"Priazovski kray" qəzetinin redaksiya binası
"Priazovski kray" qəzetinin redaksiya binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 18/31 ünvanında yerləşən bina. Binanada sovet hakimiyyəti qurulana qədər bura Priazovski qəzetinin redaksiya binası olmuşdur. Priazovski kray qəzetinin redaksiya binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir.
== Tarixi ==
Priazovski kray qəzetinin redaksiya binası 1880-ci illərdə inşa edilmişdir. 1890-cı illərdə binada Priazovski kray qəzetinin redaksiyası yerləşirdi. Sovet hakimiyyəti qurulduqdan sonra bütün binalar kimi bu bina da milliləşdirilmişdir. 2000-ci illərdə bina Rostov Administrasiyasının balansında olsa da faktiki olaraü istifadəsiz olmuşdur.
== Arxitektura ==
Priazovski kray qəzetinin redaksiya binası Bolşoy Sadovaya küçəsinin künçündə, Bratski xiyabanında yerləşir. Bina bir tərəfli dəhliz susteminə malikdir. Bina iki mərtəbədən ibarətdir.