Ramazanov sözü azərbaycan dilində

Ramazanov

Yazılış

  • Ramazanov • 99.6977%
  • RAMAZANOV • 0.3023%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amin Ramazanov
Amin Raisoviç Ramazanov (2003, Moskva) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın qapıçısı. == Karyera == Amin Ramazanov "Qarabağ"ın heyətində 28 fevral 2022-ci ildə debüt etmişdir. Azərbaycan Premyer Liqasında "Keşlə" ilə olan qarşılaşma 0:0 hesabı ilə bitmişdir.
Ağabala Ramazanov
Ağabala Ramazanov (20 yanvar 1993, Masallı) — Azərbaycan futbolçusu, Azərbaycan milli futbol komandasının və Səbail FK-nın hücümçusu. == Həyatı == Ağabala Ramazanov "Neftçi"də yetişib. 2012-ci ildə "Xəzər-Lənkəran" klubuna transfer olub. 2017-ci ildən etibarən "Qarabağ" klubuna keçidi baş tutmuşdur.
Elxan Ramazanov
Elxan Ramazan oğlu Ramazanov (25 yanvar 2000, Danaçı, Zaqatala rayonu – 22 oktyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elxan Ramazanov 2000-ci il yanvarın 25-də Zaqatala rayonunun Danaçı kəndində anadan olub.2007-2016-ci illərdə Danaçı kənd tam orta məktəbində, 2016-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elxan Ramazanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elxan Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Elxan Ramazanov oktyabrın 18-də cəbhənin Ağdam istiqamətində gedən döyüşlər zamanı yaralanıb. Bakı şəhərində yerləşən hərbi hospitalda komada olub. Dörd dəfə əməliyyat olunmasına baxmayaraq oktyabrın 22-də şəhid olub. Zaqatala rayonunun Danaçı kəndində torpağa tapşırılıb.
Fərid Ramazanov
Fərid Ramazanov (tam adı: Fərid Ömər oğlu Ramazanov; 23 dekabr 1991; Qax, Azərbaycan — 9 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Ramazanov 1991-ci il dekabrın 23-də Qax rayonunun Qum kəndində anadan olub. Milliyətcə Saxur idi.1998-2009-cu illərdə Z. Müslümov adına Qum kənd orta məкtəbində təhsil alıb. Ailəli idi, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Fərid Ramazanov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan bir müddət sonra Silahlı Qüvvələrin TTM-də gizir hazırlıq təlimlərini bitirib. "Gizir" hərbi rütbəsi aldıqdan sonra isə hərbi xidmətinə davam edib. 2018-ci ilin yanvarından Azərbaycan Silahlı Qüvvələri "N" saylı hərbi hissəsində Taqım Komandirinin müavini vəzifəsində çalışırdı. Azərbaycan Ordusunun giziri olan Fərid Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Ramazanov oktyabrın 9-da Madagizin azad edilməsi zamanı şəhid olub.
Hacıməmməd Ramazanov
Hacıməmməd Ramazanov (tam adı: Hacıməmməd Yusif oğlu Ramazanov; 25 noyabr 1951, Sumaylı, Zaqatala rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü. == Həyatı == Hacıməmməd Ramazanov 1951-ci il noyabrın 25-də Zaqatala rayonunun Sumaylı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası üzvüdür. Hacıməmməd Ramazanov ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 66 nömrəli Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Hacıməmməd Ramazanov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 66 saylı Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Hacıməmməd Ramazanov, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov, Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının, Azərbaycan—Bosniya və Herseqovina, Azərbaycan—Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu.
Kərim Ramazanov
Kərim Nəzir oğlu Ramazanov (1 mart 1947 – 29 yanvar 2012, Bakı) - texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü, İqtisadi İnkişaf Nazirinin energetika məsələləri üzrə baş müşaviri, AMEA-nın Energetika və Enerjilayihə İnstitutunun direktoru, Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı. == Həyatı == Kərim Nəzir oğlu Ramazanov 1 mart 1947-ci ildə Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində anadan olub. 1963-cü ildə İlisu kənd orta məktəbini bitirib. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirdikdən sonra ordu sıralarında xidmət edib. 1970-ci ildə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda əmək fəaliyyətinə başlayıb, müxtəlif vəzifələrdə çalışıb. 1981-1993-cü illərdə institutun elmi işlər üzrə direktor müavini, 1993-2002-ci illərdə direktoru olub. 1978-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. 1995-ci ildə birinci çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 60 saylı Qax-Zaqatala Seçki Dairəsindən deputat seçilib. Parlamentin Büdcə Komissiyasının və İntizam Komissiyasının üzvü olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya daimi komissiyasının da üzvü olan Kərim Ramazanov ölkənin energetika sahəsinin fəaliyyətinə dair mühüm qanunların hazırlanmasında və qəbul olunmasında yaxından iştirak edib.
Məmmədəmin Ramazanov
Məmmədəmin Əbdül Xalıq oğlu Ramazanov -1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. == Həyatı == Məmmədəmin Əbdül Xalıq oğlu Ramazanov 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra ədkiyyə orqanlarında və bakı şəhər prokrorluğunda prokuror vəzifəsində işləməyə başlamışdır.Prokurorluq nəzarətinin ən yaxşı və prespektivli işçilərindən olan M.Ramazanov eyni zamanda tibbi təhsil alır. == Fəaliyyəti == Məmmədəmin Ramazanov 4 il məhkəmə və prokrorluq orqanlarında çalışandan sonra, öz ərizəsi ilə Ədliyyə nazirliyinə müraciət edərək onu Ali məktəbim "tibb məhkəməsi" kafedrasına köçürməyi xahiş edir. O Azərbaycan Dövlət Tibb Universitetində "İnfeksion xəstəliklər" kafedrasında fəaliyyətini davam etdirir. Bununla bərabər "Semaşko" xəstəxananın "İnfeksion xəstəliklər" şəbəsinə də başçılıq edir və dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəsi alır. Məmmədəmin Ramazanov 1936-cı il aprel ayının 21-də qəflətən vəfat etmişdir.
Rail Ramazanov
Rail Arif oğlu Ramazanov (15 aprel 1997; Qusar rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rail Ramazanov 1997-ci il aprelin 15-də Qusar rayonunun Hil kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Rail Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rail Ramazanov noyabrın 1-də Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Qusar rayonunun Hil kəndində dəfn olunub.
Rasim Ramazanov
Rasim İsmayıl oğlu Ramazanov (26 iyul 1998; Babək rayonu, Azərbaycan - 19 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Rasim Ramazanov 1998-ci il iyulun 26-da Babək rayonunun Babək qəsəbəsi anadan olub. == Hərbi xidməti == Rasim Ramzanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rasim Ramazanov oktyabr 19-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Ramazanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Ramazanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) • — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (azərb.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF).
Rövşən Ramazanov
Rövşən Qardaşxan oğlu Ramazanov (14 aprel 1995, Burzubənd, Astara rayonu – 1 noyabr 2020, Cütcü) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rövşən Ramazanov 14 aprel 1995-ci ildə Astara rayonunun Burzubənd kəndində anadan olub. 2001-ci ildə Astara rayonunun Burzubənd kənd tam orta məktəbinə daxil olmuşdur. 2012-ci ildə məktəbi bitirmişdir. == Hərbi xidməti == Rövşən Ramazanov 2013-cü ilin iyulunda Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinə Ağcabədi rayonunun N saylı hərbi hissəsində başlayır. 3 ay sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilir və xidmətini burada davam etdirir. 2015-ci ilin yanvar ayında xidmətini uğurla başa vurmuşdur. Hərbi xidməti dövründə PK silahının baş tuşlayıcısı olmuşdur. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Rövşən Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsinə oktyabrın 9-da könüllü olaraq qatılır.
Rüfət Ramazanov
Rüfət Ramazanov (tam adı: Rüfət Kamal oğlu Ramazanov) — bəstəkar, kino bəstəkarı. == Həyatı == 1969-cu il oktyabrın 25-də anadan olub.
Vaqif Ramazanov
Vaqif Gülmurad oğlu Ramazanov (1944, Siyəzən rayonu – 2014) Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin faydalı qazıntılar kafedrasının professoru, geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Ramazanov Vaqif Gülmurad oğlu 1944-cü ildə Siyəzən rayonunun Sağlovcan kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakultəsini bitirib, mühəndis geoloq ixtisasına yiyələnmişdir. 1970-ci ildə Azərbaycan Nazirlər Sovetinin nəzdində olan Geologiya İdarəsi sistemində Kəlbəcərdə əmək fəaliyyətinə başlamışdır. 1970–1978-ci illərdə Kəlbəcərdə qızıl, civə, sürmə və mis yataqlarının axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur. 1978–82-ci illərdə AEA-nın Geologiya İnstitutunun Geofizika Elmi Mərkəzində şöbə müdiri vəzifəsində işləmişdir. 1981-ci ildə "Kəlbəcər çöküntülərinin endogen filiz əmələ gəlmələri və onların yerləşməsi qanunauyğunluqları" mövzusunda dissertasiya müdafiə edərək giologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1993-cü ildə "Azərbaycanın mis-porfir formasiyası" müvzusunda doktorluq dissrtasiyasını müdafiə etmişdir. V.Ramazanov 4 ildən çox bir müddətdə Azərbaycan Ali Atestasiya Komissiyasında ekspert işləmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elmi şurasının üzvü olmuşdur.
Vüsal Ramazanov
Vüsal Vahid oğlu Ramazanov (10 iyul 1994; Yuxarı Çardaxlar, Zaqatala rayonu — 30 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Ramazanov 1994-cü il iyulun 10-da Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olub. 2000-2011-ci illərdə Yuxarı Çardaxlar kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Vüsal Ramazanov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. === İkinci Qarabağ müharibəsindəki iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vüsal Ramazanov ilə oktyabrın 27-dən sonra əlaqə saxlamaq mümkün olmayıb. Yanvarın 8-də Vüsal Ramazanovun oktyabrın 30-da Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olduğu məlum olub. Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.
Zaur Ramazanov
Zaur Ramazanov (d:27.7.1976, Bakı, Azərbaycan SSR) — azərbaycanlı eks-futbolçu. Hücumçu mövqeyində çıxış edib. == Həyatı == 27 iyul 1976-cı ildə Bakı şəhərində anadan olub. Bakılı, Karvan, Xəzər-Lənkəran, Qarabağ komandalarında çıxış edib. 2004-cü ildə Azərbaycan futbol çempioantının bombardiri olub.
Şamil Ramazanov
Şamil Ramazanov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == 19 yanvar 1976-cı ildə Ağsu rayonunun Rəhimli kəndində anadan olmuşdur. 1983-1993-cü illərdə burada orta məktəbdə təhsil almışdır. 19 mart 1994-cü ildə Ağsu rayonunda hərbi xidmətə çağırılır. Gəncə şəhərindəki "N" saylı hərbi hissədə təlim keçən Şamil komandirlərin verdiyi tapşırıqları layiqincə yerinə yetirir, tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. 1995-ci il məlum 13-17 mart hadisələri baş verdi, silahlı dəstənin zərərsizləşdirilməsi zamanı cəsur əsgər qəhrəmancasına həlak oldu. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir. Ağsu rayonunun mərkəzi Kinoteatrı qəhrəmanımızın adını daşıyır.
Hidayət Ramazanov
Hidayət Əjdər oğlu Ramazanov (6 sentyabr 1973, Əbrəqunis, Culfa rayonu – 18 may 1992, Sədərək rayonu, Naxçıvan Muxtar Respublikası) — Birinci Qarabağ müharibəsi Şəhidi == Həyatı == Ramazanov Hidayət Əjdər oğlu 6 sentyabr 1973-cü ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. == Təhsili == 1980-ci ildə Əbrəqunus kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirib. Həmin il Samara Əlvan Metallurgiya Texnikomuna qəbul olub. == Hərbi xidməti == Texnikomda oxuyarkən hərbi xidmətə getmək üçün çağırış vərəqi alır. 1991-ci il dekabr ayının 22-dən Naxçıvan Milli Ordusuna daxil olub hərbi xidmətə başlayıb. İki ay Naxçıvanda xidmət edəndən sonra 1992-ci ilin fevral ayında Sədərək kəndinə göndərilir. 1992-ci ilin mayın 18-də Mil dağında gedən döyüşlərdə şəhid olub.
Kərim Ramazanov (energetik)
Kərim Nəzir oğlu Ramazanov (1 mart 1947 – 29 yanvar 2012, Bakı) - texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü, İqtisadi İnkişaf Nazirinin energetika məsələləri üzrə baş müşaviri, AMEA-nın Energetika və Enerjilayihə İnstitutunun direktoru, Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı. == Həyatı == Kərim Nəzir oğlu Ramazanov 1 mart 1947-ci ildə Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində anadan olub. 1963-cü ildə İlisu kənd orta məktəbini bitirib. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirdikdən sonra ordu sıralarında xidmət edib. 1970-ci ildə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda əmək fəaliyyətinə başlayıb, müxtəlif vəzifələrdə çalışıb. 1981-1993-cü illərdə institutun elmi işlər üzrə direktor müavini, 1993-2002-ci illərdə direktoru olub. 1978-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. 1995-ci ildə birinci çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 60 saylı Qax-Zaqatala Seçki Dairəsindən deputat seçilib. Parlamentin Büdcə Komissiyasının və İntizam Komissiyasının üzvü olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya daimi komissiyasının da üzvü olan Kərim Ramazanov ölkənin energetika sahəsinin fəaliyyətinə dair mühüm qanunların hazırlanmasında və qəbul olunmasında yaxından iştirak edib.
İlqar Ramazanov (şəhid)
Ramazanov İlqar Etibar oğlu (2 noyabr 1994 – 3 noyabr 2020, Şuşa) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramazanlı İlqar 2 noyabr 1994-cü ildə anadan olub. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Qursalı kəndindəndir. == Hərbi Xidməti == Azərbaycan Ordusunun əsgəri olan İlqar Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. İlqar Ramazanlı 03.11.2020-ci ildə Şuşa uğurunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlqar Ramazanlı ölümündən sonra "Vətən uğrunda", “Xocəvəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Aliyə Ramazanova
Aliyə Allahqulu qızı Ramazanova (7 fevral 1941, Qusar və ya Piral, Qusar rayonu – 1 sentyabr 2023) — Azərbaycan rəqqasəsi, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyat və yaradıcılığı == Aliyə Ramazanova Qusar rayonunun Piral kəndində anadan olub. II Dünya Müharibəsi həm atasını, həm də anasını əlindən alıb. Üç-dörd yaşı olanda onu Qusardan Bakıya - 11 saylı uşaq evinə gətiriblər. 16 yaşında səhnəyə gəlib və ömrünü rəqs sənətinə bağlayıb. 1958-1983-cü illərdə rəqqasəlik fəaliyyəti ilə məşğul olan Aliyə Ramazanova Azərbaycan rəqqaslıq sənətinin görkəmli nümayəndələrindən biri hesab olunub. Onun "Uzundərə", "Sarı gəlin" və digər bu kimi rəqs nümunələri rəqqaslıq sənətinin ən uğurlu nümunələrindəndir. O, səhnə və mədəni fəaliyyətinə görə, 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb. Aliyə Ramazanova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi. Aliyə Ramazanova 1 sentyabr 2023-cü ildə 82 yaşında vəfat edib.
Elmira Ramazanova
Elmira Ramazanova (azərb. Elmira Məmmədəmin qızı Ramazanova‎, 28 oktyabr 1934, Bakı – 8 dekabr 2020) — Texnika elmlər doktoru, Professor, Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Elmira Ramazanova 1934-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1952-ci ildə 134 saylı orta məktəbi qızıl medalla, 1957-ci ildə isə Azərbaycan Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyasının) Energetika fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == Alim əmək fəaliyyətinə Azərbaycan Respublikasının Energetika İdarəsində başlayıb, 1992-ci ildən indiyədək Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktorudur.O, 1965-ci ildə “Qazkondensat sistemlərdə qazların separasiya şəraitlərinin hesablanma metodunun işlənməsi və tədqiqi” mövzusunda namizədlik, 1975-ci ildə “Adaptasiya metodlarının tətbiqinə əsasən neftqaz-kondensat yataqlarının termodinamiki tədqiqatları“ mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1978-ci ildə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Elmira Ramazanova neft-qaz və qazkondensat yataqlarının səmərəli işlənməsinin təmini istiqamətində kompleks praktiki və elmi-tədqiqat işləri aparan tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft-qaz, qaz kondensat çıxarmada yaranan mürəkkəbləşmələrə qarşı mübarizə, işlənmə rejiminin tənzimlənməsi üçün lazım olan parametrlərin seçilməsi, nanokompozitlərin alınması, nanotexnologiyaların işlənib hazırlanması və onların istehsalata tətbiqi, neftlə çirklənmiş torpaqların təmizlənməsi təşkil edir. 2004-cü ildə alimin rəhbərliyi ilə ölkəmiz “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı”, “Xəzər, Qara dəniz regionunun, tədqiqatlar, energetika və iqlim dəyişilməsi siyasəti” regional layihələrində təmsil olunub. O, Ümumdünya Bankının dəstəyi ilə neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə qrant layihəsinin rəhbəri və qalibi olub.
Ramazanovların evi
Ramazanovların evi — İçərişəhərdə yerləşən XIX əsrə aid bina. Bina 1895-ci ildə tacir Hacı Məmmədkərim Ramazanovun göstərişi ilə tikilmişdir. Milli-romantik üslubda inşa olunmuş binanın memarı məlum deyil. == Haqqında == Ramazanovların evi 1895-ci ildə tacir Hacı Məmmədkərim Ramazanovun göstərişi ilə tikilmişdir. Bina Hacı Məmmədkərim Ramazanov və onun həyat yoldaşı Ümbülbanuya məxsus olmuşdur. Dörd mərtəbədən ibarət olan bu bina milli-romantik üslubda inşa edilmişdir. İkinci mərtəbədən sonuncu mərtəbəyə qədər uzanan tağlar, eləcə də sonuncu mərtəbənin taxtalı eyvanının stalaktik sistemə istinad edən konxaların tili, günbəzi və daş üzərində bədii oyma ilə örtülmüş tipanlar binaya xüsusi gözəllik verir. Fasadlarda şərq məmarlığının elementlərindən istifadə edilmişdir. Binanın birinci mərtəbəsində Hacı Məmmədkərim “Ermes” adlı elektro teatr açmışdır. İkinci mərtəbə məşhur biznesmen Rəhim xana icarəyə verilmişdir.
Yasəmən Ramazanova
Yasəmən Allahverdi qızı Ramazanova (25 yanvar 1958, Tumbul) — C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası və rejissoru. Komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın xalq artisti (2008), Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Yasəmən Ramazanova 1958-ci il 25 yanvarda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tunbul kəndində anadan olmuşdur. 1981-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu(indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirmişdi. Həmin ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisa və rejissor işləyir Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Teatrının səhnəsində ifa etdiyi obrazlar Nina,Göyərçin,İsmət,Afət ("Şeyx Sənan", "Uçurum", "Ana","Afət" Hüseyn Cavid) Gültəkin ("Aydın" Cəfər Cabbarlı) Gülnaz ("O olmasın bu olsun" Üzeyir Hacıbəyov) Ənbər ("Füdzi dağında qonaqlıq" Çingiz Aytmatov, Kaltey Məhəmmədcanov) Zenfira ("Qaraçılar" Aleksandr Puşkin) İnanc xatun ("Atabəylər" Nəriman Həsənzadə) Lamiyə ("Dodaqdan qəlbə" Rəşad Nuri Güntəkin) Ceyran xanım ("Ağa Məhəmməd şah Qacar" Əli Əmirli) və s.Yasəmən Ramazanova həmdə teatrda rejissor kimi fəaliyyət göstərib.Y.Ramazanova H.Cavidin "Afət", C.Xuqayevin "Mənim qaynanam" tamaşalarının rejissoru olmuşdur.2005-ci ildən 2016-cı ilə kimi M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru vəzifəsində çalışıb.Teatrın səhnsəində H.Cavidin "Ana", C Kərimovanın "Nəğməkar bülbül", Ş.Qüdrətoğlunun "Ağ atlı oğlan", A.Şaiqin "Yazıya pozu yoxdur", "Gözəl bahar" , Z.Vedilinin "Təpəgöz" , C.Məmmədquluzadənin "Çay dəstgahı" əsərlərini tamaşaya qoymuşdur.2009-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Bununla yanaşı Yasəmən Ramazanova 1980-ci illərdən başlayaraq Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə də sıx əməkdaşlıq edib. Telviziya və radioda hazırlanan müxtəlif tamaşalarda aktrisa, bəzi verilişlərdə isə aparıcı kimi çıxış edib. Eyni zamanda dövlət əhəmiyyətli tədbirlərin aparıcısı olaraq ictimai işlərdə də fəallıq göstərib. Hətta Azərbaycan komsomolunun 31 və Ümumittifaq komsomolunun 19-cu Qurlrutayının nümayəndəsi olub. Bu isə o zamanlar hər bir gəncin ən böyük arzusu idi.
Ziba Ramazanova
Ziba Şaban qızı Ramazanova (1980, Bakı) — Azərbaycan aktrisası. == Həyatı == Ziba Ramazanova 1980-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 2005-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.21 dəfə / 1 mln.
2003 •••••••••••• 5.91
2004 ••••••••• 4.04
2005 ••••••••••••• 6.07
2006 ••••••••••••• 6.53
2007 ••••••••• 4.44
2008 ••••••••••••• 6.33
2009 ••••••••••••••• 7.36
2010 •••••••••••••••••••• 10.08
2011 ••••••••••••••• 7.38
2012 •••••••••••••••• 7.57
2013 ••••••••••••••••• 8.46
2014 •••••••••••••••••• 8.58
2015 ••••••••••••••• 7.14
2016 ••••••••••••••• 7.46
2017 •••••••••••••• 6.67
2018 •••••••••••• 5.54
2019 •••••••••••••••••••• 9.88
2020 •••••••• 3.98

Oxşar sözlər

#ramazanov nədir? #ramazanov sözünün mənası #ramazanov nə deməkdir? #ramazanov sözünün izahı #ramazanov sözünün yazılışı #ramazanov necə yazılır? #ramazanov sözünün düzgün yazılışı #ramazanov leksik mənası #ramazanov sözünün sinonimi #ramazanov sözünün yaxın mənalı sözlər #ramazanov sözünün əks mənası #ramazanov sözünün etimologiyası #ramazanov sözünün orfoqrafiyası #ramazanov rusca #ramazanov inglisça #ramazanov fransızca #ramazanov sözünün istifadəsi #sözlük