Rüstəmov sözü azərbaycan dilində

Rüstəmov

Yazılış

  • Rüstəmov • 99.3582%
  • RÜSTƏMOV • 0.5911%
  • rüstəmov • 0.0338%
  • RÜstəmov • 0.0169%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Rüstəmov
Hacı Rüstəmov – Azərbaycan futbolçusu. == Həyatı == Hacı Rüstəmov Rafiq oğlu 28 iyul 1998-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 18 nömrəli tam orta məktəbdə tamamlamışdır. Hələ uşaq vaxtlarından futbola maraq salmış və 2005-ci ildən başlayaraq müxtəlif klubların müxtəlif yaş qruplarında oynamışdır. Həmçinin həmin müddətlər ərzində digər idman növlərinə(Şahmat və basketbol) maraq göstərmişdir. 2014-cu ildə Bakı Humanitar Kollecinin "Turizm işinin təşkili" ixtisasına qəbul olub təhsilini 2017-ci ildə başa vurub. Daha sonra 2020-ci il Azərbaycan Kooperasiya Universitetinin "Turizm işinin təşkili" ixtisasına daxil olub. 2020- ci il 29 sentiyabrda 2-ci Qarabağ müharibəsinə yollanaraq futbol karyerasına bir müddətlik ara vermişdir. O, Füzuli, Xocavənd, Cəbrayıl, Şuşa və Laçın döyüşlərində iştirak edərək 2021-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalı və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşdur. 2021-2022-ci illərdə Şamaxı futbol klubunun əvəzedici heyətində öz karyerasını davam etdirdi.
Hidayət Rüstəmov
Hidayət Rüstəmov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirən Hidayət daha sonra Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1991-ci il Ağdam rayonu Daxili İşlər Şöbəsinin post-patrul alayına daxil olur. == Döyüşlərdə iştirakı == Vətənimizin cəsur övladı qaynar döyüşlərə girərdi. Şərəfli döyüş yolu keçən Hidəyət bu yolda çox yürüyə bilmədi...23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət qəfil sərrast atəşlərlə erməni quldurlarının xeyli qüvvəsini məhv etdi. Murdar erməni faşistləri evə od vurdular. Qorxunun nə olduğunu bilməyən Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşdu və qəhrəmancasına həlak oldu.
Həmid Rüstəmov
Rüstəmov Həmid Molla Abbas oğlu (1884–1938) — Azərbaycan Rеspublikası Torpaq Komissarının müavini. == Həyatı == Həmid Rüstəmov 1884-cü ildə Cəbrayıl qəzasının Yağləvənd obasında dünyaya gəlib. İbtidai təhsilini atasından alıb. Sonra ali məktəbdə oxuyub. Azərbaycan Rеspublikası Torpaq Komissarının müavini vəzifəsində işləyib. 1937-ci ildə həbs olunub. Həmid Rüstəmov 3 may 1938-ci ildə güllələnib. Həmid Rüstəmov Rəşid bəy Əfəndiyevin qızı Mahtəban xanımla ailə qurmuşdu. Rəna xanım adlı qızı var. == Mənbə == Ənvər Çingizoğlu, Rüstəmlilər, Bakı, "Soy" dərgisi, 2010-cu il.
Mahmud Rüstəmov
Mahmud Əli oğlu Rüstəmov (30 noyabr 1938, Arıqıran, Gədəbəy rayonu) — Azərbaycan alimi, kimya elmləri doktoru, professor. == Həyatı == Mahmud Rüstəmov 1938-ci il noyabrın 30-da Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA-nın) Kimya-Texnologiya fakültəsinə qəbul olmuş və oranı 1962-ci ildə bitirmişdir. 1962–1965-ci illərdə Sintetik Kauçuk və Superfosfat zavodlarında mühəndis-texnoloq vəzifəsində işləmişdir. 1965–1968-ci illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasında oxumuşdur. 1968–1971-ci illərdə indiki Azərbaycan Elmlər Akademiyası Polimer Materialları İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1971-ci ildən Azərbaycan Texniki Universitetin "Kimya" kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində işləmişdir. 1991-ci ildən həmin kafedranın professorudur. Həmçinin 1990-cı ildən "Kimya" kafedrasının nəzdində "Alitsiklik və mezogen birləşmələr" Elmi-tədqiqat laboratoriyasını təşkil etmiş və ona rəhbərlik edir. 1971-ci ildə "Hem-metiləvəzli tsikliheksan(en)-3-karbon turşularının xloranhidridləri ilə doymamış birləşmələrin kondensləşməsi reaksiyalarının tədqiqi və alınmış birləşmələrin çevrilmələri" mövzusunda namizədlik, 1988-ci ildə isə Daşkənd Dövlət Universitetinin İxtisaslaşmış Elmi Şurasında (İES) "Tsikloheksan(en) karbon turşuları və onların törəmələri əsasında poliəvəzli politsiklik birləşmələrin sintezi və stereokimyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Musa Rüstəmov
Musa İsmayıl oğlu Rüstəmov (8 may 1930, Ordubad – 28 noyabr 2022, Bakı) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor, akademik, AMEA-nın Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neft və qazın kimyası və texnologiyası" şöbəsinin müdiri, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü. == Ümumi məlumatlar == Musa İsmayıl oğlu Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. M. İ. Rüstəmov 1937-ci ildə Ordubad 1 saylı orta məktəbinə daxil olmuş və 1947-ci ildə həmin məktəbi medalla bitirmişdir. Həmin ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuşdur.. Hələ o, tələbə olarkən institutun Tələbə Elmi Cəmiyyətində öz elmi fəaliyyətinə başlamışdır. Professor S. M. Voloxun rəhbərliyi altında elmdə ilk addımları öz müsbət nəticəsini verdi. N. A. Baklanov metodu ilə boruvari sobaların hesabat tənliyinə düzəlişlər edildi ki, bu da hesablamaların dəqiqliyini artırdı. M. İ. Rüstəmov 1952-ci ildə institutu kimyaçı-texnoloq ixtisası üzrə qurtardıqdan sonra V. V. Küybışev adına AzETNEİ-yə işə qəbul olundu. Qeyd etmək lazımdır ki, V. V. Küybışev adına AzETNEİ-i 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının Y. H. Məmmədəliyev adına Neft-Kimyası Prosesləri İnstitutu kimi fəaliyyətini davam etdirdi. 1953–1959-cu illərdə M. İ. Rüstəmov əvvəlcə böyük mühəndis, sonra kiçik elmi işçi işlədi.
Muxtar Rüstəmov
Muxtar Rüstəmov (tam adı:Rüstəmov Muxtar İbrahim oğlu; 19 mart 1931, Ordubad, Naxçıvan MSSR) — Geologiya-minerologiya elmlər doktoru,Azərbaycan Respublikası Əməkdar mühəndisi == Həyatı == Rüstəmov Muxtar İbrahim oğlu 19 mart 1931-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub. === Təhsili === 1954-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində geoloji-kəfiyyat fakültəsini bitirib. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasını bitirib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1955–1961-ci illərdə Naxçıvan Muxtar Respublikasında xüsusi geoloq və baş geoloq, 1961-1976-cı illərdə AMEA Geologiya və Geofizika İnstitutunda baş elmi işçi, 1976-cı ildən həmin institutun Petrologiya laboratoriyasının müdiridir. Geotektonika, geodinamika; Petrologiya, vulkanologiya sahəsində tədqiqatlar aparmışdır. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 205, xaricdə çıxmış elmi əsərlərinin sayı 107, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 12-dir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 2 — müəliflik şəhədətnamısi və poliqorskit-pilolit gilləri Naxçıvan çökəkliyində, köklü qızıl Əlincəçay hövzəsində kəşfidir. === Əsas elmi nailiyyətləri === Qırışıqlıq zonanın paleomezokaynozoy maqmatizmin etapları təyin edilmiş, petrofondu, petrogenezisi və pleyt- tektonik tipləri müəyən olunmuşdur. Toleit basalt, şoşonit, latit, traxit və teşenit suxurları Azərbaycanda ilk dəfə aşkar edilmişdir. Maqmatizm ilə tektonikanın qarşılıqlı münasibətini müəyyən etməklə yanaşı Qafqazda ilk dəfə kaldera strukturları kəşf edilmiş və onların fizik-maqmatik sistemlər yaratması isbat olubmuşdur.
Məmməd Rüstəmov
Məmməd Rüstəmov (tam adı:Rüstəmov Məmməd İbrahim oğlu;10 may 1930, Ordubad) — maşınqayırma sahəsində alim, professor == Həyatı == Rüstəmov Məmməd İbrahim oğlu 10 may 1930-cu ildə Ordubad şəhərində anadan olub. === Təhsili === 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun (Azərbaycan Texniki Universitet) mexanika fakülətsini bitirib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1953–1960-cı illərdə zavodda mühəndis-konstruktor, sex rəisi, baş mühəndis və direktor vəzifələrində çalışmışdır. === Elmi fəaliyyəti === Göndərişlə 1963-cü ildə Azərbaycan və Ukrayna Elmlər Akademiyasının Mexanika İnsitunun aspiranturasını bitirmişdir. 1965-ci ildə Texnika elmləri namizədi olub. 1966-cı ildən Azərbaycan. Texniki Unversitetində işləyir; 1981–1992-ci illərdə universitetin metalkəsən dəzgahlar və alətlər kafedrasının müdiri olmuşdur. 1992-ci ildən həmin kafedranın professorudur. 100-dən çox elmi məqalənin, dərslik, tədris vəsaiti, metodik göstəriş və ixtiraların müəllifidir. == Təltif və mükafatları == 2015 — AzərbaycanAzərbaycan Respublikasının əməkdar mühəndisi == Mənbə == Naxçıvan Ensiklopediyası.
Məzahir Rüstəmov
Məzahir Rüstəmov (2 mart 1960, Bakı – 6 avqust 1992, Gədəbəy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüstəmov Məzahir İzzət oğlu 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Adı Böyük Vətən Müharibəsi iştirakçısı, təyyarəçi Məzahir Abasovun şərəfinə qoyulmuşdur. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirmişdir. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1986-cı ildən Azərbaycan Memarlııq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəsifəsində işləməyə başlayır. 1990-cı ildə Dövlət Mətbuat Nazirliyində "Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır. Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetitilməsi Məzahiri narahat edirdi. Daima Vətən, torpaq, qeyrət, namus hissləri ilə yaşayan cəsur Məzahir 1992-ci il 23 mart könüllü olaraq Milli Orduya yazılır.
Nadir Rüstəmov
Nadir Həbib oğlu Rüstəmov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri (1974–1980), Azərbaycan SSR Nazirlər Soveti Dövlət Su Təchizatı, Su Ehtiyatlarının Mühafizəsi və İşlədilməsi İstehsalat Komitəsinin (1964–1974), Yerüstü və Yeraltı Su Ehtiyatlarını İşlətmə və Mühafizə Komitəsinin (1961–1964) sədri. == Həyatı == Nadir Həbib oğlu Rüstəmov 1913-cü ildə Tərtərdə yoxsul kəndli ailəsində anadan olmuşdur. Valideynlərini erkən yaşda itirdiyi üçün Tərtərdə uşaq evinə qəbul edilmiş, 1920–1925-ci illəri burada keçirmişdir. Burada o, birinci dərəcəli məktəbi bitirmiş, sonra isə Şuşa Pedaqoji Texnikumuna oxumağa göndərilmişdir. 1929-cu ildə texnikumu bitirdikdən sonra Tərtər rayonundakı Evoğlu kənd məktəbinə direktor təyin edilmiş və burada 1931-ci ilin sentyabr ayınadək işləmişdir. 1931-ci ildə Nadir Rüstəmov Tiflisdəki Zaqafqaziya Mühəndis-Meliorasiya İnstitutuna daxil olmuş, 1933-cü ildə həmin institut Azərbaycan Kənd Təsərrüfatı İnstitutu ilə birləşdirildiyi üçün bu institutun Hidromeliorasiya fakültəsində təhsilini davam etdirmişdir. 1935-ci ildə fakültənin nəzəri kursunu bitirərək Tərtər HES tikintisində iş icraçısının köməkçisi vəzifəsində çalışmış və burada diplom işini başa çatdırıb müdafiə etmişdir. Nadir Rüstəmov 1938-ci ildə Bakıya gələrək Azərbaycan dəyirman tresti sistemində işləmiş, sonra Azərbaycan SSR Su Təsərrüfatı Xalq Komissarlığı Mexaniki Suvarma İdarəsinin tikinti qrupuna rəhbərlik etmişdir. 1944-cü ildə o, Azərbaycan SSR Dövlət Nəzarəti Nazirliyinə keçirilmiş, 1950-ci ildə SSRİ Dövlət Ərzaq və Material Ehtiyatları Nazirliyinin Azərbaycan ərazi idarəsi üzrə SSRİ Dövlət Nəzarəti Nazirliyinin baş nəzarətçisi təyin edilmişdir. Nadir Rüstəmov 1955–1957-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini, daha sonra müdiri işləmişdir.
Natiq Rüstəmov
Nazir Rüstəmov
Nazir Mürsəl oğlu Rüstəmov (12 aprel 1956, Ağcabədi) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017). == Həyatı == Nazir Mürsəl oğlu Rüstəmov 12 aprel 1956-cı ildə Ağcabədidə anadan olub. İncəsənət İnstitutunun dram-kino rejissorluğu fakültəsində (1976-1980), Moskvada rejissorluq kurslarında təhsil alıb (1990-1991). 1982-1994-cü illərdə Ağdam Dövlət Dram Teatrında aktyor, rejissor, daha sonra isə bədii rəhbər vəzifəsində işləmişdir. Müxtəlif illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Füzuli Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Dərbənd Dram Teatrında və Ukraynanın Donetsk Dövlət Dram Teatrında aktyor və rejissor olaraq fəaliyyət göstərmişdir. 2003-cü ildən Şuşa Dövlət Musiqili Dram Teatrında ikinci dərəcəli quruluşçu rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə Sarı Zakir («Şuşa dağlarını duman bürüyüb», Elçin), Həmzə bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Fətəli şah («Güllələnmiş heykəllərin fəryadı», Hüseynbala Mirələmov), Həsənzadə («Sən həmişə mənimləsən», İlyas Əfəndiyev), Yan («Anlaşılmazlıq», A.Kamyu). kimi xarakterik və yaddaqalan rollar da ifa etmişdir. Quruluş verdiyi tamaşalar: «Kamança» Cəlil Məmmədquluzadə, «Güllələnmiş heykəllərin fəryadı» Hüseynbala Mirələmov, «Sən həmişə mənimləsən», İlyas Əfəndiyev, «Təklif» Anton Çexov, «Durna» Səid Rüstəmov və Süleyman Rüstəm, «Meymunun dəfni» Nurəddin Qənbər, «Anlaşılmazlıq», A.Kamyu. 2005-ci ildə hazırladığı və Vasili Vasilyeviç Svetlovidov rolununda çıxış etdiyi Anton Pavloviç Çexovun «Qu quşunun nəğməsi» tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi «Boş məkanın dolğunluğu» teatr festivalında «Bədii əsərin ən yaxşı səhnə təcəssümü» nominasiyasında diplomla təltif edilmişdir.
Paşa Rüstəmov
Paşa Həbib oğlu Rüstəmov (20 may 1920 – 27 oktyabr 1997) — kimya elmləri doktoru (1967), professor (1968), AMEA-nın müxbir üzvü (1983). == Həyatı == Rüstəmov Paşa Həbib oğlu 1920-ci il mayın 20-də Şuşa şəhərində sənətkar ailəsində anadan olub. O, 1934-cü ildə Şuşa şəhər orta məktəbini bitirib. 1937-ci ildə Şuşa Pedaqoji işçi fakültəsini bitirərək Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub. 1941-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib. == Əmək fəaliyyəti == Paşa Rüstəmov 1941-1942-ci illərdə Şuşa Uşaq Vərəm Sanatoriyasında müəllim işləyib. P.Rüstəmov müharibədən qayıtdıqdan sonra 1945-1948-ci illərdə Şuşa 1 saylı orta məktəbində tədris-hissə müdiri və 1948-1952 -ci illərdə Şuşa rayon maarif şöbəsinin müdiri olmuşdur. 1959-1983-cü ilə qədər Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri, 1983-ildən ömrünün axırına kimi Bakı Dövlət Universitetində kafedra müdiri olub. == Elmi fəaliyyəti == Paşa Rüstəmov 1953-cü ildə Azərbaycan EA Kimya İnstitutunun aspiranturasına daxil olmuş, 1957-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1967-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1968-ci ildə isə professor elmi adını almış, 1983-cü ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. P.Rüstəmov Azərbaycanda fiziki-kimyəvi analizin və yarımkeçiricilər kimyasının əsasını qoyan alimlərdən biridir.
Pərviz Rüstəmov
Qismət Rüstəmov
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. == Həyatı == Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. == Təhsili == 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. == Fəaliyyəti == Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. == Kitabları == 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.
Qədir Rüstəmov
Qədir Çərkəz oğlu Rüstəmov (20 noyabr 1935, Ağdam rayonu – 14 dekabr 2011, İstanbul) — xanəndə, muğam ifaçısı, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Respublikasının xalq artisti (1992), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (1997). == Həyatı == Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olmuş, burada xanəndə kimi yetişmişdir. Ağdam rayonu Güllücə kənd orta məktəbində təhsil almışdır. Elə məktəb illərindən həkim Araz Budaqovla da dostluqları formalaşmışdı. Əvvəlcə, Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdır. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında "Sona bülbüllər" mahnısı xüsusilə sevilir. Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarır. 14 dekabr 2011-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur.
Rövşən Rüstəmov
Rövşən Rüstəmov (6 oktyabr 1980, Cəfərli, İmişli rayonu) — "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri. == Həyatı == Rüstəmov Rövşən Mürvət oğlu 1980-ci il oktyabrın 6-da İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1997–2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib. 2001–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb. 2007-ci ildə dissertasiya işi müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2004–2012-ci illərdə Azərpoçt MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb. 2012–2014-cü illərdə Azərkosmos ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib. 2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (en:Business Continuity Institute) davam etdirərək, "Biznesin davamlılığının planlaşdırılması proqramı"nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə Azərkosmos ASC-nin sədr müavini təyin edilib.
Ruslan Rüstəmov
Rüstəm Rüstəmov
Rüstəm Rüstəmov (həkim) — tibb elmləri doktoru, professor
Sabir Rüstəmov
Sahib Rüstəmov
Saleh Rüstəmov
Saleh Rüstəmov (coğrafiyaçı)
Sardor Rüstəmov
Seyfəddin Rüstəmov
Seyfəddin Rüstəmov (d.17 iyun 1962, Qusar, Azərbaycan SSR, SSRİ) — Rusiya milyarderi, iqtisadçı, “Metafraks” şirkətinin prezidenti. == Həyatı == Seyfəddin Rüstəmov 17 iyun 1962-ci ildə Qusar rayonunda anadan olub. Rusiya Sosial-Humanitar İnstitutunu bitirib. İxtisaca iqtisaçıdır. Hərbi xidməti başa vurduqdan sonra Rusiyaya üz tutub və o zamandan Moskvada yaşayır. Əvvəllər kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.Rüstəmov 2000-ci ildən biznes sərhədlərini böyüdüb və energetika fondlarına, kommersiya və yaşayış təyinatlı daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Rus mətbuatının verdiyi məlumatlara görə, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Hazırda “Metrafaks” Açıq Səhmdar Cəmiyyətinin majoritar səhmdarı olan “MetaHolding” şirkəti də onun idarəçiliyi altındadır. 2014-cü ildə “Metafraks”ın faktiki sahibi olub. Həmçinin “MetaHoldinq”in də Rusiyanın "Metafrax" şirkətinin əsas səhmdarı Seyfəddin Rüstəmovun rəhbərliyi altındadır.
Sulduz Rüstəmov
Səid Rüstəmov
Səid Əli oğlu Rüstəmov (doğum adı: Mircabbar Mirəli oğlu Seyidrüstəmzadə; 12 may 1907, İrəvan – 10 iyun 1983, Bakı) — Azərbaycan-sovet bəstəkarı, dirijoru və pedaqoqu, Azərbaycan SSR xalq artisti (1957), Stalin mükafatı laureatı (1951). O, 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1949–1953), Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru (1935–1975), Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdindəki mahnı və rəqs ansamblının rəhbəri (1951) olmuşdur. 1924-cü ildə Səid Rüstəmov musiqi məktəbinin (texnikumun) tar sinfinə qəbul edilmişdir. Musiqi texnikumunda not üzrə Üzeyir Hacıbəyovdan, muğam sinfində isə o, tanınmış tarzən Mirzə Mansur Mansurovdan dərs almışdır. 1926-cı ildə Səid Rüstəmov Müəllimlər Seminariyasında təhsilini tamamlamışdır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1926-cı ildə "Süleyman Sani məktəbi" adı ilə tanınan, Süleyman Sani Axundovun direktoru olduğu 19 saylı orta məktəbə müəllim təyin edilmişdir. 1928-ci ildən Səid Rüstəmov Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası) tar ixtisası üzrə dərs deməyə başlamışdır. Səid Rüstəmovun 1935-ci ildə yaratdığı "Tar məktəbi" kitabı tarın tədrisində mühüm rol oynamışdır. Həmçinin Səid Rüstəmovun 1950-ci ildə çap olunmuş "Tar üçün melodik etüdlər" adlı dərsliyində də tədris prosesində olan tələbat azalmamışdır.
Hidayət Rüstəmov (mühəndis)
Hidayət Rüstəmov (yol mühəndisi)
Mahmud Rüstəmov (I)
Mahmud Rüstəmov (1967, Bakı) — Heykəltəraş, rəngkar, qrafik, “İlin ən yaxşı heykəltaraşı” (2000). == Həyatı == Mahmud Rüstəmov 1967-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı illərdə Ə. Əzimazadə adına Rəssamlıq məktəbidə və 1986-1992-cı illərdə Azərbaycan Dövlət İncəsənət Universitetini heykəltaraşlıq fakültəsində təhsil almışdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1999-cu ildə fərdi sərgisini keçirdib və elə həmin ildə “İncəsənət hərəktdə”, heykəltaraşlıq üzrə beynəlxalq incəsənət festivalında iştirak edib. 2000-ci ildə Azərbaycanın “İlin ən yaxşı heykəltaraşı” nominantı olmuşdur. 2001-ci ildə “Qaradağ Sement” şirkətinin heykəltaraşlıq müsabiqəsində həvəsləndirici mükafata layiq görülüb. 2005-ci ildə “Kişi və qadın” müasir incəsənət sərgisinin iştirakçısı olub. 2006-cı ildə “Rüstəmovlar İncəsənət Evi” qalereyasının açılışı keçirilib. Heykəltəraş, rəngkar, qrafik-o öz yaradıcılığının bütün istiqamətlərində eyni maraqlıdır.
Mahmud Rüstəmov (heykəltəraş)
Məsudə Rüstəmova
Rüstəmova Məsudə Hümmət qızı (30 aprel 1932, Qədili, Qubadlı rayonu – 28 yanvar 2011, Bakı) — Qubadlı rayon partiya komitəsinin birinci katibi (15.04.1970-5.01.1980). == Həyatı == Məsudə Rüstəmova 1932-ci ilin aprel ayının 30-da Azərbaycan SSR Qubadlı rayonun Növlu k/s-nin Qədili kəndində qulluqçu ailəsində dünyaya gəlmişdir. Atası Rüstəmov Hümmət Qurban oğlu yoxsul kəndli ailəsindən olmuş, 1920-ci ildən Sovet İKP üzvü sıralarına qoşulmuşdur. 1920-ci ildən 1929-cu ilə qədər Qubadlı rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1929-cu ildən 1939-cu ilə kimi Zəngilan, Laçın, Bərdə rayon partiya komitələrində təlimatçı və söbə müdiri işləmişdir. 1939-cu ildən 1948-ci ilə kimi Qubadlı rayonunda kənd təsərrüfat şöbə müdiri və RPK-də təlimatçı olmuşdur. 1948-ci ilin avqust ayında vəfat etmişdir. Anası Rüstəmova Çöhrə Abış qızı 1927-ci ildə Hümmət Rüstəmovla ailə hayatı qurmuş, 1932-ci ildən Eyvazlı N.Nərimanov adına kolxoza üzv yazılmış və həmin kolxozda işləmişdir. 1927-ci ildən Sov. İKP üzvü olmuşdur.
Paşa bəy Rüstəmov
Paşa bəy Rüstəmov - praporşik 1914-cü il iyulun 24-də Azərbaycan süvari alayına qəbul edilib. 1916-cı il dekabrın 5-də kiçik uryadnik, 1917-ci il sentyabrın 15-də baş uryadnik, həmin il oktyabrın 1-də podpraporşik rütbəsilə təltif olunub. 1916-cı il mayın 31-də döyüşlərdə göstərdiyi igidliyə görə “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə təltif olunub. 1918-ci ilin oktyabrından Milli Azərbaycan ordusunda hərbi xidmətə başlayıb. Qarayazıda yerləşən Azərbaycan süvari alayının komandiri, polkovnik (sənəddə adını oxumaq mümkün olmadı - Ş.N.) Azərbaycan Əlahiddə korpusunun komandirinə yazır ki, xalqımıza sidq-ürəklə xidmət edən podpraporşik Paşa bəy Rüstəmovun praporşik rütbəsilə təltif olunmasını tamamilə qanuni hesab edirəm. Arxivdə saxlanan bir sənddə 1918-ci il oktyabrın 14-də Paşa bəyin bolşeviklərə qarşı döyüşdə göstərdiyi igidliyi təsvir olunmuşdur: “Zığ yüksəkliyi yaxınlığındakı döyüşdə zabitlərin sayının çatışmazlığı üzündən kiçik gizir Paşa bəy Rüstəmov yarımbölüyə komandirliyi qəbul etdi. Onda Hövsan tərəfindən yüksəkliyə hücumu süvari ilə bizim piyada aparırdı. Kiçik gizir Paşa bəy Rüstəmov Suraxanı tərəfdən rəqibin cinahına çıxaraq, öz cürətli hücumu ilə daşnak və bolşevikləri tutduqları səngərlərdən qovmağa kömək etdi. Ümumiyyətlə, arxa cəbhədə olduğu kimi, ön cəbhədə də kiçik gizir Paşa bəy Rüstəmov tapşırılmış zabit vəzifələrinin hamısını layiqincə yerinə yetirirdi”. Paşa bəy 1895-ci il mayın 12-də Gəncə qəzasının Yuxarı Ayıblı kəndində anadan olub.
Raziyyə Rüstəmova
Raziyyə Əli qızı Rüstəmov— ( 14 iyul 1936-cı il, Noraşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), əmək qabaqcılı. == Həyatı == 1936-cı il iyul ayının 14-də, keçmiş Noraşen rayonunun (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hazırkı Şərur rayonu) Qarahəsənli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə İlyiçevski rayonunun "SSRİ-nin 50 illiyi" (daha əvvəl "Şura" kolxozu) adlı kolxozunda sıravi kolxozçu kimi başlamışdır. Daha sonra manqa başçısı olmuşdur. 1972-ci ildən həmin kolxozda üzümçü kimi işləmişdir. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Hazırda pensiyaçıdır. == Mükafatlar == 1966-cı il aprel ayının 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Rüstəmova Raziyyə Əli qızı xam pambıq istehsalının genişləndirilməsində əldə edilən nailiyyətlərə görə Sosialist Əməyi Qəhərəmanı adına layiq görülmüşdür. O, eyni zamanda "Lenin ordeni", "Çəkic və Oraq" qızıl medalı ilə mükafatlandırılmışdır. 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının prezidentiin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət və icəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrindəki böyük xidmətlərinə görə Rüstəmova Raziyyə Əli qızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Raziyə Rüstəmova
Raziyyə Əli qızı Rüstəmov— ( 14 iyul 1936-cı il, Noraşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), əmək qabaqcılı. == Həyatı == 1936-cı il iyul ayının 14-də, keçmiş Noraşen rayonunun (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hazırkı Şərur rayonu) Qarahəsənli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə İlyiçevski rayonunun "SSRİ-nin 50 illiyi" (daha əvvəl "Şura" kolxozu) adlı kolxozunda sıravi kolxozçu kimi başlamışdır. Daha sonra manqa başçısı olmuşdur. 1972-ci ildən həmin kolxozda üzümçü kimi işləmişdir. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Hazırda pensiyaçıdır. == Mükafatlar == 1966-cı il aprel ayının 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Rüstəmova Raziyyə Əli qızı xam pambıq istehsalının genişləndirilməsində əldə edilən nailiyyətlərə görə Sosialist Əməyi Qəhərəmanı adına layiq görülmüşdür. O, eyni zamanda "Lenin ordeni", "Çəkic və Oraq" qızıl medalı ilə mükafatlandırılmışdır. 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının prezidentiin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət və icəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrindəki böyük xidmətlərinə görə Rüstəmova Raziyyə Əli qızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Rövşən Rüstəmov (20 Yanvar şəhidi)

"rüstəmov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rüstəmov nədir? #rüstəmov sözünün mənası #rüstəmov nə deməkdir? #rüstəmov sözünün izahı #rüstəmov sözünün yazılışı #rüstəmov necə yazılır? #rüstəmov sözünün düzgün yazılışı #rüstəmov leksik mənası #rüstəmov sözünün sinonimi #rüstəmov sözünün yaxın mənalı sözlər #rüstəmov sözünün əks mənası #rüstəmov sözünün etimologiyası #rüstəmov sözünün orfoqrafiyası #rüstəmov rusca #rüstəmov inglisça #rüstəmov fransızca #rüstəmov sözünün istifadəsi #sözlük