Rəsulov sözü azərbaycan dilində

Rəsulov

Yazılış

  • Rəsulov • 99.5782%
  • RƏSULOV • 0.3515%
  • rəsulov • 0.0703%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rəsulov
Rəsulov — Azərbaycan soyadı. Abuzər Rəsulov (1907–2001) — Optika və molekulyar fizika kafedrasının professoru. Ağacan Rəsulov (1997–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Çingiz Rəsulov (d. 1949) — Azərbaycan alimi. Eldəniz Rəsulov (d. 1952) — Azərbaycanın kino və dublyaj aktyoru. Elxan Rəsulov (d. 1960) — keçmiş Azərbaycanlı qapıçı. Əsgər Rəsulov (d.
Elcan Rəsulov
Elcan Etibar oğlu Rəsulov (22 fevral 1987, Bakı) — azərbaycanlı aktyor və televiziya aparıcısı. == Həyatı və karyerası == Elcan Rəsulov 1987-ci il 22 fevral tarixində Saatlı rayonunda anadan olub 1992-ci ildə Saatlıda birinci sinfə daxil olub. Məktəbdə oxuyarkən 1999-cu ildən İ. Əbilov adına mədəniyyət mərkəzinin tərkibində yerləşən, əməkdar artist Tofiq Bayramovun rəhbərlik etdiyi "Xalq Teatrı"nın, daha sonra isə elə həmin mərkəzin tərkibində fəaliyyət göstərən Mirəhməd Əsgərovun rəhbərlik etdiyi "Poeziya Teatrı"nın üzvü olub. Dəfələrlə keçirilən festival və yarışların qalibi və laeuratı olub. Məktəbdə oxuduğu müddətdə 2002-ci ildən Qüdrət Həsənovun rəhbərlik etdiyi Nəsibə Zeynalova adına "Cənnət Teatrı" na daxil olub. Müxtəlif tamaşalarda çıxış edib. Elə həmin illərdə ANS telekanalında yayımlanan "Qulp" verilişində aktyor kimi çıxış edib. "Qulp" layihəsinin daxilində hazırlanmış "Qoyun Realiti ŞOU"sunda aparıcılıq edib. 2003-cü ildə Yasamal rayonu 52 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu" fakültəsinə daxil olub.
Eldəniz Rəsulov
Eldəniz Qeybulla oğlu Rəsulov (30 aprel 1952, Qax)— Azərbaycanın kino və dublyaj aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == Rəsulov Eldəniz Qeybulla oğlu 30 aprel 1952-ci ildə Qaxda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kinoaktyorluğu şöbəsini bitirmişdir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. 1971-ci ildən bədii filmlərə çəkilir: "Sevinc buxtası" (Seyidov), "Babək" (Azin), "Anlamaq istəyirəm" (Zeynal), "Nizami" (Maxan, Bəşir), "Gümüşgöl əfsanəsi" (Fərid), "Şeytan göz qabağında" (Zeynal), "Ovsunçu" (kəndxuda) və s. Azərbaycan Televiziyası və Lider TV-də çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajı prosesində fəal iştirak edir. Dramaturq Qeybulla Rəsulovun oğludur. 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Eldəniz Rəsulov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Elxan Rəsulov
Elxan Rəsulov — (doğ. 23 mart 1960) keçmiş Azərbaycanlı qapıçı. Hal hazırda Almaniyada yaşayır və Almaniyanın Xerforder futbol klubunun qapıçıların məşqçisidir. == Şəxsi həyatı == 23 mart 1960-cı ildə Bakı şəhərinda anadan olmuşdur. Rəsulov futbolla, "Neftçi" nin təlim komandasında məşqul olmağa başlayıb. 17 yaşına qədər komandanın birinciliyində çıxış etdi. Məzun olduqdan sonra avtomatik olaraq "Neftçi" nin əsas komandasında oyanmağa başladı. == Karyerası == Rəsulov 1978-ci ildə Neftçi-nin heyətində, Moskvada 1980 Olimpiya oyunlarına hazırlaşan SSRİ olimpiya futbol komandasına qarşı yoldaşlıq oyunları oynadı. Elə həmin vaxtlarda o, Rinat Dasayevlə tanış oldu. Rəsulovun "Neftçi" nin heyətində rəsmi debütü 1979-cu ildə baş tutub və Moskva "Dinamo" nun rəqibi olub.
Firudin Rəsulov
Firudin Yusif oğlu Rəsulov — jurnalist. == Həyatı == 1938-ci il martın 25-də Qərbi Azərbaycanda anadan olub. 1959-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olub. Jurnalistika sahəsindəki əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan KP MK-nın Nazirlər Sovetinin nəşri kimi işıq üzü görən "Abşeron" qəzetində korrektor vəzifəsində başlayıb. Həmin qəzetdə şöbə müdiri və məsul katib vəzifələrini tutub. 1969-cu ildə o zamanın nüfuzlu "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə dəvət edilib. Burada məsul katibin müavini, ədəbi işçi, müxbir, şöbə müdiri, müxtəlif bölgələr üzrə xüsusi müxbir kimi fəaliyyət göstərib. 1992-ci ildə "Həyat" qəzetinin şöbə müdiri, 2 il sonra isə nəşrin baş redaktoru olub. Hazırda pensiyada olan F.Rəsulov 2002-ci ildən başlayaraq on il müddətində "Azərsu" ASC-də işləyib. Jurnalist 1988-ci ilin noyabrında "Kommunist" qəzetində gedən "Topxananın harayı" adlı yazısı, eləcə də Azərbaycan həqiqətlərinin çatdırılması sahəsindəki digər yaradılıcıq nümunələri ilə ölkəmizin müstəqilliyinə qovuşmasında müstəsna xidmətlər göstərmiş qələm sahiblərindən sayılır.
Mirbala Rəsulov
Murad Rəsulov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Məcid Rəsulov
Məcid Lətif oğlu Rəsulov (1 iyul 1916, Nuxa – 11 fevral 1993, Bakı) – fi­zi­ka-riya­ziy­yat elmləri doktoru (1961), professor (1961), Azərbaycan SSR Əməkdar elm xadimi (1989), AMEA-nın həqiqi üzvü (1983). Məcid Rəsulov 1 iyul 1916-cı ildə Şəki şəhərində anadan olub. O, 1923-cü ildə Şəkidə 7 illik məktəbin 1-ci sinfinə gedib. Atası Hacı Lətif Rəsul oğlu dövrünün məşhur ipək sənayeçisi idi. O dövrdə baş verən müharibə və inqilablar Rəsulovlar ailəsində ağır izlər buraxır. Belə ki, 1928-ci il martın 16-da Məcid Rəsulov 5-ci sinifdə oxuyanda atası Hacı Lətif həbs edilir. Uydurulmuş ittihamlar əsasında bütün əmlakı müsadirə olunur və Hacı Lətif ailəsi ilə birgə 1928-ci ildə Gürcüstanın Tsxmok qəsəbəsinə, sonra isə 8 il müddətinə Qazaxıstanın Aral dənizindəki Kokaral adasına sürgün edilir. Çətin və işgəncəli sürgün həyatı Hacı Lətifin səhhətinə təsir göstərir və o, 1930-cu ildə vəfat edir. Bundan sonra Şəkiyə qayıdan ailəyə Qori seminariyasının məzunu, Məcid Rəsulovun böyük qardaşı Əbdüləli Rəsulov qayğı göstərir. O, ömrünün sonuna kimi Şəkidə müəllim işləyir.
Natiq Rəsulov
Natiq İsmayıl oğlu Rəsulov (6 yanvar 1958, Nuxa) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı. Nati İsmayıl oğlu Rəsulov 6 yanvar 1958-ci il tarixində Şəki şəhərində doğulmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif işi fakültəsini bitirmişdir. Rus dilini bilir. 26 noyabr 1995-ci il tarixində baş tutan təkrar parlament seçkilərində Natiq Rəsulov 43 saylı Şəki şəhər seçki dairəsi üzrə bitərəf namizəd olmuş və deputat seçilmişdir. O, parlamentdə Sosial siyasət komissiyasının üzvü olmuşdur.
Nəriman Rəsulov
Nəriman Moğbil oğlu Rəsulov (15 yanvar 1947, Təpəkənd, Amasiya rayonu) — professor. 1947-ci ilin yanvar ayının 15-i Qərbi Azərbaycanın Amasiya rayonunun Təpəkənd kəndində anadan olub. Nəriman Rəsulov orta məktəbi Amasiya rayonunda bitirib. Nəriman Rəsulov 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1968–1970-ci illərdə Bakı Cihazqayırma Zavodunda sex ustası, texnoloq işləmişdir. 1970–1973-cü illərdə AzTU-nun "Maşınqayırma texnologiyası" kafedrasının aspirantı olmuşdur. 1973–1974-ci illərdə həqiqi əsgəri xidmət etmişdir. 1974-cü ilin dekabrından AzTU-da kiçik elmi işçi, baş elmi işçi, assistent, baş müəllim, dosent vəzifələrində çalışmış, 2004-ci ildən "Maşınqayırma texnologiyası" kafedrasının professoru, 2001–2009-cu illərdə Maşınqayırma fakultəsinin dekanı, 2009–2015-ci illərdə isə "Metrologiya və standartlaşdırma" kafedrasının müdiri işləmişdir. O, hazırda "Maşınqayırma texnologiyası" kafedrasının professoru vəzifəsində çalışır. Dosent Nəriman Rəsulov 1985–1986-cı tədris ilində M.Torez adına Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda fransız dilini mənimsəmiş, 1986–1989-cu illərdə Əlcəzairdə, fransız dilli Annaba Texniki Universitetində ixtisası üzrə müəllim işləmiş, əmək fəaliyyətinin yüksək göstəricilərinə və fəal ictimai işinə görə SSRİ-nin Annabadakı baş konsulluğunun Fəxri Fərmanı ilə təltif edilmişdir.
Nərman Rəsulov
Qeybulla Rəsulov
Rəsulov Qeybulla İbadulla oğlu (18 mart 1922 – 11 sentyabr 1988) — dramaturq, Yazıçılar Birliyinin üzvü (1961). 1922-ci il martın 18-də Azərbaycanın Qax rayonunun İlisu kəndində anadan olmuşdur. İbtidai təhsili kənddə almış, yeddiillik məktəbi Qaxda bitirmiş, sonra Şəki feldşerlik məktəbində oxumuşdur (1935-1939). Ordu sıralarına çağırılmış, İkinci dünya müharibəsi dövrü bir müddət Sovet Ordusu tərkibində İranda olmuş (1942), sonra 402 və 416-cı atıcı diviziyalarında Hərbi feldşer işləmişdir Mozdok şəhərinin azad edilməsi uğrunda döyüşlərdə yaralanmışdır Ordudan tərxis olunandan sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır Sonra M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1953-1955). Ədəbi fəaliyyətə "Qatar Bakıdan gəlir" birpərdəli pyeslə başlamış, xalq yaradıcılığı evi həmin pyesi ayrıca kitabça halında çap etmişdir (1955). Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, redaktor (1955-1957), "Bakı" axşam qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1958-1965), M Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1965-ci ildən) Respublikada keçirilən ən yaxşı pyeslər müsabiqəsində dəfələrlə mükafata layiq görülmüşdür. "Əlvida, Hindistan", "Söz yarası", "Nəsillər", "Od parçası", "Gün aydın, əlahəzrət",, "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Molla Nəsrəddin zarafatı", "Dzerjinski koloniyası" pyesləri respublika dövlət dram teatrlarında səhnəyə qoyulmuşdur. Onun birpərdəli pyesləri, Habelə irihəcmli dramları özfəaliyyət dərnəklərində və xalq teatrlarında oynanmışdır. Eyni zamanda "Moskva", "Serebryannı bor", "Üç Gül", "Kranlar səslənir", "Büllur vaz", "Pırpız xanım", "Bir "Volqa" məhəbbət" adlı pyeslərinin televiziya tamaşaları göstərilmiş, "Sınaq", "Çağırış", "Ana və oğul", "Mayakovskinin Gözü ilə" və s. pyesləri isə radiola səslənmişdir.
Rafiq Rəsulov
Rafiq Rəsulov (fizik)-Fizika-riyaziiyat elmləri namizədi, dosent, AMİ-nin Şəki filialının direktoru. Rafiq Rəsulov (gitaraçı) — Bakının məşhur gitaraçılarından biri.
Rizvan Rəsulov
Sahil Rəsulov
Sakit Rəsulov
Sakit Rəsulov (Sakit Rauf oğlu Rəsulov; 17 yanvar 1956, Ağdaş rayonu) — Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri, texnika üzrə elmlər doktoru, professor, əməkdar mühəndis. Sakit Rəsulov 1956-cı ildə Azərbaycan Respublikasının Ağdaş rayonunda anadan olub. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun "Kimya texnologiyası" fakültəsinin əyani şöbəsinə daxil olub. 1976-cı ildə həmin institutu "Neft və qaz emalının kimyəvi texnologiyası" ixtisası üzrə bitirib. 2008-ci ildən bugünədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var. "1976–1993-cü illərdə "Neftkimyaavtomat" Elmi-tədqiqat və Layihə İnstitutunda böyük texnik, mühəndis, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində işləmişdir. 1986-cı ildə Daşkənd şəhərində dissertasiya müdafiə edərək texnika elmləri namizədi adına layiq görülmüşdür. 2011-ci ildə "Neft və qaz yataqlarının işlənməsi və istismarı" və "Neft-qaz borularının, bazalarının və anbarlarının tikilməsi və istismarı" ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 2016-cı ildə professor elmi adina layiq görülmüşdür.
Hüseyn Rəsulov
Hüseyn Əvəz oğlu Rəsulov (21 fevral 1929, Müskürlü, Göyçay qəzası – 2 sentyabr 1986, Bakı) — Azərbaycan inşaatçı-mühəndisi, Sosialist Əməyi Qəhrəmanı (1977), Azərbaycan SSR əməkdar inşaatçısı (1976), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı. == Həyatı == Hüseyn Əvəz oğlu Rəsulov 21 fevral 1929-cu ildə Göyçay qəzasının (sonralar Göyçay rayonu) Müskürlü kəndində anadan olmuşdur. 1943-cü ildən 1949-cu ilədək Göyçay rayonundakı Lenin adına kolxozda çalışmışdır. Suvaqçılar hazırlayan fabrik-zavod şagirdliyi məktəbində təhsilini başa vurduqdan sonra Bakının müxtəlif tikinti təşkilatlarında suvaqçı işləmişdir. 1962-ci ildən Azərbaycan SSR Tikinti Nazirliyinin (1967-ci ildən Sənaye Tikintisi Nazirliyinin) 4 nömrəli tresti sistemində çalışmış, 1976-cı ildən həyatının sonunadək həmin trestin 46 nömrəli tikinti idarəsində kompleks tikinti briqadasına (suvaqçılar briqadası) başçılıq etmişdir. Hüseyn Rəsulov Bakıda asbest-şifer kombinatının tikintisində Bakı neftayırma zavodundakı koks qurğusunun ucaldılmasında, dəmiryol vağzalının inşasında, tikinti maşınları təmiri zavodunun, müxtəlif yaşayış binalarının istifadəyə verilməsində, Bakı məişət kondisionerləri zavodunun mozaik döşəmələrinin hazırlanmasında, Bakı neftayırma zavodunda neftin ilkin emalı qurğusunun — "ELOU AVT" qurğusunun tikintisində yaxından iştirak etmişdir. Onun briqadası 1970-ci ildə Azərbaycanda Moskva inşaatçısı Nikolay Zlobinin metodu ilə ilk dəfə işləyən kollektivlərdən biri olmuşdur. Hüseyn Rəsulov 1955-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmiş, Ali Sovetin Tikinti və inşaat materialları sənayesi komissiyasının üzvü olmuşdur. Sov. İKP XXVII qurultayına (1986), Azərbaycan Kommunist Partiyasının XXX və XXXI (1981, 1986) qurultaylarına nümayəndə seçilmişdir.
Tərlan Rəsulov
Tərlan Aqşin oğlu Rəsulov (27 avqust 1968, Bakı) – Azərbaycan teatr rejissoru, Azərbaycanda ilk interaktiv teatr olan dOM Müstəqil Teatrının (dOM Teatrı) yaradıcısı və rəhbəri, spontan aktyorluq metodunun müəllifi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Mədəniyyət Mərkəzinin müdiri, Aktyor və rejissor hazırlığı üzrə Eksperimental Teatr laboratoriyasının rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tərcüməçi, prodüser. Azərbaycan Respublikası Mədəniyyət nazirliyi yanında Ekspert Şurasının üzvü. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. Beynəlxalq teatr festivallarının iştirakçısı və laureatı. "MANIFEST XXL Teatr. Gələcəyə qayıdış"ın müəllifi. Tərlan Rəsulov 27 avqust 1968-ci ildə Bakı şəhərində aktyor, vokalçı və pedaqoq Aqşin Rəsulov ailəsində anadan olub. Babası Dadaş Rəsulzadə Cənubi Azərbaycanda, Ərdəbil şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul imtahanlarından uğurla keçərək həyat təcrübəsi qazanmağa üstünlük verib. 1986–88-ci illərdə Sovet Ordusunda, Almaniyada Məhdud Sovet Kontingenti sıralarında xidmət edib.
Abuzər Rəsulov
Rəsulov Abuzər Məmməd oğlu (16 dekabr 1907, Nuxa – 2001) — Optika və molekulyar fizika kafedrasının professoru. == Həyatı == Abuzər Rəsulov 1907-ci ildə Şəki şəhərində anadan olmuşdur. Təhsilini Şəki şəhərində almışdır. 1915-ci ildən 1918-ci ilə qədər üçillik ibtidai məktəbdə oxumuş və 1918-ci ildən 1920-ci ilə qədər atasının yanında dəmirçilik peşəsi ilə məşğul olmuşdur. 1920 və 1921-ci illərdə nümunə-zəhmət məktəbində, 1921-ci ildən 1925-ci ilə qədər isə Şəki Müəllimlər Seminariyasında oxumuş, oranı bitirdikdən sonra 10 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 1926 və 1927-ci illərdə 7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsindən yaranmış böyük məktəbin müdiri vəzifəsində çalışmışdır. İlk dəfə olaraq qız uşaqları ilə oğlan uşaqlarının birlikdə oxumalarının təlim-tərbiyə işini sınaqdan keçirmək ona tapşırılmışdı. O zaman maarif şöbəsinə və maarif komissarlığına yazılmış hesabatlarda qeyd olunmuşdur ki, qız və oğlan uşaqlarının birlikdə oxumalarının təlim – tərbiyə işinə və birlik səviyyələrinin yüksəlməsinə müsbət təsiri vardır. == Elmi adları == Abuzər Rəsulov 1951-ci ildə "Özlü mayelərdə tərpənmiş dalğalarının yayılması" mövzusunda fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə, 1973-cü ildə isə "Rezinin deformasiya və quruluşu" mövzusunda apardığı çox mürəkkəb, nəzəri və praktiki əhəmiyyətə malik doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru adına layiq görülmüşdür. == Elmi fəaliyyəti == A. M. Rəsulov 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat şöbəsinə daxil olmuş, 1932-ci ildə oranı bitirmiş və "Azsənaye Şurası"nın Şəkidə olan "Sənaye Texnikomu"na Fizika-riyaziyyat müəllimi vəzifəsinə təyin olunmuşdur.
Teymur Rəsulov
Tofiq Rəsulov
Tofiq Əli oğlu Rəsulov ( 21 may1930, – 3 may 2012 ) — Fəlsəfə elmləri namizədi, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Tofiq Əli oğlu Rəsulov 21 may1930-cu ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində Azərbaycanın sayılıb-seçilən, əsl xalq ziyalılarından biri olmuş, ədalətli və xeyirxah dövlət qulluqçusu kimi tanınmış, el ağsaqqalı Əli Rəsulovun ailəsində dünyaya göz açıb. O, çoxuşaqlı ailədə böyüyüb. Iki qardaşı, altı bacısı hamısı ali təhsil alıb. Bir qardaşı və bir bacısı dissertasiya müdafiə edib, elmlər namizədi alimlik adını alb. Uşaqlığı, ilk gəncliyi Gədəbəy, Tovuz və Zəngilan rayonlarında keçib. Tofiq Rəsulov orta təhsilini, əvvəlcə Tovuz rayonunun Puşkin adına orta məktəbində almış, sonra isə atası Əli Rəsulovun, Zəngilan rayon partiya komitəsinə ikinci katib təyin edildiyi üçün, Zəngilan rayonunun Pircivan kəndində davam etdirmiş və 1947-ci ildə həmin kənddə orta məktəbi əla qiymətlərlə bitirmişdir. Elə həmin ildə yüksək balla Azərbaycan Dövlət Universitetinin (indiki BDU ) tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. Azərbaycan Dövlət Universitetində yaxşı oxuması və ictimai fəaliyyəti nəzərə alınmış və 1952-ci ildə universiteti bitirdikdən sonra Gəncə Pedaqoji İnstitutunun fəlsəfə kafedrasına müəllim göndərilmişdir. Bir müddət Gəncə Dövlət Pedaqoji İnstitutunda kabinet müdiri vəzifəsində çalışdıqdan sonra 1954-cü ildə SSRİ EA Fəlsəfə və Hüquq İnstitutunda aspiranturaya daxil olmuş və 1958-ci ildə “XIX əsrin axırlarında pozitiv sosiologiyanın tənqidi” mövzusunda böyük uğurla namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi adını almışdır. Moskvadan qayıtdıqdan sonra Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır.
Xəzər Rəsulov
Xəzər Mail oğlu Rəsulov (7 oktyabr 1987; Yevlax rayonu, Azərbaycan SSR — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xəzər Rəsulov 1987-ci il oktyabrın 7-də Yevlax rayonunun Xanabad kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xəzər Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəzər Rəsulov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Yevlax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Rəsulov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Çingiz Rəsulov
Çingiz Rəsulov (tam adı: Çingiz Qnyaz oğlu Rəsulov; 31 avqust 1949, Ələt) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Tsikloalkilfenolların kimyası və texnologiyası" laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, professor. Çingiz Qnyaz oğlu Rəsulov — 31 avqust, 1949-cu ildə Azərbaycan Respublikası, Qazıməmməd rayonunun Ələt qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə Yevlax şəhərində orta məktəbi bitirib və həmin ildə Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. 1971–1973-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Ordu sıralarından qayıtdıqdan sonra 1974-cü ilədək Yevlax Zonal Qaz İB-də əvvəl mühəndis, sonra texniki-istehsalat şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1974-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun aspiran-turasının ğündüz şöbəsinə daxil olub, 1977-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə etmişdir. Rəsulov Çingiz həmin İnstitutda əvvəl kiçik elmi işçi, sonra baş elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru elmi dərəcəsini, 2012-ci ildə isə professor elmi adını almışdır.
Vüqar Rəsulov
Vüqar Ural oğlu Rəsulov (5 aprel 1991, Gəncə) — azərbaycanlı şahmatçı, qrosmeyster (2011). Vüqar Rəsulov 5 aprel 1991-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şahmat məktəbinin yetirməsidir. Müxtəlif illərdə Azərbaycanı fərqli yaş qruplarında gənclər arasında keçirilən şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil edib. 2006-cı ildə Avropa çempionatında 16 yaşlı oğlanlar arasında bürünc, bir il sonra isə eyni yaş qrupunda qızıl medal qazanıb. 2006-cı ilin avqust ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənin Ağrı şəhərində keçirilmiş 5-ci Dünya Gənclər U16 Şahmat Olimpiadasında iştirak edib. 2010 və 2011-ci illərdə 20 yaşadək oğlanlar arasında şahmat üzrə Azərbaycan çempionatının, 2012-ci ildə ildə isə kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının qalibi olub.
Məhəmməd Rəsulov
Məhəmməd Rəsulov (farsca: محمد رسول‌اف) - İranlı müstəqil ssenarist, prodüser, rejissor; O, Oskar Akademiyasının üzvüdür.
Elxan Rəsulov (əsgər)
Hacı Mustafa Rəsulovun mülkü
Hacı Mustafa Rəsulovun mülkü — 1884–1885-ci illərdə Hacı Mustafa Rəsulovun sifarişi ilə Anton Kandinov və Nikanor Tverdoxlebov tərəfindən tikilmiş bina. 1918-ci ilə qədər binanın birinci mərtəbəsində müxtəlif dükanlar və anbarlar ikinci mərtəbəsində isə İslamiyyə mehmanxanası yerləşib. 1918-ci il Mart soyqırımında bina ermənilər tərəfindən yandırılıb. == Haqqında == Ev sahibi Hacı Mustafa Rəsulovun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məlumatlara əsasən mülkün birinci mərtəbəsində çöldə 26 daxildə isə 14 mağaza yerləşirdi. Yuxarı mərtəbədə isə 60 otaqdan ibarət İslamiyyə mehmanxanası yerləşib. Əsas fasad Qubernskaya küçəsi boyunca 70 addım uzunluğunda, yan fasad Bazarnaya küçəsi boyunca 55 addım uzunluğundadır, evin arxa fasadı isə 70 addım uzunluğunda Staro-Poçtovaya küçəsinə çıxır. Binanın aşağı mərtəbəsi Rəsulovlara icarəyə verilib, İslamiyyə mehmanxanası isə İsmayıl Qulu oğlu Mahmudova məxsus olub. 1918-ci ilin qiymətləndirməsinə görə binanın qiyməti 1 milyon rubldan artıq olub. Bina 1918-ci ildə Mart soyqırımı dövründə ermənilər tərəfindən yandırılıb. Həmin dövrdə evdən yalnız yarımdağılmış iki mərtəbəli, aşağı hissəsində – Bazarnaya küçəsi tərəfdən isə üç mərtəbəli, üzərində alov və tüstü izləri olan divarlar qalmışdır.
Lidiya Rəsulova
Lidiya Xudat qızı Rəsulova (4 dekabr 1941, Bakı – 5 fevral 2012, Bakı) — Azərbaycanın dövlət xadimi. == Həyatı == Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərinin Sabunçu rayonunda, neftçi ailəsində anadan olmuşdur. O, Xudat Rəsulov və Məhbubə Rəsulovanın 7 övladından biri olub. 1959-cu ildə Bakıda 45 saylı orta məktəbi qızıl medalla bitirən Rəsulova Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub, 1965-ci ildə universiteti rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirib. O, əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayıb. 1963-1966-cü illərdə sekçili gənclər təşkilatlarında, 1966-1981-ci illərdə partiya və sovet orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Rəsulova 1964-1965-ci illərdən 1971-ci ilə qədər Lenin rayonu (indiki Sabunçu rayonu) partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1971-ci ildən isə Azərbaycan Kommmunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və təhsil şöbəsinin müdiri vəzifəsini icra edib. 1973-cü ildə MK-nın elm və təhsil şöbəsinin müdiri təyin edilib. O, 1975-ci ilin 25 dekabrında etibarən 5 il Nəsimi rayon partiya komitəsinin birinci katibi vəzifəsini yerinə yetirib. Burada işlədiyi dövrdə AKP MK-nın birinci katibi Heydər Əliyev tərəfindən Rəsulovanın MK-nın Təftiş komissiyasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb.
Oksana Rəsulova
Oksana Rəsulova (19 dekabr 1982, Dəvəçi rayonu) — Hind rəqslərinin mahir ifaçısı, aktrisa, ginekoloq və dəri zöhrəvi həkimi. "OksiMedia" MMC şirkətinin rəhbəri. İxtisasca ginekoloq və dəri zöhrəvi həkimi olmasına baxmayaraq 19 ildir hind rəqsinə həm nəzəri, həm də texniki cəhətdən yiyələnməkdədir. Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə qalib eyni zamanda 2-ci və 3-cü dərəcəli laureat olub. 2007-ci ildə Moskvada Hind rəqs ulduzları ilə birgə "Şavratri" adlı ilk keçirilən müziklda "Apsara" rolunu ifa edib. 2008-ci ildə isə Peterburqda keçirilən "Beynəlxalq Hind Rəqsləri Müsabiqəsi"-də 1-ci yerə layiq görülüb. Nəhayət 2009-cu ilin oktyabr ayında Azərbaycanı Hind mədəniyyət festivalı "Divali 2009" da təmsil edib və 1-ci yerə çıxıb. Daha sonra "Hind rəqsləri üzrə 3-cü açıq konkurs"-da iştirak edib və 3-cü yeri tutub. Oksana hind dilində sərbəst danışır, həmçinin azərbaycan və rus dillərini də bilir. Oksana Rəsulova 19 dekabr 1982-ci ildə Əli Bayramlı şəhərində ziyalı ailəsində dünyaya gəlib.
Rafiq Rəsulov (gitaraçı)
Rafiq Rəsulov — Bakının məşhur gitaraçılarından biri (əsl adı Rafaeldir). Vaxtilə, 60-cı illərin ortalarından başlayaraq Xalq Təsərrüfatı İnstitutunun "Xürrəmilər" qrupunun solisti olmuşdur. Bakıda müxtəlif illərdə keçirilən "Qızıl payız-69", AZİ-1970, ADU-51, "Qızıl payız-71" və bir çox başqa mahnı və rok müsabiqələrində iştirak etmişdir. Gitarada mahir ifasına görə musiqiçilər arasında onu "Hendrix" deyə çağırırdılar. 2016-cı il sentyabrın 20-də 67 yaşında vəfat etmişdir.
Rəsulova
Rəsulova — Azərbaycan soyadı. Lidiya Rəsulova (1941–2012) — Azərbaycanın dövlət xadimi. Oksana Rəsulova (d. 1982) — Hind rəqslərinin mahir ifaçısı, aktrisa, ginekoloq və dəri zöhrəvi həkimi.
Teymur Rəsulov (əsgər)

"rəsulov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəsulov nədir? #rəsulov sözünün mənası #rəsulov nə deməkdir? #rəsulov sözünün izahı #rəsulov sözünün yazılışı #rəsulov necə yazılır? #rəsulov sözünün düzgün yazılışı #rəsulov leksik mənası #rəsulov sözünün sinonimi #rəsulov sözünün yaxın mənalı sözlər #rəsulov sözünün əks mənası #rəsulov sözünün etimologiyası #rəsulov sözünün orfoqrafiyası #rəsulov rusca #rəsulov inglisça #rəsulov fransızca #rəsulov sözünün istifadəsi #sözlük