İdarəetmə qərarları
İdarəetmə qərarları — mürəkkəb zehni prosesin nəticəsidir. Qərarların həyata keçirilməsi iqtisadi səmərə verməli, qüvvədə olan qanunvericiliyə uyğun gəlməli, psixoloji xüsusiyyətləri nəzərə almal, tabe olanlara tərbiyəvi təsir etməlidir. Qərar qəbul edilməsi prosesi gündəlik həyat və məişət də daxil olmaqla bütün fəaliyyət növünə xasdır. Qərarlar insanların mənafeyinə toxunduğundan onun qəbul edilməsi ən məsuliyyətli prosesdir. Qərar qəbul edilməsi rəhbərin ən mürəkkəb və məsuliyyətli funksiyalarından biridir.
İdarəetmə qərarlarının qəbul edilməsini aşağıdakı kimi təsnif etmək olar:
Məqsədə görə;
İdarəetmənin səmərəliliyinə görə;
Alınan son nəticəyə görə;
İdarəetmə metodlarına görə;
Giriş elementlərinə görə;
Təsir vasitələrinə görə;
İnformasiya tələblərinə görə.
İdarəetmə qərarlarına və onların keyfiyyətinə təsir göstərən meyarlar aşağıdakılardır:
Elmi əsasa söykənməsi.
Vaxtında (lazım olan zamanda) olması.
Qərarların hazırlanmasına və icrasına təsir gücü.
Qərarın hazırlanma müddəti.