su qəhvədana tökülür.
Ərəb qəhvəsi
Ərəb qəhvəsi (lat. Coffea arabica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qəhvə ağacı cinsinə aid bitki növü. Coffea arabica var.
Aşıqlar qəhvəsi
Aşıqlar qəhvəsi — Azərbaycan şəhərlərində aşıqların türkcə hekayə söylədiyi qəhvəxana. İran Azərbaycanının şəhər, qəsəbə və kəndlərində aşıqlar qəhvəxanalarda tamaşaçıları əyləndirirdilər. İlhan Başgözün dediyinə görə, 1960-cı illərin sonlarında aşıq ifasına həsr olunmuş qəhvəxanalar böyük şəhər mərkəzlərində yerləşirdi və onların müştəriləri kəndlilərdən və ya iş üçün şəhərə gələn qəbilələrdən ibarət idi. Bu qəhvəxanalar arasında ən məşhuru Təbrizdə yerləşən "Hüseyn Tirandaz qəhvəsi" idi. 1970-ci illərin əvvəllərindən bəri solçu ziyalılar bu xüsusi qəhvəxanaya tez-tez gəlmiş və 1970-ci illərin ortalarında onu tələbə hərəkatının mərkəzinə çevirmişdilər. İran inqilabından sonra on il ərzində bütün aşıq musiqisi qadağan edilmişdir.
İrland qəhvəsi
İrlandiya qəhvəsi — İrlandiya viskisi, qara qəhvə (espresso), çırpılmış qaymaq və qəhvəyi şəkər əsasında qaymaqlı kokteyllər kateqoriyasına daxil olan qəhvə içkisi. Beynəlxalq Barmenlər Assosiasiyasının (BBA) "Müasir Klassiklər" kateqoriyasına aid rəsmi kokteyllərindən biridir. Alkoqol əlavə edilmiş Arabika hələ XIX əsrdə içilməyə başlamışdı. Ancaq əsl şöhrət qazanan isə İrlandiya qəhvəsi idi. Bu, xoş bir təsadüf və uğurlu reklam səbəbindən baş verdi. 20-ci əsrin əvvəllərində Atlantik okeanı üzərindən uçuşlar dəniz təyyarələri (hidrotəyyarələr) ilə həyata keçirilirdi. Bu daşıma üsulu narahat idi, sərnişinlər əsasən rahatlıq olmadan səyahət etməli oldular. Təyyarələrdə heç bir izolyasiya yox idi, bir uçuş təxminən 15 saat davam etdi, insanlar hava limanına yorğun və donmuş halda enirdilər. Reyslər yanacaq doldurmaq üçün İrlandiyada dayanırdılar. Təyyarəyə texniki baxış keçirilən zaman sərnişinər isinmək üçün ən yaxın bara gedirdilər.
Kürd qəhvəsi
Kürd qəhvəsi (kürd. (قاوەی کوردی) Qehweya Kurdî or Qehweya Kezwanan) və ya menengiç qəhvəsi (türk. menengiç kahvesi </link> ), həmçinin püstə qəhvəsi və ya terebint qəhvəsi — kürd və türk mətbəxində ənənəvi isti içki. Əsas tərkib hissəsi kimi üyüdülmüş qovrulmuş terebint meyvələrindən (püstə ilə əlaqəlidir) hazırlanır və kofeinsizdir. Xüsusilə Cənub-Şərqi Anadolu bölgələrində yayılmışdır. == Tarixi == İçki XX əsrin əvvəllərindən Diyarbakır, Adıyaman, Mardin və Batman kimi regionlarda istehsal olunur. Qovrulmuş və üyüdülmüş giləmeyvə XX əsrin əvvəllərindən Avropaya və bütün dünyaya ixrac edilir. Həm də Qaziantepin ənənəvi ixtisası sayılır. XXI əsrin əvvəllərindən yağlı pasta şəklində işlənmiş giləmeyvə bankalarda markalı məhsul kimi ortaya çıxmışdır.

"qəhvəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəhvəsi nədir? #qəhvəsi sözünün mənası #qəhvəsi nə deməkdir? #qəhvəsi sözünün izahı #qəhvəsi sözünün yazılışı #qəhvəsi necə yazılır? #qəhvəsi sözünün düzgün yazılışı #qəhvəsi leksik mənası #qəhvəsi sözünün sinonimi #qəhvəsi sözünün yaxın mənalı sözlər #qəhvəsi sözünün əks mənası #qəhvəsi sözünün etimologiyası #qəhvəsi sözünün orfoqrafiyası #qəhvəsi rusca #qəhvəsi inglisça #qəhvəsi fransızca #qəhvəsi sözünün istifadəsi #sözlük