Rafa sözü azərbaycan dilində

Rafa

Yazılış

  • Rafa • 75.0000%
  • rafa • 12.5000%
  • RAFA • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Afina məktəbi (Rafael)
Afina Məktəbi (it. Scuola di Atene) — Rafael Santinin Apostol Sarayında yaratdığı əsər. "Afina Məktəbi" əsəri Rafaelin, eləcə də bütün Renessans incəsənətinin ən tanınmış əsərlərindən biridir. == Tarixi == Freska sarayın Stanze di Raffaello (Rafael otaqları) adlanan və pontifikin şəxsi istifadəsi üçün nəzərdə tutulmuş dörd otaqdan birində yerləşir. Papa Julius II (hakimiyyət illəri 1503 - 1513) həmin otaqları rezidensiya kimi seçmiş və onların tərtibatını Rafael Santiyə sifariş etmişdir . "Afina Məktəbi" pontifikin iş kabineti hesab olunan Stanza della Segnatura otağının divarını bəzəyir . "Afina Məktəbi" freskasında müxtəlif elm sahələrində tədqiqatlar aparmış alimlər və mütəfəkkirlər təsvir edilmişdir. Rafael əsərdəki obrazların hansı alimlərə məxsus olduğu haqqında qeydlər qoymamışdır . Arxitektor və bioqraf Giorgio Vasari (oxunur Corco Vaza'ri; 1511 – 1574) "Afina Məktəbi"-ndəki personajların kimliyi haqqında hipotezlər irəli sürmüşdür. Hər obrazın məhz hansı tarixi şəxsə aid olduğu həmin obraza aid atributlarla da təxmin edilə bilər.
Anatoli Rafailov
Rafailov Anatoliy Xaimoviç (5 fevral 1953, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == 1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus, ingilis və fars dillərini bilir. 1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1981-ci illərdə ali məktəbdə təhsil almışdır. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışmış, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə "Hesed Qerson" Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olmuşdur. 2015-ci ildən "Sağlam ailə" MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir. 4 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
Anatoliy Rafailov
Rafailov Anatoliy Xaimoviç (5 fevral 1953, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == 1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus, ingilis və fars dillərini bilir. 1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1981-ci illərdə ali məktəbdə təhsil almışdır. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışmış, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə "Hesed Qerson" Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olmuşdur. 2015-ci ildən "Sağlam ailə" MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir. 4 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
Andrea Navagero və Agostino Beazzanonun portreti (Rafael)
Andrea Navagero və Agostino Beazzanonun portreti (it. Ritratto di Andrea Navagero e Agostino Beazzano) - İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1516-cu ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Andrea Navagero və Agostino Beazzanonun əsəri hal-hazırda İtaliyanın Roma şəhərində saxlanılır.
Avtoportret (Rafael)
Öz portreti (Rafael) (it. Autoritratto (Raffaello)) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504–1506-cı illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florentina dövrünə aid edilir.Öz portreti (Rafael) əsəri hal-hazırda İtaliyada Florensiya şəhərində Uffizi mədəniyyət evində saxlanılır.
Bakirənin toyu (Rafael)
Bakirənin toyu (it. Sposalizio della Vergine) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Əsər hal-hazırda İtaliyada Milan şəhərində Pinacoteca di Brera muzeyində saxlanılır.
Baltazar Kastilyonenin portreti (Rafael)
Baltazar Kastilyonenin portreti — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1514–1515-ci illərdə yağlı boya ilə işlədiyi portret. Əsər Parisin Luvr muzeyində saxlanılmaqdadır.
Bar Rafaeli
Bar Rafaeli (ivr. ‏בר רפאלי‏‎; 4 iyun 1985) — israilli model, aktrisa və aparıcı. 2019 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub. İsrail və ABŞ-də Pilpel, Castro və Victoria's Secret kimi məşhur markaların kataloqlarında model kimi yer almışdır. Məşhur aktyor Leonardo DiKaprio ilə olan əlaqələri ilə gündəmə gəlmişdir. 2009-cu ildə Sports Illustrated Swimsuit Issue-də baş səhifədə yer almışdır. == Həyatı == Rafaeli, 4 iyun 1985-ci ildə israilli yəhudi ailə olan Rafael və Tzipi cütlüyünün uşağı olaraq dünyaya gəldi. Bar Rafaelinin üç qardaşı var. Anası Tzipi Levini 1970-ci illərdə İsraildə olduqca məşhur model idi. Bar Rafaeli modellik karoyerasına ilk olaraq hələ səkkiz aylıq uşaq olanda reklam kampaniyaları ilə başladı.
Cavan oğlan alma ilə (Rafael)
Cavan oğlan alma ilə (it. Ritratto di giovane con la mela) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Cavan oğlan alma ilə" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərindəki məşhur Uffitsi qalereyasında saxlanılır.
Cavan oğlan portreti (Rafael)
Cavan oğlan portreti (it. Ritratto di giovane uomo) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1513-1514-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Cavan oğlan portreti əsəri hal-hazırda Polşada Krakov şəhərində Kzartoski muzeyində saxlanılır.
Cəngavərin görünüşü (Rafael)
Cəngavərin yuxusu (it. Sogno del cavaliere) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1503-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Bu əsər hal-hazırda Böyük Britaniyanın London şəhərində Milli sərgi muzeyində saxlanılır.
Dassault Rafale
Dassault Rafale (fr. Dassault Rafale, hərfən. qasırğa) — fransız Dassault Aviation şirkəti tərəfindən hazırlanan dördüncü nəsil çoxməqsədli qırıcı. İlk uçuşunu 4 iyul 1986-cı ildə keçirib. Fransanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinə müvafiq olaraq 2004-cü və 2006-ci illərdə qəbul olunub. 2009-cu ildə Fransanın müdafiə nazirliyi əlavə olaraq 60 qırıcı sifariş vermişdir. Dassault şirkətinin Rafale təyyarəsi Fransa aerokosmik sənayesinin inkişaf prioritetlərindən sayılır. Bu bütünlüklə - silahlanma, mühhərik, avionika və öz istehsalı baxımından fransız layihəsidir. Hal-hazırda Rafale, amerikan və hər hansı başqa xarici yardım olmadan Avropa ölkəsi tərəfindən yaradılan sonuncu təyyarə sayılır. İlk dəfə hərbi tətbiqi 2007-ci ilin martında NATO-nun Əfqanıstanda əməliyatı gedişində keçirilib.
Dost ilə birgə portret (Rafael)
Dost ilə birgə portret (it. Autoritratto con un amico) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518–1519-cu illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Dost ilə birgə portret əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır. Tabloda təsvir olunan gənclərdən solda və ciddi bir formada düz baxan Rafael Santidir. Digər şəxsin kimliyi mübahisə doğurur. Bu şəxsin kimliyi haqqında olan fikirlərdən biri, onun Rafael Santinin şagirdi və ya köməkçisi olmasıdır. Lakin bu fikirlər öz təsdiqini tapmamışdır. Ən önəmli iddia isə bu şəxsin Rafael Santinin iki dostundan biri olmasıdır.
Elodie Marion Rafazi
Elodie Marion Rafazi (d. 8 sentyabr 1998) — Madaqaskarlı üzgüçü. Elodie Rafazi Madaqaskarı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Elodie Rafazi birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 31.26 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 52-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Folinyo Madonna (Rafael)
Folinyo Madonna (it. Madonna di Foligno) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1511-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Folinyo Madonna əsəri hazırda Vatikanda saxlanılır. == Əsərin tarixi == Folinyo Madonna əsəri ilk dövrlərdə məşhur italiyalı zadəgan Anna Kontiyə məxsus olmuşdur. Daha sonra əsər bir müddət Sigismondi ailəsi tərəfindən himayə olunmuşdur. 1565-ci ildə ailə tablonu yerli Folinyo monastrına vermişdir..Tablo 1799-cu ildə Napoleon Bonapart tərəfindən Fransaya aparılmışdır. Əsər 1802-ci ildə Hakuin tərəfindən panel lövhəyə köcürülmüş, Hidelberq isə tablonu bərpa etmişdir. Panel lövhədən qalın kətana köcürmə prosesi az hallarda istifadə olunan üsul idi.
Frederik Rafael
Frederik Rafael (ing. Frederic Raphael) — ABŞ yazıçısı, ssenaristi və jurnalisti. == Həyatı == Frederik Rafael 14 avqust 1931-ci ildə Çikaqoda anadan olmuşdur. 1938-ci ildə o, valideynlərilə birlikdə İngiltərənin Putni şəhərinə köçmüşdür. Rafael iki müstəqil məktəbdə təhsil almışdır. Bunlar Koptorn xüsusi hazırlıq məktəbi və Çarterhaus məktəbi idi. Sonradan o, Kembric Universitetinin Seint Con Kollecində də oxumuşdur. Frederik Rafael 1965-ci ildə "Əzizim" filminə görə "Oskar" mükafatı qazanır. İki ildən sonra isə "İki nəfər yolda" filminin ssenarisinə görə bu mükafata namizəd olur. Onun məqalələri və kitab resenziyaları qəzet və jurnal nömrələrində çıxırdı.
I Fransisin müqəddəs ailəsi (Rafael)
X Leonun iki kardinalla portreti (it. Sacra Famiglia di Francesco I) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. X Leonun iki kardinalla portreti əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır.
Kardinal və dini kəramətlər (Rafael)
Kardinal və dini kəramətlər (it. Virtù e la Legge) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Kardinalın portreti (Rafael)
Kardinalın portreti (it. Ritratto di cardinale) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1510-cu ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Kardinalın portreti əsəri hal-hazırda İspaniyada, Madrid şəhərində Prado muzeyində saxlanılır. Tabloda təsvir olunan kardinalın kim olduğu bilinmir. Tablo Roma papası Papa II. Luisin sarayında çəkilmişdir. Əsərin məşhur sahiblərindən biri İspaniya kralı olmuş IV. Carlos hesab olunur.
Kişi portreti (Rafael)
Kişi portreti (it. Ritratto virile) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Kişi portreti əsəri hal-hazırda İtaliyada Roma şəhərində Galleria Borghesedə saxlanılır. Əsər məşhur Alman rəssamı Hans Holbeinə həsr olunmuşdur.
Madonna del Prato (Rafael)
Madonna del Prato (it. Madonna del Belvedere) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna del Prato" əsəri hal-hazırda Avstriyada, Vyana şəhərində İncəsənət tarixi muzeyində saxlanılır.
Madonna qızılgüllə (Rafael)
Madonna qızılgüllə (it. San Michele sconfigge Satana) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafael əsəri 1518-1520-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Madonna qızılgüllə əsəri hal-hazırda İspaniyada Madrid şəhərində Prado muzeyində saxlanılır.
Madonna saqqalsız Müqəddəs Cozeflə (Rafael)
Madonna saqqalsız Müqəddəs Cozeflə (it. Sacra Famiglia con san Giuseppe imberbe) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-cı ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna saqqalsız Müqəddəs Cozeflə" əsəri hal-hazırda Rusiyada, Sankt-Peterburq şəhərində, Ermitajda saxlanılır.
Madonna və Uşaq (Rafael)
Madonna və Uşaq (it. Madonna di Pasadena) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1503-cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur.Madonna və Uşaq əsəri hal-hazırda Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasadena şəhərində yerləşən Norton Simon mədəniyyət evində saxlanılır. Əsərdə Müqəddəs Məryəm və qucağında uşaq təsvir olunub.
Madonna örtüklə (Rafael)
Madonna örtüklə (it. Madonna del Velo) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1509-1510-ci illərdə, yaradıcılığının Roma dövrünə aid edilir.Madonna örtüklə əsəri hal-hazırda Fransada Kantili şəhərində saxlanılır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2011 •••••• 0.09
2013 •••••••••••••••••• 0.29
2018 ••••••••• 0.15

"rafa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rafa nədir? #rafa sözünün mənası #rafa nə deməkdir? #rafa sözünün izahı #rafa sözünün yazılışı #rafa necə yazılır? #rafa sözünün düzgün yazılışı #rafa leksik mənası #rafa sözünün sinonimi #rafa sözünün yaxın mənalı sözlər #rafa sözünün əks mənası #rafa sözünün etimologiyası #rafa sözünün orfoqrafiyası #rafa rusca #rafa inglisça #rafa fransızca #rafa sözünün istifadəsi #sözlük