* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Qayğı, üzüntü, həyəcan, şübhə və s. olmadığı hal; asudəlik, dinclik, qayğısızlıq. Bu sözlərdən sonra Bəyim sanki öz qəlbində bir rahatlıq hiss etdi. İ.Əfəndiyev. [Hacı Murad:] Bu zalım uşaqlarının əlindən bir saat da rahatlığım yoxdur. S.S.Axundov. □ Rahatlığını pozmaq – narahat etmək, rahat qoymamaq, dincliyini pozmaq. [Rza:] [Bayquş] gələn gündən atamın da, anamın da rahatlığı pozulmuşdu. M.İbrahimov. [Natiq:] Məni bağışlayın, Fərrux əmi, rahatlığınızı pozdum. B.Bayramov. Rahatlıq verməmək – daim narahat etmək, dinc qoymamaq, rahat buraxmamaq. [Pəri Gülnisəyə:] [Əbdül] daha bizə rahatlıq vermir, gedir, hərdənbir bəhanə ilə yüyürüb gəlir. C.Cabbarlı. Məlun şübhə Məmmədbağıra rahatlıq vermirdi. S.Hüseyn. 2. İstirahət, dinclik, dincəlmə. Heç rahatlığı yoxdur. – Yazın istisində, qışın qarında; Rahatlıq bilmədən yürür bu karvan. M.Müşfiq. □ Rahatlıq etmək (eləmək) dan. – dincəlmək, istirahət etmək, dincini almaq. Gülnar xanım bir az rahatlıq eləyəndən sonra bu gəlməyinin səbəbini dedi. (Nağıl). 3. Rahatlıqla şəklində zərf – dərdqəmsiz, firavan, rahat. Hacı Sultan … iki evindən aldığı kirələrin sayəsində rahatlıqla keçinirdi. S.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / rahatlıq1 dinclik — sakitlik — sükut — səssizlik — istirahət — asudəlik
Azərbaycan dilinin sinonimlər lüğəti / rahatlıq2 1. RAHATLIQ, ARAM, ASUDƏLİK, QAYĞISIZLIQ, QULAQ DİNCLİYİ, QƏRAR 2. rahatlıq bax istirahət
Azərbaycan dilinin sinonimlər lüğəti / rahatlıq1 1. покой, спокойствие; 2. отдых; 3. тишина, безмятежность, комфорт, уют;
Azərbaycanca-rusca lüğət / rahatlıq2 сущ. 1. покой (физическое и душевное спокойствие). Sizə rahatlıq lazımdır вам нужен покой, rahatlığını almaq kimin лишить покоя кого 2. отдых, перерыв, передышка в работе. Rahatlıq bilməmək не знать отдыха, rahatlıq bilmədən не зная отдыха, rahatlığı olmamaq не иметь отдыха 3. удобство. Burada rahatlıq yoxdur здесь нет удобств; rahatlıq eləmək, etmək отдыхать, отдохнуть; rahatlığını itirmək потерять покой; rahatlıq verməmək kimə не давать покоя кому; rahatlığını pozmaq нарушить покой; rahatlıq vermir не дает покоя, не идет из головы что
Azərbaycanca-rusca lüğət / rahatlıq1 i. rest, calm, calmness, quiet, tranquility, comfortableness; rahatlığını pozmaq to worry (d.), to trouble (d.); ~ bilməmək to know* no rest; rahatlığı olmamaq to have* no peace; rahatlığı pozmaq to break* smb.’s peace, to interfere with smb.’s ease and comfort
Azərbaycanca-ingiliscə lüğət / rahatlıq1 is. tranquilité f, calme m, paix f, quiétude f, accalmie f ; ~ğını pozmaq troubler la paix
Azərbaycanca-fransızca lüğət / rahatlıq1 сущ. 1. регьятвал (1. динжвал, къайгъусузвал; 2. ял ягъун, динжвал авун (къачун); rahatlıq etmək (eləmək) рах. регьятвал авун, динжвал авун (къачун), динжвалун, ял ягъун, ял акьадарун; 2. rahatlıqla нареч. регьятвилелди, регьятдиз, регьятдаказ, дерт-гъам авачиз.
Azərbaycanca-ləzgicə lüğəti / rahatlıq