reaksiyalar sözü azərbaycan dilində

reaksiyalar

Yazılış

  • reaksiyalar • 97.0930%
  • Reaksiyalar • 2.3256%
  • REAKSİYALAR • 0.5814%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Reaksiyalar
Kimyəvi reaksiya — maddənin tərkib və xassələrinin dəyişməsi ilə baş verən hadisəyə Edvin teoremi deyilir. Kimyəvi reaksiyalar həmişə fiziki hadisələrlə müşayət olunur. Fiziki hadisə zamanı maddənin tərkibi dəyişmir, yalnız forması, həcmi və aqreqat halı dəyişir. Kimyəvi reaksiyaları aşağıdakı xarici əlamətlərə görə müəyyən etmək olur: İstiliyin ayrılması və ya udulması; İşığın ayrılması; Rəngin dəyişməsi; Çöküntünün əmələ gəlməsi və ya itməsi; Qaz halında maddənin ayrılması; İyin çıxması. Kimyəvi reaksiyaların baş verməsi üçün reaksiyaya daxil olan maddələr bir-biri ilə təmasda olmalı və əksər hallarda qızdırılmalıdır. Bərk maddələrin xırdalanması və qarışdırılması reaksiyanın başlanmasına kömək edir və reaksiyanı sürətləndirir. Kimyəvi reaksiyanın gedişinin əmsallar və formullar vasitəsilə şərti yazılışına kimyəvi tənlik deyilir. Kimyəvi tənliklər tərtib edilərkən maddə kütləsinin saxlanması və maddə tərkibinin sabitliyi qanunlarından istifadə edilir. Hər tənlik ox işarəsi ilə birləşmiş iki hissədən ibarətdir. Sol tərəfdə reaksiyaya girən maddələrin, sağ tərəfdə isə reaksiya nəticəsində alınan maddələrin formulları yazılır: 2H2 + O2 → 2H2O Kimyəvi reaksiya haqqında əsas məlumatları əldə etmək üçün onun sürətini bilmək vacibdir.
Kimyəvi reaksiyalar
Kimyəvi reaksiya — maddənin tərkib və xassələrinin dəyişməsi ilə baş verən hadisəyə Edvin teoremi deyilir. Kimyəvi reaksiyalar həmişə fiziki hadisələrlə müşayət olunur. Fiziki hadisə zamanı maddənin tərkibi dəyişmir, yalnız forması, həcmi və aqreqat halı dəyişir. Kimyəvi reaksiyaları aşağıdakı xarici əlamətlərə görə müəyyən etmək olur: İstiliyin ayrılması və ya udulması; İşığın ayrılması; Rəngin dəyişməsi; Çöküntünün əmələ gəlməsi və ya itməsi; Qaz halında maddənin ayrılması; İyin çıxması. Kimyəvi reaksiyaların baş verməsi üçün reaksiyaya daxil olan maddələr bir-biri ilə təmasda olmalı və əksər hallarda qızdırılmalıdır. Bərk maddələrin xırdalanması və qarışdırılması reaksiyanın başlanmasına kömək edir və reaksiyanı sürətləndirir. Kimyəvi reaksiyanın gedişinin əmsallar və formullar vasitəsilə şərti yazılışına kimyəvi tənlik deyilir. Kimyəvi tənliklər tərtib edilərkən maddə kütləsinin saxlanması və maddə tərkibinin sabitliyi qanunlarından istifadə edilir. Hər tənlik ox işarəsi ilə birləşmiş iki hissədən ibarətdir. Sol tərəfdə reaksiyaya girən maddələrin, sağ tərəfdə isə reaksiya nəticəsində alınan maddələrin formulları yazılır: 2H2 + O2 → 2H2O == Kimyəvi reaksiyaların sürəti == Kimyəvi reaksiya haqqında əsas məlumatları əldə etmək üçün onun sürətini bilmək vacibdir.
İkinci Qarabağ müharibəsinə reaksiyalar
İkinci Qarabağ müharibəsinə reaksiyalar — 2020-ci il 27 sentyabr-10 noyabr tarixləri arasında baş vermiş İkinci Qarabağ müharibəsinə ölkədaxili və beynəlxalq reaksiyalar. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İlham Əliyev, öz çıxışında, "Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir.
2023 Qarabağ döyüşlərinə reaksiyalar
2023 Qarabağ döyüşlərinə reaksiyalar — 2023-cü il 19-20 sentyabr tarixlərində arasında baş vermiş Qarabağ döyüşlərinə ölkədaxili və beynəlxalq reaksiyalardır. == Daxili == === Azərbaycan tərəfi === Azərbaycanın Xarici İşlər Nazirliyi sentyabrın 19-da Xocavənddə mina terroru nəticəsində dinc şəxslərin və Daxili İşlər Nazirliyinin polislərinin ölümü barədə açıqlama vermişdir. Açıqlamada "bölgədə sülhün təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror hadisələrini qətiyyətlə pislənməli və onların qarşısı alınmalı" olduğu qeyd edilmiş və 2020-ci ildən indiyə qədər ümumi olaraq mina qurbanlarının sayının 314 nəfərə çatdığı, onlardan 61 nəfərin həyatını itirdiyi vurğulanmışdır. Xarici İşlər Nazirliyi gün ərzində verdiyi növbəti bəyanatında "bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolunun erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılması" olduğunu bildirmişdir. Sentyabrın 19-da axşam saatlarında Azərbaycan Prezidentinin Administrasiyası bəyanat yayaraq Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni insanların nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu, antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejimin isə özünü buraxmalı olduğu bildirimişdir. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun müsahibəsi zamanı "Qarabağda olan qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhdid törətdiyini, üç ilə yaxındır həmin ərazidə 10 minə yaxın qeyri-qanuni silahlısının mövcud olduğunu" bildirmişdir. Azərbaycanın İnsan hüquqları üzrə ombudsmanı Səbinə Əliyeva sentyabrın 19-da bəyanat yayaraq "Azərbaycan tərəfinin işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməməsinin bu dövlətin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüququn normalarına etinasız münasibətini bir daha sübut elədiyini" bildirmişdir. Azərbaycan Milli Məclisinin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Azay Quliyev hadisələri şərh edən zaman Azərbaycanın əsas hədəfiniz qanunsuz hərbi birləşmələrin Qarabağdan çıxarılması, orada yaşayan erməni əhalinin siyahıya alınması və reinteqrasiya prosesini başlamaq üçün lazımi digər addımların atılması olduğunu qeyd eləmişdir. Azərbaycan Milli Məclisinin deputatlarından Səttar Möhbalıyev "antiterror tədbirlərinin Azərbaycanın tam suveren haqqı" olduğunu qeyd eləmişdir, Aydın Mirzəzadə "antiterror tədbirlərinin məqsədinin Qarabağda olan erməni hərbi hədəflərinin sıradan çıxarılması" olduğunu, Soltan Məmmədov isə "heç bir dövlətin öz ərazisində qanunsuz silahlı birləşmələrin mövcudluğu ilə razılaşa bilməyəcəyini" vurğulamışdır. Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Rəşad Mahmudov hadisələrlə bağlı "bölgə terrorçu hərbi birləşmələrdən təmizlənmədən nə quruculuq prosesi, nə də sülh ola bilməz" şərhini vermişdir.
Azərbaycanın İrandakı səfirliyinə hücuma reaksiyalar
27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum baş vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır, Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamışdır. Odur ki, Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirmişdir. BMT Baş Katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM və bir çox başqa beynəxalq təşkilat, başda ABŞ, Birləşmiş Krallıq, Rusiya və Türkiyə olmaqla bir çox ölkə səfirliyə olan hücumu pisləmişdir. == Azərbaycanda == Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamış, başsağlığı vermişdir. O, əlavə etmişdir ki, "diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir". Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başsağlığı vermiş, yaralıların tezliklə sağalması üçün dua etdiyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev hücumu Azərbaycan dövlətinə "qarşı bir qəsd" olaraq səciyyələndirmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hadisəni "xain hücum" kimi təsvir etmiş, həlak olan şəxsə rəhmət diləmiş, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hücumu qınamışdır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İranı hücumu "hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə" tədqiq etməyə çağırmış, lakin demişdir ki, "İran tərəfinə ümidimiz, etibarımız yoxdur" və hücum ilə əlaqədar "İran bir dövlət kimi məsuliyyət daşıyır".
Kondensləşmə reaksiyaları
Kondensləşmə reaksiyaları – iki molekul və ya funksional qrupların birləşərək daha böyük molekul əmələ gətirməsi ilə gedən reaksiyalara deyilir. Kondensləşmə reaksiyaları zamanı irimolekullu birləşmə ilə yanaşı su, xlorid turşusu, metanol, ammonyak yaxud da sirkə turşusu kimi kiçik molekullar da alına bilər. Bioloji sistemlərdə gedən kondensləşmə reaksiyalarında əsasən su ayrılır. Kondensləşmə reaksiyalarına nümunə olaraq aminturşuların kondensləşərək zülalların əmələ gətirməsini göstərmək olar. Kondensləşmə reaksiyası dəyişmə reaksiyasının bir formasıdır. Bu reaksiya nümunəsi bir növ hidrolizin əksidir. İki hissə birləşib bir kimyəvi birləşmə əmələ gətirir. Baxmayaraq ki, su molekulunun qütblərinin hərəkəti nəticəsində hidroksil və hidrogen ionları əmələ gəlir. Beləliklə, kondensləşmə reaksiyalarında kimyəvi rabitələrin yaranmasına enerji tələb olunmur. Əgər birləşmə eyni molekulların atom və ya qrupları arasındadırsa, reaksiya iri molekulyar kondensləşmə adlandırılır və çox hallarda həlqəvi formalaşma üstünlük təşkil edir.
Nukleofilik əvəzetmə reaksiyaları
Nukleofilik əvəzetmə reaksiyaları (ing. nucleophilic substitution reaction) — bölüşdürülməmiş elektron cütü daşıyan reagent-nukleofilin hücumu həyata keçirdiyi əvəzetmə reaksiyalarıdır. Nukleofilik əvəzetmə reaksiyalarında tərk edən qrupa nukleofuq deyilir. Bütün nukleofillər Lyuis əsaslarıdır. Nukleofilik əvəzetmə reaksiyalarının ümumi görünüşü: R - X + Y - → R - Y + X - ( burada Y - anion nukleofilidir) R - X + Y - Z → R - Y + X - Z (burada Y - Z neytral nukleofildir) Alifatik (geniş yayılıb) və aromatik (geniş yayılmayıb) nukleofilik əvəzetmə reaksiyaları mövcuddur. Alifatik nukleofilik əvəzetmə reaksiyaları üzvi sintezdə çox vacib rol oynayır və həm laboratoriya təcrübəsində, həm də sənayedə geniş istifadə olunur. Mövcud faktları və müşahidələri ümumiləşdirərək nukleofilik əvəzetmə reaksiyalarının mexanizmini izah edən bir nəzəriyyə 1935-ci ildə İngilis alimləri Edvard Hughes və Christopher Ingold tərəfindən hazırlanmışdır. SN1 reaksiyasının və ya monomolekulyar nukleofilik əvəzetmə reaksiyasının (ing. substitution nucleophilic unimolecular) mexanizmi aşağıdakı mərhələləri əhatə edir: 1. Karbokationın (yavaş mərhələ) yaranması ilə substratın ionlaşması: R - X → R+ + X- 2.
Oksidləşmə-reduksiya reaksiyaları
Oksidləşmə-reduksiya reaksiyaları (ing. Reduction-Oxidation; qısa adı:Redox və ya Redox reactions; mənası: Reduction - azaltma, Oxidation - yüksəltmə) — atomların oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara deyilir. Oksidləşdiricidə elektron alınır, reduksiyaedicidə elektron itirilir. Atomlarda oksidləşmə dərəcəsinin dəyişməsi elektronların bir atomdan digərinə keçməsi nəticəsində baş verir. Oksidləşmə vaxti elementin oksidləşmə dərəcəsi artır. Oksidləşmə və reduksiya prosesləri vahid bir prosesin iki hissəsidir. Yəni reduksiya olmadan oksidləşmə və ya tərsinə, oksidləşmə olmadan reduksiya gedə bilməz. Qarşılıqlı kimyəvi təsir zamanı elektron qəbul edən maddələr oksidləşdiricilər, əksinə, elektron verən maddələr isə reduksiyaedicilər adlanır. Beləliklə, oksidləşmə-reduksiya prosesində reduksiyaedicinin müəyyən sayda elektronu oksidləşdiriciyə keçir. Nəticədə, reduksiyaedici oksidləşir, oksidləşdirici isə reduksiya olunur.
Zelinski reaksiyaları
Zelinsky reaksiyası –dönməyən kataliz- ilə asetilenin katalitik trimerizasiyası, qızdırıldığı zaman benzol əmələ gəlməsi reaksiyasıdır. 1866-cı ildə Fransız kimyaçısı M. Berzelot asetileni isti borulardan keçirərək (550–6000C), az məhsul verən benzol əldə etdi. Daha sonra 1927-ci ildə N.D. Zelinski və B.A. Kazanski, asetilenin 600–6500C-yə qədər qızdırılan aktivləşdirilmiş reaksiyanın çox yaxşı getdiyini göstərdi. 1948-ci ildə Alman kimyaçısı W. Reppe daha təsirli bir katalizator — kompleks nikel qarışığı tapdı. Reaksiyanın 600–700-də benzol mühitində aparılmasına imkan verir, lakin artan təzyiq tələb edir. Benzol çıxımı 88% -ə çatır. Stiren (vinil benzol) aralıq məhsul kimi əmələ gəlir. 6000C-də asetilenin trimerləşməsi ilə benzol istehsalı Zelinski və ya Berzelot-Zelinski reaksiyasıdır. Berzelot-Zelinski reaksiyasını Zelinski-Kazanski reaksiyası ilə qarışdırmaq olmaz. Hər iki vəziyyətdə də benzol alınır yalnız birincisində — asetilendən, ikincisində — tsikloheksandan əldə edilir.

"reaksiyalar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#reaksiyalar nədir? #reaksiyalar sözünün mənası #reaksiyalar nə deməkdir? #reaksiyalar sözünün izahı #reaksiyalar sözünün yazılışı #reaksiyalar necə yazılır? #reaksiyalar sözünün düzgün yazılışı #reaksiyalar leksik mənası #reaksiyalar sözünün sinonimi #reaksiyalar sözünün yaxın mənalı sözlər #reaksiyalar sözünün əks mənası #reaksiyalar sözünün etimologiyası #reaksiyalar sözünün orfoqrafiyası #reaksiyalar rusca #reaksiyalar inglisça #reaksiyalar fransızca #reaksiyalar sözünün istifadəsi #sözlük