qəmli sözü azərbaycan dilində

qəmli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qəmli • 83.8337%
  • Qəmli • 15.0115%
  • QƏMLİ • 1.1547%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.78 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 •••••••••••••••••••• 3.54
2004 •••••••••• 1.68
2005 •••••••• 1.35
2006 •• 0.23
2007 ••••• 0.85
2008 •• 0.24
2009 •• 0.32
2010 •••• 0.54
2011 ••••••••• 1.46
2012 •• 0.26
2013 •••••••••• 1.60
2014 ••••• 0.86
2015 ••••••• 1.19
2016 0.17
2017 •••• 0.65
2018 •••• 0.60
2019 •••• 0.56
2020 0.13

qəmli sözünün leksik mənası və izahı

  • 1 sif. bax qəmgin. Qəmli adam. Qəmli baxışlar. Qəmli nəğmə. – Çoxçoxdandır qəmli könlüm şad olmaz; Məgər əsməz dost kuyində yellər heç. M.V.Vidadi. Birdən-birə göründü gözə bir xərabəzar; Görsən nə qəmli mənzərələr aşkar idi. M.Hadi. Hüseyn günəşə baxaraq, nə isə qəmli, dərin şeylər düşünürdü. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / qəmli

qəmli sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 kədərli — dərdli — qüssəli

    Azərbaycan dilinin sinonimlər lüğəti / qəmli
  • 2 QƏMLİ Qəmli könlüm yenə şad oldu, ruxi-yarı görüb; Arizində o mehin türreyi-tərran görüb (Ə.Vahid); BİKEF [Bədəl:] Yoldaşlar, daha bundan sonra məni bikef görməzsiniz (Ə.Haqverdiyev); KƏDƏRLİ Kədərli bir qəlbin yanıq fəğanı; Yandırar ürəyi daşdan olanı (Ə.Cavad); QƏMGİN Qaraca qız da qəmgin idi (S.S.Axundov); QƏMNAK (köhn.) Bir nalə qılan nar dili-qəmnakdan özgə? (S.Ə.Şirvani); QƏMZADƏ (köhn.) Bəzm əhli tikibdir sana yeksar gözün, əmma; Gözlə məni, cana ki, füzun qəmzadəyəm mən (Q.Zakir); QÜSSƏLİ Mələk ..fikirli və qüssəli idi (M.İbrahimov); MƏHZUN Bu axşam niyə belə məhzunsan, qəmlisən?.. (M.İbrahimov); NAŞAD (kl.əd.) Gəzər məcnun tək avarə mənim naşad könlüm (Natəvan); QAYĞILI Yol boyu uzanan işıq xətləri; Bakının qayğılı nəzərləridir (M.Araz); QUBARLI Qubarlıydım azca, süstdüm bir qədər (M.Rahim); PƏRİŞAN Niyə o, dalğın gedir, pərişan gedir (B.Vahabzadə); DƏRDLİ (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qəmli

qəmli sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QƏMLİ – ŞAD Hüseyn Günəşə baxaraq nə isə qəmli, dərin şeylər düşünürdü (S.Rəhimov); Şad xəbər alan kimi sevinəsevinə qadına müraciət etdi (C.Əmirov).

    Azərbaycan dilinin antonimlər lüğəti / qəmli

qəmli sözünün rus dilinə tərcüməsi

  • 1 грустный, тоскливый, печальный, огорченный, удрученный

    Azərbaycanca-rusca lüğət / qəmli
  • 2 прил. 1. грустный, печальный. Qəmli sifət грустное лицо, qəmli hadisə грустная история, qəmli nəğmə грустная песня, qəmli görünüş печальный вид 2. тоскливый. Qəmli günlər тоскливые дни 3. элегический. Qəmli ton элегический тон 4. минорный Qəmli əhvaliruhiyyə (ovqat) минорное настроение

    Azərbaycanca-rusca lüğət / qəmli

qəmli sözünün inglis dilinə tərcüməsi

qəmli sözünün ləzgi dilinə tərcüməsi

"qəmli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəmli nədir? #qəmli sözünün mənası #qəmli nə deməkdir? #qəmli sözünün izahı #qəmli sözünün yazılışı #qəmli necə yazılır? #qəmli sözünün düzgün yazılışı #qəmli leksik mənası #qəmli sözünün sinonimi #qəmli sözünün yaxın mənalı sözlər #qəmli sözünün əks mənası #qəmli sözünün etimologiyası #qəmli sözünün orfoqrafiyası #qəmli rusca #qəmli inglisça #qəmli fransızca #qəmli sözünün istifadəsi #sözlük