* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2008 | •••••• | 0.24 |
2010 | ••••••••• | 0.36 |
2012 | •••••• | 0.26 |
2014 | •••••••• | 0.34 |
2015 | •••••••••••••••• | 0.68 |
2017 | ••••••••••• | 0.49 |
2018 | •••••••••••••••••••• | 0.90 |
1 is. [ər.] Asma lampa. Körpünün daş qapıları və yüz arşın ucalığındakı tağlar minlərcə qəndillərin əlvan şəfəqləri altında parlayırdı. M.S.Ordubadi. Oğlan cəld onu [qadını] qaldırıb əmr etdi ki, tavandan asılmış beşçıraqlı qəndili düşürüb ona versinlər. Ə.Haqverdiyev. Küncdə yanan qəndilin zəif titrək işığında zirzəmi hərəkət edən kölgələrlə dolu görünürdü. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / qəndil1 Ərəbcədir, çilçıraq deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qəndil2 QƏNDİL (asma lampa) Könlümdə fərəhdən qəndillər yanır; Tez keçib bir yanda sakit dayanır (Ə.Cəmil); AVİZƏ (köhn.) Onlar ..qızıl avizələrlə bəzənmiş böyük salona girdilər (M.S.Ordubadi); ÇİLÇIRAQ Çilçıraqlarla işıqlandırırıq xanələri; Zalxalar daxmasına çökdü qaranlıq, bizə nə?! (M.Ə.Sabir); LÜSTR.
Azərbaycan dilinin sinonimlər lüğəti / qəndilə. 1) çilçıraq, çıraq; 2) sünbül kimi sallanmış çiçək salxımı; 3) alma növü.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti(Basarkeçər) baca. – Tüsdü qəndildən çıxar. – Qəndilin üsdü örtülüdü, tüsdü evdən çıxmır
Azərbaycan dilinin dialektoloji lüğəti.asma lampa; çilçıraq; xoşbəxt.
Azərbaycan kişi adlarının izahlı lüğəti