Qətər sözü azərbaycan dilində

Qətər

Yazılış

  • Qətər • 99.8778%
  • qətər • 0.1222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qətər bayrağı
Qətər bayrağı — Qətərin Dövlət bayrağı
Qətər coğrafiyası
== Sahəsi və sərhədləri == Qətər əmirliyi Ərəbistan yarımadasının şimal-şərqində, İran körfəzinin sahilində eyniadlı yarımadada yerləşir. Yarımadanın şimaldan cənuba uzunluğu 145 km, qərbdən şərqə 85 km, sahil xəttinin uzunluğu isə 410 km-dir. Yarımadanın yaxınlığındakı məskunlaşan və məskunlaşmayan bəzi adalar və adacıqlar (Aneybar, Xəlul, əl-Mərakkat, əl-Cəzirət əl-Əliyə, əl- Cəzirət əs-Sufliya, İbruk) və b. Qətər əmirliyinin tərkibinə daxildir.Qətərin qərbində yerləşən Davaxil arxipelaqının Havar adası və onun qonşuluğundakı bir sıra kiçik adacıqların hansı dövlətə məxsus olması hələlik həll olunmamışdır. Ölkənin hakim dairələri bu ərazilərin Qətərə məxsus olduğunu iddia edirlər. Son rəsmi məlumatlara görə Qətərin sahəsi 11,3 min kv. km-dir. O, yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə quru sərhədlərə malikdir. Qətərin quru sərhədlərinin ümumi uzunluğu 80 km-dir. == Qətərin relyefi == Səth quruluşuna görə Qətərdə şərti olaraq üç təbii-coğrafi bölgə (sahil, keçid və mərkəz) ayırmaq olar.
Qətər gerbi
Qətər gerbi (ərəb. شعار قطر‎‎; ing. State of Qatar) — Qətərin dövlət rəmzlərindən biri. == Haqqında == Ərəb yarımadasının şərqində olan Fars körfəzinə uzanan Qətər şimal-qərbdən Bəhreyn, qərb və cənubda Səudiyyə Ərəbistanı və şərqdə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Tək quru sərhəd qonşusu Səudiyyə Ərəbistanı olub digər tərəfləri Fars körfəzi ilə əhatə olunub Bu ölkənin dövlət rəmzləri: Qətər bayrağı, Qətər gerbi və Qətər himnidir. Çevrə (və ya dairə) formasında olan Qətər gerbindəki sarı dairədə iki iç-içə keçmiş ağ əyri qılınc vardır. Qılıncların arasında iki xurma ağacı olan bir adanın yanında mavi və ağ dalğalarda üzən bir gəmi var. Dairə üfüqi olaraq bölünən yuvarlaq bir obyektlə əhatə olunmuşdur. Ağ bölmədə Qətər dövlətinin adı qara kufi xətti ilə yazılmış, tünd qırmızı rəngli bölməsində isə ingiliscə Qətər dövləti sözü ("ing. State of Qatar") yazılmışdır.
Qətər himni
"Əmirə səlam" (ərəb. السلام الأميري‎‎) — Qətər dövlət himni.
Qətər iqtisadiyyatı
== Ümumi iqisadi göstəricilər == Qətər inkişaf etməkdə olan ölkələr arasında ötən əsrin 70-ci illərinin "neft erasından" bəhrələnən dövlətlərdən biridir. Neft və təbii qaz bu ölkənin "taleyini" əsaslı surətdə dəyişdirmiş, onun sosial iqtisadi simasında dərin iz buraxmışdır. Qətərin olduqca zəif milli təsərrüfatı neftin hesabına qısa müddətə yüksək inkişaf səviyyəsinə çatmışdır. XXI əsrin əvvəlləri üçün ÜDM həcmi 19 mlrd. dollara yaxınlaşmış, adambaşına düşən milli gəlir isə 20 mln. dolları ötmüşdür. Son 30 ildə (1975 – 2005) bu ölkədə ən yeni texnika və avadanlıqlarla təchiz olunan neft-qaz mədənləri, yataqlardan onların çıxarılması və emalı, neft-kimya, qaz mayeləşdirici müəssisələr, metallurgiya zavodları, su təmizləyici və suvarma qurğuları, limanlar, müasir memarlıq üslubunda binalar, yollar və s. tikilmişdir. Yaxın vaxtlara qədər kasıb ölkə sayılan Qətərin sosial-iqtisadi nailiyyətləri iqtisadiyyatın daxili inkişafı hesabına deyil, əsasən neft və təbii qaz ixracatından banklara yığılan gəlir hesabına olmuşdur. "Neft dolları" adlanan bu vəsait ilk növbədə sənaye obyektlərinin tikintisinə və dövlətin digər ehtiyaclarına istiqamətləndirilir.
Qətər rialı
Qətər rialı — 100 dirhəmə bərabər olan Qətər əmirliyinin pul vahididir. Rialın məzənnəsi ABŞ dolları ilə əlaqədədir. 1 ABŞ dolları 3,64 Qətər rialına bərabərdir. == Tarixi == 28 aprel 1959-cu ilə qədər ölkədə Hindistan rupisi dövriyyədə idi. Daha sonra Fars körfəzinin ölkələri üçün buraxılmış Fars körfəzi rupisi onu əvəz etdi. Fars körfəzi rupisi Hindistan rupisi ilə əlaqədar idi. Hindistan rupisi 1965-ci ildə qiymətdən düşəndə Fars körfəzi rupisi də dəyərdən düşdü və Fars körfəzinin başqa ölkələriylə yanaşı Qətər də öz şəxsi pul vahidini buraxmağa qərar verdi. Bu hadisədən əvvəl 1966-cı ildə ölkə Səudiyyə rialına keçdi. 1 rial o vaxt ki məzənnəyə görə 1,065 rupiyə bərabər idi. Sentyabrda Qətər və Dubay mübadiləyə ümumi valyutanı daxil etdi və onu Qətər və Dubay rialı adlandırdı.
Qətər şəhərləri
== Həmçinin bax ==
Qətər Əmirliyi
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Azərbaycan–Qətər münasibətləri
Azərbaycan–Qətər münasibətləri — Azərbaycan Respublikası ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin sentyabr ayının 14-də qurulmuşdur. == Viza == 2017-ci ilin avqust ayında Qətər Azərbaycan vətəndaşları üçün vizanı ləğv etmişdir. Bundan sonra 30 günə qədər viza tələb edilmir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Tahir Rzayev olmuşdur. 4 mart 2016-cı il tarixindən də Tahir Rzayev işçi qrupunun rəhbəridir. == İdman sahəsində əməkdaşlıq == === Futbol qarşılaşmaları === == Yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər == === Dövlət başçıları: === 2004-cü il 30 noyabr — 1 dekabr — Prezident cənab İlham Əliyevin rəsmi səfəri 2007-ci il 28 avqust — Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin rəsmi səfəri 2012-ci il 2–3 mart — Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin şəxsi səfəri 2014-cü il 6 fevral — Prezident cənab İlham Əliyevlə Qətər Əmiri Təmim bin Həməd Al Taninin Rusiya Federasiyasının Soçi şəhərində görüşü 2016-ci il 8–9 mart — Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin rəsmi səfəri 2017-ci il 26–27 fevral — Prezident cənab İlham Əliyevin rəsmi səfəri === Digər səfərlər: === 2000-ci il 12–14 noyabr — Azərbaycan Respublikasının xarici işlər naziri V.Quliyevin səfəri 2002-ci il 28–30 oktyabr — Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri N.Abbasovun səfəri 2005-ci il 26–28 aprel — Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin rəsmi səfəri 2005-ci il 25–26 iyul — Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həməd bin Əli Əl-Atiyyənin rəsmi səfəri 2006-cı il 18–20 fevral — Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarovun səfəri 2006-cı il 19–21 iyun — Qətərin xarici işlər üzrə dövlət nazirinin səfəri 2007-ci il 12–13 mart — Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Qətərə səfəri 2007-ci il 28 oktyabr-2 noyabr — Qətərin 1-ci xanımı, Qətər Fondunun Prezidenti Şeyxa Muza bint Naser Əl-Misnedin səfəri 2007-ci il 6–7 dekabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun səfəri 2008-ci il 9–11 fevral — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru H.Paşayevin səfəri 2008-ci il 2–3 dekabr — Qətər mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kuvarinin səfəri 2009-cu il 16–18 fevral — Azərbaycan Respublikasının maliyyə naziri S.Şərifovun rəsmi səfəri 2009-cu il 29–31 mart — Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin rəsmi səfəri 2009-cu il 8–12 iyun — Qətərin Mədəniyyət, İncəsənət və İrs üzrə Milli Şurasının Baş katibi Mubarak bin Nasir Əl-Xəlifənin səfəri 2009-cu il 13–15 oktyabr — Qətər mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kuvarinin səfəri 2009-cu il 3–5 noyabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun səfəri 2010-cu il 11–12 yanvar — Azərbaycan Respublikasının xarici İşlər naziri E.Məmmədyarovun rəsmi səfəri 2010-cu il 14–16 fevral — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ə.Vəliyevin səfəri 2010-cu il 28–31 mart — Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin rəsmi səfəri 2010-cu il 11–12 aprel — Azərbaycan Respublikası xarici İşlər nazirinin müavini Araz Əzimovun rəsmi səfəri 2010-cu il 1–4 iyun — Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ə.Qarayevin səfəri 2010-cu il 29–30 sentyabr — Qətərin ekologiya naziri Abdullah bin Mubarak bin Abud Əl-Madadinin səfəri 2011-ci il 25–27 aprel — Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri H.Bağırovun səfəri 2011-ci il 28–30 noyabr — Azərbaycan Respublikasının nəqliyyat naziri Z.Məmmədovun səfəri 2011-ci il 28–30 noyabr — Qətər Xəbərlər Agentliyinin direktoru Əhməd Əl-Buayneynin səfəri 2012-ci il 12–14 fevral — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri H.Hüseynovanın səfəri 2012-ci il 23–24 fevral — Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri E.Mahmudovun rəsmi səfəri 2012-ci il 5–7 mart — Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasovun işgüzar səfəri 2012-ci il 20–24 aprel — Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş.Mustafayevin səfəri 2012-ci il 4–6 may — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri R.Rzayevin səfəri 2012-ci il 29–30 may — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun rəsmi səfəri 2012-ci il 25–26 iyun — Qətərin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Ali Şurasının Baş katibi Hessa Əl-Caberin səfəri 2012-ci il 17–19 noyabr — Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin səfəri 2013-cü il 17–18 mart — Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş.Mustafayevin rəsmi səfəri 2013-cü il 11 iyun — Qətər xarici işlər nazirinin müavini Şeyx Əhməd bin Cəbr Al Taninin səfəri 2013-cü il 16–18 iyun — Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentləri T.Qəhrəmanov və B.Bədəlovun səfəri 2013-cü il 11 noyabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun işgüzar səfəri 2014-cü il 11–13 sentyabr — Qətərin müdafiə məsələləri üzrə dövlət naziri general Həməd bin Əli Əl-Atiyyənin səfəri 2014-cü il 19–21 oktyabr — Azərbaycan Respublikasının daxili İşlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəsmi səfəri 2014-cü il 7–10 dekabr — Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ə.Abbasovun səfəri 2015-ci il 16–17 Mart — Qətərin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitinin səfəri 2015-ci il 12–19 aprel — Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun səfəri 2015-ci il 8–9 iyun — Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun səfəri 2015-ci il 12 iyun — Qətər Olimpiya Komitəsinin Prezidenti Şeyx Cuan bin Hamad Al Taninin səfəri 2015-ci il 23–27 noyabr — Qətərin maarif və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Hammadinin səfəri. 2015-ci il 7–9 dekabr — Azərbaycan Respublikasının Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun səfəri 2016-cı il 4–5 aprel — Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səfəri 2016-cı il 17 aprel — Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin səfəri 2016-cı il 27 aprel — Qətər Dövlətinin Baş nazirinin müavini Ahmed bin Abdullah Al Mahmudun səfəri 2016-cı il 21–23 may — Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun səfəri 2016-cı il 23 may — Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun səfəri 2016-ci il 31 oktyabr — 1 noyabr — Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər nazirinin müavini İsmət Əliyevin səfəri 2016-cı il 12–18 noyabr — Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin səfəri 2016-cı il 16–18 noyabr — Qətər İnformasiya Agentliyinin (QNA) baş direktoru Ahmed Saad Al Buainainin səfəri 2016-cı il 13 dekabr — Qətər Mülki Aviasiya Administrasiyasının sədri Abdulla Nasser Turki Al-Subayın səfəri 2017-ci il 30–31 yanvar Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tanin rəsmi səfəri 2017-ci il 20 fevral — Qətərin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin səfəri 2017-ci il 30 aprel — Qətər Dövlətinin sabiq Baş naziri, sabiq XİN başçısı Şeyx Həməd bin Casim bin Cabir Al Taninin səfəri 2017-ci il 5 sentyabr — Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin səfəri 2018-ci il 5–6 aprel — Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Səid Əl-Mureyxinin səfəri 2018-ci il 15 aprel — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin 1-ci müavini Vaqif Əliyevin səfəri 2018-ci il 18 aprel — Qətərin mədəniyyət və idman naziri Salah bin Ğanim Əl-Əlinin səfəri == İqtisadi əməkdaşlıq == Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında diplomatik əlaqələrin yaradılmasından sonra iqtisadi sahədə də əməkdaşlığın əsası qoyulmuş və inkişaf etməyə başlamışdır. 2016-cı ilə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya yaradılmışdır.
BƏƏ–Qətər münasibətləri
BƏƏ–Qətər münasibətləri — Birləşmiş Ərəb Əmirlikləri ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən BƏƏ də Qətər ilə diplomatik əlaqələri kəsmişdir.
Bəhreyn–Qətər münasibətləri
Bəhreyn–Qətər münasibətləri — Bəhreyn Dövləti ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən Bəhreyn də Qətər ilə diplomatik əlaqələri kəsmişdir.
Qazaxıstan–Qətər münasibətləri
Qazaxıstan–Qətər münasibətləri — Qətər və Qazaxıstan arasında ikitərəfli diplomatik əlaqələr. == Tarixi == Ölkələr arasında diplomatik əlaqələr 1 iyul 1993-cü ildə qurulmuşdur. 1998-ci ildə Qazaxıstan Respublikasının Prezidenti N. Nazarbayevin Fars Körfəzi ölkələrinə səfəri çərçivəsində Qətərə ilk rəsmi səfəri baş tutdu və 1999-cu ildə Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani ilk səfərini etdi. Qazaxıstana rəsmi səfər. 2007-ci ilin may ayında Qətərdə Qazaxıstanın Səfirliyi açıldı. 2008-ci ilin mart ayında Qətərin Qazaxıstandakı səfirliyi açıldı. A. Şokıbayev 2014-cü ilin noyabrından Qazaxıstanın Qətərdəki səfiridir. 2019-cu ilin oktyabr ayından etibarən Abdeləziz bin Sultan əl-Rumeihi, Qətərin Qazaxıstandakı səfiri vəzifəsinə başladı. == İqtisadi əlaqələri == Qazaxıstanın yeni paytaxtı Astananın tikintisi Qətər fondları tərəfindən dəstəkləndi. Xüsusilə, Qətər şəhərdə İslam Mərkəzinin inşası üçün 6,8 milyon dollar bağışladı.Qazaxıstan və Qətər arasında ikitərəfli əlaqələri yaxşılaşdırmaq üçün Qazaxıstan və Qətər arasında Hökumətlərarası Birgə Komissiya yaradıldı.
Qətər Hava Yolları
Qatar Airways (ərəb. القطرية‎) — Doha, Qətər mərkəzli milli havayoludur. 100-dən çox təyyarə flotuna sahib olaraq, Afrika, Mərkəzi Asiya, Avropa, Uzaq Şərq, Cənubi Asiya, Orta Şərq, Şimali Amerika, Cənubi Amerika və Okeaniya olaraq Dünya çapında 100-dən çox uçuş nöqtəsinə xidmət verməkdədir. == Tarixi == Qatar Airways, 22 noyabr 1993 tarixində qurulmuşdur. Havayolu, Küveyt Hava Yollarından icarəyə Boeing 767-200ER ilə 20 yanvar 1994-cü tarixində fəaliyyətə başlamışdır. Başlanğıcda Qətər kral ailəsi üzvləri tərəfindən özəl sektora aid idi. Sonra yeni bir rəhbərlik altında, 1997-ci ildə yenidənbaşladılmışdır. Hal-hazırda, Qətər hökumətinin xüsusi investorların əlində qalan ilə hava yolu 50% hissəsinə malikdir. == Sponsorluqlar == İyul 2013 tarixində Qətər Hava Yolları "Barselona"nın sponsoru oldu. Akbar Al Baker bunları dedi: "Biz, dünyanın ən böyük futbol klubu "Barselona" ilə bu ittifaqı meydana gətirdiyimiz üçün xoşbəxtik".
Qətər Turizm Agentliyi
Qətər Dövlətinin bir qurumu olan Qətər Turizm Agentliyi Qətər dövləti üzrə turizmin inkişafı və təşviqi üzrə qaydaların, tənzimləmələrin və qanunların formalaşdırılması və administrasiyası üzrə səlahiyyətli olan ali orqandır. Nazirlik turistlərin cəlb olunması və səyahətçilərin yerləşdirilməsi, Qətər turizm sənayesinin genişləndirilməsi və şaxələndirilməsi, eləcə də turizmin rolunun ölkənin ÜDM-da artırılması, gələcək artım və sosial inkişaf üzrə məsuliyyət daşıyır.QTA-nın işi 2030-cu il üzrə Qətər Milli Turizm Sektor Strategiyasına əsaslanır (QNTSS), strategiya 2014-cü ilin fevral ayında nəşr edilmiş və sənayenin gələcək inkişafı üçün planın hazırlanmasını nəzərdə tutur. == Vizadan azad olanlar == Körfəz Əməkdaşlığı Şurası ölkələrinin (Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi) vətəndaşlarından Qətərə daxil olmaq üçün viza tələb olunmur. == Ziyarətçilər üçün vizalar == Aşağıda siyahısı verilən 34 ölkənin vətəndaşları üçün öncədən viza təşkili tələb olunmur və Qətərə daxil olduqda vizasız rejim əldə edə bilərlər. Vizasız rejim təqdim olunduğu tarixdən etibarən 180 gün etibarlıdır və təqdim olunan şəxsə Qətərdə tək səfər və ya çoxsaylı səfər zamanı 90 gün qalmağa icazə verir. Aşağıda siyahısı verilən 46 ölkənin vətəndaşları üçün öncədən viza təşkili tələb olunmur və Qətərə daxil olduqda vizasız rejim əldə edə bilərlər. Vizasız rejim təqdim olunduğu tarixdən etibarən 30 gün müddətində etibarlıdır və təqdim olunan şəxsə Qətərdə tək səfər və ya çoxsaylı səfər zamanı 30 günədək qalmağa icazə verir. Bu vizasız rejim əlavə 30 gün də artırıla bilər. == Qatar Turist Vizası == İstənilən hava yolu şirkəti ilə uçuş həyata keçirən Qətər ziyarətçiləri Qətər Turist Vizası üçün onlayn müraciət edə bilərlər. Müraciət ünvanlamaq üçün, ziyarətçilərdən aşağıdakılar tələb olunur: Onlayn form doldurmaq Tələb olunan sənədləri (skan edilmiş pasport və şəxsi fotolar daxil olmaqla)təqdim etmək Hava yolu rezervasiya məlumatları Etibarlı kredit kartdan istifadə etməklə ödənişin onlayn həyata keçirilməsiQatar Airways ilə Qətərə səfər edən ziyarətçilər Qətər Turist Vizası əldəetmə prosesinə sərnişin və istənilən müşayiət edən şəxslər üçün eyni rezervasiya əsasında müraciət edə bilərlər.
Qətər şəhərlərinin siyahısı
== Həmçinin bax ==
Qətər–Liviya münasibətləri
Qətər–Liviya münasibətləri — Qətər Dövləti ilə Liviya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən Liviya da Qətər ilə diplomatik əlaqələri kəsmişdir.
2017 Qətər diplomatik böhranı
2017 Qətər diplomatik böhranı — 2017-ci ilin iyun ayının ilk həftəsində Səudiyyə Ərəbistanının liderliyi ilə bir neçə ölkənin Qətər ilə diplomatik əlaqələrini kəsməsi hadisəsiDiplomatik əlaqələri kəsən ölkələr arasında Səudiyyə Ərəbistanı ilə eyni koalisiyada Bəhreyn, Misir, Yəmən (Hadi liderliyindəki hökumət), BƏƏ, Liviya (Milli Hökumət) və Maldiv adaları yer almışdır. Bir gün sonra onlara İordaniya da qoşulmuş, bu ölkə "Əl-Cəzirə" kanalının lisenziyasını da ləğv etmişdir.Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Qətəri terrorizmi dövlət səviyyəsində dəstəkləməkdə və Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının 2014-cü ildə qəbul etdiyi razılaşmanı pozmaqda günahlandırdı. Səudiyyə Ərəbistanı və digər ölkələr "Əl-Cəzirə" kanalını və Qətərlə İran arasındakı münasibətləri tənqid etdi. Qətər isə terrorizmlə mübarizə və hal-hazırda da davam edən İŞİD-ə qarşı hərbi əməliyyatlarda ABŞ-yə dəstək verdiyini bildirdi.İlkin təchizatın pozulması İran və Türkiyədən əlavə idxalın daxil olması ilə yüngülləşdirildi və Qətər Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın heç bir tələbi ilə razılaşmadığını açıqladı. Koalisiyanın Qətər qarşısında qoyduğu tələblərə İranla əlaqələri dərhal kəsmək, Türkiyə ilə hərbi əməkdaşlığı dayandırmaq və "Əl-Cəzirə"nin bağlanması daxil idi. 27 iyul 2017-ci ildə Qətərin Xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əl-Sani müxbirlərə açıqlaması zamanı Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin "inadkarlıq" nümayiş etdirdiyini və böhranı həll etmək məqsədilə heç bir addımın atılmadığını bildirdi. Əl-Sani Təhlükəsizlik Şurası, Baş Assambleya və "bütün BMT mexanizmlərinin" mövcud situasiyanı həll etmək üçün mühüm rol oynadığını da vurğulamışdır. 24 avqust 2017-ci ildə Qətər hökuməti İranla diplomatik münasibətləri tam şəkildə bərpa edəcəklərini açıqlamışdır.
Qətər
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Qətər Dövləti
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Qətər Fondu
== İstinadlar ==
Qətər–Misir münasibətləri
Qətər–Misir münasibətləri — Qətər Dövləti ilə Misir arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən Misir də Qətər ilə diplomatik əlaqələri kəsmişdir.
Qətər–Türkiyə münasibətləri
Qətər—Türkiyə münasibətləri — Türkiyə ilə Qətər arasında ikitərəfli diplomatik münasibətlər. == Siyasi münasibətlər == İki ölkə arasında daha sıx əlaqələrin inkişafına təkan ən yüksək səviyyədə bir sıra qarşılıqlı səfərlər oldu. 25-26 dekabr 2001-ci il tarixində Əmir Həməd bin Xəlifə Al Taninin Türkiyəyə səfəri, qarşılıqlı vergitutmaya son qoyulması, qarşılıqlı təşviq və qoruma haqqında müqavilələrin imzalanması ilə iqtisadi və hərbi əməkdaşlıq üçün hüquqi bazanın yaradılmasına , sərmayələr, habelə hərbi sahədə əməkdaşlıq müqaviləsi zəmin yaratdı. Baş nazir Rəcəb Tayyib Ərdoğan, Enerji naziri və Maliyyə nazirinin müşayiəti ilə 13-15 aprel 2005-ci il tarixlərində Qətərə rəsmi səfərdə oldu. Türkiyənin Baş naziri Dohada Demokratiya, İnkişaf və Sərbəst Ticarət Səkkizinci Forumuna da əsas məruzəçi kimi qatıldı. Səfərlər zamanı hər iki tərəf, xüsusilə iqtisadi və enerji sahələrində ikitərəfli münasibətləri inkişaf etdirmək və regional məsələlərdə əməkdaşlıqlarını gücləndirmək barədə razılığa gəldilər. Qətər Baş Naziri Şeyx Həməd bin Yasim bin Cabir Al Tani 7-8 mart 2007-ci il tarixlərində Türkiyəyə işgüzar səfərdə olmuşdu. Türkiyə Prezidenti Abdullah Gül, Maliyyə Naziri, Enerji Naziri, Xalq İşləri və Yerləşmə Naziri ilə birlikdə böyük bir iş adamı qrupunun müşayiəti ilə 5-7 Fevral 2008-ci il tarixlərində Qətərə rəsmi səfər etdi, bu müddətdə 1-ci Türkiyə-Qətər Biznes Forumu keçirildi. == Siyasi münasibətlər == === Siyasi əməkdaşlıq === Qətər ilə Türkiyə arasındakı ikitərəfli münasibətlərin tarixi 1970-ci illərdən başlayır. 1980-ci illərdə iki ölkə bir-biri ilə ikitərəfli müqavilələr imzalamağa başladı.
Qətər–Yəmən münasibətləri
Qətər–Yəmən münasibətləri — Qətər Dövləti ilə Yəmən arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən Yəmən də Qətər ilə diplomatik əlaqələri kəsmişdir.
İordaniya–Qətər münasibətləri
İordaniya–Qətər münasibətləri — İordaniya Haşimilər Krallığı ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən İordaniya də Qətər ilə diplomatik əlaqələri kəsmiş, "Əl-Cəzirə" kanalının lisenziyası ləğv etmişdir.
İran–Qətər münasibətləri
İran—Qətər münasibətləri — İran və Qətər arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == İran-İraq müharibəsi (1980-1988) dövründə İraqın dəstəyinə baxmayaraq Qətər İranla yaxşı əlaqələr qurmağı bacarır. 1991-ci ildə Qətər əmiri Xəlifə bin Həməd Al Tani İranın Fars körfəzindəki təhlükəsizlik səylərində iştirakını alqışlamışdır. İran 1972-ci il dövlət çevrilişindən sonra Əmir Xəlifə bin Həməd Al Taninin hakimiyyətini tanıyan ilk ölkələrdən biri olur. Ölkələr arasındakı münasibətlər qismən coğrafi yaxınlığa (Doha ilə Buşehr arasında bərə əlaqələri daxil olmaqla aralarında mühüm ticarət əlaqələri qurulmuşdur.) və mövcud qarşılıqlı maraqlara əsaslanır. 1989-cu ilin mayında İran super nəhəng Şimali/Cənubi Pars neft və qaz yatağının 1/3 hissəsini Qətərdən istəyir və tərəflər yatağın birgə istifadəsi barədə razılığa gəlir. Qətər dünyanın təsdiqlənmiş ümumi qaz ehtiyatlarının 13%-nə sahibdir. Qətər yataq hissəsindən gündə 650 milyon kubmetr, İran isə yataqdan gündə 430 milyon kubmetr qaz istehsal edir. İran və Qətər neft və təbii qaz arenasındakı əlaqələrə əlavə olaraq gəmiçilik sektorunda da əməkdaşlıq edirlər. 1992-ci ildə Karun çayından İrandan Qətərə su çəkmək üçün planlar hazırlanır.
Azərbaycan-Qətər futbol matçlarının siyahısı
== Kişilər ==
Qətər milli futbol komandası
Qətər milli futbol komandası (ərəb. منتخب قطر لكرة القدم‎) — Qətər Futbol Assosiasiyası və Asiya Futbol Konfederasiyası tərəfindən idarə olunan və beynəlxalq arenada Qətəri təmsil edən milli futbol komandasıdır. == Tarixi == == Məşqçilər heyəti == Son yenilənmə: Yanvar 2019 == Uğurları == AFK Asiya Kuboku:Qalib (1): 2019Ərəbistan Körfəz Kuboku:Qalib (3): 1992, 2004, 2014QAFF Çempionatı:Qalib (1): 2014Asiya Oyunları:Qalib (1): 2006 === Kiçik === Beynəlxalq Dostluq Çempionatı:Qalib (1): 2018 == Rəqabət rekordu == === FİFA Dünya Kuboku === === AFK Asiya Kuboku === === Amerika Kuboku === Qətər Amerika qitəsi xaricindən Kopa Amerikada iştirak edən ikinci komanda idi və ilk dəfə 2019-da dəvət almışdı.
Qətərdə futbol
Qətərdə futbol — Qətər Futbol Assosiasiyası (QFA) tərəfindən təşkil edilir. Futbol Qətərdə bir nömrəli idman növü hesab edilir. == Tarixi == === Giriş və məlumatlandırma === Neftçilər öz aralarında futbol oynamaq üçün 1948-ci ildə ölkədə liqalar və kublar yaratmağa başlamışdır. Qətərin ilk futbol klubu olan Əl-Əhli 1950-ci ildə yaradılmışdır. Formalaşmağa başladığı zamanlarda "Əl-Nacah" adı altında çıxış etmişdir. Qətərdə futbolun inkişafı Qətər Neft Şirkəti tərəfindən "İzz Səlahəddin Çempionatı" adlandırılan və 1951-ci ildə ilk futbol turniri kimi təşkil olunan çempionatdan sonra baş verdi. 1950-ci illərdə çempionatın adı "Pakkit Kuboku" kimi dəyişdirildi.Qətər Futbol Assosiasiyası 1960-cı ildə yaradıldı və birinci dəstəsində futbol çempionatı 1963-64-cü il mövsümündə başlandı. Liqanın oyunları regionda ilk ot futbol meydançası yerləşdiyi Doha Stadionunda oynanılmışdır. == Tamaşaçıların münasibəti == QSL oyunlarında tamaşaçı tutumu komandanın populyarlığından asılı olaraq 2,000 və 10,000 nəfər arasında dəyişir.. Qətər hökumətinin nazirlik və idarələri tərəfindən keçirilmiş 2014-cü ildəki sorğuda 1,079 respondentin 65 faizi bildirib ki, onlar əvvəlki liqa mövsümündə futbol oyunlarında ümumiyyətlə iştirak etməyiblər.
Qətərdə idman
Qətərdə idman sektoru iştirakçı və tamaşaçı baxımından futbola istiqamətlənib. Bundan başqa yüngül atletika, basketbol, həndbol, voleybol, dəvə yarışı, cıdır yarışı, kriket və üzgüçülük idman növləridə geniş yayılmışdır. Ölkədə keçirilən ən böyük idman tədbiri, paytaxt Dohada 2006-cı ildə keçirilən Asiya Oyunlarıdır. FİFA 2 dekabr 2010-cu ildə 2022 FİFA Dünya Çempionatını Qətərdə keçirəcəyi qərarını açıqladı. == Futbol == Qətərdə futbol yerli və xarici futbolçuların iştirak etdiyi ən populyar idman növüdür. Ölkənin peşəkar futbol liqası iki mərhələlidir. Qətər Ulduzlar Liqası kimi tanınan ən yüksək mərhələ son bir neçə il ərzində xeyli genişləndi. 2009-cu ildə Qətər Ulduzlur Liqası iştirakçılarının sayı 10-dan 12-ə yüksəldi. 2013-cü ilin may ayında isə iki klub daha əlavə edildi və birinci divizyada iştirak edən klubların ümumi sayı 14-ə çatdı. Al Sadd Futbol Klubu ölkənin ən populyar futbol klubudur.
Qətərdə təbii qaz
Qətərdə təbii qaz Qətərdəki qaz ehtiyatları dünyada aşkar edilmiş təbii qaz ehtiyatlarının təxminən 15%-ni təşkil edir və Qətərdə təbii qaz hasilatı 17,9% və ya 5,8 milyard kub fut artıb, çünki bu, dünyada ən yüksək genişlənmə sürətidir. Yaxın Şərq regionu və Şimal qaz yatağı Qatar qazının hasilatının böyük hissəsini təşkil edir, yataq 1971-ci ildə kəşf edilib və qlobal qaz ehtiyatlarının 10%-ni təşkil edir və onu dünyanın ən böyük sərbəst qaz yatağı edir. Qətər hazırda təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada Rusiya və İrandan sonra üçüncü yerdədir. Qətərdəki qaz ehtiyatları 900 trilyon kub fut təşkil edir ki, bu da onu ümumi qlobal ehtiyatların 14,4%-i ilə dünyada üçüncü ən böyük ehtiyata çevirir.Qətər və İrandan. Qətər də Yaxın Şərqdə 21,7% və ya gündə 95 min barel artan neft istehlakında ən böyük artımın şahidi olub. Qətər qazına tələbatın güclü olması idxalçı ölkələri daha çox Qətər qazı əldə etməyə məcbur edir ki, bu da Qətər və onun qaz ixrac edən şirkətlərinin Qatar Petroleum-dan mövsümi bir məbləğ olan təxminən 90 milyon kubmetr əlavə qaz əldə etdiyini göstərir. Qətər ölkəyə və onun törəmə şirkətlərinə xidmət edən kondensat anbarının genişləndirilməsi layihəsini tamamlamağa çalışır.Genişləndirməyə anbar tutumu üçün 3 anbar çəninin əlavə edilməsi daxildir, çünki hazırda cəmi 3 çən var. Əsas müştəriləri ilə bağlanan müqavilələrin uzunmüddətli və sabit qiymətlərlə olmasını nəzərə alsaq, maliyyə böhranı ölkəyə ciddi təsir göstərməyib, Dövlətin əldə etdiyi ən görkəmli nailiyyətlərdən biri yenidən maliyyələşdirmə üçün 4,1 milyard dolların təmin edilməsidir. Qətər bu yaxınlarda 2024-cü ilə qədər mayeləşdirilmiş təbii qaz hasilatını hər il 110 milyon tona çatdırmaq üçün 105 milyard riyal dəyərində Şimal Yatağı layihəsinin birinci mərhələsinin işlənməsi üçün müqavilələr imzaladığını elan etdi. == ixrac edir == Qətər 2020-ci ildə ixracı 83 milyon metrik ton baryeri keçdiyi üçün dünyanın ən böyük təbii qaz ixracatçısı oldu.
Qətərdəki Yəhudilərin tarixi
Qətərin dövlət quruluşu
Qətərin dövlət quruluşu - 2003-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Qətər Əmirliyi mütləqiyyət formalı idarəetmə üsuluna malik monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1971) 3 sentyabrda qeyd olunur. Qətər Əmirliyinin yeni Konstitusiyası 29 aprel 2003-cü il tarixində qəbul edilmişdir. == İnzibati ərazi bölgüsü == Qətər Əmirliyi inzibati cəhətdən 7 bələdiyyəyə (Ad-Doha, Ar-Rayyan, Umm-Salal, Al Xor, Al-Vakra, Al-Dayyan və Aş-Şamal) bölünür. == Dövlət başçısı == Hakim ailənin 3 minlik kişi üzvləri arasından seçilən Qətər Əmiri, mövcud Konstitusiyaya görə ölkədə milli və dini birliyin rəmzi, milli müstəqilliyin və ərazi bütövlüyünün, habelə vətəndaşların hüquqlarının ali təminatçısı, dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanıdır. Qətər dövlətini beynəlxalq münasibətlərdə ali səviyyədə təmsil edən Əmir, icraedici və qanunvericilik hakimiyyətlərinin həyata keçirilməsində də müstəsna səlahiyyətlərə malikdir. Bir qayda olaraq, bütün mülki və hərbi qulluqçuların təyinatı, habelə Müdafiə Şurasının formalaşdırılması və Konstitusiya ilə nəzərdə tutulmuş digər səlahiyyətlər dövlət başçısı tərəfindən həyata keçirilir. Əmir öz fərmanı ilə Məhkəmənin istənilən qərarını ləğv edə bilər. == Qanunverici hakimiyyət == Dövlət başçısı tərəfindən təyin olunan 35 üzvdən (zəruri hallarda Əmir öz istəyi ilə Məşvərət Məclisinin üzvlərinin sayını qeyri-məhdud sayda artıra bilər) ibarət birpalatalı Məşvərət Məclisi (Məclis əl-Şura) Əmirin rəhbərliyi altında ölkədə qanunvericilik hakimiyyətini həyata keçirməkdə nisbi və məhdud səlahiyyətlərə malikdir.
Qətərin İraq səfirliyi
Qətərin İraq səfirliyi — Qətərin İraqndakı diplomatik nümayəndəliyidir. Paytaxtda - Bağdad şəhərində yerləşir. Qətərin İraqdakı fövqəladə və səlahiyyətli səfiri 2015-ci ildən Zayed əl-Hayaridir == Fəaliyyəti == Qətərin İraqdakı səfirliyi Səddam Hüseynin Küveytə hərbi müdaxiləsinə cavab olaraq 1990-cı ildə bağlanmışdır. Yalnız bundan 25 il sonra 2015-ci ildə fəaliyyəti yenidən bərpa olunmuş və bu müddət ərzində ilk dəfə olaraq Qətər əmiri şeyx Təmim bin Həməd Əl-Saninin fərmanı ilə Zayed əl-Hayarini ölkənin İraqdakı səfiri təyin olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 18.06 dəfə / 1 mln.
2003 ••• 7.48
2004 ••••• 11.45
2005 ••••• 12.82
2006 ••••• 11.94
2007 •••••••••• 26.22
2008 •••••••• 20.22
2009 •••••••• 19.84
2010 ••••••• 16.70
2011 •••••• 13.73
2012 •••••• 14.71
2013 •••••• 14.15
2014 ••••• 13.21
2015 ••••• 11.91
2016 ••••••••••• 28.81
2017 •••••••••••••••••••• 54.14
2018 ••••••• 17.83
2019 •••••••• 19.61
2020 •••• 8.88

qətər sözünün fransız dilinə tərcüməsi

"qətər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qətər nədir? #qətər sözünün mənası #qətər nə deməkdir? #qətər sözünün izahı #qətər sözünün yazılışı #qətər necə yazılır? #qətər sözünün düzgün yazılışı #qətər leksik mənası #qətər sözünün sinonimi #qətər sözünün yaxın mənalı sözlər #qətər sözünün əks mənası #qətər sözünün etimologiyası #qətər sözünün orfoqrafiyası #qətər rusca #qətər inglisça #qətər fransızca #qətər sözünün istifadəsi #sözlük