qələbə sözü azərbaycan dilində

qələbə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qələbə • 87.4841%
  • Qələbə • 12.4290%
  • QƏLƏBƏ • 0.0869%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qələbə Günü
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Qələbə Paradı
1945 Moskva Qələbə Paradı
Qələbə abidəsi
Qələbə abidəsi (Xankəndi)
Qələbə bayrağı
Zəfər bayrağı və ya Qələbə bayrağı (rus. Знамя Победы) — 1945-ci il, mayın 1-i günü Qızıl Ordu əsgərləri tərəfindən Berlindəki Reyxstaq binası üzərinə qaldırılan, 188x82 sm ölçülü, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayraq. Aleksey Berest, Meliton Kantariya və Mixayıl Yegorov adlı üç Sovet əsgəri tərəfindən göylərə ucaldılan bayraq, II Dünya Müharibəsində Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasının rəsmi simvoludur. İndiki keçmiş SSRİ ölkələri və Rusiyada hələ də rəsmi tədbirlərdə, xüsusən Qələbə Günü təntənələrində və Moskva Qələbə Günü Parad Mərasimlərində istifadə edilir. Eyni zamanda 1996-cı ildən bəri Belarus və 2009-cu ildən bəri Dnestryanın (Dnestryanı Moldov Respublikası) rəsmi simvollarından biridir. Orijinal bayraq Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir. Qələbə Bayrağının üzərində kiril əlifbası ilə yazılıb; "150.Tüfəng, II.Кutuzov sinfi, İdrissa bölüyü, 79.Tüfəng Korpusu, 3.Zərbə Ordusu 1.Belarus Cəbhəsi" Sovet bayrağının oraqsız və çəkicsiz olan bir variantı var idi, prezident Boris Yeltsin 1996-cı il aprel ayının 5-də milli bayrağa bu emblemleri verdi. Prezident Vladimir Putin də zəfər bayrağını rus ordusunun rəsmi bayrağı kimi qəbul etdi. Bu bayraq Reyxstaqda qaldırılan bayraqdan sonra adlandırıldı, lakin bu da "qələbə bayrağı" adlanır. Bu gün bu variant artıq rəsmi rəmz deyil.
Qələbə mağarası
Kinderle mağarası ( və ya Qələbə mağarası, Qələbənin 30 illiyi mağarası) — Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Qafuri rayonu, Taş-Astı kəndi yaxınlığında yerləşən mağara. Mağara Kinderle çayının sol sahilində yerləşir. Mağara 1940-cı illərdə aşkarlanmışdır. Bununla belə mağarada ilk araşdırma işləri 1974-cü ildə gerçəkləşdirlmişdir. Araşdırma işləri A. Andreyevin rəhbərliyi ilə aparılmışdır. Mağara Faşist Almaniyası üzərində qələbənin 30 illiyi münasibətilə Qələbə mağarası olaraq adlandırılmışdır. Mağarada 4 yarusludur. Çıxış 94 metr hündürlükdə yerləşir və buradan enişli bir tunelə çıxışı vardır. Burada buzlaqlar və çoxlu sayda stalaqmitlər müşahidə edilir. Bundan əlavə aşağı enərkən Çılçıraq zalını görmək mümkündür.
Qələbə soğanı
Qələbə soğanı (lat. Allium victorialis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Qələbə Günü (Azərbaycan)
Zəfər Günü — Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir. Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi.
Qələbə Günü (Türkiyə)
Qələbə Günü (türk. 30 Ağustos Zafer Bayramı) — 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyində, zəfərlə nəticələnən Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında[1] hər il 30 avqust günü qeyd olunan rəsmi, milli bayram. Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdu. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır. Böyük Saldırı, Türk ordusunun İstiqlaliyyət Müharibəsi əsnasında işğal güclərinə son zərbəni təmin etməsi üçün planlaşdırılan gizli bir əməliyyat idi. Türkiyə Böyük Millət Məclisinin 20 İyul 1922-ci il iclasında özünə dördüncü dəfə başkomandir səlahiyyəti verilən Mustafa Kamal Paşa hücum qərarını iyun ayında almış və hazırlıqları gizli olaraq icra etmişdi. Böyük hücum 26 avqust - 27 avqusta keçən gecə Afyonda başladı və Türkiyə torpaqlarının qaytarılması - Türk ordusunun qələbəsi ilə başa çatdı. 30 Avqust günü, ilk dəfə 1924 Dumlupınarda Çal Kəndi yaxınlarında Prezident Mustafa Kamalın qatıldığı bir mərasimlə Başkomandir zəfəri adıyla qeyd olunmuşdur. Qələbə Gününü qeyd etmək üçün iki il gözləmənin ən əhəmiyyətli səbəbi 1923-ci il Yeni Türkiyə baxımından həm milli, həm də beynəlxalq sahədə sıxlığın yüksək mərhələdə olması idi.
Qələbə Günü (dəqiqləşdirmə)
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Qələbə abidəsi (Ankara)
Qələbə abidəsi (türk. Zafer Anıtı, həmçinin Ulus Atatürk Anıtı olaraq tanınır) — Türkiyənin Ankara şəhərində Mustafa Kamal Atatürkün monumental atlı heykəli. Abidə 24 noyabr 1927-ci ildə açılmışdır. Ulus meydanında, Qurtuluş müharibəsinin qəhrəmanları şərəfinə Yenigün qəzeti rəhbərliyində türk xaqlının vəsaiti hesabına inşa edilmişdir. Abidə Türkiyədə reallaşdırdığı monumental heykəlləri ilə tanınan avstriyalı heykəltaraş, rəssam, xalkoqraf və illüstrator Heinriç Krippel tərəfindən hazırlanmışdır. Abidə Ulus meydanında yerləşir. Bu meydan 1950-ci illərə qədər Ankaranın mərkəzi meydanı sayılırdı. Atatürk bulvarından şərqdə yerləşir. Türk hökumətinin elan elədiyi beynəlxalq yarışmada birinci olan avstriyalı heykəltaraş Heinriç Krippelə 1925-ci ildə sifariş edilən heykəl. Heykəltəraşın Türkiyədə sifariş edilən ən əhatəli işidir.
Qələbə abidəsi (Xankəndi)
Qələbə abidəsi — Xankəndi şəhərində obelisk şəklində abidə. Böyük Vətən müharibəsi və digər silahlı münaqişələrdə həlak olan yerli sakinlərin xatirəsini əbədiləşdirən xatirə kompleksinin bir hissəsidir, Xatirə kompleksi 1945-ci ildə İkinci Dünya müharibəsi cəbhələrində həlak olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin 22 min yerli sakinin xatirəsinə obelisk qoyulması ilə quruldu. Obeliskin hündürlüyü 21 metrdir. Əks təpədə kütləvi məzarlıqda müharibədə həlak olanların qalıqları dəfn olunmuşdur. Həmçinin, kompleksə ənənəvi erməni memarlığı üslubunda qurulmuş yeddi axınlı fontan da daxildir. Qranit pyedestal Böyük Vətən müharibəsində iştirak edənlərin adları və portretləri olan barelyefdən ibarətdir. Birinci Qarabağ müharibəsindən sonra xatirə kompleksinə çevrilmiş, buraya münaqişə zamanı həlak olmuş Qondarma Dağlıq Qarabağ Respublikası əsgərlərinin dəfn olunduğu qəbiristanlıq əlavə olunmuşdur.
Qələbə körpüsü (İrəvan)
Qələbə körpüsü (erm. Հաղթանակի կամուրջ) - Ermənistanın paytaxtı İrəvan şəhərində, Zəngi çayı üzərindəki yol körpüsü. İrəvanın mərkəzini Malatya-Sebastia rayonu və Zvartnots və Üçkilsə hava limanları ilə birləşdirir. Körpü İkinci Dünya müharibəsində SSRİ-nin Nasist Almaniyası üzərindəki qələbəsini anmaq üçün qələbə körpüsü olaraq adlandırılır. Zəngi çayının sağ sahildəki Admiral Isakov prospektini soldakı Mesrop Maştots prospekti ilə birləşdirir. Körpünün sağ sahilində İrəvan Konyak Zavodunu, sol sahilində isə İrəvan Şərab Kombinatının binası var. Bura şəhərin cənub və cənub-qərb kənarından İrəvanın mərkəzinə gələ biləcəyiniz Zəngi dərəsi üzərindəki bir neçə körpüdən biridir. Hava limanından şəhərin mərkəzi hissəsinə daxil olarkən bu körpünü dərin bir dərənin üzərindən keçərkən görməyə bilməzsiniz. Lakin bu mühəndis quruluşunun əsas cəlbediciliyi onun əks tərəflərində yerləşən iki ən məşhur içki fabrikinin "Ararat" və "Noy" un olmasıdır. Layihənin müəllifləri mühəndis S.Hovnanyan, memarlar A. Mamidcanyan və A. Asatryan.
Faşizm üzərində Qələbə Günü
Qələbə Günü (rus. День Победы) — Böyük Vətən Müharibəsinin (1941–1945) başa çatdığı gün. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeydsiz-şərtsiz təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. == Qələbə günü Azərbaycanda == Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.
Oktyabrın Qələbə Addımı ilə (1974)
Film Azərbaycanda Oktyabr inqilabının ildönümünün bayram edilməsindən danışır. Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Zeynəb Kazımova Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Qələbə meydanında Leninqradın müdafiəçilərinə heykəl
Qələbə meydanında Leninqradın müdafiəçilərinə abidə (rus. Монумент героическим защитникам Ленинграда) — 1941–1943-cü illərdə Leninqradın blokadası zamanı Leninqradı müdafiə etmiş Qızıl Ordu hərbçilərinin şərəfinə ucaldılmış monumental heykəltaraşlıq kompleksi. Leninqradın qəhrəman müdafiəçiləri şərəfinə abidənin ucaldılması ideyası hələ Böyük Vətən Müharibəsi illərində meydana gəlmişdi, lakin abidənin inşasına yalnız otuz il sonra, şəhərin düşmən qüvvələrin blokadasından tamamilə təmizlənməsindən sonra başlanmışdır. Abidənin inşa ediləcəyi yer 1960-cı illərdə seçilmiş, kompleksin Sredniy Roqatki meydanında ucaldılması qərarlaşdırılmış, 1962-ci ildə meydan Qələbə meydanı adlandırılmışdır. Abidə üçün yer təsadüfən seçilməmişdi. Müharibənin ilk günlərindən Moskva prospekti cəbhə yolu olmuş və bu prospektlə xalq qüvvələri, texnika və hərbi birləşmələr hərəkət etmişlər. Məhz bu ərazinin yaxınlığından müdafiə xətti keçirdi. Sredniy Roqatki meydanının özündə xəndəklər qazılmış, tank əlehinə qurğular yerləşdirilmişdi. 1945-ci ildə Böyük Vətən Müharibəsinin başa çatmasından sonra müharibədən qayıdan qvardiya döyüşçülərini qarşılamaq üçün məhz burada müvəqqəti triumfal arka inşa edilmişdi. Kompleks əhalinin verdiyi bəxşişlər hesabına inşa edilmişdi.
Qələbə
Qələbə (lat. victoria) — əvvəlcə müharibəyə şamil edilir və şəxsi döyüşdə, ümumilikdə hərbi əməliyyatlardan sonra və ya əlavə olaraq istənilən yarışda əldə edilən uğur. İnsan duyğularına gəldikdə, qələbə güclü bir sevinc hissi ilə müşayiət olunur və insan davranışı, hərəkətləri və duruşları ilə bunu göstərir. Mifologiyada qələbə çox vaxt ilahiləşdirilir, məsələn: yunan dilində bu ilahə Nika, Romada Viktoriya adlandırılır. Qalib qəhrəmanın bir əjdaha ilə döyüşə girdiyi variantlar da var. Antik dövrdə dəfnə çələngi qələbənin simvolu idir. Qələbə simvolu ✌ — "qələbə əli" və ya sülhü bildirən ümumi jestdir.
Oktyabrın qələbə addımı ilə (film, 1974)
Film Azərbaycanda Oktyabr inqilabının ildönümünün bayram edilməsindən danışır. Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Zeynəb Kazımova Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
"Qələbə" ordeni
Qələbə ordeni (rus. Орден «Победа») — 1943-cü ildə təsis olunmuş SSRİ ordeni. SSRİ-də ən ali hərbi orden.
1945 Berlin Qələbə Paradı
Berlin Qələbə Paradı — 7 sentyabr 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasından qısa müddət sonra məğlubiyyətə uğramış nasist Almaniyasının paytaxtı Berlində antihitler koalisiyasının iştirakı ilə keçirilmiş parad. Paradda SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa iştirak edirdi. 1945-ci ilin iyununda təşkil edilmiş Moskva Qələbə Paradının ardından SSRİ bənzər paradın müttəfiq qoşunları ilə birlikdə keçirilməsini təklif edir. Hələ iyul ayında Berlində Britaniya parad keçirmişdi. Sentyabr paradı Reyxstaq binası və Brandenburq qapısı yaxınlığında baş tutur. Paradda yüksək rütbəli zabitlərdən SSRİ-dən Sovet İttifaqı Marşalı Georgi Jukov, ABŞ-dən General Corc Smit Patton, Birləşmiş Krallıqdan General Brayan Robertson və Fransadan General Mari-Pyer Köniq iştirak edirdi. General Dvayt Eyzenhaver və Feldmarşal Bernard Montqomeri parada az müddət qalmış dəvəti rədd etmiş və Patton və Robertsonu nümayəndə qismində göndərmişdilər. SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransadan ümumilikdə 5,000 nəfərlik qoşun heyəti iştirak edirdi ki, onların təkcə 2,000 nəfəri Sovetləri təmsil edirdi. Şəxsi heyətin keçidi ilə başlanan parad zirehli texnikaların nümayişi ilə davam etdirildi. Hərbi heyətə SSRİ 248-ci Piyada Diviziyası, Fransanın 2-ci Piyada Diviziyası, İngilis 131-ci Piyada Briqadası və ABŞ-nin 82-ci Hava-desant Diviziyası daxil idi; mövcud qüvvələr ilk növbədə yerli qarnizonlardan gəlirdi.
1945 Moskva Qələbə Paradı
24 iyun 1945-ci ildə Moskvada Qırmızı Meydanda Qələbə Paradı — Böyük Vətən Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi şərəfinə Moskvada keçirilən tarixi hərbi parad. == İstinadlar == [1] Arxivləşdirilib 2007-04-20 at the Wayback Machine, [2], [3] — фотографии с Парада Победы Фото Евгения Халдея: Парад победы, правофланговый.
2020 Bakı Qələbə Paradı
2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Qələbə Paradı və ya Zəfər Paradı — İkinci Qarabağ Müharibəsində (Vətən Müharibəsində) Azərbaycanın qələbəsi şərəfinə Bakıda keçirilən tarixi hərbi parad. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı və türk əsgər və zabitləri də iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Parada Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev komandanlıq etmişdir. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.. Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Azadlıq Meydanında keçirilən hərbi paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak etmişdilər. Hərbi parad Bakı sakinlərində böyük maraq doğurmuşdu, şəhərin müxtəlif yerlərində toplaşan və COVID-19 ilə əlaqəli qaydalara baxmayaraq paradı yaxından izləməyə çalışmışdılar. Qələbə Paradının ssenari müəllifi və aparıcısı, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olmuşdu.
9 May Qələbə Günü
Qələbə Günü (rus. День Победы) — Böyük Vətən Müharibəsinin (1941–1945) başa çatdığı gün. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeydsiz-şərtsiz təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. == Qələbə günü Azərbaycanda == Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.
30 Avqust Qələbə Günü (Türkiyə)
Qələbə Günü (türk. 30 Ağustos Zafer Bayramı) — 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyində, zəfərlə nəticələnən Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında[1] hər il 30 avqust günü qeyd olunan rəsmi, milli bayram. Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdu. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır. == Arxa plan == Böyük Saldırı, Türk ordusunun İstiqlaliyyət Müharibəsi əsnasında işğal güclərinə son zərbəni təmin etməsi üçün planlaşdırılan gizli bir əməliyyat idi. Türkiyə Böyük Millət Məclisinin 20 İyul 1922-ci il iclasında özünə dördüncü dəfə başkomandir səlahiyyəti verilən Mustafa Kamal Paşa hücum qərarını iyun ayında almış və hazırlıqları gizli olaraq icra etmişdi. Böyük hücum 26 avqust - 27 avqusta keçən gecə Afyonda başladı və Türkiyə torpaqlarının qaytarılması - Türk ordusunun qələbəsi ilə başa çatdı. == Bayramın tarixi == 30 Avqust günü, ilk dəfə 1924 Dumlupınarda Çal Kəndi yaxınlarında Prezident Mustafa Kamalın qatıldığı bir mərasimlə Başkomandir zəfəri adıyla qeyd olunmuşdur. Qələbə Gününü qeyd etmək üçün iki il gözləmənin ən əhəmiyyətli səbəbi 1923-ci il Yeni Türkiyə baxımından həm milli, həm də beynəlxalq sahədə sıxlığın yüksək mərhələdə olması idi.
Pir qələbəsi
Pirr qələbəsi — əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edən tarixi hadisə. Əfsanəyə görə hökmdar Pirr döyüşdə düşmənə qalib gəlməsinə baxmayaraq, demək olar ki, öz ordusunun mütləq əksəriyyətini həmin döyüşdə itirmişdir. Eramızdan əvvəl 279-cu ildə kral Pirr Auskul yaxınlığında Roma legionu ilə müharibə aparırdı. Onun qoşunları hərbi cəhətdən yaxşı təşkil edilmişdilər. Belə ki, onlar döyüş filinə, möhkəm ox və yaylara sahib idilər. Öz qələbəsindən arxayın olan Pirr irəli atılır. Lakin romalılar təslim olmaq fikrində deyildilər və əsgərlərin fillərə minmələrinə heç cür imkan vermirdilər. Fillər o dövrdə ən təhlükəli və güclü silah hesab olunurdular və məğlubedilməz idilər. Nəticədə, romalı legionerlər filləri öz düşərgələrinə buraxmalı olur. Tez əldə edilən qələbədən sevinən Pirr düşməni sonadək qovmamaq qərarına gəlir.
Pirr qələbəsi
Pirr qələbəsi — əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edən tarixi hadisə. Əfsanəyə görə hökmdar Pirr döyüşdə düşmənə qalib gəlməsinə baxmayaraq, demək olar ki, öz ordusunun mütləq əksəriyyətini həmin döyüşdə itirmişdir. Eramızdan əvvəl 279-cu ildə kral Pirr Auskul yaxınlığında Roma legionu ilə müharibə aparırdı. Onun qoşunları hərbi cəhətdən yaxşı təşkil edilmişdilər. Belə ki, onlar döyüş filinə, möhkəm ox və yaylara sahib idilər. Öz qələbəsindən arxayın olan Pirr irəli atılır. Lakin romalılar təslim olmaq fikrində deyildilər və əsgərlərin fillərə minmələrinə heç cür imkan vermirdilər. Fillər o dövrdə ən təhlükəli və güclü silah hesab olunurdular və məğlubedilməz idilər. Nəticədə, romalı legionerlər filləri öz düşərgələrinə buraxmalı olur. Tez əldə edilən qələbədən sevinən Pirr düşməni sonadək qovmamaq qərarına gəlir.
Qələbəgətirən Bakirə Məryəm kilsəsi (Praqa)
Qələbəgətirən Bakirə Məryəm və Paduanlı Müqəddəs Antoni kilsəsi (çex. Kostel Panny Marie Vítězné a svatého Antonína Paduánského, alm. Kirche Maria vom Siege‎) — ona bitişik Ayaqyalın Karmelitlər ordeninə məxsus monastırla birlikdə Praqa şəhərinin Mala Strana rayonunda, Petrşin təpəsinin aşağısındakı Karmelitska küçəsində yerləşir. Kilsədə saxlanılan Praqa Körpə İsasının (o, daha çox "Yezulatko" adı ilə tanınır) fiquruna dua və ibadət etmək üçün, buraya dünyanın hər yerindən minlərlə zəvvar gəlir. Bu, erkən barokko üslubuna aid mühüm memarlıq abidəsidir; onun interyeri XVII əsrdən qorunub saxlanılmış qiymətli mebellə bəzədilib. Kilsə lüteran-almanların təşəbbüsü ilə XVII əsrin əvvəllərində tikilib və Müqəddəs Üçlüyün şərəfinə adlandırılıb. Bu, Mala Strana rayonunun ilk barokko tikilisi idi, ancaq onun yaradıcısının adı təəssüflər olsun ki, məlum deyil. 1624-cü ildə, Ağ dağda baş vermiş döyüşdən sonra, II Ferdinand çalınmış qələbəyə görə kilsəni Ayaqyalın karmelitlər ordeninə hədiyyə etmişdi. Yeni sahiblər kilsəni Qələbəgətirən Bakirə Məryəmin şərəfinə adlandıraraq, onun daxilində təmir və yenidənqurma işləri aparmış, onun yaxınlığında isə monastır inşa etmişdilər. Kilsə XVII əsrin ortalarında həmin ordenin fəaliyyəti dövründə qazandığı görünüşü günümüzə kimi qoruyub saxlamışdı.
Qələbəlik adamı (hekayə)
Qələbəlik adamı (ing. The Man of the Crowd) — Edqar Allan Po tərəfindən 1840-cı ildə yazılmış hekayə. Hekayə adı məlum olmayan şəxsin dilindən danışılır və əsas məzmunu həmin şəxsin London küçələrində bir nəfəri təqib etməsindən ibarətdir. Naməlum xəstəlik keçirən hekayənin əsas qəhrəmanı, London şəhərində adı göstərilməyən bir restoranda əyləşir. Əsər boyu qəhrəmanının adı çəkilmir. Qəhrəman restoranın pəncərəsindən küçədə ora-bura hərəkət edən kütləni maraqla seyr edir. İnsanlar maraqla və həvəslə hərəkət edir, ora-bura qaçırlar. Qəhrəman restoranda oturduğu yerdən, küçədə olan insanları beynində xəyali şəkildə müxtəlif kateqoriyalara bölür və onların kimliklərini özü üçün müəyyən etməyə çalışır. Gecənin düşməsinə yaxın, kütlənin arasından digər insanlardan fərqlənən bir sima, qəhrəmanın diqqətini cəlb edir. Altmış beş — yetmiş yaş arasında olan həmin sima sahibinin üzündə qəhrəmanın fikrincə mütləq bir azadlıq vardır.
Qələbənin Yolları (1976)
Qələbənin yolları (film, 1976)
Stalin Blokunun Yeni Qələbəsi (1947)
Stalin blokunun yeni qələbəsi (film, 1947)
Heydər Əliyevin qələbəsi (kitab)
Moskva Qələbə Paradı (24 iyun 1945)
24 iyun 1945-ci ildə Moskvada Qırmızı Meydanda Qələbə Paradı — Böyük Vətən Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi şərəfinə Moskvada keçirilən tarixi hərbi parad. [1] Arxivləşdirilib 2007-04-20 at the Wayback Machine, [2], [3] — фотографии с Парада Победы Фото Евгения Халдея: Парад победы, правофланговый.

qələbə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Qalibiyyət; müharibədə, döyüşdə tam müvəffəqiyyət. Qələbə bayramı. Düşmən üzərində qələbə. Qələbə ilə qayıtmaq. 2. Bir şey uğrunda mübarizədə əldə edilən müvəffəqiyyət, mübarizə nəticəsində bir şeyin tam həyata keçirilməsi. Tam və qəti qələbə. İstehsalat qələbələri. – Qələbə bayrağı qaldırıb yenə; Əmək cəbhəsinin qəhrəmanları. O.Sarıvəlli. // Yarışda, oyunda, mübahisədə və s.-də üstünlük, böyük nailiyyət, müvəffəqiyyət. Futbol oyunu neftçilərin qələbəsi ilə nəticələndi. □ Qələbə qazanmaq (əldə etmək, çalmaq) – qalib gəlmək, üstün gəlmək. [Dilarada] ədalətin, haqqın qələbə çalacağına möhkəm bir etiqad vardı. M.İbrahimov. 3. “Qələbəsindən” şəklində köhn. – üstünlüyündən, çoxluğundan, artıqlığından, şiddətindən, çox olmasından, təsirindən. Münəvvər məcburiyyətin qələbəsindən bozarmış anasının qabağına düşüb getməyi ixtiyar etmişdi. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / qələbə
  • 3 zəfər, qalib gəlmə, uğur qazanma.

    Azərbaycan qadın adlarının izahlı lüğəti. / qələbə
  • 4 ə. 1) qalib gəlmə, üstün gəlmə, zəfər; 2) çox olma; çoxluq.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qələbə

qələbə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 QƏLƏBƏ (döyüşmə, yarışda və s.-də üstün olma) Hər bir övladının qələbəsindən; Boy alıb ömrünə gün qazanmısan (B.Vahabzadə); FƏTH [Mustafa xan:] Ümidini Allaha bağla, inşallah, fəth biz ilə olar (Ə.Haqverdiyev); QALİBİYYƏT Bu bayram mənimkidir, bu bayram bizimkidir; Bakı qalibiyyəti göstərən bir güzgüdür (S.Rüstəm); TƏNTƏNƏ (məc.) ..Səkinənin açıq təntənəsi Rüstəm kişini pərt etmişdi (M.İbrahimov); ZƏFƏR (tənt.) Dünyada açılan bütün yolların; Əvvəli qeyrətdir, axın zəfər (B.Vahabzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qələbə

qələbə sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QƏLƏBƏ – MƏĞLUBİYYƏT Qələbə bayrağı qaldırıb yenə; Əmək cəbhəsinin qəhrəmanları (O.Sarıvəlli); Sığdıra bilmədi dağ qüruruna; Təpə önündəki məğlubiyyəti (B.Vahabzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / qələbə

qələbə sözünün rus dilinə tərcüməsi

  • 1 1. победа, триумф; 2. победный, триумфальный;

    Azərbaycanca-rusca lüğət / qələbə
  • 2 I сущ. победа: 1. успех в бою, в битве. Xalqın Böyük Vətən müharibəsində qələbəsi победа народа в Великой Отечественной войне, Qələbə bayramı праздник Победы, Qələbə günü день Победы, Qələbə bayrağı знамя Победы, qələbə ilə qayıtmaq вернуться с победой 2. успех в спортивном состязании. Beynəlxalq turnirdə bizim şahmatçılarımızın qələbəsi победа наших шахматистов в международном турнире 3. успех в достижении чего-л. İstehsalat qələbəsi производственная победа, qəti qələbə окончательная победа, yeni qələbələrə doğru к новым победам, əmək qələbəsi трудовая победа II прил. победный. Qələbə topu победный гол, qələbə marşı победный марш ◊ qələbədən-qələbəyə от победы к победе; qələbə qazanmaq (əldə etmək, çalmaq) одержать победу над кем-, чём-л. qələbəyə gətirmək kimi, nəyi привести к победе кого, что; Pirr qələbəsi (çətin qələbə) Пиррова победа (победа, одержанная ценой огромных жертв, равносильная поражению)

    Azərbaycanca-rusca lüğət / qələbə

qələbə sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. victory; (müvəffəqiyyət) triumph; ~ qazanmaq / almaq to have* / to get* / to win* / to gain (the) victory; to score a victory; tam ~ final victory; (güləşdə) victory by fall; xal hesabı ilə ~ (boksda, güləşdə və s.) victory on points; müasir elmin ~si the triumph of modern science; xeyrin şər üzərində ~si the triumph of good over evil II. s. victory, triumphal; ~ günü Victory Day; ~ himni triumphal hymn; ~ mərasimi triumphal procession; ~ çələngi triumphal wreath

    Azərbaycanca-ingiliscə lüğət / qələbə

qələbə sözünün fransız dilinə tərcüməsi

qələbə sözünün ləzgi dilinə tərcüməsi

"qələbə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qələbə nədir? #qələbə sözünün mənası #qələbə nə deməkdir? #qələbə sözünün izahı #qələbə sözünün yazılışı #qələbə necə yazılır? #qələbə sözünün düzgün yazılışı #qələbə leksik mənası #qələbə sözünün sinonimi #qələbə sözünün yaxın mənalı sözlər #qələbə sözünün əks mənası #qələbə sözünün etimologiyası #qələbə sözünün orfoqrafiyası #qələbə rusca #qələbə inglisça #qələbə fransızca #qələbə sözünün istifadəsi #sözlük