* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] köhn. Üz örtüyü (qadınlarda). Məni qoca gördü, rübəndin açdı; Ala gözlərinə gözüm sataşdı. Aşıq Ələsgər. Axırda Minnət xanım rübəndini açıb Mərcanın üzünə baxır. Ü.Hacıbəyov. // məc. Təşbehlərdə: örtü, pərdə mənasında. Rübənd tut üzə, dağlar; Gəlməsin gözə dağlar. (Bayatı). Təbiət bürünür ağ rübəndinə; Dağların əhvalı pozulur yenə. S.Vurğun. Yatağından dirçəlməmiş Şahtaxtı kəndi; Gərilmiş hər pəncərəyə uyqu rübəndi. M.Müşfiq.
Azərbaycan dilinin izahlı lüğəti / rübənd2 f. üz örtüyü, üzə salınan pərdə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / rübənd1 Farsca rü (üz) və bənd (bağlı) sözlərindən əmələ gəlib, üz örtüyü deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / rübənd1 RÜBƏND [Əbülhəsən bəy:] Hamının üzündə rübənd var (M.S.Ordubadi); BÜRQƏ (köhn.) Günəş camalından götür bürqəni; Xublar yaşınmaz divanələrdən (Q.Zakir); DUVAQ (etn.) Banı Çiçək: Ala yorğan içində səninlə dolaşmadım, dadlı damaq dadıb soruşmadım, al duvağın altında söyləşmədim (Anar); NİQAB (köhn.) A sevdiyim, aç niqabın üzündən; Məcnun tək Leylaları divanə qıl! (A.Səhhət); ÖRTÜK Ey canlı çiçək; Örtüyü at ruyunu göstər (M.Hadi).
Azərbaycan dilinin sinonimlər lüğəti / rübənd1 сущ. вуаль (кусок тонкой ткани, прикрепляемый к волосам женщины и закрывающий лицо)
Azərbaycanca-rusca lüğət / rübənd1 [fars.] сущ. куьгьн. кьелечӀ къир хьтин ччин кӀевдай, ччинай авадардай затӀ (дишегьлийри); // пер. тешпигьра: перде манада.
Azərbaycanca-ləzgicə lüğəti / rübənd