* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Adı çəkilməyərək nəzərdə tutulan ölmüş şəxs; mərhum. Rəhmətlik məni çox istərdi, çünki məndən savayı bir özgə övladı yox idi. C.Məmmədquluzadə. [Cahan:] İndi Allah bilir ki, nə iş görür, rəhmətlik on iki ildir ki, ölübdür. Ü.Hacıbəyov. 2. Bu söz vəfat etmiş adam xatırlanarkən adının ya əvvəlinə, ya sonuna gətirilir. [Qənbərqulu:] Rəhmətlik bibim buranın ağası olanda Cavadın atası ağsaqqal qoca bir kişi idi. B.Talıblı. Rəhmətlik qoca nənəm demişkən, tərpənib yeriyəndə elə bilərdin o yandan bir ağmaya gəlir. İ.Əfəndiyev. 3. Yaşlı adama xitab, müraciət (tərkibdə işlənir, həm də narazılıq, məmnunsuzluq ifadə edir). [Sərnişin:] Sən də bu basabasda tramvaya yeşik çıxardırsan, ay rəhmətlik oğlu. Qantəmir. Ah rəhmətlik balası, başını qoyub yatsana. H.Nəzərli.
Azərbaycan dilinin izahlı lüğəti / rəhmətlik2 I сущ. покойный, покойная. Rəhmətlik yaxşı adam idi покойный был хорошим человеком, rəhmətliyi tez-tez yad edirik мы часто вспоминаем покойного II прил. покойный. Rəhmətlik babam deyərdi … покойный дед говорил …, rəhmətlik anam моя покойная мать
Azərbaycanca-rusca lüğət / rəhmətlik1 I. i. the deceased II. s. late, deceased, memorable; of blessed memory
Azərbaycanca-ingiliscə lüğət / rəhmətlik2 of notorious memory (of lamentable, sorry, evil memory) печальной памяти / недоброй памяти (некогда существовавший, широко распространённый, но затем отживший, оставивший после себя плохие воспоминания)
Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / rəhmətlik1 is. feu m, défunt m ; ~ atam feu mon père ; ~ dostum mon ami défunt
Azərbaycanca-fransızca lüğət / rəhmətlik1 сущ. 1. рагьметлуди (тӀвар такьун фикирда кьунвай кьенвай кас); 2. рагьметлу (кьенвай са кас рикӀел гъидамаз адан тӀварцӀин виликай ва я кьулухъай лугьудай гаф); 3. рагьметлудан (яшлу касдив рахадамаз (гафарин кӀватӀалдик наразивал къалурун манада) кӀвалахардай гаф).
Azərbaycanca-ləzgicə lüğəti / rəhmətlik