qənşər sözü azərbaycan dilində

qənşər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qənşər • 90.0000%
  • Qənşər • 5.0000%
  • QƏNŞƏR • 5.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qənşərbulaq
Qənşərbulaq (fars. قانشاربلاغ‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2007 •••••••••••• 0.21
2009 ••••••••• 0.16
2010 •••••••••••••••••••• 0.36

qənşər sözünün leksik mənası və izahı

  • 1 is. Qarşı tərəf, ön tərəf; irəli, qabaq. Qapının qənşəri. Evin qənşərində. – Kəndlinin qənşərində bir sürü qaz; Bir çubuqla sürürdü çox saymaz. A.Səhhət. Yanında xırda gümüş qaşıq olan fincan isə qocanın qarşı tərəfindəki həsir səndəlin qənşərinə qoyulmuşdu. İ.Əfəndiyev. □ Qənşər gəlmək – üz-üzə gəlmək, rast gəlmək. Uğura qənşər gələsən, oğul, – deyə qoca çobanın qolundan tutub öz yanında oturtdu. M.Rzaquluzadə. // Qarşıda yaxşı görünən yer. [Səmədi] Krım çöllərində Üçtəpə adlanan qənşər bir yerdə basdırdı(lar). Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / qənşər

qənşər sözünün etimologiyası

qənşər sözünün sinonimləri (yaxın mənalı sözlər)

qənşər sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QƏNŞƏR – ARXA Yanında xırda gümüş qaşıq olan fincan isə qocanın qarşı tərəfindəki həsir səndəlin qənşərinə qoyulmuşdu (İ.Əfəndiyev); Mədəd naharını qurtarıb qapıdan çıxdı, Kosa onun arxasına düşdü (S.Rəhimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / qənşər

qənşər sözünün rus dilinə tərcüməsi

qənşər sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. opposite, opposite side II. s. opposite; ~ istiqamət opposite direction; ~ tərəf opposite side; küçənin ~ tərəfi the opposite side of the street III. z. opposite; ~ oturmaq to sit* opposite; ~ gəlmək to come* opposite; ~ə çıxmaq to come* out to the front IV. qoş. opposite; evimizin ~ində opposite our house

    Azərbaycanca-ingiliscə lüğət / qənşər

qənşər sözünün fransız dilinə tərcüməsi

qənşər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. къаншар, къарши тереф, вилик пад; qənşər gəlmək къаншардиз атун, ччин-ччинал гьалтун, дуьшуьш хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / qənşər

qənşər sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Qabaq, ön. (“Koroğlu” dastanının lüğəti) Özü də qənşər tərəfdən gedəcəyəm. (“Həmzənin Qıratı aparmağı”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağsu, Ucar) əvvəl. – Qənşər bö:ük danışar, so:ra kiçik; – Sən qalxozda mənnən qənşər işdiyirsən; – Qənşərdə bı kənt Göyçaya baxırdı (Ucar); – Qənşərrər adam pis yaşayırdı (Ağsu)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qənşər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qənşər nədir? #qənşər sözünün mənası #qənşər nə deməkdir? #qənşər sözünün izahı #qənşər sözünün yazılışı #qənşər necə yazılır? #qənşər sözünün düzgün yazılışı #qənşər leksik mənası #qənşər sözünün sinonimi #qənşər sözünün yaxın mənalı sözlər #qənşər sözünün əks mənası #qənşər sözünün etimologiyası #qənşər sözünün orfoqrafiyası #qənşər rusca #qənşər inglisça #qənşər fransızca #qənşər sözünün istifadəsi #sözlük