Radiodalğalar
Radiodalğalar — təbiət etibarilə elektromaqnit dalğaları olub, fəzada işıq sürəti ilə yayılır: c≈3·108. Radiodalğalar dalğa uzunluğu (λ) və ya tezliklə (f) xarakterizə olunur: λ=c/f və ya f=c/λ.
Radiodalğalar çox geniş tezlik intervalını əhatə edir. Cədvəldə radiodalğaların diapazonları və adları göstərilmişdir.
Qeyd etmək lazımdırki, hər bir diapazonun praktiki tətbiqi bir sıra faktorlarla: rabitə kanalının uzunluğu və onun "tutumu", dalğanın yayılma yolunun relyefi, küylərin səviyyəsi, verici qurğuların gücü, ilin fəsilləri, havanın meteoroloji xüsusiyyətləri və s. ilə əlaqədardır.
Miriametrlik və kilometrlik dalğa diapazonlarından əvvəllər radioteleqrafda geniş istifadə olunurdu. Bu diapazonlardakı dalğaların əsas yayılma kanalı Yer-ionosfera kanalıdır. Bu dalğalar Yer səthilə çox yaxşı yayılır. Lakin bu diapazondakı dalğaları yayımlamaq üçün çox güclü və ölçüləri böyük olan antenalar tələb olunur.