* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••••••• | 78.80 |
2003 | •••••••••••••••••••• | 92.91 |
2004 | ••••••••••••••••• | 75.46 |
2005 | ••••••••••••••• | 68.15 |
2006 | ••••••••••••••• | 66.22 |
2007 | •••••••••••• | 53.70 |
2008 | ••••••••• | 40.68 |
2009 | ••••••••••••• | 56.79 |
2010 | •••••••••••••• | 62.82 |
2011 | ••••••••• | 41.09 |
2012 | ••••••••• | 38.29 |
2013 | ••••••••••••••• | 68.71 |
2014 | •••••••••••• | 54.74 |
2015 | •••••••••• | 43.38 |
2016 | •••••••• | 32.63 |
2017 | •••••• | 27.48 |
2018 | •••••• | 25.32 |
2019 | •••••••• | 34.91 |
2020 | •••••• | 27.05 |
1 sif. və zərf [ər.] Bir şeydən razı olan; məmnun. Yüz cəfa eyləsən, ey şux, könüldür razi. S.Ə.Şirvani. Qubernatordan tutmuş axırıncı pristavadək [İskəndər bəyin] evinə gələrkən hər barədə razı gedərdi. Ə.Haqverdiyev. □ Razı düşmək – razılaşmaq, razılıq ifadə etmək, razı olmaq. Vəzir nə qədər dedisə, padşah razı düşmədi. (Nağıl). Razı qalmaq – razı olmaq, məmnun olmaq. [Rəhim xan Sitarəyə:] Mən zənn edirəm ki, sən məndən razı qalarsan… C.Cabbarlı. Qoca … gözlərini yarı qapayaraq şagirdinə qulaq asdı, onun könlü xoş bir iftixar hissi ilə isindi, ustad şagirdindən razı qaldı. Ə.Məmmədxanlı. Razı olmaq – razılığını vermək, razılıq ifadə etmək. [Bayram:] Sənin ölümünə heç vaxt razı ola bilmənəm. M.F.Axundzadə. // Bir şeyə müsbət cavab vermək; icazə vermək, razılaşmaq. [Sərvər:] Hərgah sən mən deyənə razı olsan, işi düzəldərəm. Ü.Hacıbəyov. [Sevil Gülüşə:] Yox, a qız, heç Balaş razı olar? C.Cabbarlı. Razı salmaq – razı etmək, razılığını əldə etmək, məmnun etmək. [Alı kişi:] Oğul, Rövşən, get, buzov yiyəsini tap, buzovun cəriməsini ver, razı sal. “Koroğlu”. [Gültəkin Dövlət bəyə:] Mən heç bir şey istəmirəm. Yalnız [Aydını] razı salın. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / razı2 RAZI Razıyam oğlum gedə qəbrə, – nə ki məktəbə! Məktəb adın çəkməyin, – mələbədir, mələbə!.. (M.Ə.Sabir); MƏMNUN Neyləmişsən Molla Səfi, Bəybaba; Məmnundu, əzizim, bu qədər səndən (Q.Zakir); XOŞNUD (kl.əd.) [Fərman:] Bircə de görüm, əmim ağa ilə qohum olmaqdan xoşnuddurmu? (Ə.Haqverdiyev); RİZAMƏND (kl.əd.).
Azərbaycan dilinin sinonimlər lüğəti / razı2 I прил. 1. довольный: 1) kimdən, nədən кем,чем получивший удовлетворение. İşindən kimin, nəyin razı довольный работой чьей, кого, чего şəraitindən razı довольный своими условиями, dostlarından razı довольный своими друзьями, özündən razı довольный собой 2) выражающий довольство. Razı görkəm довольный вид II предик. 1. доволен. Biz sizdən çox razıyıq мы очень довольны вами, cavabınızdan razıyam я доволен вашим ответом 2. согласен. Sizinlə işləməyə razıyam я согласен с вами работать, mən sizinlə razıyam я согласен с вами; razı qalmaq kimdən, nədən остаться довольным кем, чем. Qonaqlar bu görüşdən razı qaldılar гости остались довольными этой встречей; razı düşmək соглашаться, согласиться, быть согласным; razı olmaq: 1. kimdən, nədən быть довольным кем, чем; 2. nəyə согласиться, быть согласным на что; razı salmaq: 1. удовлетворять, удовлетворить. Görülən işin keyfiyyəti hamını razı saldı качество проделанной работы удовлетворило всех; 2. уговорить, добиться согласия. Güc-bəla ilə razı salmaq уговорить с трудом
Azərbaycanca-rusca lüğət / razı1 I. s. satisfied (with), content (with), contented, pleased; özündən ~ self satisfied; d.d. smug; ~ baxış a contented / pleased look; ~ təbəssüm (razılıq ifadə edən) smug smile II. z. ~ olmaq 1. bax pazılaşmaq; 2. to be* satisfied / pleased; ~ salmaq / etmək to satisfy (d.), to please (d.), to meet* the wishes (of); ~ qalmaq to be* satisfied (with), to be* pleased (with); özündən ~ olmaq to be* satisfied / pleased with oneself; ~ görünmək to look satisfied / pleased, to seem content; hamını ~ salmaq to please / to satisfy everybody; Satıcı hamını razı salmağa çalışdı The shop assistant tried to please everydoby; ~ olmamaq 1) not to be satisfied / pleased; 2) not to agree (with); Mən sizinlə razı deyiləm I don’t agree with you
Azərbaycanca-ingiliscə lüğət / razı1 sif. satisfait, -e ; content, -e ; ~ qaldığını bildirmək déclarer (dire) sa satisfaction ; ~ qalmaq être satisfait, -e (content, -e de qch) ; Razıyam! D’accord! Entendu! ; ~ olmaq accepter vt ; acquiérir vi ; être d’accord ; ~ salınma satisfaction f ; ~ salmaq satisfaire vt
Azərbaycanca-fransızca lüğət / razı1 [ər.] прил., нареч. рази; рази тир; razı düşmək рази хьун, разивал къалурун; razı qalmaq рази амукьун, рази хьун; razı olmaq рази хьун, разивал гун, разивал къалурун; ижаза гун; razı salmaq рази кутун, рази авун.
Azərbaycanca-ləzgicə lüğəti / razıRAZI, RAZİ1 ə. məmnun; razılaşan.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti