* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••• | 363.17 |
2003 | ••••••••••••••••••• | 376.75 |
2004 | ••••••••••••••• | 294.09 |
2005 | •••••••••••• | 240.90 |
2006 | •••••••••• | 184.92 |
2007 | ••••••••• | 171.26 |
2008 | •••••••••• | 196.60 |
2009 | •••••••••••• | 236.62 |
2010 | •••••••••••••••••••• | 406.39 |
2011 | ••••••••••••• | 255.74 |
2012 | •••••••••••• | 241.88 |
2013 | ••••••••••••••••• | 342.22 |
2014 | ••••••••••••••• | 295.51 |
2015 | ••••••••••••• | 250.24 |
2016 | ••••••••••••• | 252.67 |
2017 | ••••••••••••• | 262.42 |
2018 | ••••••••••• | 210.35 |
2019 | ••••••••••• | 209.75 |
2020 | •••••••••••••••••• | 360.96 |
1 is. [ər.] 1. Bir məsələni müzakirə etdikdən sonra, hamı tərəfindən çıxarılan nəticə; qətnamə. Qərar layihəsi. Qərarı müzakirə etmək. □ Qərar vermək (qoymaq) – bir şeyi müzakirə etməkdən, yaxud bir şey haqqında düşündükdən sonra müəyyən nəticəyə gəlmək, qəti bir fikrə gəlmək, qət etmək. Bir neçə gün Şəbanın yanına dost və aşna gəldi; axırda Şəban arvadını da götürüb öz evinə köçməyə qərar qoydu. Ə.Haqverdiyev. Qərara gəlmək (almaq) – qərar çıxarmaq, qərar qəbul etmək. [Baba:] …Yığıncağınızda nə qərara gəldiniz? S.S.Axundov; // bax qərar vermək (qoymaq). Axırda bu qərara gəldilər ki, … qoca kəndli onların mübahisəsini həll etsin. S.S.Axundov. Məsmə otağını bir cavanəzənə yaraşacaq bir şəklə salmağı özünə bir həyat qayəsi qərar verir. S.Hüseyn. // Hüquq termini kimi. Məhkəmənin qərarı. Qərar qətidir. Məhkəmə qərar çıxardı. Məhkəmə qərarı və ya prokurorun icazəsi olmadan heç bir kəs həbs edilə bilməz. 2. Fikir, mülahizə; əzm. Heç bir şey məni öz qərarımdan daşındıra bilməz. – Heç bir təhlükə, heç bir qorxu [Firidunu] qərarından döndərə bilmədi. M.İbrahimov. 3. Qərarlaşma, sözləşmə, qabaqcadan danışıb şərtləşmə. Elə ki libas geyinmək tamam oldu, miraxur atı qabağa çəkdi, Yusif Sərracı mindirdilər ata, əsas qərari-sabiq üzrə dərbari-şahiyə rəvanə oldu. M.F.Axundzadə. ◊ Qərarla, qərar ilə – qayda ilə, qaydada, üsul ilə, tərz ilə, sayaq. [Hacı Nayib:] Əhvalat bu qərar ilədir ki, hər bir hakimin birinci vəzifəsi məmləkətin abadlığı və əhalinin istirahət və səadətidir. C.Məmmədquluzadə. Bu qərarla Təbrizdən hərəkət etdiklərinin 9-cu günü Dəclə çayı sahillərinə yaxınlaşdılar. M.S.Ordubadi. □ Bir qərarla – bir qaydada; üsulu, qaydanı, sürəti, ahəngi və s.-ni dəyişdirmədən, müntəzəm surətdə. Su bir qərarla axır. Bir qərarla nəfəs almaq. Bir qərarla yerimək. Bir qərarla oxumaq.
Azərbaycan dilinin izahlı lüğəti / qərar2 is. [ər.] Durma, durum, sakit durma. // Aram, rahatlıq. Dilbər, sən gedəndən bəri könlümün; Nə səbri, sükutu, nə qərarı var. Q.Zakir. Könüldə yox qərarü səbr, ey arami-can, sənsiz. S.Ə.Şirvani.□ Qərar tapmaq (tutmaq) – 1) bir yerdə, ya bir işdə sabitləşmək, dayanmaq. Olduğu yerdə qərar tapdı; 2) aram olmaq, sakitləşmək, rahat olmaq. Uşaq daha ağlamır, qərar tapdı. – Qərarım tutarmı onu anmasam; Onun xəyalıyla oda yanmasam? Ə.Cəmil. O, bir dəqiqə bir yerdə qərar tapmayaraq, sərbəst hərəkəti ilə öz azadlığını təsdiq etməyə can atırdı. Ə.Məmmədxanlı; 3) dayanmaq, yerləşmək, oturmaq. Paşanın adamları da hərəsi bir tərəfdə qərar tutdular. “Koroğlu”. Xan yuxarı başa keçib, bir yumşaq döşək üstündə əyləşib qərar tutdu. Ə.Haqverdiyev. Qərardan düşmək (getmək) – 1) daha dözə bilməmək, səbr edə bilməmək, səbri tükənmək; 2) huşu başından çıxmaq, özünü itirmək. Xəstə qızdırmanın şiddətindən qərardan getmişdi. Qərarı gəlməmək – səbri çatmamaq, hövsələsi çatmamaq, bir yerdə duruş tutmamaq. Musa kişi bütün günü heç bir iş görə bilmirdi. Nəyə əl atırdısa, qərarı gəlmirdi. M.İbrahimov. Qərarı kəsilmək – 1) səbri gəlməmək, səbri kəsilmək; 2) taqəti kəsilmək. Qərarı üzülmək – bax qərarı kəsilmək. Qərarını almaq – bax qərarını kəsmək. Qərarını kəsmək – səbrini, rahatlığını, aramını əlindən almaq, tükəndirmək. Gər kəsməsəydi bülbüli-zarın qərarını; Olmazdı aqibət özü həm biqərar gül. S.Ə.Şirvani.
Azərbaycan dilinin izahlı lüğəti / qərar1 Ərəb sözüdür, iqrar sözü ilə kökdaşdır. Müxtəlif mənalarda işlədilir: durmaq, möhkəmlik, qətnamə, təmkin və s. İlqar sözü isə iqrar sözünün təhrif edilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qərar4 I 1. QƏRAR (müəyyən bir məsələni müzakirə etdikdən sonra çıxarılan nəticə), QƏRARNAMƏ, QƏTNAMƏ 2. qərar bax qərardad 3. qərar bax fikir 2 II qərar bax rahatlıq
Azərbaycan dilinin sinonimlər lüğəti / qərar1 QƏRAR I is. [ ər. ] Çıxarılan nəticə, qətnamə; fikir, mülahizə. Vera, yığıncağınızda nə qərara gəldiniz? (S.S.Axundov). QƏRAR II is. [ ər. ] Səbir, dözüm, təmkin, durma. Qərarım tutarmı, onu anmasam; Onun xəyalıyla oda yanmasam? (Ə.Cəmil).
Azərbaycan dilinin omonimlər lüğəti / qərar1 1. решение, постановление, резолюция, заключение; 2. положение, порядок, образ;
Azərbaycanca-rusca lüğət / qərar2 1 сущ. 1. постановление. Partiyanın qərarı партийное постановление, qərarı bəyənmək одобрять постановление, qurultayın qərarları постановления съезда, ümumi iclasın qərarı постановление общего собрания, qərara ələvə приложение к постановлению, qərarı həyata keçirmək проводить в жизнь постановление, qərarı oxumaq зачитывать постановление, əsaslandırılmış qərar мотивированное постановление, əsassız qərar необоснованное постановление, ümumi məcburi qərar общеобязательное постановление 2. решение (заключение, вывод). Yeganə düzgün qərar единственно правильное решение, ümumi qərar общее решение, gözlənilməz qərar неожиданное решение, arbitraj qərarı решение арбитража, bir səslə qəbul olunmuş qərar единогласно принятое решение, qəti qərar окончательное решение, alternativ qərar альтернативное решение, qərarı gözləmək ждать решения; qərarın layihəsi проект постановления ◊ qərar vermək kim, nə haqqında дать заключение о ком, о чем., qərar çıxarmaq вынести решение, qərar qəbul etmək принимать решение, постановление, qərara almaq решать, решить; qərara gəlmək прийти к заключению 2 сущ. терпение, выдержка; qərar tapmaq (tutmaq): 1. успокаиваться, успокоиться 2. остановиться где-нибудь ◊ qərar etmək расположиться, утвердиться; qərardan düşmək выйти из себя, потерять терпение; qərarı gəlmir сил не хватает, не хватает терпения; qərarı kəsilmək см. qərardan düşmək; qərarını kəsmək kimin лишить покоя кого
Azərbaycanca-rusca lüğət / qərar1 I. i. decision; resolution; agreement; sentence, judgement; ~ qəbul etmək to decide (d.), to resolve (d.); to come* to a decision, to arrive at a decision, to make* / to reach a decision; ~ vermək to decide (d.), to sentence (d.); ~ çıxarmaq to pronounce judgement, to deliver a judgement; (iclasda) to pass a resolution; ~ı ləğv etmək to cancel / to revoke / to annul a decision; (məhkəmənin) to revoke a sentence; ümumi iclasın ~ı decision of a general meeting; ~a alınmaq to be* decided, to become* settled II. i. patience; ~ tutmaq to come* down, to calm oneself, to keep* patience; ~ı kəsilmək to lose* patience; to find* oneself in a difficult / awkward situation; Qərarım gəlmir I can’t stand, I am out of patience
Azərbaycanca-ingiliscə lüğət / qərar1 is. décision f, arrêt m, conclusion f, décret m, résolution f, verdict m
Azərbaycanca-fransızca lüğət / qərar1 [ər.] сущ. къарар (1. нетижа; məhkəmənin qərarı суддин къарар; qərar vermək (qoymaq) къарар гун (эцигун), фагьумна са нетижадал атун, къетӀи са фикирдал атун, къетӀъ авун; qərara gəlmək (almaq) къарардал атун, къарардиз къачун, къарар акъудун, къарар кьабулун; // кил. qərar vermək (qoymaq); 2. фикир; 3. икьрар, икьрар хьунухь, гаф атӀун, виликамаз рахана шартӀ хьун; ** qərarla, qərar ilə къайдадивди, къайдада, рекьелди, жуьре, тегьер, саягъ; bir qərarla са къайдада; къайда (рехъ, тегьер, йигинвал) дегиш тавуна, сад хьиз.
Azərbaycanca-ləzgicə lüğəti / qərar2 [ər.] сущ. акъвазун, дурум, секин акъвазун; кьарай; регьятвал; qərar tapmaq (tutmaq) а) кьарай атун, са чкадал ва я са кӀвалахдал дегиш тахьана акъвазун; // секин хьун, эпсин хьун, регьят хьун; б) акъвазун, чка кьун, ацукьун; qərardan düşmək (getmək) а) мад эхиз тахьун, сабур ийиз тахьун, сабур акьалтӀун; б) кьил квахьун, акьул кьиляй акъатун, вичи-вич квадарун; qərarı gəlməmək кьарай татун сабур агакь тавун, сабур акьалтӀун, санал акъвазиз тахьун; qərarı kəsilmək а) кьарай атӀун, сабур акьалтӀун; б) тӀакь атун; qərarı üzülmək кил. qərarı kəsilmək; qərarını almaq кил. qərarını kəsmək; qərarını kəsmək кьарай атӀун, сабур акьалтӀарун, регьятвал (динжвал) гъиляй акъудун.
Azərbaycanca-ləzgicə lüğəti / qərar\. – aralarında bir seçim etmə məcburiyyəti olan imkanlardan birini seçmək fəaliyyəti və bu fəaliyyətin nəticəsi yaxud da insan həyatının ayrı-ayrı mühüm nöqtələrində içinə düşdüyü sarsıntılı hal və bunun nəticəsi olanı seçmək.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. 1) durma, aram tutma, sakit olma; 2) möhkəmlik, səbat; 3) rahatlıq, istirahət; 4) davam, sürəklilik; 5) qətnamə; 6) sərəncam, hökm; 7) vəziyyət, hal; 8) səbir, dözüm, təmkin.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti