Qəlbinur sözü azərbaycan dilində

Qəlbinur

Yazılış

  • Qəlbinur • 99.0000%
  • qəlbinur • 1.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Paşa Qəlbinur
Paşa Qəlbinur (tam adı: Paşa İsmayıl oğlu Musayev) — azərbaycanlı şair, oftalmoloq (göz həkimi). 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq komsomol mükafatı laureatı (1983), tibb elmləri doktoru (1987), professor (1988), Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü (1994), Rusiya Tibb Elmləri Akademiyasinin fəxri doktoru (2005), Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin, Dünya Azərbaycanlıları Konqresinin həmsədri (2008). Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirmişdir (1958–1968). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirmişdir (1968–1975). Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləmişdir (1975–1977). Sonra N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant olmuşdur (1977–1978). İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil almışdır (1978–1981). N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləmişdir (1981–1988). Hazırda həmin kafedranın professoru (1988-ci ildən), həm də kafedranın müdiridir (1991-ci ildən).
Tural Qəlbinur
Tural Qəlbinur — Uzman oftalmoloq-cərrah, vitreoretinal xəstəliklər və cərrahiyyəsi üzrə mütəxəssis, tibb elmləri doktoru Tural Qəlbinur, 1982-ci il yanvar ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 13 yaşında Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin tələbəsi olmuş və həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2005-ci illərdə Türkiyənin İstanbul şəhərində— SSK Vakıf Gureba Eğitim xəstəxanasının Göz xəstəlikləri klinikasında oftalmologiya ixtisası üzrə, 2006-2008-ci illərdə İsrailin Yerusəlim şəhərində— Hebrev Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal xəstəliklər və cərrahiyyə üzrə klinik fellowship, 2009-2010-cu illərdə Kanadanın Toronto şəhərində— Toronto Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal cərrahiyyə üzrə klinik fellowship təhsili almışdır. 23 yaşında tibb elmləri namizədi və 34 yaşında Azərbaycanın tibb sahəsində ən gənc elmlər doktoru alimlik dərəcəsini alan ilk oftalmoloq-həkimdir. Amerika Oftalmologiya Akademiyasının, Görmə və Oftalmologiya üzrə Araşdırmalar Assosiasiyasının, Amerika Retina Mütəxəssisləri Cəmiyyətinin, Avropa Retina Cəmiyyətinin, Avropa Katarakta və Refraktiv Cərrahiyyə Cəmiyyətinin, İsrail Görmə və Göz araşdırmaları Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyəti-Gənc Oftalmoloqlar Bölümünün İdarə Heyətinin və Azərbaycan Tibb Assosiasiyası Jurnalının Redaksiya heyətinin üzvüdür. Tural Qəlbinur bir müddət Moskvada, S.Fedorov adına çoxsahəli tibb mərkəzində çalışıb. 2016-cı ildən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasında işləyir. 2004-cü ildə “Neovaskulyar qlaukomalı xəstələrin yeni kompleks müalicə üsulu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə “Tor qişanın irsi distrofiyalarının profilaktika və müalicəsinə yeni yanaşmalar sistemi (eksperimental-klinik tədqiqat)” adlı doktorluq dissertasiyasını müdafiə edərək tibb elmlər doktoru adını almışdır. Sequence variants in HTRA1 and LOC387715/ARMS2 and phenotype and response to photodynamic therapy in neovascular age-related macular degeneration in populations from Israel.

qəlbinur sözünün leksik mənası və izahı

Oxşar sözlər

#qəlbinur nədir? #qəlbinur sözünün mənası #qəlbinur nə deməkdir? #qəlbinur sözünün izahı #qəlbinur sözünün yazılışı #qəlbinur necə yazılır? #qəlbinur sözünün düzgün yazılışı #qəlbinur leksik mənası #qəlbinur sözünün sinonimi #qəlbinur sözünün yaxın mənalı sözlər #qəlbinur sözünün əks mənası #qəlbinur sözünün etimologiyası #qəlbinur sözünün orfoqrafiyası #qəlbinur rusca #qəlbinur inglisça #qəlbinur fransızca #qəlbinur sözünün istifadəsi #sözlük