qəribsəmək sözü azərbaycan dilində

qəribsəmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qəribsəmək • 83.3333%
  • QƏRİBSƏMƏK • 12.5000%
  • Qəribsəmək • 4.1667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

qəribsəmək sözünün leksik mənası və izahı

  • 1 f. Özünü bir yerdə tək və kimsəsiz görüb qəmgin olmaq, qəriblik hiss etmək, darıxmaq. Bu dadlı söhbətlərin içində belə yenə də ağsaqqal həkim öz ailəsi üçün çox bərk qəribsəyir, öz Mehriban xanımı üçün bərk darıxırdı. S.Rəhimov. Mən tanıdığım bir nəfər də yox idi. Ona görə bir küncdə qəribsəyirdim. Mir Cəlal. Mən də sizsiz qəribsədim, uçmaq istər ruhum daha. Ə.Cavad.

    Azərbaycan dilinin izahlı lüğəti / qəribsəmək

qəribsəmək sözünün etimologiyası

  • 1 Sözün kökü ərəbcədir, əqrəba (qohum) kəlməsi ilə kökdaşdır. Qərib (əğrəb) kəlməsi “yaxın adam” mənasını verir. Qəribsəmək –“yaxın adamını arzulamaq” deməkdir (-sa şəkilçisi arzu, meyil bildirir: susamaq və s.). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qəribsəmək

qəribsəmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

qəribsəmək sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QƏRİBSƏMƏK – SEVİNMƏK Mən tanıdığım bir nəfər də yox idi. Ona görə bir küncdə qəribsəyirdim (Mir Cəlal); Səsini eşidəndə o qədər sevindim ki, sanki neçə ay idi görüşmürdük (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / qəribsəmək

qəribsəmək sözünün rus dilinə tərcüməsi

  • 1 глаг. истосковатся, чувствовать себя одиноким, соскучиться. Doğma yerlərə görə qəribsəmək истосковаться по родной земле

    Azərbaycanca-rusca lüğət / qəribsəmək

qəribsəmək sözünün inglis dilinə tərcüməsi

qəribsəmək sözünün fransız dilinə tərcüməsi

qəribsəmək sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#qəribsəmək nədir? #qəribsəmək sözünün mənası #qəribsəmək nə deməkdir? #qəribsəmək sözünün izahı #qəribsəmək sözünün yazılışı #qəribsəmək necə yazılır? #qəribsəmək sözünün düzgün yazılışı #qəribsəmək leksik mənası #qəribsəmək sözünün sinonimi #qəribsəmək sözünün yaxın mənalı sözlər #qəribsəmək sözünün əks mənası #qəribsəmək sözünün etimologiyası #qəribsəmək sözünün orfoqrafiyası #qəribsəmək rusca #qəribsəmək inglisça #qəribsəmək fransızca #qəribsəmək sözünün istifadəsi #sözlük