RATİ sözü azərbaycan dilində

RATİ

Yazılış

  • RATİ • 61.3636%
  • Rati • 36.3636%
  • rati • 2.2727%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
RATİ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (ing. The Institute for Reporters’ Freedom and Safety) və ya qısaca RATİ (ing. IRFS) — Azərbaycanda söz azadlığının təşviqi ilə məşğul olan müstəqil qeyri-kommersiya təşkilatı. == Haqqında == RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat Azadlığı Günündə iki azərbaycanlı jurnalist tərəfindən hökumətin söz və media azadlığını getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb. RATİ 2007-ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür.2014-cü ilin avqustunda təşkilatın Azərbaycandakı hüquqi fəaliyyəti dayandırılıb. == Həmçinin bax == Mehman Hüseynov Obyektiv TV == İstinadlar == == Ədəbiyyat == Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu. Rasim Əliyevin Üstü Açılmamış Qətli (PDF). 2016. 29.
Entertainment Software Rating Board
Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər. Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur: • “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”; • “E” (“Everyone”) – “Hər kəs”; • “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”; • “T” (“Teen”) – “Yeniyetmələr”; • “M” (“Mature”) – “Yetkin yaşlılar”; • “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”; • “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”. Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.
Fitch Ratings
Fitch Ratings — reytinq agentliyi kimi tanınan beynəlxalq korporasiya. Əsas fəaliyyəti dünya kredit bazarlarına kredit qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatların nəticələrini və məlumatları hazırlamaqdır. == Fitch == Fitch qrupunun tərkibinə aşağıdakılar daxildir: Fitch Ratings Fitch Solutions — Fitch Ratings məhsullarını və xidmətlərini yayan xidmət Algorithmics — şirkətlərin risklərinin idarə edilməsi qərarının verilməsi sahəsində dünya lideri FitchTraining - kredit qabiliyyəti və korporativ maliyyələşmə üzrə treninqlərdə ixtisaslaşıb. == Mülkiyyətçilər və rəhbərlik == Fitch qrupunun səhmlərinin majoritar zərfi Fimalac S.A. şirkətinə məxsusdur (qərargahı Parisdədir). == Tarixi == Fitch Ratings Nyu-Yorkda Con Noulz Fitç tərəfindən 24 dekabr 1913-cü ildə Fitch Publishing Company nəşriyyatı kimi yaradılıb. 1924-cü ildə Fitch «AAA»-dan «D»-ya qədər reytinq şkalası dövriyyəyə buraxdı. 1997-ci ildə Fitch ilə IBCA Limited şirkətinin (qərargahı Londondadır) birləşməsi baş verdi və Fitch sahibi Fimalac S.A. holdinq şirkəti oldu. 2000-ci ilin aprelində Fitch qərargahı Çikaqoda olan Duff & Phelps Credit Rating Co-nı aldı. Fitch həmin il Thomson BankWatch şirkətini aldı. 2006-cı ilin oktyabrında Fitch Ratings brinci ixtisaslaşmış Derivative Fitch reytinq şirkətini təsis etdi.
Ratibida
Ratibida (lat. Ratibida) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == Obeliscaria sect. Ratibida (Raf.) DC. Obeliscaria sect. Lepachys (Raf.) DC. Lepachys Raf. Obelisteca Raf. Obeliscaria Cass. == Növləri == Ratibida coahuilensis B.L.Turner Ratibida columnifera Wooton & Standl. Ratibida columnifera f. pulcherrima (DC.) Fernald Ratibida latipalearis E.L.Richards Ratibida mexicana W.M.Sharp Ratibida peduncularis Barnhart Ratibida peduncularis var.
Ratifikasiya
Ratifikasiya – 1) dövlətin ali hakimiyyət orqanının dövlət və ya hökumət nümayəndəsi tərəfindən bağlanmış beynəlxalq sənədləri (müqavilə, saziş) təsdiq etməsi; 2) ali dövlət hakimiyyəti orqanı tərəfindən dövlətin müvəkkil şəxsinin imzaladığı beynəlxalq müqavilənin təsdiqlənməsi. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ratingen
Ratingen (alm. Ratingen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Düsseldorf inzibati dairəsində şəhər. Sahəsi 88.72 km2, əhalisi 91408 nəfərdir (2009).
Ratitae
Dəvəquşukimilər (lat. Struthioniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dəvəquşukimilər dəstəsinə təkcə bir növ — müasir dəvəquş daxildir. O, Afrikada yarımsəhra və bozqızlarda yaşayır. El arasında ona Afrika dəvəquşu deyilir. Ukraynada, İranda, Monqolustanda və Çində qazıntı halında tapılır. Afrika dəvəquşu 100 kq olur. O, uça bilmir, lakin bərk qaçır.Qanad sümükləri qısalmış, körpücük sümükləri isə reduksiya etmişdir, döş sümüyündə til yoxdur. Arxa ətraflarında ancaq iki barmaq qalmışdır. Dərisinin hər yeri lələkdir (lələksiz hissəsi yoxdur).
Əhməd Ratib Paşa
Əhməd Ratib Paşa (d. 1711 - ö. 23 avqust 1758) — Osmanlı sultanı I Mahmud və III Osman dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Sultan Mahmud dönəminin sədrəzəmlərindən Topal Osman Paşanın oğlu olub, təxminən 1711-ci ildə dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca ilə yanaşı, dövrün mühüm xəttatlarından hüsnxət dərsləri almışdır. Gözəl əlyazısı və hüsnxətdəki bacarığı səbəbilə Ratib (farsca sıraya qoyan, düzən mənasında) ünvanı almışdır. Atasının 1733-cü ildə Səfəvilərlə döyüşdə şəhid düşməsinin ardından onun mülklərini və paşa ünvanını almışdır. 1740-cı ilin iyulunda Rumeli bəylərbəyi təyin edilmiş, həmin il Sultan Əhmədin qızlarından Ayşə Sultanla nişanlanmışdır. Cütlüyün nigahı 1742-ci ilin dekabrında bağlanmış, ardından Əhməd Ratib Paşa 1743-cü ildə kaptan-ı dərya təyin edilmişdir. Daha sonra Hanya, Əyriboz, Rumeli, Aydın, Vidin, Yanya kimi əyalətlərdə xidmət göstərmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.38 dəfə / 1 mln.
2003 •••••••••••••••••• 1.97
2009 ••• 0.32
2010 ••••••• 0.73
2011 •••• 0.34
2012 •••• 0.43
2013 •••••••••••••••••••• 2.19
2014 •••• 0.34
2015 •••• 0.34

"rati" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rati nədir? #rati sözünün mənası #rati nə deməkdir? #rati sözünün izahı #rati sözünün yazılışı #rati necə yazılır? #rati sözünün düzgün yazılışı #rati leksik mənası #rati sözünün sinonimi #rati sözünün yaxın mənalı sözlər #rati sözünün əks mənası #rati sözünün etimologiyası #rati sözünün orfoqrafiyası #rati rusca #rati inglisça #rati fransızca #rati sözünün istifadəsi #sözlük