qəzet sözü azərbaycan dilində

qəzet

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qəzet • 67.0041%
  • Qəzet • 32.9619%
  • QƏZET • 0.0340%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abşeron (qəzet)
Abşerоn — Sovet dövründə Abşeronda nəşr olunmuş qəzet == Haqqında == "Abşeron" qəzeti 1962-ci ilin may ayından Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin rayonlararası qəzeti kimi Abşeron və Dəvəçi (indiki Şabran; Xızı və Siyəzən rayonlarının əraziləri də daxil olmaqla) rayonlarının ərazilərinin sosial-siyasi və iqtisadi həyatını işıqlandırmaq məqsədilə təsis olunmuşdur. 1964-cü ilin mayından "Abşeron" qəzeti Azərbaycan KP Abşeron Rayon Komitəsinin və rayon XDS-nin orqanı kimi fəaliyyətini yalnız Abşeron rayonunun ictimai-siyasi həyatının işıqlandırılması ilə 1991-ci ilin sonlarınadək davam etdirmişdir. 1992–1994-cü illərdə "Abşeron" qəzeti Abşeron rayon XDS-nin orqanı kimi fəaliyyət göstərmiş, 1994-cü ildən həmin qəzetin nəşri müvəqqəti dayandırılmışdır. 1997-ci ilin avqsutunda "Abşeron" qəzetinin nəşri bərpa olunmuş və o, 1998-ci ilin yanvarından Abşeron Rayon İcra Hakimiyyətinin qəzeti kimi müntəzəm olaraq rayonun ictimai-siyasi həyatını işıqlandırır və 2000–2500 tirajla çıxır. Qəzet 1962-ci ildən hal-hazıra kimi "Azərbaycan" nəşriyyatının mətbəəsində çap olunur.
Aqos (qəzet)
Aqos — Həftəlik nəşr olunan Türkiyə erməniləri üçün nəzərdə tutulmuş qəzet. Qəzet İstanbulda yaşayan erməni yazarlar tərəfindən yaradılmışdır. Hrant Dink, Luiz Bakar, Haratyun Şeşetyan 1996-cı ildə qəzetin ilk sayını çap etdirmişdilər. Hrant Dink 19 yanvar 2007-ci ildə qəzet binasının qarşısında ödürülməsi, nəticəsində qəzetin şöhrəti artmışdır. Uzun müddət Türkiyə televiziya kanallarında və digər mətbuat orqanlarında Aqos haqqında məqalə və repartajların hazırlanması ilə qəzetin tirajı 5 minə yüksəlmişdir. Hrant Dink ölümündən sonra, baş redaktor vəzifəsini Etyen Mahçupyan tutmuşdur. 2010-cu ildən etibarən isə qəzetin baş redaktoru Rober Kopdaşdır. Qəzet həftədə bir dəfə nəşr edilir. Ümumi səhifə sayı 24-dür. Bu səhifələrdən 4 səhifəsi ermənicə, qalan 20 səhifə isə türkcə nəşr edilir.
Arev (qəzet)
Arev — Misirdə erməni dilində 1915-ci ildən nəşr olunan qəzet.
Arzaqank (qəzet)
"Ardzaqank" (erm. Արձագանք — Əks-səda) — 1882–1898-ci illərdə Tbilisidə nəşr edilmiş ədəbi-siyasi erməni qəzeti. Mühərriri (redaktoru) və naşiri Abkar Hovannesyan olmuşdur. == Haqqında == İlk nömrəsi 1882-ci ildə işıq üzü görmüşdür. 1889-cu ilə qədər həftəlik ədəbi-siyasi qəzet, 1890–1891-ci illərdə həftəlik illustrasiyalı ədəbi-siyasi qəzet olmuşdur. 28 iyul 1891-ci il tarixli nömrəsindən yenidən həftədə bir dəfə çıxan ədəbi-siyasi qəzet, 1892-ci ildən həftədə 3 dəfə çıxan ədəbi-siyasi qəzet olmuşdur. 1898-ci ildə "təhlükəli fikirlər yaydığına görə" Qafqaz hakimi knyaz Q.S.Qalitsinin əmri ilə nəşri dayandırılmışdır. == Fəaliyyəti == "Ardzaqank" qəzeti XIX əsrin ikinci yarısında erməni ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Qəzetdə Rafael Patkanyan, Raffi, Aleksandr Şirvanzadə, Muratsan, Vrtanes Papazyan, Qabriel Sundukyan, Hovannes Hovanesyan, Hakob Paronyan, Qriqor Zöhrab, Bedros Turyan və başqa şair və yazıçıların əsərlərini çap edilmiş, rus və Avropa ədəbiyyatı nümayəndələrindən (M.Lermontov, İ.Turqenev, Şandor Petöfi, Fridrix Şiller, Zolya, Dode, Gi dö Mopassan, Qenrix İbsen və b.) tərcümələrə yer verilimiş, dil, ədəbiyyat və maarif, ədəbi nəzəriyyə və tənqid, arxeoloji və topoqrafik çalışmalar kimi mövzülar haqqında məqalələr çap edilmişdir. Qəzet tək Qafqaz yox, həm də Osmanlı imperiyasında yaşayan ermənilər haqqında tez-tez məqalələrlə çıxış etmiş, onların səsi olmuşdur.
Astara (qəzet)
Avanti! (qəzet)
Avanti! (mənası – İrəli!) — İtaliyada gündəlik qəzet. İtaliya Sosialist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1896-cı ildə təsis edilmişdir. Roma və Milanda nəşr edilmişdir. Mussolini hakimiyyəti dövründə (1922–1943) qəzet Parisdə nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Intini, Ugo. Avanti! Un giornale, un'epoca. Rome: Ponte Sisto. 2012.
Aydınlıq (qəzet)
Aydınlıq qəzeti - Respublika “Qayğı” cəmiyyətinin qəzeti == Haqqında == ”Aydınlıq” qəzeti 1990-cı ildə açılan “Aydınlıq” müstəqil mediamızın ilk qaranquşlarındandır. Baş redaktor tanınmış jurnalust Babək Hüseynoğlu idi. İstedadlı qələm sahibləri Məmməd Nazimoğlu, Mahal İsmayıloğlu da “Aydınlıq”ın qurucularından idi. “Aydınlıq” mətbuata yeni forma və məzmun gətirən qəzetlərdən oldu. İlk məhkəməyə verilən müstəqil qəzet də “Aydınlıq” olub.Qəzet 4 avqust 1990-cı ildən çıxır. Təsisçi Respublika “Qayğı” cəmiyyətidir. Baş redaktorun müavini Məmməd Nazimoğlu olmuşdur. == Əlaqə == tel: Ünvan: Bakı, Bülbül küç. 20 == Mənbə == “Aydınlıq” qəzeti, №13(142). 19 mart 1993-cü il.
Ayna (qəzet)
Ayna və ya ayna.az- 1990–2014-cü illərdə həftəlik ictimai-siyasi Azərbaycan qəzeti, 27 iyun 2015-dən Azərbaycan informasiya saytı. == Tarixi == 1990-cı ildə yaradılıb. Təsisçi və baş redaktor: Elçin Şıxlı. İnternet ünvanı: www.ayna.az"Ayna" qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Azərbaycan dilində çıxan "Ayna" həftəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır. 2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.
Bakı (qəzet)
Bakı və Baku qəzetləri – Bakı Şəhər İcra Hakimiyyətinin təsis etdiyi mətbu orqanlardır. Bakı qəzetinin ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdür. Beş il sonra, 1963-cü il iyulun 1-də Baku qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdır. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olmuşdur. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir. Bakı və Baku qəzetləri respublika paytaxtının bir növ salnaməsinə çevrilmişdir. Təxminən yarım əsrlik dövrdə şəhər qəzetləri Bakıda yeni yaradılan nəhənq sənayə müəssisələri, idman qurğuları, sosial-mədəni təyinatlı obyektlər, yaşayış massivləri, mikrorayonlar, şəhərin müvəffəqiyyətlə yaşıllaşdırılması və başqa sahələr barədə oxuculara geniş məlumat çatdırmışdır. Şəhər qəzetləri qısa müddətdə Azərbaycan mətbuatında öz yerini tapmış və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Qəzetlərin şöhrətlənməsində onların yaradıcısı və ilk baş redaktoru Nəsirulla Əsədulla oğlu İmanquliyevin mühüm rolu olmuşdur. N.İmanquliyev 60 ilə yaxın müddətdə Azərbaycan mətbuatında səmərəli fəaliyyət göstərmiş, eyni zamanda Bakı Dövlət Universitetində müəllim kimi çalışaraq gənc jurnalist kadrların yetişməsinə böyük əmək sərf etmişdir.
Qəzet
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi.Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. == Tarixi == İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar. Ən birinci gündəlik qəzet Romada b.e.ə.
Abadi (qəzet)
Abadi — İndoneziya qəzeti. Cakartada nəşr olunan qəzet 1951–1960-cı və 1968–1974-cü illərdə fəaliyyət göstərmişdir. Qəzet "Masyumi" siyasi partiyasına bağlı idi və qədər Sukarnonun hakimiyyəti dövründə ən böyük qəzetlərdən biri idi. Qəzet 1960-cı ildə qadağan olmuşdur. Sukarnonun süqutundan sonra 1968-ci ildə fəaliyyətini bərpa etmiş, Suhartonun hakimiyyəti dövründə Malari hadisəsindən sonra, 1974-cü ildə ikinci dəfə qadağan edilmişdir.
Afaq (qəzet)
"Afaq" (qəzeti) — Kərkükdə 1959-cu ildə çap edilimiş qəzet. == Məlumat == İlk sayı 1954-cü il 8 mayda yayımlanmış qəzetin ərəb və türkman dillərində olan bölmələrində Şakir Hörmüzlü təsisçi idi. “Afaq”ın sahibi Suat Hörmüzlü, baş yazarı Mehdi Əl Rical idi. Qəzetin yarısı ərəb, yarısı türk dilində idi. Nəşrin 7-ci sayında baş yazar Ata Tərzibaşı, məsul rəhbər Husaməddin Salihi olub. “Afaq” beş ilə yaxın fəaliyyət göstərib, 202 sayı nəşr edildikdən sonra bağlanıb. Son sayı 1959-cu il 27 martda işıq üzü görüb. Qəzetin türkcə bölməsində Ata Tərzibaşı, İzzəddin Abdi, Rəffat Bulcu Yazılar, Asat Naib, Məhəmməd Sadiq Şairlinin imzalarına rast gəlmək mümkündür.
Ardzaqank (qəzet)
"Ardzaqank" (erm. Արձագանք — Əks-səda) — 1882–1898-ci illərdə Tbilisidə nəşr edilmiş ədəbi-siyasi erməni qəzeti. Mühərriri (redaktoru) və naşiri Abkar Hovannesyan olmuşdur. == Haqqında == İlk nömrəsi 1882-ci ildə işıq üzü görmüşdür. 1889-cu ilə qədər həftəlik ədəbi-siyasi qəzet, 1890–1891-ci illərdə həftəlik illustrasiyalı ədəbi-siyasi qəzet olmuşdur. 28 iyul 1891-ci il tarixli nömrəsindən yenidən həftədə bir dəfə çıxan ədəbi-siyasi qəzet, 1892-ci ildən həftədə 3 dəfə çıxan ədəbi-siyasi qəzet olmuşdur. 1898-ci ildə "təhlükəli fikirlər yaydığına görə" Qafqaz hakimi knyaz Q.S.Qalitsinin əmri ilə nəşri dayandırılmışdır. == Fəaliyyəti == "Ardzaqank" qəzeti XIX əsrin ikinci yarısında erməni ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Qəzetdə Rafael Patkanyan, Raffi, Aleksandr Şirvanzadə, Muratsan, Vrtanes Papazyan, Qabriel Sundukyan, Hovannes Hovanesyan, Hakob Paronyan, Qriqor Zöhrab, Bedros Turyan və başqa şair və yazıçıların əsərlərini çap edilmiş, rus və Avropa ədəbiyyatı nümayəndələrindən (M.Lermontov, İ.Turqenev, Şandor Petöfi, Fridrix Şiller, Zolya, Dode, Gi dö Mopassan, Qenrix İbsen və b.) tərcümələrə yer verilimiş, dil, ədəbiyyat və maarif, ədəbi nəzəriyyə və tənqid, arxeoloji və topoqrafik çalışmalar kimi mövzülar haqqında məqalələr çap edilmişdir. Qəzet tək Qafqaz yox, həm də Osmanlı imperiyasında yaşayan ermənilər haqqında tez-tez məqalələrlə çıxış etmiş, onların səsi olmuşdur.
Avdet (qəzet)
Avdet (krımtat. Avdet, Авдет — «Qayıdış») — müasir sosial-siyasi-mədəni xarakter daşıyan iki dilli qəzet. Qəzet 15 iyun 1990-cı ildən fəaliyyət göstərir. Bu Krım tatarlarının deportasiyası anından etibarən krımtatar dilində buraxılan ilk müstəqil mətbu orqandır. Qəzet Krımtatar milli hərəkatı təşkilatına məxsusdur. Adının müəllifi isə Mustafa Cəmilyevdir. İlk redaksiya Bağçasaray yerləşirdi:Əvvəllər Sərvər Kərimovun, daha sonralar isə İlmi Ömərovun evində buraxılırdı. Qəzetin ilk nömrələri Riqada çap olunurdu. Qəzetləri oraya A. Süleymanov aparırdı. Sonradan isə qəzeti Bağçasarayda dərc etməyə başladılar.
Avropa (qəzet)
Avropa — Həftəlik ictimai-siyasi qəzet. 2000-ci il fevral ayının 5-də yaradılıb (2003-cü ilin sonlarından çap olunmur). Təsisçi və baş redaktor: Fəxri Uğurlu. == Haqqında == ”Avropa” qəzeti 2000-ci il fevral ayının 5-də yaradılan və 2003-cü ilin sonlarınadək çap olunan “Avropa” media bazarının sözü kəsərli qəzetlərindən idi. Həftəlik nəşr olunmasına baxmayaraq ciddi oxucu auditoriyası onun hər sayını maraqla qarşılayırdı. Fəxri Uğurlunun rəhbərlik etdiyi “Avropa” maliyyə probleminin qurbanı oldu.
Azadistan (qəzet)
Azadistan (fars. آزادیستان‎) — 1920-ci ildə de-yure İranın, de-fakto Azadıstanın bir hissəsi olan Təbriz şəhərində ayda iki dəfə Azərbaycan və fars dillərində nəşr olunmuş elmi, nəzəri-siyasi jurnal. Azərbaycan Demokrat Partiyası gənclər təşkilatının orqanı olmuşdur. İstiqlaliyyət, dil, ədəbiyyat və s. məsələləri işıqlandırırdı. Redaktoru Tağı Rüfət idi. Cəmmi 3 nömrəsi çıxmışdır.
Azadlıq (qəzet)
"Azadlıq" – gündəlik ictimai-siyasi qəzet. == Tarixi == "Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub (1989-1991). 1991-1994-cü illərdə "Azadlıq"a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli, 2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən "Azadlıq"ın baş redaktoru Qənimət Zahiddir. 1996-cı ildən gündəlik çıxan "Azadlıq" hazırda həftədə 6 dəfə işıq üzü görür. == İlk sayı == Qəzetin ilk sayı 8 səhifədən ibarət idi. Qəzetin loqotipi üstündə "El gücü – sel gücü!" yazılmışdır. Birinci səhifəsində Azadlıq meydanındakı mitinqdən foto, aşağı hissədə isə – türk şairi Tofiq Fikrətin "Millət şərqisi" şeri yerləşdirilmişdir.
Azdarar (qəzet)
Azdarar (erm. Ազդարար) — Hindistan erməniləri tərəfindən 1794-cü ildən 1796-cı ilədək çap olunmuş qəzet. Qəzet erməni dilində çap olunurdu. Qəzetdə, siyasi, mədəni və iqtisadi xəbərlərə gündəlik şəkildə yer verilirdi. Qəzet erməni dilində çıxan ilk qəzet hesab olunur. 2007-ci ildə, Kəlkütə şəhərində qəzetin nəşri bərpa edilmişdir.
Azərbaycan (qəzet)
Azərbaycan — İran Demokrat Firqəsinin 1918-ci ildə Bakıda çıxardığı qəzet. Azərbaycan — 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət qəzeti. Azərbaycan — 1942-ci ildən Azərbaycan legionerləri tərəfindən çıxarılan və Vermaxt tərəfindən maliyyələşən qəzet. Azərbaycan — 1945–1946-cı illərdə Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin rəsmi orqanı. Azərbaycan — 1989-cu ildən Qarabağa Xalq Yardımı Komitəsinin, 1992-ci ildən isə Azərbaycan Respublikası Ali Sovetinin (1995-ci ildən Milli Məclis) rəsmi mətbuat orqanı. Azərbaycan — 1993-cü ildən Təbrizdə Əkbər Rezayi Təbrizi və Cəlal Məhəmmədi tərəfindən çıxarılan qəzet.
Ağdaş (qəzet)
"Ağdaş" – Azərbaycanın Ağdaş rayonunda çıxan əyalət mətbuatı. == Tarixi == "Ağdaş" qəzetinin ilk nömrəsi 7 yanvar 1932-ci ildə "Ağdaş pambıqçısı" adı ilə çap olunub. Qəzet 1938-1962-ci illərdə "Pambıq uğrunda mübarizə" adı ilə çıxıb. 1962-1966-cı illərdə Ağdaş, Göyçay, Qəbələ, Ucar, Kürdəmir rayonlarını əhatə edən "Yeni həyat" adlı zona qəzeti Göyçayda nəşr olunub. 1966-2003-cü illərdə Ağdaşda köhnə qəzet "Əmək" adı yenidən dərcini davam etdirib. 2003-cü il noyabrın 16-dan qəzet "Ağdaş" adı ilə nəşr olunur. 1938-ci ildən 1968-ci ilədək "Pambıq uğrunda mübarizə" və "Əmək" qəzetlərinin redaktoru Kərim Abdullayev olub. Qəzet 1983-cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb. 1983-cü ildə 50 illiyi ilə əlaqədar qəzetin bir qrup işçisi Azərbaycan Jurnalistlər İttifaqının diplom və fəxri fərmanlarına təltif olunub, həmçinin rayon partiya komitəsinin fəxri fərmanını alıb. Qəzetin redaktorlarından iki nəfəri – Fikrət Hacıyev və Fariz Rüstəmov "Əməkdar jurnalist" fəxri adına və "Qızıl Qələm" mükafatına layiq görülüblər.
Bakinets (qəzet)
Bakinets — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda rus dilində nəşr edilmiş həftəlik ictimai, siyasi və ədəbi qəzet. Qəzetin birinci nömrəsi 3 sentyabr 1907-ci il tarixində, sonuncu nömrəsi isə 26 aprel 1920-ci il tarixində çıxmışdır. 1918-ci ildə Bakı şəhərində baş vermiş Mart soyqırımından sonra bolşeviklər "Baku", "Kaspi", "Naş qolos" və digər qəzet və jurnallarla birlikdə "Bakinets" qəzetini də bağlamışdılar. == Ədəbiyyat == Bakinets // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: [2 cilddə] / baş red. Y. M. Mahmudov. — Bakı: “Lider” nəşriyyat, 2004. — I cild. — Səhifələrin sayı: 440. — Səh.: 265. — ISBN 9952-417-14-2.
Baku (qəzet)
Bakı və Baku qəzetləri – Bakı Şəhər İcra Hakimiyyətinin təsis etdiyi mətbu orqanlardır. Bakı qəzetinin ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdür. Beş il sonra, 1963-cü il iyulun 1-də Baku qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdır. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olmuşdur. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir. Bakı və Baku qəzetləri respublika paytaxtının bir növ salnaməsinə çevrilmişdir. Təxminən yarım əsrlik dövrdə şəhər qəzetləri Bakıda yeni yaradılan nəhənq sənayə müəssisələri, idman qurğuları, sosial-mədəni təyinatlı obyektlər, yaşayış massivləri, mikrorayonlar, şəhərin müvəffəqiyyətlə yaşıllaşdırılması və başqa sahələr barədə oxuculara geniş məlumat çatdırmışdır. Şəhər qəzetləri qısa müddətdə Azərbaycan mətbuatında öz yerini tapmış və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Qəzetlərin şöhrətlənməsində onların yaradıcısı və ilk baş redaktoru Nəsirulla Əsədulla oğlu İmanquliyevin mühüm rolu olmuşdur. N.İmanquliyev 60 ilə yaxın müddətdə Azərbaycan mətbuatında səmərəli fəaliyyət göstərmiş, eyni zamanda Bakı Dövlət Universitetində müəllim kimi çalışaraq gənc jurnalist kadrların yetişməsinə böyük əmək sərf etmişdir.
Bednota (qəzet)
Bednota — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr edilmiş gündəlik leqal bolşevik qəzeti. 14 sentyabr 1919-cu il tarixindən, həmin ilin 26 oktyabrına qədər fəaliyyət göstərən qəzetin cəmi 30 nömrəsi buraxılmışdır. Qəzetin məsul redaktoru Əliheydər Qarayev olmuş, qəzetdə Bakı fəhlələrinin həyatından, həmkarlar ittifaqları, fəhlə konfransı, digər fəhlə təşkilatlarının fəaliyyətindən, fəhlələrin kollektiv müqavilə uğrunda mübarizəsindən bəhs edən materiallar, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin, Kommunist İnternasionalının bir sıra rəsmi sənədləri dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə aparmış, davamlı olaraq Azərbaycanın müstəqilliyi əleyhinə yönəldilmiş məqalələrlə çıxış etmiş, buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır.
Bildiriş (qəzet)
Bildiriş qəzeti (türk. Bildiriş gazetesi) - Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin 1930-1931-cü illərdə nəşr etdiyi ilk həftəlik siyasi və sosial-ictimai qəzet. 1930-cu ilin 7 avqustunda nəşrə başlayan qəzetin ilk sayının imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri Kamal olmuşdur. Lakin qəzetin 45-ci sayından məsul müdir vəzifəsini B. Süleyman, 56-cı saydan etibarən isə Ümumi Nəşriyyat və Yazı İşləri müdirliyi M.B.Məmmədzadə tərəfindən yerinə yetirilmişdir. "Orhaniyyə" mətbəəsində nəşr ediən qəzet 37-ci sayından başlayaraq "Öztürk" mətbəəsində nəşr edilmişdir. Qəzet həftədə bir dəfə cümə axşamı 4 səhifədən ibarət olaraq nəşr olunurdu. Qəzetin son sayı 1931-ci il 10 sentyabr tarixinə aiddir. == Tarixi == Azərbaycan ruslar tərəfindən işğal edildikdən sonra ölkələrini tərk etmək məcburiyyətində qalan Azərbaycan ziyalıları müstəqilliklərini bərpa etmək üçün milli mübarizələrini Azərbaycandan kənarda da davam etdirdilər. Onlar özlərinə mərkəz seçdikləri yerlərdə milli mübarizəni davam etdirməyə çalışırdılar. Bu mərkəzlərin ən əhəmiyyətlilərindən biri də İstanbul idi.
Binəqədi (qəzet)
Binəqədi - Həftəlik ictimai-siyasi qəzet (Binəqədi Rayon İcra Hakimiyyətinin qəzeti) == Haqqında == Binəqədi Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Binəqədi” ictimai-siyasi qəzeti 12 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Qəzet,Binəqədi rayonunun həyatında, bütövlükdə respublikada, eləcə də dünyada baş verən yenilikləri operativ şəkildə çatdırmaq üçün həftəlik çap edilir. Qəzet 2 min tirajla çap olunur. == Məqsədi == Qəzetin yaradılmasında əsas məqsəd dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. “Binəqədi” ictimai-siyasi qəzeti rayonda baş verən bütün dəyişiklikləri oxuculara çatdırmaqda güzgü rolunu oynamaqla yanaşı, ümumilikdə dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşmasında körpü rolunu oynamaq missiyasını yerinə yetirməyə çalışır.
"Fikir" qəzeti
Naxçıvan Dövlət Universiteti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Naxçıvan Dövlət Universitetinin tarixi 1967-ci ildən başlayır. Belə ki, həmin ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 5 il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutu olmuşdur. Ona görə də Naxçıvan Dövlət Universiteti onların varisidir. === Filial dövrü === 1960-cı illərdə Sovetlər birliyində ali təhsil ocağı olmayan yeganə Muxtar Respublika Naxçıvan idi. Ə. Əhmədov göstərişə əsasən Naxçıvana gələrək burada APİ-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filialı üçün bina (həmin bina 1967-ci ildən 1972-ci ilə kimi keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar institutunun yerləşdiyi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsələsi də müzakirə olundu. APİ-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-cil il tarixdə yenicə təşkil olunmuş APİ-nin Naxçıvan filialına Əli Əliyevi direktor vəzifəsinə təyin olunması haqda əmr vermişdi. Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdı.1967-ci il sentyabrn 1-də APİ-nin Naxçıvan filialına tələbələrin qəbulu təşkil olunmuş və fəaliyyətə başlamışdı. 1967-ci ilin sentyabr ayında APİ-nin Naxçıvan filialında 3 pedaqoji ixtisas Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 ştatda müəllim- tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı. APİ-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə 105 tələbə qəbulu həyata keçirilmişdi.
"Ədəbiyyat və incəsənət" qəzeti
"Ədəbiyyat qəzeti" — Həftəlik ədəbi-bədii qəzet. Azərbaycan Yazıçılar Birliyinin orqanı. «Ədəbiyyat qəzeti» həftədə bir dəfə, şənbə günü, 32 səhifə həcmində çıxır. Tirajı 1700 nüsxədir. == Tarixi == 1934-cü ildə nəşrə başlayıb. "Ədəbiyyat qəzeti"nin ilk sayı 1 yanvar 1934-cü ildə çapdan çıxıb. 1934 -1953-cü illərdə (aprelə qədər) "Ədəbiyyat qəzeti", 1959-cu ilin aprelindən "Ədəbiyyat və incəsənət" (Azərbaycan Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin orqanı), 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi yenidən "Ədəbiyyat qəzeti" adı ilə nəşr edilib. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə qəzetin dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. Ədəbiyyat qəzetinin saytı "edebiyyatqazeti.az" isə 2017-ci il mayın 26-dan fəaliyyətə başlayıb. Sayt “Ədəbiyyat qəzeti”nin materiallarını elektron mediaya daşıyır.
1993 "Səhər" qəzetinin Superkuboku
Azərbaycan Superkuboku 1993 — futbol üzrə Azərbaycan Superkubokunun ilk mövsümü. 1993-cü ilin 21 fevral tarixində Sumqayıt şəhərində keçirilən matçda çempion "Neftçi" ilə kubokun qalibi "İnşaatçı" qarşılaşmış və matç "Neftçi" 4:1 hesablı qələbəsi ilə başa çatmışdır. == Tarixi == Futbol üzrə Azərbaycan Superkuboku ilk dəfə "Səhər" qəzetinin təşəbbüsü ilə baş tutmuşdur. Bu Futbol üzrə Azərbaycan Çempionatının 1992-ci il mövsümünün ardından baş vermiş və "Səhər" qəzetinin Superkuboku təsis olunmuşdur. Beləliklə növbəti mövsüm də bu matçla start götürmüşdür. Ölkə çempionu "Neftçi" ölkə kubokun qalibi "İnşaatçı"nı 4:1 hesabı ilə darmadağın edərək ilk Superkubokun qalibi olmuşdur. Həmçinin bu turnirdə ilk qol, ilk dubl, ilk böyükhesablı nəticə də "Neftçi"nin aktivinə yazılmışdır. == Oyunun nəticələri == == İstinadlar == == Mənbə == Barometr, yoxsa Superkubok?
1995 "Səhər" qəzetinin Superkuboku
1995 Azərbaycan Superkuboku — futbol üzrə Azərbaycan Superkubokunun üçüncü mövsümü. == Tarixi == 1995-ci ildə keçirilən bu oyunla Superkubok oyunu 2-ci dəfə və bu dəfə də "Səhər" qəzetinin təşəbbüsü ilə baş tutdu. Bu dəfə də qarşılaşma Sumqayıtda keçirildi. Amma 3 il əvvəlki ilə müqayisədə bu dəfə çempionla kubokun qalibi üz-üzə gəlmirdi. 1994/95 mövsümündə qızıl medal qazanan "Kəpəz" bu turnirdə oynamaqdan boyun qaçırdığından, Sumqayıta 2-ci yerin sahibi "Turan" gəlmişdi. "Neftçi" isə bu dəfə ölkə kubokunun qalibi kimi meydana çıxırdı. Gərgin mübarizə 90 dəqiqənin qollu heç-heçəsi ilə başa çatdı. "Turan" penaltidən bərabərlik qolunu vurdusa, "Neftçi" matçın taleyini həll edəcək 11 metrlik zərbəni qaçırdı. Əlavə vaxtın olmadığı görüşün sonunda bakılıların baş məşqçisi Vaqif Sadıqov sonradan başqa həmkarlarının da əl atdığı fənddən yararlanıb, qapıçını dəyişdi. Penaltilər seriyasına hesablanan bu addım özünü doğrultdu.
525-ci qəzet
525-ci qəzet — 1992-ci ildən etibarən Azərbaycan Respublikasında nəşr edilən qəzet."525-ci qəzet" Bakı Mətbuat Klubunun həmtəsisçisi, Azərbaycan Mətbuat Şurasının üzvüdür. == Tarixi == "525-ci qəzet"in ilk sayı 1992-ci il noyabrın 17-də — Milli Dirçəliş Günü nəşr olunub. Nəşrə həftəlik qəzet kimi başlayan "525-ci qəzet" 1996-cı ildən həftədə iki dəfə, 1999-cu ildən gündəlik mətbu orqan kimi fəaliyyət göstərir. Qəzet həftədə 5 dəfə — çərşənbə axşamı, cümə axşamı və cümə günləri A3 formatında 16, çərşənbə və şənbə günləri isə A3 formatında 24 səhifə işıq üzü görür. Qəzetin səhifələrində əsasən ölkədə və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələrlə bağlı xəbərlər, idman, ədəbi-bədii mövzularda yazılar, şərh və analitik materiallar, müxtəlif ədəbi nəsilləri təmsil edən Azərbaycan şair və yazıçılarının, ədəbiyyat və elm adamlarının əsərlərindən nümunələr dərc olunur. Azərbaycan ziyalıları, ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Xalq yazıçıları — Anar, Elçin, Kamal Abdulla, Afaq Məsud, Elmira Axundova, Xalq şairləri — Fikrət Qoca, Nəriman Həsənzadə, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, tanınmış şair və yazıçılar — Vaqif Bayatlı Odər, Vaqif Bəhmənli, Seyran Səxavət, Aqil Abbas, Əli Əmirli, akademiklər — İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, AMEA-nın müxbir üzvləri — Misir Mərdanov, Könül Bünyadzadə, Tehran Əlişanoğlu, elmlər doktorları — Vilayət Quliyev, Solmaz Rüstəmova-Tohidi, Aida Qasımova, Cahangir Məmmədli, Qəzənfər Paşayev, Nəsir Əhmədli, Qulu Məhərrəmli müntəzəm olaraq qəzetin səhifələrində öz yazıları, bədii əsərləri və məqalələri ilə çıxış edirlər. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, alim, mərhum professor Şirməmməd Hüseynov təxminən 20 il ərzində Azərbaycan tarixi üçün əhəmiyətə malik araşdırma yazılarını müntəzəm olaraq məhz "525-ci qəzet"də dərc etdirirdi. Müxtəlif illərdə onun təşəbbüsü ilə qəzetin səhifələrində Azərbaycan mətbuatının klassik nümunələrindən — "İrşad", "Həyat", "Azərbaycan" qəzetlərindən seçmələr də yer alırdı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində "Azərbaycan" qəzetinin Cümhuriyyətin yaranmasının bir illiyinə həsr olunmuş sayı da bu nümunələrdən biri kimi "525-ci qəzet"in içərisində ayrıca qəzet kimi çap edilmişdi. == Kollektivi == Yarandığı gündən yaradıcı, istedadlı gənclər üçün meydan olacağını vəd edən "525-ci qəzet" fəaliyyət göstərdiyi dövr ərzində bu vədinə sadiq qalaraq həmişə istedadlı qələm adamlarının yetişmələri, ilk qələm təcrübələrini qəzet səhifələrində dərc etdirmələri üçün maksimum imkan yaratmağa çalışıb.
Al bayraq (qəzet)
Al bayraq — leqal bolşevik qəzeti, Hümmət Partiyasının orqanı. == Tarixi == İlk və yeganə nömrəsi 1920-ci il martın 31-də Bakıda Azərbaycan dilində çıxmışdır. Redaktoru Əliheydər Qarayev idi. Əliheydər Qarayevdən əvvəl "Al bayraq" Əhməd Cövdət Pepinovun müdirliyi ilə həftədə iki dəfə nəşr olunmuş, 1919-cu ildə Tiflisdə nəşri dayandırılıb, Bakıya köçürülmüşdür. Qəzet Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətini tənqid edir, Birinci dünya müharibəsində iştirak edən dövlətlərin işğalçılıq siyasətinə qarşı çıxır, bolşevizmə xidmət edərək, kütlələri sosialist inqilabı uğrunda mübarizəyə çağırırdı. "Al bayraq" qəzeti dövlətə qarşı çıxış etdiyi üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən bağlanmışdır.
Ana dili (qəzet)
"Ana dili" — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. == Tarixi == Qəzet 1901-ci ildə Təbrizdə nəşr edilmişdir. == Redaksiya heyəti == Təsisçisi və redaktoru Hüseyn Ədalət idi.
Ana sözü (qəzet)
"Ana sözü" (qaq. Ana Sözü) — Moldovada qaqauz dilində nəşr olunan ilk qəzet. == Tarixi == İlk qaqauz qəzeti olan "Ana sözü" Todur Zanetin əməyi sayəsində işıq üzü görmüşdür. Qəzetin ilk nömrəsi 14 avqust 1988-ci ildə çap olunmuşdur. Bundan sonra Todur Zanet 1988-1994-cü illərdə bu qəzeti çıxarmışdır. O, 1999-cu ildən bu günədək qəzetin baş redaktorudur.Qaqauziyada latın qrafikasına keçmək sahəsində ilk addımlar atılarkən, əvvəlcə "Ana sözü"nün səhifələrində alışdırma yazıları verilib, 1993-cu ilin sentyabr ayının 25-dən etibarən isə qəzet bütünlüklə latın qrafikasında çıxarmağa başlamışdır.
Aydınlıq (qəzet, Azərbaycan)
Aydınlıq qəzeti - Respublika “Qayğı” cəmiyyətinin qəzeti == Haqqında == ”Aydınlıq” qəzeti 1990-cı ildə açılan “Aydınlıq” müstəqil mediamızın ilk qaranquşlarındandır. Baş redaktor tanınmış jurnalust Babək Hüseynoğlu idi. İstedadlı qələm sahibləri Məmməd Nazimoğlu, Mahal İsmayıloğlu da “Aydınlıq”ın qurucularından idi. “Aydınlıq” mətbuata yeni forma və məzmun gətirən qəzetlərdən oldu. İlk məhkəməyə verilən müstəqil qəzet də “Aydınlıq” olub.Qəzet 4 avqust 1990-cı ildən çıxır. Təsisçi Respublika “Qayğı” cəmiyyətidir. Baş redaktorun müavini Məmməd Nazimoğlu olmuşdur. == Əlaqə == tel: Ünvan: Bakı, Bülbül küç. 20 == Mənbə == “Aydınlıq” qəzeti, №13(142). 19 mart 1993-cü il.
Azərbaycan Ordusu (qəzet)
Azərbaycan Ordusu (qəzet) — Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi "Xalq Ordusu" adlanan qəzetin birinci nömrəsi 1992-ci ilin fevral ayının 11-də çap olunmağa başlayıb.Bu tarix Azərbaycanın hərbi jurnalistləri üçün yaddaqalan bir gündür və bunu dövlətimizin ordu quruculuğunun önəmli səhifələrdən biri hesab etmək olar. İlk hərbi qəzetin ərsəyə gəlməsi, o zaman Azərbaycanın ictimai həyatında mühüm bir hadisəyə çevrilərək vətənpərvər insanların böyük marağına səbəb oldu. Azərbaycan üçün həmin o ağır günlərdə hər şeydən öncə "Azərbaycan Ordusu" qəzeti getdikcə genişlənən Qarabağ müharibəsini, o cümlədən cəbhədə baş verən hadisələri operativ işıqlandırmağa və düşmənə qarşı mübarizəsi aparan Vətən oğullarının döyüş ruhunu yüksəldən zabitlərinin yardımçı olmağa çalışırdı və buna da nail olmuşdur. "Azərbaycan Ordusu" qəzeti ilk günlərdən müasir dövrə kimi ordunun möhkəmlənməsinə xidmət edərək, onun uğurlarının carçısına çevrilib. Qəzetin mövcud olduğu illərdə ordunun həyatında baş vermiş əksər hadisələr, o cümlədən Silahlı Qüvvələrin daha da inkişaf etdirilməsi, müasir silah və texnika ilə təmin edilərək döyüş qabiliyyətinin yüksəldilməsi və şəxsi heyətin bilik və bacarıqlarının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı, eyni zamanda Müdafiə Nazirliyinin rəhbərliyinin fəaliyyəti qəzetin səhifələrində öz əksini tapmışdır.
Azərbaycan müəllimi (qəzet)
"Azərbaycan müəllimi" qəzeti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı. == Tarixi == Otuzuncu illərin ortalarında əhalinin sayının artması, xalq maarifinin inkişafı, yeni elmi-pedaqoji kadrların, ziyalı qüvvələrin yetişməsi, informasiya məkanının genişlənməsi pedaqoji mətbuatın yaranması ehtiyacını doğururdu. Beləliklə, 1934-cü il sentyabrın 2-də “Kommunist maarifi” qəzeti nəşrə başladı. Qəzet "mədəni inqilab"ın əsas təbliğat vasitələrindən olmaqla respublikada milli elmi-pedaqoji kadrların formalaşmasına yaxından kömək edir, xalq maarifinin, təhsilinin inkişafında müstəsna rol oynayırdı. O, kommunist ideyalarının, bolşevik maarifinin ruporu kimi nəzərdə tutulub yaradılsa da, daha çox ümumxalq qəzeti, müəllim, ziyalı qəzeti olmağa çalışırdı. Sırf pedaqoji məsələlərə daha geniş yer ayırdığı üçün 1938-ci ildə qəzetin adı dəyişdirilərək “Müəllim qəzeti” adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək onun nəşri dayandırıldı. Qəzetin əməkdaşları döyüşən ordu sıralarında Böyük Vətən müharibəsi cəbhələrinə yollandılar. Qəzetin təşəkkül tarixindən 1946-cı ilə qədərki dövrü onun taleyinin ən ağrılı, ən çətin mərhələsini təşkil edir.
Azərbaycan müəllimi qəzeti
"Azərbaycan müəllimi" qəzeti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı. == Tarixi == Otuzuncu illərin ortalarında əhalinin sayının artması, xalq maarifinin inkişafı, yeni elmi-pedaqoji kadrların, ziyalı qüvvələrin yetişməsi, informasiya məkanının genişlənməsi pedaqoji mətbuatın yaranması ehtiyacını doğururdu. Beləliklə, 1934-cü il sentyabrın 2-də “Kommunist maarifi” qəzeti nəşrə başladı. Qəzet "mədəni inqilab"ın əsas təbliğat vasitələrindən olmaqla respublikada milli elmi-pedaqoji kadrların formalaşmasına yaxından kömək edir, xalq maarifinin, təhsilinin inkişafında müstəsna rol oynayırdı. O, kommunist ideyalarının, bolşevik maarifinin ruporu kimi nəzərdə tutulub yaradılsa da, daha çox ümumxalq qəzeti, müəllim, ziyalı qəzeti olmağa çalışırdı. Sırf pedaqoji məsələlərə daha geniş yer ayırdığı üçün 1938-ci ildə qəzetin adı dəyişdirilərək “Müəllim qəzeti” adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək onun nəşri dayandırıldı. Qəzetin əməkdaşları döyüşən ordu sıralarında Böyük Vətən müharibəsi cəbhələrinə yollandılar. Qəzetin təşəkkül tarixindən 1946-cı ilə qədərki dövrü onun taleyinin ən ağrılı, ən çətin mərhələsini təşkil edir.
Azərbaycan pioneri (qəzet)
"Azərbaycan pioneri" qəzeti — Azərbaycan LKGİ MK və V. İ. Lenin adına pioner təşkilatı Respublika təşkilatı şurasının orqanı olan qəzet. Sovet Azərbaycanında ən məşhur uşaq qəzeti. == Tarixi == Keçmiş SSRİ dönəmində Azərbaycanda ən məşhur uşaq qəzetlərindən biri olan "Azərbaycan pioneri" 1938-ci il avqust ayının 1-də işıq üzü görüb. Qəzetin ilk redaktoru M. Əliyev olub. Ondan sonra isə müxtəlif illərdə çox qısa bir zaman kəsiyində Q. Həsənov və İ. Novruzov bu vəzifəni icra ediblər."Azərbaycan pioneri" özünün əsl intibah dövrünü 1946-cı ilin mayından yaşamağa başlayıb. Həmin vaxt qəzetə uşaq yazıçısı Eynulla Ağayev redaktor təyin olunub və o, 20 ilə yaxın bir müddətdə bu vəzifədə çalışıb. Eynulla Ağayevdən sonra qəzetə rəhbərliyi uşaq psixologiyasına yaxşı bələd olan, gənc nəslə həsr olunmuş bir çox kitabların müəllifi Əmrah Əmrahov öz üzərinə götürüb. Məlumatlara əsasən, Əmrah Əmrahov tam 22 il "Azərbaycan pioneri" qəzetinə rəhbərlik edib. Qəzet dörd yüz min, bəzi illərdə isə yarım milyona yaxın tirajla çap olunub. Müxtəlif illərdə "Azərbaycan pioneri" qəzetində görkəmli şairlərimiz Hikmət Ziya, Tofiq Mütəllibov, Vaqif Nəsib, yazıçı-fantast Emin Mahmudov, yazıçı-publisist Əli Səmədov və Əmir Mustafayev kimi ziyalılar çalışıblar.
Azərbaycan qəzeti
"Azərbaycan" (az.-əbcəd آذربایجان‎) — Azərbaycanın rəsmi dövlət qəzeti. AXC hökuməti 1918-ci il iyulun 3-də "Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı" adı altında öz rəsmi orqanının dərcinə başlamaq haqqında qərar verdi. "Azərbaycan" qəzetinin parlament orqanı kimi ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində — Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi gün Gəncədə işıq üzü gördü. İlk redaktorlarından biri Üzeyir Hacıbəyli olub. Qəzet 1919-cu il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəyli imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun bəy Hacıbəylinin əməyi və xidmətləri şəksizdir. Aprel işğalından [Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan] sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun bəy Hacıbəyli öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışmış və 1951-ci ildə buna Münxendə nail olmuşdu. == Tarixi == "Azərbaycan" qəzeti ondan əvvəl təxminən yarım əsrə yaxın bir müddət ərzində milli ziyalıların ölkənin adını daşıyan mətbuat orqanı yaratmaq, qəzet çıxarmaq təşəbbüslərinin də davamı, məntiqi nəticəsi idi. 1891-ci ildə tanınmış Azərbaycan ziyalısı Cəlal Ünsizadənin baş redaktoru olduğu "Kəşkül" qəzeti bağlandıqdan sonra "Azərbaycan" adlı qəzet çıxarmaq üçün rəsmi olaraq Tiflisdə Baş Mətbuat İşləri İdarəsinə müraciət etmək arzusu da baş tutmamışdı. Təbrizdə Məşrutə hərəkatı dövründə nəşr edilən "Azərbaycan" jurnalının da ömrü uzun sürə bilməmişdi.
Azərbaycan qəzetləri
Azərbaycanda çap olunan qəzetlərin siyahısı: == Gündəlik qəzetlər == == Həftə sonu çıxan qəzetlər == == Regional qəzetlər == == Mütəxəssis və tək mövzulu qəzetlər == == Pulsuz qəzetlər == == Nəşrini dayandırmış qəzetlər == == Həmçinin bax == Azərbaycan jurnallarının siyahısı Azərbaycan xəbər saytlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Azərbaycanda qəzetlər haqqında Mətbuat Şurasına üzv təşkilarlar Qəzet adları - maraqlı, gülməli, qəliz, təkrarçı ismlər - ARAŞDIRMA Xalq Cəbhəsinin ilk samizdat qəzeti – “Meydan” Fövqəladə qəzet Son illər hansı qəzetlər bağlanıb?
Azərbaycan qəzetlərinin siyahısı
Azərbaycanda çap olunan qəzetlərin siyahısı: == Gündəlik qəzetlər == == Həftə sonu çıxan qəzetlər == == Regional qəzetlər == == Mütəxəssis və tək mövzulu qəzetlər == == Pulsuz qəzetlər == == Nəşrini dayandırmış qəzetlər == == Həmçinin bax == Azərbaycan jurnallarının siyahısı Azərbaycan xəbər saytlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Azərbaycanda qəzetlər haqqında Mətbuat Şurasına üzv təşkilarlar Qəzet adları - maraqlı, gülməli, qəliz, təkrarçı ismlər - ARAŞDIRMA Xalq Cəbhəsinin ilk samizdat qəzeti – “Meydan” Fövqəladə qəzet Son illər hansı qəzetlər bağlanıb?

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 42.33 dəfə / 1 mln.
2002 •••••••••••••• 41.11
2003 •••••••••••••••••••• 59.84
2004 ••••••••••••••• 42.11
2005 ••••••••••••••••• 49.93
2006 ••••••••••••••••••• 55.18
2007 •••••••••••••• 41.86
2008 •••••••••••• 35.57
2009 ••••••••••••• 37.44
2010 ••••••••••••••••• 48.20
2011 ••••••••••••• 36.20
2012 •••••••••••••••• 47.84
2013 •••••••••••••••• 47.85
2014 ••••••••••••••••••• 54.92
2015 •••••••••• 27.73
2016 ••••••••••••••••••• 55.19
2017 •••••••••••• 34.31
2018 ••••••••••••••• 43.00
2019 ••••••••••••••• 43.67
2020 ••••••• 19.49

qəzet sözünün leksik mənası və izahı

  • 1 is. [ital.] Hər gün, bəzən vaxtaşırı nəşr edilən və ictimai-siyasi həyatın cari məsələlərindən bəhs edən, habelə tənqidi və kütləvi elmi məqalələr dərc edən böyük səhifələr şəklində dövri mətbuat orqanı. Gündəlik qəzet. Həftəlik qəzet. Qəzet müxbiri. – [Səttarxan:] Bizə öz ana dilimizdə məktəb, kitab, qəzet lazımdır. M.S.Ordubadi. Novruzun qəzetdə çıxmış şəkli əldən-ələ dolaşır, onun adı dillərdə əzbər olurdu. S.Rəhman. □ Qəzetə vurmaq dan. – qəzetdə tənqid etmək, qəzetdə ifşa etmək. [Mədəd:] Bu boyda kənddə bizdən savay adam tapmadınız qəzetə vurasınız? İ.Əfəndiyev; // ümumiyyətlə, haqqında qəzetdə yazılmaq. Divar qəzeti – idarə, ya müəssisənin yerli ictimai təşkilatının əl ilə, yaxud maşında yazılıb divara vurulan qəzeti. Zavodun divar qəzeti. Məktəbin divar qəzeti. – …Divar qəzeti üçün çəkdiyim şəkildə yazın əvvəlində Ağsu qovaqlarının başında hacıleyləklər yuva tikmişdi. Ə.Məmmədxanlı. ◊ Canlı qəzet – hər cür yenilikləri bilən və yayan adam haqqında.

    Azərbaycan dilinin izahlı lüğəti / qəzet

qəzet sözünün etimologiyası

  • 1 M.Fasmer bu sözü pulla bağlayır; газета adlanan Venesiya sikkəsi olub və qəzeti həmin sikkəyə satıblar. Söz də buradan yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Qədim zamanlarda insanlar “xəbər”in nə olduğunu bilmirdilər. Vaxtaşırı kiminsə yolu təsadüfən şəhərə düşürdüsə, qayıdanda ətrafda nələrin baş verdiyini hamıya danışırdı. Ancaq bu məlumatlar həcm və dolğunluq baxımından çox qısa, həm də məhdud olurdu. XV əsrdə çap işi icad edildikdən sonra, nəhayət, dillərdə dolaşan və təhrif olunan xəbərlərdən qurtulmaq mümkün oldu. İndi məlumatları bir neçə nüsxədə çap edib maraqlanan şəxslərə vermək olardı. Bu hadisə yeni tarixin başlanğıcında İtaliyada baş verdi, çünki Avropanın ən inkişaf etmiş şəhərləri məhz bu ölkədə yerləşirdi. Bu şəhərlərin çiçəklənməsi tamamilə ticarətdən asılı idi. XVI əsrdə ən nüfuzlu şəhər Venesiya idi. Təxminən 1550-ci ildə Venesiyada ən son xəbərlər çap olunmuş vərəqələr yayılmağa başladı. Bu vərəqələr, demək olar ki, o zamanın qəzetləri idi. Onlar balaca, kələ-kötür və çox ucuz idi. Dəyəri çox az olan metal pula bu vərəqələrin bir nüsxəsini və ya bu vərəqələrdəki xəbərlərin ucadan oxunduğu toplantıya buraxılışı almaq olurdu. Bu metal pullar “gazzetta” adlanırdı. Tezliklə xəbər vərəqələri də belə adlandırılmağa başladı. İngilis dilində “gazette” “newspaper” sözünün sinonomi kimi işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / qəzet

qəzet sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 QƏZET Qəzetlərdə onun barəsində məqalələrin çıxması, şəklinin çap olunması Həmidə ruh verdi (H.Abbaszadə); CƏRİDƏ (köhn.) [Qəzetçi:] Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam (M.Ə.Sabir); RUZNAMƏ (köhn.) Rzaqulu xanın bu ərizəsi o vaxtlar Tehranda çıxan rəsmi ruznamə olan “İran”nam ruznamənin heyəti-təhririyyəsi tərəfindən məsləhət görülmədi, ərizə geri qaytarıldı (M.S.Ordubadi).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qəzet

qəzet sözünün rus dilinə tərcüməsi

  • 1 1. газета; 2. газетный;

    Azərbaycanca-rusca lüğət / qəzet
  • 2 I сущ. газета. Divar qəzeti стенная газета, axşam qəzeti вечерняя газета, qəzetlərdə dərc olunmuşdur опубликовано в газетах, qəzet oxumaq читать газету, qəzetlərdən kəsilmiş parçalar вырезки из газет II прил. газетный. Qəzet kağızı газетная бумага, qəzet səhifəsi газетная страница, qəzet sütunu газетная полоса, qəzet başlığı газетный заголовок, qəzet məkələsi газетная статья, qəzet salnaməsi газетная летопись, qəzet fondu газетный фонд ◊ canlı qəzet живая или ходячая газета; qəzetə vurmaq разг. протянуть в газете (подвергнуть критике в газете); написать о к ом-л. в газете

    Azərbaycanca-rusca lüğət / qəzet

qəzet sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. newspaper, paper; gündəlik ~ daily paper; d.d. daily; axşam ~i evening newspaper / paper; divar ~i wall newspaper; təzə ~ fresh newspaper; bu günün ~i today’s newspaper, dünənin ~i yesterday’s newspaper II. s. newspaper; ~ köşkü newsstand; ~ kağızı newsprint; ~ məqaləsi paragraph; ~ müxbiri newspaper reporter; ~ işçisi journalist

    Azərbaycanca-ingiliscə lüğət / qəzet

qəzet sözünün fransız dilinə tərcüməsi

qəzet sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ital.] сущ. газет(а); divar qəzeti цлан газета; qəzetə vumaq рах. газетдиз гун (кхьин, ягъун), газетда туьнбуьгь авун, беябур авун; // газетдин (мес. корреспондент); газетрин (мес. будка); ** canlı qəzet ччан алай газета (гьар жуьре цӀийи хабарар гвай, чидай, чукӀурдай кас).

    Azərbaycanca-ləzgicə lüğəti / qəzet

"qəzet" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəzet nədir? #qəzet sözünün mənası #qəzet nə deməkdir? #qəzet sözünün izahı #qəzet sözünün yazılışı #qəzet necə yazılır? #qəzet sözünün düzgün yazılışı #qəzet leksik mənası #qəzet sözünün sinonimi #qəzet sözünün yaxın mənalı sözlər #qəzet sözünün əks mənası #qəzet sözünün etimologiyası #qəzet sözünün orfoqrafiyası #qəzet rusca #qəzet inglisça #qəzet fransızca #qəzet sözünün istifadəsi #sözlük