rəngbərəng sözü azərbaycan dilində

rəngbərəng

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • rəngbərəng • 84.1424%
  • Rəngbərəng • 15.5340%
  • RƏNGBƏRƏNG • 0.3236%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rəngbərəng novruzgülü
Rəngbərəng novruzçiçəyi
Rəngbərəng novruzçiçəyi (lat. Primula heterochroma) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin novruzçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Çoxillik kökümovlu ot bitkisidir. Yarpaqları uzunsov və ya yumurtavari-uaunsov, 3-12 sm uzunluqda, 4-5 sm enindədir. Kasacıq 8-12 m uzunluqda, çox sıxılmış, yumşaq tüklü, qabırğalı, ensiz lansetvari, sivri dişciklərə bölünmüşdür. Çiçəkləri 2,5-2,7 sm diametrində, yastı büküklü, tərs-ürəkvari dilimli, tacı bənövşəyi, sarı və ya çəhrayı rəngdədir. Toxumları çox sayda, küncvari-şarşəkili və ya yumurtavari, bütün səthləri xırda qabarıqlı, tutqun qara və ya tünd qəhvəyi rəngli, 1mm uzunluqdadır. Fevral-aprel (dağlarda-may) ayları çiçəkləyir və may ayı toxumlayır.
Rəngbərəng tənbəlcüllütlər
Rəngbərəng tənbəlcüllütlər (lat. Rostratulidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.

rəngbərəng sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] 1. Müxtəlif rənglərdə olan; müxtəlifrəngli, əlvan. Rəngarəng pəncərələrdən içəri düşən işıq məbədin daxili gözəlliyini bir qat daha artırmışdı. Çəmənzəminli. Bağban gəlib salam verdi və bir dəstə rəngbərəng qərənfilin bir hissəsini qonağa, bir hissəsini də mənə verdi. T.Ş.Simurq. 2. Cürbəcür, müxtəlif, növbənöv, müxtəlifnövlü. Pişxidmətlər rəngarəng təamlar hazır etdilər. M.F.Axundzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / rəngbərəng

rəngbərəng sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 RƏNGBƏRƏNG Taxta divarları qəzet və jurnallardan kəsilmiş rəngbərəng şəkillərlə bəzədilmiş budkanın sağ küncündə, divara yaxın döşəmədə elektrik sobası qoyulmuşdur (M.Hüseyn); ƏLVAN Sevgi qəlbə əzizdir; Əlvan güllər içində (M.Rahim); RƏNGARƏNG [Molla İbrahimxəlil:] Gir çadıra, bir məcməyi içində üç rəngarəng balaca şüşə var.. (M.F.Axundzadə); MÜXTƏLİFRƏNGLİ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / rəngbərəng

rəngbərəng sözünün rus dilinə tərcüməsi

rəngbərəng sözünün inglis dilinə tərcüməsi

"rəngbərəng" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəngbərəng nədir? #rəngbərəng sözünün mənası #rəngbərəng nə deməkdir? #rəngbərəng sözünün izahı #rəngbərəng sözünün yazılışı #rəngbərəng necə yazılır? #rəngbərəng sözünün düzgün yazılışı #rəngbərəng leksik mənası #rəngbərəng sözünün sinonimi #rəngbərəng sözünün yaxın mənalı sözlər #rəngbərəng sözünün əks mənası #rəngbərəng sözünün etimologiyası #rəngbərəng sözünün orfoqrafiyası #rəngbərəng rusca #rəngbərəng inglisça #rəngbərəng fransızca #rəngbərəng sözünün istifadəsi #sözlük