YouTube baş qərargahına silahlı hücum
3 aprel 2018-ci ildə yerli vaxtla saat 12:46-da ABŞ video paylaşma platforması olan "YouTube"un San-Bruno şəhərindəki başqərargahında silahlı hücum baş verdi. Hücumu 38 yaşlı İranəsilli ABŞ vətəndaşı Nəsim Nəcəfi Ağdam adlı qadın törətmişdir. O, dayanacaqdan içəri daxil olaraq verandaya yaxınlaşıb və Smit & Vesson markalı 9 mm-lik yarı avtomatik tapançadan mərkəzdəkilərə doğru atəş açmağa başlayıb. Ağdam tapança ilə özünü öldürmədən əvvəl biri ağır olmaqla 3 nəfəri yaralamışdır.
== Hücum ==
Yerli vaxtla günortadan sonra saat 12:46-da San Bruno polisi bir silahlı şəxsin "YouTube"un baş qərargahında silahlı hücum etməsi bağlı məlumat aldı. Ağdamın silahı 10 güllə tutumlu idi və o, silahı təkrar doldurmazdan əvvəl bir maqazini boşaltdı. Daha sonra helikopterdən lentə alınmış görüntülərdə binanın vestibülü qapılarında böyük bir deşik və şüşə qırıqları olduğu görünüb. Məhkəmə ekspertizasının rəyində məlum olub ki, Ağdam ürək nahiyəsinə açdığı atəş nəticəsində ölüb, onun bədənində narkotik və ya spirt aşkar edilməyib.
== Cinayətkar ==
Polis tərəfindən cinayəti törədən şəxsin Nəsim Nəcəfi Ağdam (fars. نسيم نجفى اقدم; 5 aprel 1979 – 3 aprel 2018) adlı veqan aktivisti və fitnes fərdi olan bir Azərbaycanəsilli İran vətəndaşı olduğu müəyyənləşdirilib.