Rable sözü azərbaycan dilində

Rable

Yazılış

  • Rable • 83.3333%
  • rable • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fransua Rable
Fransua Rable (1494 və ya 1493, Şinon[d] – 9 aprel 1553, Paris) — Fransız yazıçısı. Məşhur "Qarqantüa və Pantaqrüel" romanının müəllifi. == Həyatı == Fransua Rable 1494-cü ildə Şinyon şəhərində anadan olmuşdur. Məşhur rus alimi A.K.Civeleqov deyir ki, Rable kiçik bir məhkəmə məmurunun kiçik oğlu olmuşdur. Fransız alimi isə deyir ki, Rablenin atası ya kiçik bir dükan sahibi,yaxud da əczaçı olub. O dövrdə dini təhsilə xüsusi diqqət verilirdi. F.Rablenində yeddi yaşı tamam olanda onu dini məktəbə verirlər. Lakin onun oxumağa böyük həvəsi var idi. Rable 16 yaşından etibarən Fonten-Lekontda rahib olu və ruhani rütbəsi alır.Valideynlərnin təkidi ilə dini təhsil almasına baxmayaraq Rable gələcəkdə ruhani olmaq istəmirdi.Monastırda olan dostlarının köməyi sayəsində o,bir sıra qədim dilləri və dünyəvi elmləri öyrənir.O tezliklə qədim Yunan və latın dillərini öyrənir. Kilsə xadimləri,müqəddəs Fransisk təliminin daşıyıcıları və keşikçləri olan rahiblər gənc Rablenin bu Qeyri-ənənənəvi təhsildən xəbər tutan kimi,onun min əzabla əldə etdiyi bu qədim yunan kitablarını əlindən alırlar.Rahiblər belə hesab edirdilər ki,heç də hər şeyi bilmək lazım deyil,çünki onların etiqad etdikləri müqəddəs Fransisk belə demişdir: "Qoy nadan adamlar savadlanmağa çalışmasınlar!". Dostlarının köməyi ilə o, Benedikt məzhəbini qəbul edir və yerini dəyişərək Malyezza abbatlığında yaşamağa başlayır.Benediktçilər təhsil məsələlərində fransiskçilərdən fərqlənirdilər və Rable artıq burada nəinki ürəyi istədiyi kitabları tapıb oxuya bilərdi,o,hətta burada bir sıra təbiət elmləri ilə,xüsusilə də təbabət elmi ilə dərindən məşğul olmağa başlayır.Burada o yepiskop d`Estissakla dostlaşır.Sonra təhsilini davam etdirmək məqsədilə o,dini rəhbərlərin razılığı ilə 1528-ci ildə Parisə yollanır.O dövrdə baş verən bir sıra siyasi hadisələr nəticəsində dini dünyagörüş məsələlərində və qadağalar sahəsində bir qədər yumşalmalar baş verir.Bundan ruhlanan gənc Rable daha böyük səylə öz dövrünün elmlərini öyrənməkdə davam edir. 17 yanvar 1536-ci il tarixində verilmiş sənədlərin birində deyilir ki, "Rableyə hər yerdə təbabətlə məşğul olmağa icazə verilir,ancaq bir şərtlə-bu gərək təmənnasız olmalıdır və oddan dəmirdən istifadə olunmamalıdır,çünki ,bu tipli əməliyyatlar ruhanilərə qadağan edilib".1537-ci ildə Rable tibb doktoru adını qazanmışdır. Rable Fransanı şəhərbəşəhər gəzərək həm həkimlik edir,həm ruhani kimi fəaliyyət göstərir,həm də günü-gündən təhsilini artırdı.1532-ci ildə Lion şəhərində yaşayarkən o,böyük bir xəstəxananın həkimi olur və ele həmin vaxt da Niderland humanizminin və ümumiyyətlə,Avropa İntibahının ən görkəmli nümayəndələrindən biri olan Rotterdamlı Erzamla məktublaşır. "Qarqantüa və Pantaqrüel"romanının "Məşhur Pantaqruelin çox dəhşətli və vahiməli əməlləri və qəhrəmanlıqları"adlanan birinci kitabını da Fransua Rable məhz elə bu şəhərdə yazmış və 1533-cü ildə Alcofridas Nasier imzası ilə çap etdirmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23
2007 ••••••••••••••••••• 0.21
2012 •••••••• 0.09
2017 ••••••••••••••• 0.16

Oxşar sözlər

#rable nədir? #rable sözünün mənası #rable nə deməkdir? #rable sözünün izahı #rable sözünün yazılışı #rable necə yazılır? #rable sözünün düzgün yazılışı #rable leksik mənası #rable sözünün sinonimi #rable sözünün yaxın mənalı sözlər #rable sözünün əks mənası #rable sözünün etimologiyası #rable sözünün orfoqrafiyası #rable rusca #rable inglisça #rable fransızca #rable sözünün istifadəsi #sözlük