Reda sözü azərbaycan dilində

Reda

Yazılış

  • Reda • 86.3636%
  • reda • 9.0909%
  • REDA • 4.5455%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Reda Bentifur
Reda Bentifur (ing. Redha Bentifour; 13 oktyabr 1954) — fransız-əlcəzair mənşəli rejissor və xoreoqraf. Reda Kamel Bentifur (doğum tarixi 22 oktyabr 1954-cü il) dünya şöhrətli rəqqas və xoreoqraf, Fransanın Trua (Troyes) şəhərində anadan olub. O, müasir dünyada ən məşhur xoreoqraflardan biri hesab olunur və özünə xas üslubü ilə tanınır. == Erkən həyatı və təhsili == Reda Bentifour Əlcəzairli beynəlxalq futbolçu Abdelaziz Ben Tifourun ailəsində dünyaya gəlib. Uşaqlıq illəri Əlcəzairdə keçən Redha aktyor olmaq üçün Fransaya qayıdır. Rol əldə etmək üçün, rəqqas olmağı seçən Reda bununla uzun bir yola qədəm qoyur. O, Rosella Hightower Kannes Rəqs Məktəbində təlim kursuna qatılır. Mükəmməl tələbə kimi digərlərindən fərqlənən, Reda özünü daha da inkişaf etdirmək üçün ABŞ-a yollanır. Nyu York və Los Ancelesdə Stanley Holden də daxil olmaqla Joan Wulfson, Michael Peters, Jerry Grimes, Claude Thompson və s.
"Priazovski kray" qəzetinin redaksiya binası
"Priazovski kray" qəzetinin redaksiya binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 18/31 ünvanında yerləşən bina. Binanada sovet hakimiyyəti qurulana qədər bura Priazovski qəzetinin redaksiya binası olmuşdur. Priazovski kray qəzetinin redaksiya binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Priazovski kray qəzetinin redaksiya binası 1880-ci illərdə inşa edilmişdir. 1890-cı illərdə binada Priazovski kray qəzetinin redaksiyası yerləşirdi. Sovet hakimiyyəti qurulduqdan sonra bütün binalar kimi bu bina da milliləşdirilmişdir. 2000-ci illərdə bina Rostov Administrasiyasının balansında olsada faktiki olaraü istifadəsiz olmuşdur. == Arxitektura == Priazovski kray qəzetinin redaksiya binası Bolşoy Sadovaya küçəsinin künçündə, Bratski xiyabanında yerləşir. Bina bir tərəfli dəhliz susteminə malikdir. Bina iki mərtəbədən ibarətdir.
Atom (mətn redaktoru)
Atom Mac OS, Linux və Microsoft Windows üçün yazılmış, pulsuz və açıq kod mətn və kod redaktorudur. Atom inteqrasiya olunmuş proqramlaşdırma mühiti kimi də istifadə oluna bilər. Atomu istifadə edən proqramçılar, onu "21-ci əsrin dəyişdirilə bilən (hackable) redaktoru" adlandırırlar.
Baş redaktor
Baş redaktor ― inzibati nöqteyi-nəzərdən nəşrlərin tərtibi və redaktəsi ilə məşğul olan vəzifəli şəxsədir. Redaktor təkcə müəllif hüquqları ilə qorunan materialları müəyyən bir media və ya kitab nəşriyyatının formatına uyğun formada gətirmək prosesi ilə məşğul deyil. Bu mütəxəssisin vəzifələri sırasında müəllif tapşırıqlarının bölüşdürülməsi, onların müəyyən müddət ərzində vaxtında və keyfiyyətli icrasına nəzarət etməkdir. Bundan əlavə, redaktorun vəzifəsi işlədiyi şirkəti populyarlaşdırmaqdır. Buna görə də bütün məlumatlar aktual, dəqiq, düzgün təqdim edilməli və tam şəkildə təqdim edilməlidir.
CodeMirror (mətn redaktoru)
CodeMirror — brauzerdə kod redaktorunu təmin edən JavaScript komponentidir.Proqramın əsas xüsusiyyəti API və genişliyidir. == Tarixi == Mətn redaktorunun ilk versiyası 2007-ci ilin əvvəlində, JavaScript veb saytındakı konsol üçün yazılmışdır. Kod ilk dəfə 2007-ci ilin mayında CodeMirror adlandırldı və yayımlandı. 2010-cu ilin sonlarında, başqa bir JavaScript əsaslı kod redaktoru olan Ace layihəsi, yeni tətbiqetmə texnikalarını kəşf etdi və hətta JavaScript-də də minlərlə pozulmuş sənədləri idarə etməyin mümkün olduğunu nümayiş etdirdi. Bu isə CodeMirror-un yenidən yazılmasına səbəb oldu.
Kitabşünaslıq və redaktor sənəti (jurnal)
«Kitabşünaslıq və redaktor sənəti» (ing. «Bibliology and editorial art»; rus. «Книговедение и редакторское искусство») - elmi-nəzəri və təcrübi-metodik jurnal. == Jurnalın yaranma tarixi == «Kitabşünaslıq və redaktor sənəti» elmi-nəzəri və təcrübi-metodik jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi olaraq 4021 saylı şəhadətnamə ilə 01.12.2015-ci il tarixdə qeydə alınmışdır. Jurnal ildə 2 dəfə olmaqla 2015-ci ildən nəşr olunur.Jurnalın təsisçisi və baş redaktoru BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Süleymanovdur. == Jurnalda dərc olunan mövzular == • Nəşriyyat işinin əsasları; • Mətnşünaslıq; • Ədəbiyyatşünaslıq; • Jurnalistikanın nəzəri və təcrübi məsələləri; • Mətbuat və kitab tarixi; • Sənəd-informasiya təminatı. == Redaksiya heyəti == Abuzər Xələfov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan); Xəlil İsmayilov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan); Alisa Belovitskaya - filologiya üzrə elmlər doktoru, professor (Rusiya); Cahangir Məmmədli - filologiya üzrə elmlər doktoru, professor (Azərbaycan); Kərim Tahirov - tarix üzrə fəlsəfə doktoru, professor (Azərbaycan); Aybəniz Əliyeva-Kəngərli - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Bülent Yılmaz - professor doktor (Hacettepe Universiteti, Türkiyə); Nataliya Kunanets - sosial kommunikasiya üzrə elmlər doktoru, professor (Lvov Politexnik Humanitar Universiteti, Ukrayna); Əliş Ağamirzəyev - filologiya üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan); Azad Qurbanov - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan); İmaməddin Zəkiyev - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Əliağa Cəfərov - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Gülər Dəmir - dosent doktor (Kastamonu Universiteti, Türkiyə); Eldəniz Məmmədov - tarix üzrə fəlsəfə doktoru (Azərbaycan).
Layihə:Vizual redaktor/Rəy
Mətn redaktorları
Mətn redaktoru — mətnlər yaradılması və redaktəsi üçün nəzərdə tutulmuşdur. Mətnlərin yalnız daxil edilməsi və redaktəsini nəzərdə tutur. Əlavə olaraq, mətnlərin formatlaşdırılması üçün istifadə olunan proqramlar isə mətn prosessorları adlanır. Windows ƏS-na standart Notepad (Bloknot,Write) mətn redaktoru daxildir.
Mətn redaktoru

Nano (mətn redaktoru)
GNU nano - *nix əməliyyatlar sistemində mətn redaktorudur. 1999-cu ildə Kris Alleqretta tərəfindən yaradılmışdır.
Priazovski kray qəzetinin redaksiya binası
"Priazovski kray" qəzetinin redaksiya binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 18/31 ünvanında yerləşən bina. Binanada sovet hakimiyyəti qurulana qədər bura Priazovski qəzetinin redaksiya binası olmuşdur. Priazovski kray qəzetinin redaksiya binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Priazovski kray qəzetinin redaksiya binası 1880-ci illərdə inşa edilmişdir. 1890-cı illərdə binada Priazovski kray qəzetinin redaksiyası yerləşirdi. Sovet hakimiyyəti qurulduqdan sonra bütün binalar kimi bu bina da milliləşdirilmişdir. 2000-ci illərdə bina Rostov Administrasiyasının balansında olsada faktiki olaraü istifadəsiz olmuşdur. == Arxitektura == Priazovski kray qəzetinin redaksiya binası Bolşoy Sadovaya küçəsinin künçündə, Bratski xiyabanında yerləşir. Bina bir tərəfli dəhliz susteminə malikdir. Bina iki mərtəbədən ibarətdir.
Qrafik redaktorlar
Qrafik redaktorlar — informatikanın xüsusi bölməsi olub yeni şəkillər çəkmək, hazır şəkillər üzərində müxtəlif dəyişikliklər etmək üçün istifadə edilir. Belə proqramlara Paint, Adobe Photoshop, Picture Publisher, Photostiller, Corel DRAW, Macromedia Flash, Paint.net ,Macromedia Freehand, Macromedia Fotographer, Macromedia DreamWeaver, Ulead Gif Animator və s. missal göstərmək olar. Kompüterin diskində saxlanılan şəkillər rəqəmsal təsvirlər adlanırlar. Belə ki, kompüterin yaddaşında bütün şəkillər rəqəm şəklində (0 və1) saxlanılır.Qrafik redaktorlar üç qrupa bolünürlər: rastr (piksel), vektor və fraktal. == Rastr qrafika == Rastr qrafika, başqa sözlə piksel qrafikası şəkillərin skanerləşdirilməsi, rəqəmli fotoaparat, videokamera çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Rastr qrafika üçün əsas xarakteristika vahid uzunluğa düşən nöqtələrin sayıdır. Rastr qrafika termini İngilis dilində "Bitmap-qrafika" termininə uyğun gəlir və mənası – bit ölçüsünün yerləşdiyi xəritə deməkdir. Rastr qrafik redaktoruna Paint, Adobe Photoshop, Photostyler, Adobe Photo-Paint, Picture Publisher, Corel Photo-Paint proqramları daxildir. Rastr təsvirlərin mənfi cəhəti kompüterin yaddaşında iri həcmli yer tutmasıdır, bu da təsvirin hər bir nöqtəsinin yaddaşda özünəməxsus həcm ayırması ilə izah olunur.
Redaksiya
Redaksiya (lat. redactus (redactio) — qaydaya salınma, səhmana salınmış) 1)mətbuatda, radio və televiziyada əsərin müəllif nüsxəsi üzərində redaktorun iş prosesi (redaktə). Redaksiya müəllifin fərdi üslubunu saxlamaqla, əsərin məzmun və formasını təkmilləşdirməkdən ibarət yaradıcı prosesdir. Redaksiya şərti olaraq siyasi, ədəbi və elmi növlərə ayrılır; 2)mətnşünaslıqda ədəbi və ya elmi əsər mətninin müəllif, yaxud redaktor tərəfindən təshih edilib yenidən işlənmiş, təkmilləşdirilmiş variantı. Redaksiya zamanı əsərin yalnız dil və üslubu, süjet və kompozisiyası deyil, ideya istiqaməti, nəzəri müddəaları da dəyişikliyə uğraya bilər. Bu halda yaranan yeni mətnə əsərin yeni redaksiyası deyilir; 3)kütləvi təbliğat və informasiya vasitələri sistemində (qəzet, jurnal, radio və televiziya verilişləri, ensiklopediya, nəşriyyat, kino və s.) inzibati idarə; 4)redaktor heyəti; 5)nəşretmə, satış, yayım, məqalələrin və s. qəbulu ilə məşğul olan kontor, yer və ya şəxslər. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Redaktor
Redaktor- nəşr, kitab və ya qəzet, jurnal işinə rəhbərlik edən məsul şəxs. Redaktor nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssisdir . Tutduğu vəzifəyə görə: Ədəbi redaktor Bədii redaktor Filmin redaktoru vəzifələri olur.Qəzet və jurnalların əsas məsul şəxsi baş redaktor adlanır və əsasən inzibati məsələlərlə məşğul olur. == . == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Respublika Xatirə Kitabı (redaksiya)
"Respublika Xatirə Kitabı" — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli qərarı ilə İkinci dünya müharibəsində, hərbi münaqişə və məhəlli müharibələrdə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılmış nəşriyyat-redaksiya. Əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olmuş, 8 iyun 2016-cı il tarixindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. == Haqqında == Azərbaycan Respublikası Xatirə Kitabının nəşriyyat-redaksiyası 1989-cu ildən fəaliyyətə başlayıb. Redaksiyanın məqsədi İkinci Dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabının hazırlanmasıdır. 1997-ci ildən kitab nəşr prosesinə başlamışdır. Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib. Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır. Kitab ümumilikdə 20 cilddən ibarət olacağı nəzərdə tutulmuşdur.
Respublika Xatirə Kitabı redaksiyası

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 1.22
2010 ••••• 0.27
2014 ••• 0.17
2015 ••• 0.17
2020 ••• 0.13

"reda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#reda nədir? #reda sözünün mənası #reda nə deməkdir? #reda sözünün izahı #reda sözünün yazılışı #reda necə yazılır? #reda sözünün düzgün yazılışı #reda leksik mənası #reda sözünün sinonimi #reda sözünün yaxın mənalı sözlər #reda sözünün əks mənası #reda sözünün etimologiyası #reda sözünün orfoqrafiyası #reda rusca #reda inglisça #reda fransızca #reda sözünün istifadəsi #sözlük