* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Şərqdə: dünyadan əl çəkib, sərsəri həyat keçirən dərviş; dünyanın zövq və nemətlərinə inanmayaraq, həqiqət axtaran filosof. Həm bən qələndər surətəm, fərdəm, mücərrəd təcridəm; Gərçi fəqirəm, həm gəda, mülkə Süleyman gəlmişəm. Nəsimi. // Ümumiyyətlə, sərsəri, divanə. Gördüm cəmalını, oldum qələndər; Laçın tək qıya bax, üz bəri döndər. Aşıq Dilqəm. // Çoxbilmiş mənasında. ◊ Qələndər-a-qələndər – uşaq oyunlarından birinin adı.
Azərbaycan dilinin izahlı lüğəti / qələndər2 dünyadan əl çəkib həqiqət axtaran adam; filosof; dərviş.
Azərbaycan kişi adlarının izahlı lüğəti / qələndər3 f. 1) dünyadan əl çəkib sərsəri həyat keçirən adam; dərviş; 2) dünyadan əl çəkib həqiqət axtaran alim; filosof; 3) qayda-qanuna tabe olmayan; özbaşına.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qələndər1 [fars.] сущ. къелендар (дуьньядилай гъил къачуна серсери хьиз яшамиш жезвай дервиш; дуьньядин лезет ва няметрал чӀалахъ тушиз гьакьикъатдихъ къекъвезвай философ); // семе, дили, серсери; // гзаф чидайди манада; ** qələndər-a-qələndər аялрин къугъунрикай садан тӀвар.
Azərbaycanca-ləzgicə lüğəti / qələndər(Bakı, Dərbənd) sirkə, abqora və s. tökmək üçün dördkünc şüşə qab. – Qələndərdə Həsəngilə sirkə göndərdim (Dərbənd)
Azərbaycan dilinin dialektoloji lüğəti.