Qəndab sözü azərbaycan dilində

Qəndab

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qəndab • 89.1892%
  • qəndab • 9.4595%
  • QƏNDAB • 1.3514%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qəndab Quliyeva
Qəndab Həbib qızı Quliyeva (10 avqust 1949, Dilağarda, Füzuli rayonu, Azərbaycan SSR – 26 iyun 2017, Bakı, Azərbaycan) — müğənni, aktrisa. Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyatı == Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976–1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991–1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs almış və onun sənətini təkmilləşdirmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahcənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaratmışdır. Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirmişdir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.49 dəfə / 1 mln.
2003 ••••• 0.39
2004 •••• 0.34
2005 •••••••••••••••• 1.35
2006 •••••• 0.45
2007 ••• 0.21
2008 •••••• 0.49
2009 •••••• 0.48
2010 •••••••••••••••••••• 1.72
2011 •••••••• 0.69
2012 •••• 0.34
2013 •••••• 0.44
2014 •••••••• 0.69
2017 •••••• 0.49
2019 •• 0.14
2020 •• 0.13

qəndab sözünün leksik mənası və izahı

  • 1 is. [ər. qənd və fars. ab] Şərbət. Çavuş qəndabı içib corabı aldı və qoydu atının tərkindəki xurcuna. C.Məmmədquluzadə. Təkyələrdə çay və qəndab sel kimi axırdı. Ə.Haqverdiyev. // məc. Çox şirin şey haqqında. Ey dəhani şəkər, ləbləri qəndab! M.P.Vaqif.

    Azərbaycan dilinin izahlı lüğəti / qəndab

qəndab sözünün etimologiyası

  • 1 Qənd ərəbcədir, ab isə farsca. Qəndab sözü “qənd suyu (şərbət)” demək­dir. Ad kimi qızlara verilir. Gəndab sözü isə “iylənmiş su” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qəndab

qəndab sözünün sinonimləri (yaxın mənalı sözlər)

qəndab sözünün rus dilinə tərcüməsi

qəndab sözünün inglis dilinə tərcüməsi

qəndab sözünün fransız dilinə tərcüməsi

qəndab sözünün ləzgi dilinə tərcüməsi

qəndab sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. və f. şərbət, qənd şərbəti.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

qənd suyu, şərbət; şirin, ürəyəyatan.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"qəndab" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəndab nədir? #qəndab sözünün mənası #qəndab nə deməkdir? #qəndab sözünün izahı #qəndab sözünün yazılışı #qəndab necə yazılır? #qəndab sözünün düzgün yazılışı #qəndab leksik mənası #qəndab sözünün sinonimi #qəndab sözünün yaxın mənalı sözlər #qəndab sözünün əks mənası #qəndab sözünün etimologiyası #qəndab sözünün orfoqrafiyası #qəndab rusca #qəndab inglisça #qəndab fransızca #qəndab sözünün istifadəsi #sözlük