regional sözü azərbaycan dilində

regional

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • regional • 74.6514%
  • Regional • 25.3332%
  • REGİONAL • 0.0154%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Regional TV
ARB Şimal — 2007-ci ildə "Regional TV" adıyla Xaçmaz rayonunda yayıma başlayan televiziya kanalı. == Tarixçə == "ARB Şimal" Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmazdan yayımlanır. "ARB Şimal" Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziyanın yayım dairəsinə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları daxildir. 2011-ci ildən etibarən "ARB Şimal" internet vasitəsilə dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. "ARB Şimal"ın struktur quruluşu 5 departamentdən ibarətdir. Xəbərlər və Sosial-İctimai Proqramlar, Efir Təminatı, Maliyyə və Kadrlar, Layihələr, Efirdən Kənar Təminat departamentləri. Televiziyanın kollektivi uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. "ARB Şimal"da həftəlik yayım həcmi 126 saatdır.
Krım Regional Hökuməti
Krım Regional Hökuməti (rusca:Крымское краевое правительство) — 1918 və 1919-cu illərdə Krım yarımadasında ardıcıl olaraq mövcud olmuş 2 qısaömürlü hökumətlər nəzərdə tutulur. == Tarixi == Rusiya imperiyasında baş vermiş Oktyabr inqilabının ardınca etnik Krım tatarları Krım Xalq Respublikasının yaradıldığını elan etdilər. Lakin yaradılmış yeni respublika 1918-ci ilin əvvəllərində bolşeviklərin hücumuna məruz qaldılar. Yeni respublikanı yıxan bolşeviklər Tavrida Sovet Sosialist Respublikasının yaradıldığını elan etdilər. 1918-ci ilin aprelində isə Alman imperiyası qoşunlarından yardım alan Ukrayna Xalq Respublikası qoşunları Krım əməliyyatını sona çatdırdılar. Birinci Krım Regional Hökuməti 25 iyun 1918-ci ildə yaradıldı. Alman dəstəyi ilə yaradılmış hökumətə rəhbərlik Məmməd bəy Sulkeviç də idi. Məmməd bəy Lipka tatarı idi O, yeni hökumətdə baş nazir, daxili işlər naziri və hərbi işlər üzrə nazir vəzifələrini tuturdu. Ukrayna Krım üzərində öz hakimiyyətini qurmaq üçün cəhdlər edirdi, lakin almanların da müstəqillik məsələsində dəstəyini alan Krım Ukraynadan birləşmədən yaşamağı bacardı. Lakin sentyabr və oktyabr aylarında iki respublikadan ibarət federasiyanın qurulması üçün danışıqlar olmuşdu.
Kürdüstan Regional Hökuməti
Kürdüstan Regional Hökuməti (KRH; kürd. حکوومەتی هەرێمی کوردستان, Hikûmeti Herêmî Kürdistan; ərəb. حكومة اقليم كردستان‎) — İraq Kürdüstanının rəsmi idarəetmə orqanı. Ərbil, Dəhuk və Süleymaniyyə mühafəzələrini idarə edir.Nazirlər Kabineti çoxluq partiyası və ya İraq Kürdüstanının Baş naziri tərəfindən seçilən siyahı ilə seçilir. Prezidentin elektoratı bilavasitə regionun sakinləridir, Nazirlər Kabinetinin sədri və icra hakimiyyətinin səlahiyyətlərini Nazirlər Kabinetində təhvil verən dövlət başçısıdır. Ənənəvi olaraq, baş nazir qanunverici hakimiyyətə rəhbərlik edir, lakin icraedici hakimiyyətə nəzarəti prezidentlə bölüşür. İraq Kürdüstanı Prezidenti həm də Peşmərgə silahlı qüvvələrinin ali komandanıdır.
Labanoras Regional Parkı
Labanoras Regional Parkı (lit. Labanoro regioninis parkas) — Litva ərazisində yerləşən regional park. Park Vilnyüs şəhərindən 80 km şimal-şərqdə yerləşir. Park Şvençenski, Moletski və Utenski rayonlarının ərazisini əhatə edir. Parkın inzibati mərkəzi Labanoras şəhərində yerləşir. Regional park 1992-ci ildə yaradılıb. Ərazidə əsasən meşə landşaftı, göl və təbii ekosistem qorunur. Ölkənin ən böyük regional parkının sahəsi 55 344 hektardır. Labanoras parkı şimal-şərqindən Aukştaytiya Milli Parkı ilə həmsərhəddir. == Ümumi məlumat == Park ərazisində 70 göl mövcuddur.
Lombardiya Regional Şurası
Lombardiya Regional Şurası (it. Consiglio Regionale della Lombardia, lomb. Consili regional de la Lombardia) — İtaliya Respublikasının regionlarından biri olan Lombardiyada qanunvericilik hakimiyyətini həyata keçirən regional hakimiyyət orqanı. Birpalatalı orqan olub 80 deputatdan ibarətdir. Onlardan 49-u hökumət, 31-i isə, müxalifət tərəfdarıdır. Regional şuranın qərargahı Milan şəhərində yerləşən Pirelli qülləsidir. İlk seçkilər 1970-ci ildə, 1948-ci il İtaliya Konstitusiyası əsasən adi regionlar qurulduğu zaman keçirilmişdir. Son seçkilər 24 fevral 2013 tarixində keçirilmişdir. Hal-hazırkı prezident Populyar Alternativ partiyasının üzvü olan Raffaele Kattaneodur. == Funksiyası == Şura regionun qanun və qaydalarını təsdiqləyir.
Regional Həvəskarlar Liqası
Regional Həvəskarlar Liqası (qısaca BAL), Türkiyənin 5. səviyyə futbol liqası. İlk dəfə 1990-1994-cü illərdə Həvəskar Səfər Liqası adı ilə çıxış edən bu liqa 2010-cu ildə yenidən qurulub. == Vəziyyəti (2022-2023) == 2022-2023-cü il mövsümündə Regional Həvəskarlar Liqasından TFF 3-cü Liqasına ümumilikdə 9 komanda yüksələcək. Qrup yarışları: 14 komandadan ibarət 14 qrupda cəmi 196 komandanın iştirakı ilə keçiriləcək qrup yarışları iki dövrəli liqa və xal üsulu ilə oynanılacaq və yarışların sonunda birinci yerləri tutan komandalar yarışacaq. onların qrupları pley-off oynayacaq. 14 qrupda son iki yeri tutan komandalar BAL-dan daxil olduqları vilayətin yüksək yerli liqasına düşürlər. Pley-off yarışlarının sonunda 14 qrup qalibindən 9-u TFF 3-cü Liqaya çıxmaq hüququ qazanır. Pley-off Yarışları: Pley-off yarışları 3 mərhələdə keçirilir. 1-ci mərhələdə 14 qrupun qalibləri qarşılaşır və qarşılaşma neytral meydanda bir matçın aradan qaldırılması üsulu ilə keçirilir.
Regional Rouminq Müqaviləsi
Regional Rouminq Müqaviləsi, formal olaraq "Qərbi Balkan bölgəsinin ümumi mobil rabitə şəbəkələrində rouminq xidmətlərinin qiymətinin endirilməsinə dair müqavilə" (ing. Agreement on the price reduction of the roaming services in public mobile communications networks in the Western Balkans region) ― Qərbi Balkan ölkələrində rouminq ödənişlərinin tətbiqini tənzimləyən hüquqi vasitə. Ölkələrin siyahısında Albaniya, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya, Monteneqro və Serbiya yer alırlar. Razılaşma mobil əlaqə şəbəkəsi operatorlarının şəbəkə üzvü olan ölkənin xaricində telefon və məlumat göndərmə xidmətlərindən istifadə etdikləri üçün abunəçilərindən ala biləcəkləri həm rüsumu əhatə etməyə, həm də topdansatış tariflər şəbəkələrinə abunəçilərin onlara məxsus şəbəkələrə girmələri üçün bir-birlərindən ödəniş tələb etmələrinə şərait yaradır. Müqavilə endirilmiş tariflərlə 1 iyul 2019-cu il tarixindən etibarən qüvvəyə mindi. 1 iyul 2021-ci ildən etibarən bütün tariflər ləğv olunmalıdır. Ötürülən zənglər orta hesabla 65%? məlumat ötürmə qiymətləri isə 78% düşdü. == Tarixi == Qərbi Balkandan olan iqtisadiyyat nümayəndələri, Regional Əməkdaşlıq Şurası (ing. Regional Cooperation Council və ya RCC) tərəfindən təşkil edilən Qərbi Balkan Rouminq Siyasəti iclasında yeni Regional Rouminq Sazişini (RRA) müzakirə etmək üçün 14 dekabr 2018-ci il tarixində Brüssel şəhərində toplandılar.4 aprel 2019-cu il tarixində Belqradda keçirilən 2-ci Qərbi Balkan Rəqəmsal Sammitində Qərbi Balkan Telekomunikasiya Nazirləri bölgədəki bütün rouminq xərclərinin tədricən aradan qaldırmağa yönələn müqavilə imzaladılar.
Avropa Regional İnkişaf Fondu
Avropa Regional İnkişaf Fondu (ARİF) — Avropa İttifaqı tərəfindən ayrılmış Avropa Struktur və İnvestisiya Fondlarından biri. Avropa İttifaqının vahid büdcəsindən maliyyələşdirilir. 1975-ci ildə yaradılmış ARİF Avropa İttifaqının regional siyasətinin məqsədlərinin həyata keçirilməsinndə əlaqələndirici rol oynayır və sənayenin tənəzzülünə məruz qalmış, inkişaf etməmiş regionların, eləcə də əlaqələndirici Avropa İttifaqına üzv olan ölkələrdə kənd yerlərinin inkişafına və yenidən qurulmasına yönəlmiş layihələrin maliyyələşdirilməsi üçün əsas alətdir. 1995-ci ildən Finlandiya və İsveçrənin şimal regionlarının inkişafına maliyyə yardımı göstərir. 1995-ci ildə fondun yuxarıda qeyd olunan fəaliyyətlər üzrə maliyyə ayırmaları 9 milyard EKYU-ya yaxın olmuşdur.
Dotan Regional Hava Limanı
Dotan Regional Hava Limanı (ing. Dothan Regional Airport) (BHNA: DHN, BMAT: KDHN, FAA yer identifikatoru: DHN) - ABŞ-nin Alabama ştatın Deyl qraflığında ictimai hava limanı. Əsas hissəsi Hyuston qraflığında yerləşən Dotan şəhərindən 7 mil (11 km) şimal qərbdə yerləşir.
Gəncə Dövlət Regional Kolleci
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci (Əvvəlki adı: Gəncə Dövlət Regional Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır.11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı.
Gəncə Regional Elmi Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi — Azərbaycan Gəncə şəhərində elmi tədqiqat müəssisəsi. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəzi Akademiyanın Rəyasət Heyətinin 06 oktyabr 1981-si il tarixli (Protokol ı35) qərarı ilə Qərb bölgəsində elmi tədqiqatların koordinasiyası məqsədi ilə yaradılmışdır. Mərkəzə Fuad Əliyev 1983-cü ildən 2012-ci ilədək rəhbərlik etmişdir. Gəncə şəhərində elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla, fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.
Kürdüstan Regional Hökuməti bayrağı
Kürdüstan bayrağı (kürd. Alaya Kurdistanê, Ala Rengîn) — Kürdüstan ı təmsil edən bayraq. İraq Respublikasınə bağlı Kürdüstan Regional Hökumətinin bayrağı olaraq istifadə edilməkdədir.
Kürdüstan Regional Hökuməti gerbi
Kürdüstan Regional Hökuməti gerbi — qanadlarında bir günəş tutan bir qartaldır.
Kürdüstan Regional Hökumətində mədəniyyət
Kürdüstan Regional Hökumətinin mədəniyyəti Mesopotamiya mədəniyyəti, İslam dini və ənənəvi Ərəb ve Kürd mədəniyyəti ətrafında biçimlenmişdir. Buna qarşı, bölgə çeşitlilikler içində yüksək bir kosmopolit cəmiyyət və canlı bir mədəniyyətə malikdir. İslam təsiri Ərəb və Kürd mədəniyyətinin memarlıq, musiqi, geyim, mətbəx və həyat tərzində görülə bilməkdədir.
Regional Televiziya
ARB Şimal — 2007-ci ildə "Regional TV" adıyla Xaçmaz rayonunda yayıma başlayan televiziya kanalı. == Tarixçə == "ARB Şimal" Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmazdan yayımlanır. "ARB Şimal" Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziyanın yayım dairəsinə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları daxildir. 2011-ci ildən etibarən "ARB Şimal" internet vasitəsilə dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. "ARB Şimal"ın struktur quruluşu 5 departamentdən ibarətdir. Xəbərlər və Sosial-İctimai Proqramlar, Efir Təminatı, Maliyyə və Kadrlar, Layihələr, Efirdən Kənar Təminat departamentləri. Televiziyanın kollektivi uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. "ARB Şimal"da həftəlik yayım həcmi 126 saatdır.
Regional anesteziya
Regonal anesteziya (lat. regio — "nahiyə", "sahə, ərazi"; yun. ( ἀν – "inkar şəkilçisi", αἴσϑησις – "hisiyyat") bədənin hər hansı bir regionunun – nahiyyəsinin yerli keyləşdirici preparatlarla keyləşdirilməsi, anesteziyanın bir növü. Bu zaman pasientin huşu özündə, lakin cərrahi müdaxilə olunacaq nahiyyə tamamilə keyimiş olur və xəstə heçbir ağrı hiss etmir. Aparılma texnikasına və tətbiqinə görə infiltrativ, periferik sinirlərin blokadası, venadaxili regional, spinal, epidural, kaudal anesteziya növləri mövcuddur. == Tarixi == Göz həkimi Karl Koller (1857–1944) öz üzərində təcrübə apararaq müəyyən etmişdir ki, kokainin dadına baxdıqda dilin ucunun keyiyir. Heyvanlar üzərində tədqiqatlarını genişləndirdikdən sonra 1884 ildə ilk dəfə olaraq insanda apardığı göz əməliyyatında kokain məhlulundan müvəffəqiyyətlə keyləşdirmə məqsədilə istifadə etmişdir. Bubunla da Carl Koller yerli keyləşdirmənin atası kimi elm tarixinə daxil olmuşdur. 1885 ildən Uliyam Halsted (1852–1922) diş əməliyyatlarında kokaindən infiltrativ anesteziya məqsədi üçün istifadə etməyə başlamışdır. 1888-ci ildə Maksimilian Oberst barmağın nəqli anesteziyasını həyata keşdir.
Regional güc
Regional güc yaxud Bölgə gücünü təyin edən bir az fərqli təriflər var: Avropa Siyasi Araşdırmalar üzrə Avropa Tərəfdaşlıq Komissiyasına görə, regional güc "coğrafi olaraq müəyyən edilmiş, bölgəni iqtisadi və hərbi baxımdan təsir edən və bölgədə hegemonluq rolunu oynaya bilən bir bölgəyə aiddir. Dünya miqyasında müəyyən bir təsiri olmalı və qonşuları tərəfindən regional lider kimi tanınan və hətta qəbul edilən bir ölkə olmalıdır." Alman Qlobal və Regional Tədqiqatlar İnstitutuna görə regional bir güc olmalıdır; Öz şəxsiyyəti ilə müəyyən edilə bilən bir bölgənin bir hissəsi olmalıdır. Regional güc imicini qorumalıdır. Bölgənin coğrafi ölçüsünə və öz ideoloji quruluşuna təsirli təsirini göstərməlidir. Ən yüksək hərbi, iqtisadi, demoqrafik, siyasi və ideoloji bacarıqlara sahib olmalıdırlar. Bölgə ilə inteqrasiya olunmalıdır. Regional təhlükəsizliyi yüksək prioritet hesab etməlidir. Bölgədəki digər qüvvələr və xüsusən digər bölgələrdəki regional güclər tərəfindən regional güc kimi tanınmalıdır. Regional və qlobal strukturlarla əlaqələndirilməlidir.
Regional iqtisadiyyat
Regional iqtisadiyyat — iqtisadiyyatın bir sahəsidir və çox vaxt sosial elmlərin sahələrindən biri kimi qəbul edilir. Yerli təhlillərə borc verən regional məsələlərin iqtisadi ölçüsünə toxunur, beləliklə coğrafi əhatə dairəsi yerli və qlobal olan bölgələr üçün nəzəri və ya siyasi nəticələr çıxara bilər. == Yaranması == Regional iqtisadiyyat bir çox ənənələri regional elmlə bölüşür, bunların əvvəlki inkişafı Walter Isard tərəfindən dəstəklənmiş və bəzi iqtisadçıların mövcud regional iqtisadi təhlildən narazılığı. Bununla belə, regional iqtisadiyyata bu qədər tənqidi baxışa baxmayaraq, regional problemlərə "iqtisadi" yanaşmanın regional elmin inkişafı boyunca ən əhəmiyyətli olduğunu və qaldığını inkar etmək çətindir. İqtisadiyyatın bir fəndi olaraq, iqtisadiyyatın mövzusuna və ya perspektivinə uyğun özünün müstəqil ənənələrini və yanaşmalarını inkişaf etdirmişdir. XX əsrin əvvəllərində Almaniyada və Şimali Amerikada ayrı-ayrılıqda inkişaf etdirilən yer nəzəriyyəsi və “lokallaşdırılmış sənayelər” dən xarici iqtisadiyyat nəzəriyyəsi (Alfred Marşallın İqtisadiyyat Prinsipləri (1890)-də təsvir edildiyi kimi) regional iqtisadiyyatın nəzəri əsasını təşkil etdi. regional elmdə mərkəzi rol oynayan. Oqust Löşun Die räumliche Ordnung der Wirtschaft (Jena: Qustav Fişer, 1940; 2-ci nəşr, 1944) kitabının ön sözü və məzmunu olaraq, ingilis dilinə tərcüməsi WH Woglom tərəfindən 1954-cü ildə "İqtisadiyyatın yerləşməsi" başlığı ilə tərtib edilmiş iqtisadi yanaşma ardıcıl olaraq göstərilir. yerlərə (sənaye və istehlakçı) həm bölgə iqtisadiyyatında, həm də regional elmdə mərkəzi yer tuturdu. 1929-cu ildə İqtisadi Jurnalda Rəqabətin Sabitliyi adı ilə təqdim olunan Harold Hotelling-in İqtisadi Rəqabətə Məkan Yanaşması və Edqar Huverin Məkan və Ayaqqabı və Dəri Sənayesi Nzərəiyyəsi (1937) və İqtisadi Fəaliyyətin Yeri (1948) adlı məqalələri geniş töhfə vermişdir.
Regional valyuta
Regional valyuta (ing. Local currency, alm. Regionalgeld‎, fr. Monnaie locale) — yerli hakimiyyət orqanları, ticarət-sənaye, aqrar, maliyyə, həmçinin özəl şəxs tərəfindən ödəniş və investisiya vasitəsi kimi qəbul edilmiş reginal pul vahidi. Regional valyuta ABŞ, Kanada, Avstriya, Böyük Britaniya və s. ölkələrdə istifadə edilir. == Qalereya == == Ədəbiyyat == Margrit Kennedy, Bernard A. Lietaer: Regionalwährungen. Riemann, München 2004. ISBN 3-570-50052-7. Mathias Weis, Heiko Spitzeck: Der Geldkomplex.
Regional Təhlükəsizlik Sistemi
Regional Təhlükəsizlik Sistemi (abr. RTS, ing. Regional Security System, abr. RSS) — Şərqi Karib regionunun mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq saziş. Regional Təhlükəsizlik Sistemi 1982-ci ildə regionun 1970-ci illərin axırları və 1980-ci illərin əvvəllərində sabitliyinin təhlükə altında olmasına görə yaradılmışdır. Həmin ilin 29 oktyabr tarixində Şərqi Karib Dövlətləri Təşkilatının 4 üzvü (Antiqua və Barbuda, Dominika, Sent-Lüsiya və son olaraq, Sent-Vinsent və Qrenadin) Barbados ilə ölkəni "istək üzrə qarşılıqlı yardım" təmin etmək üçün bir Anlaşma Memorandumu imzalamışdır. Müqaviləni imzalayan tərəflər milli fövqəladə, qaçaqmalçılığın qarşısının alınması, axtarış və xilasetmə, immiqrasiya nəzarəti, balıqçılıq hüquqlarının mühafizəsi, gömrük və aksiz nəzarəti, dəniz polisçiliyi vəzifələri, offşor qurğuların qorunması, ətraf mühitin çirklənməsinə nəzarət, təbii fəlakətlər və digər təhlükələrin baş verməsi vəziyyətində bir-birlərinə yardım göstərmək üçün ehtiyat planları hazırlamağa razılaşmışdılar. Sent-Kits və Nevis 1983-cü ildə müstəqillik əldə etdikdən sonra, Qrenada isə 1985-ci ildə ABŞ və RTS-in birgə əməliyyatından sonra sistemə qoşulmuşdur. Anlaşma Memorandumu 1992-ci ildə yenilənmişdir. Sistem Qrenadanın paytaxtı Sent-Corces şəhərində imzalanmış müqaviləyə əsasən, 5 mart 1996-cı il tarixində hüquqi status əldə etmişdir.
Regional reaktiv təyyarə
Regional reaktiv təyyarə və ya ingilis dilində olan adı ilə Regional Jet (qısaca RJ) sürətli, çox qənaətcil və qısa uçuş zolaqlarından asanlıqla havaya qalxan bilən bir təyyarədir. İlk dəfə 1978-ci ildə ortaya çıxdı. Aviasiyada bilet qiymətlərinin azalması, hava limanlarının sayının artması və coğrafi səbəblərə görə qısa uzunluğu olan uçuş-enmə zolağına malik meydanların açılması bu gün bu təyyarə sinfinə tələbi artırmışdır. Əvvəllər bu sinif yalnız Douglas DC-9 və digərləri tərəfindən inhisara alınmışdı və bu gün Airbus, BƏƏ, Bombardier, Canadair, Embraer, Sukhoi və Comac kimi şirkətlərin təyyarə istehsalına başlaması ilə gedərək daha böyük bazar halına gəlmişdir. Bu təyyarələrin ən vacib xüsusiyyəti, müəyyən bir gövdə quruluşuna sahib olmamalarıdır. Bu sinifdə CRJ 900 Bombardier kimi mühərriyi arxasında yerləşən, dar gövdəli regional reaktiv təyyarə olduğu kimi, eləcə də qısa və mühərriyi qanadlarının altında yerləşən A-318 tipli təyyarələrdə mövcuddur. Bu təyyarələrdə sərnişin təsnifatı yoxdur. Belə təyyarələrdə gəzintinin şəhərlərarası avtobusdan heç bir fərqi yoxdur. Bu tip təyyarələrin məqsədi ən az yanacaq sərfiyyatı, hava limanında parklanma haqqını azaltmaq və mümkün qədər çox sərnişin oturacağına sahib olmaqdır. Normal sərnişin təyyarələrində mövcud olan Turbofan reaktiv mühərriyindən istifadə etdikləri üçün çox yaxşı bir güc-çəki balansına sahibdirlər.
Regional şura (İtaliya)
Regional şura (it. Consiglio regionale) — İtaliya Konstitusiyasının 121-ci maddəsində nəzərdə tutulan hər bir regionun nümayəndəsi olan qanunvericilik orqanı.1947-ci ildə təsis edilən Siciliya Regional Şurası, regional şura yerinə, Sicilya Regional Məclisi və ya Siciliya Parlamenti adı altında fəaliyyət göstərir və üzvləri deputatlar rütbəsinə sahibdir.. Şura regionun qanunvericilik orqanıdır, digər konstitusional əlaqəli qurumlar kimi, hüquqi şəxsiyyətə, muxtar qaydalara və qərargahına malikdir. == Ləğvi == İtaliya Konstitusiyasının 126-cı maddəsinə əsasən Regional Şura aşağıda sadalanan səbəblərə görə ləğv edilə bilər: Təbii mandatın sona çatması (5 il). İtaliya Konstitusiyasına qarşı qanun pozuntuları törədildikdə. Milli təhlükəsizlik səbəblərinə görə. Birbaşa vətəndaşlar tərəfindən seçildiyi təqdirdə Region Prezidenti vəzifəsindən imtina edərsə. Regional şura üzvlərinin əksəriyyəti istefa edərsə. Regional Məsələlər üzrə Deputatlar və Senatorlar Komitəsini dinlədikdən sonra İtaliya Prezidentinin əsaslandırılmış qərarı ilə. == Təşkilat == Regional Şura sədri — Regional Cunta sədri ilə qarışdırılmamalıdır.
Tituvenay regional parkı
Tituvenay regional parkı (lit. Tytuvėnų regioninis parkas) — Litvanın regional parkı. 1992-ci ildə yerli təpəlik, bataqlıq və göllü landşaftı, eləcə də Şiluva və Tituvenay rayonları ərazisində yerləşən tarixi abidələri qorumaq məqsədi ilə yaradılmışdır. Parkın administrasiyası və informasiya mərkəzi Tituvenay şəhərində, Mişko küçəsində yerləşir. == Ümumi məlumat == Tituvenay parkı Raseyin, Radviliş və Kelmes rayonlarının qovşağında, Litvanın şimal-qərbində Şyaulyay qəzasında, Jemaytiya tarixi regionunda yerləşir. Regional parkın sahəsi — 18 159 hektardır (181 km²). Ərazinin 45 % -ni meşələr,10 % — su-bataqlıq ərazilər, 2 % — göllər, 42 % — isə digər ərazilərdir. Gözə çarpacaq təpəliklər, göllü və bataqlıq ərazilər qədim buzlaşma dövrlərinin izləri hesab olunur. Dalğalı təpəli düzənlik ərazilər torf qatı ilə zəngindir. Tituvenay regional parkında göllər yetərincə çoxdur ( Bridvayşis, Qilius, Qauştvinis və s.).
Veneto Regional Şurası
Veneto Regional Şurası (it. Consiglio Regionale del Veneto) — İtaliya Respublikasının regionlarından biri olan Venetoda qanunvericilik hakimiyyətini həyata keçirən regional hakimiyyət orqanı. Birpalatalı orqan olub 51 deputatdan ibarətdir. Onlardan 29-u hökumət, 22-i isə, müxalifət tərəfdarıdır. Regional şuranın qərargahı Venesiya şəhərində yerləşən Ferro Fini sarayıdir.İlk seçkilər 1970-ci ildə, 1948-ci il İtaliya Konstitusiyası əsasən adi regionlar qurulduğu zaman keçirilmişdir. Son seçkilər 31 mart 2015 tarixində keçirilmişdir. Hal-hazırkı prezident Şimal Liqasının üzvü olan Roberto Kiyambettidur. == Funksiyası == Şura regionun qanun və qaydalarını təsdiqləyir. Regional şura həmçinin regional statusu və regional büdcəni təsdiqləmək və qanunları milli parlamentə təklif etməklə vəzifələndirilmişdir.
Ümumi regional məhsul
Ümumi regional məhsul (ÜRM) — dəyərin ölçülməsi göstəricisi, aralıq istehlak həcminin cəmi ümumi gəlirdən çıxarılması yolu ilə hesablanır. Milli səviyyədə ÜRM milli hesablar sisteminin əsas göstəricilərindən biri olan ümumi milli məhsula uyğun gəlir. == Hesablama metodları == İstehsalat mərhələsində ümumi regional məhsul regionun iqtisadi ərazisində (məhsullara vergilər çıxılmaqla) bütün yerleşik qurum vahidləri tərəfindən yaranan ümumi əlavə dəyərinin cəmidir. İstehsal prosesində istehsal və istehsal sahələri səviyyəsində hesablanmış mal və xidmətlərin və məhsulların istehsal xərcləri və istehsal prosesində tamamilə tükənən malların dəyəri ilə yaranan aralıq istehlak arasındakı fərq kimi. "Ümumi" termini göstərir ki, göstərilən göstərici əsas kapitalın istehlakını azaldan əvvəl müəyyənləşdirilir. Ümumi regional məhsul əsas bazar qiymətləri (nominal ümumi regional məhsul), eyni zamanda müqayisəli qiymətlərlə (real regional ümumi məhsul) hesablanır. == ÜDM və ÜRM == Ümumi regional məhsulun göstəricisi onun iqtisadi məzmununda ümumi daxili məhsulun göstəricisinə çox yaxındır. Bununla yanaşı, ümumi daxili məhsul (federal səviyyədə) və ümumi regional məhsul (regional səviyyədə) göstəriciləri arasında əhəmiyyətli fərq var. Rusiyada ümumi regional məhsulların məbləği ÜDM ilə bərabər deyil, çünki dövlət qurumları tərəfindən bütövlükdə cəmiyyətə təqdim edilən qeyri-bazar kollektiv xidmətlərinə (müdafiə, hökumət və s.) Əlavə dəyər daxil deyildir. 2004-cü ilin yekunlarına əsasən ümumi regional məhsul (ÜDM) məlumatları əsas qiymətlərlə nəşr olunur; Daha əvvəl yayımlanan məlumatlar bazar qiymətləri ilə həyata keçirilmişdir.
AMEA Lənkəran Regional Elmi Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi (LREM) - Azərbaycan Milli Elmlər Akademiyasının bölmələrindən və regional elmi mərkəzlərindən biri. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli “Azərbaycan MEA Lənkəran Regional Elmi Mərkəzinin təsis edilməsi haqqında” sərəncamına müvafiq olaraq yaradılmışdır. == Strukturu == == Əsas fəaliyyət istiqamətləri == Lənkəran-Astara bölgəsinin floristik tərkibinin, müxtəlifliyinin öyrənilməsi və qiymətləndirilməsi; Nadir bitkilərinin bioekoloji və fitosenotik xüsusiyyətlərinin öyrənilməsi; Lənkəran – Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, morfoloji bioloji təsərrüfat xüsusiyyətləri, onların məhv olmaq təhlükəsindən qorunması, bərpa edilməsi, müasir seleksiya baxımından qiymətləndirilməsi, yeni sortların seçilməsi və yaradılması; Azərbaycanın Cənub-Şərq regionunun arxeoloji və numizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, numizmatik fondun və muzeyin yaradılması, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsi, kataloqlaşdırılması və digər istiqamətlərdə elmi-tədqiqat işləri həyata keçirilməsi. == Əldə etdiyi əsas elmi nəticələr == Mərkəz tərəfindən çayın klon seleksiyası üzrə uzun illər aparılan tədqiqat işləri nəticəsində toplanılmış 50-dən çox forma – klonun bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəriciləri "Azərbaycan-2" çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib. Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə yaradılmış limon sort-formlarından yeni "Lənkəran Meyeri" – ağçiçək sortunun alınmasında, naringi sort-formlarının isə qiymətli ilkin material kimi yeni narıngi "Karlik tezyetişən" sortunun yaradılmasında istifadə edilib. Yeni sortlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib. Lənkəran-Astara bölgəsində yabanı floranın və mədəni bitki ehtiyatlarının biomüxtəlifliyinin qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparılıb və genefondun qorunması üçün təkliflər hazırlanıb. Cənub-Şərq regionunda tapılan eramızdan əvvəl I əsrdən başlayaraq eramızın XVIII əsrinin sonuna qədərki dövrə aid sikkələrin topoqrafik, tərkib özəllikləri və təyinatları verilərək, elmi dövriyyəyə daxil edilib, sikkə tapıntıları əsasında regionun siyasi və ictimai-iqtisadi durumu şərh olunub.
AMEA Naxçıvan Regional Elm Mərkəzi
Naxçıvan Regional Elm Mərkəzi — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Regional Elm Mərkəzi, H. M. Abdullayev adına – Naxçıvan Muxtar Respublikasının təbii xammal ehtiyatlarının kompleks şəkildə öyrənilməsi və səmərəli istifadə olunmasının elmi əsaslarının işlənib hazırlanması, muxtar respublikanın sosial-iqtisadi tarixinin, arxeoloji, epiqrafik, etnoqrafik və folklor abidələrinin araşdırılması və s. sahələrdə tədqiqat işlərini gecləndirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 1972-ci il 7 iyul tarixli qərarı əsasında təsis edilmişdir. == Tarixi == Mərkəzin yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Mərkəzin yaradılmasına SSRİ Elmlər Akademiyasının icazəsi alınana qədər o, respublika rəhbərliyinin dəstəyi ilə, əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-Üzvi və Fizika Kimya İnstitutunun strukturuna daxil edilmişdi. Mərkəzin tərkibinə 5 bölmə (fizika-riyaziyyat, kimya, biologiya, iqtisadiyyat və tarix) fəaliyyət göstərirdi. Mərkəz 3 bölməni (geobotanika, riyazi modelləşdirmə, elmi-texniki informasiya), 5 laboratoriyanı (bitki mənşəli maddələrin kimyası, mineral xammalın kimyası və texnologiyası, fiziki-kimyəvi tədqiqatlar, genetika və seleksiya, dekorativ bağçılıq) və metrologiya və standartlaşdırma qrupunu birləşdirdi. Burada 105 nəfər əməkdaş çalışırdı ki, onların 14-ü elmlər nazimədi idi (2001). == Fəaliyyəti == Kimyaçıların araşdırmaları muxtar respublikanın təbii xammal ehtiyatları əsasında qeyri-üzvi və bioloji-aktiv maddələrin və preparatların alınması üsullarının işlənib hazırlanmasına yönəldilmişdir. Darıdağ termal sularının kompleks öyrənilməsinin prinsipial texnoloji sisteminin təklif edilməsi, bu sulardan bor-ansen konsentratının, nəticədə isə, yüksək təmizliyə malik arsen 3-sulfidin sintezi, karbon qazı alınması ilə bağlı araşdırmalar (respublika dövlət mükafatına layiq görülmüşdür) mərkəzin uğurlarından sayılır. Mərkəzin mütəxəssisləri muxtar respublikanın istehsal sahələrinin yerli xammal əsasında işlənməsi üçün axtarışlar aparırdılar.
AMEA Şəki Regional Elmi Mərkəzi
AMEA Şəki Regional Elmi Mərkəzi — Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından biri. == Tarixi == 1972-ci ildə AEA-nın Fizika institutunun nəzdində Şəki Zona elmi bazası kimi yaradılmış, 1977-ci ildə Radiasiya bölməsinin tabeliyinə keçirilmiş, 1995-ci ildən müstəqil Şəki Regional Elmi Mərkəzinə çevrilmişdir. 1972-ci ildən ipəkçilik, fizika, kimya, geologiya, mədəni və yabanı bitkilərin genofondu laboratoriyaları, 1990-cı ildən sellərin öyrənilməsi və folklorşünaslıq və el sənətləri laboratoriyaları fəaliyyət göstərir. == Fəaliyyət istiqamətləri == yerli bitki və heyvanat aləminin öyrənilməsi: təbiət abidələrinin bərpası; torpaqların məhsuldarlığının yüksəldilməsi və onların eroziyadan qorunması; meşə bitkilərinin inkişaf etdirilməsi; sel axınları ilə mübarizə; zonanın becərilən və perspektivli bitkiləri üzrə genetika və seleksiya işləri üzrə stasionar tədqiqatların aparılması; biogeokimyəvi əyalətin tədqiqi; Böyük Qafqazın cənub yamacı zonasının yeraltı sərvətlərinin aşkar edilməsi ilə bağlı axtarış işlərinin aparılması, eləcə də sənayedə istifadə edilməsi və işlənməsi imkanlrı üçün yerli xammal ehtiyatlarının öyrənilməsi; tut ipəkqurdu baramasının kompleks fiziki metodlarla tədqiqi; heyvandarlıq və quşçuluqda şüalanmanın stimullaşdırılması; Balakən-Şəki bölgəsinin folklorunun və el sənətlərinin toplanması və tədqiqi. == Elmi nəticələr == İpək çıxımı 8–10% artıq olan xəstəliyə dözümlü tut ipəkqurdu xətləri yaradılmışdır. Biostimulyatorların tut ipəkqurdunun məhsuldarlığına təsiri öyrənilmişdir. Gön-dəri, yun məhsullarının yeni alınmış təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilmişdir. Sel, onu yaradan amillər, formalaşmasının qarşısının alınması məqsədilə təkliflər hazırlanmışdır. Yeni alma və armud sortları yaradılmışdır. Polimetal filiz yataqlarının axtarışında indikatorların rolu öyrənilmişdir.
Abay adına Şərqi Qazaxıstan Regional Universal Kitabxanası
Abay adına Şərqi Qazaxıstan Regional Universal Kitabxanası qaz. Шығыс Қазақстан облыстық Абай атындағы әмбебап кітапханасы — Semey şəhərində (Semipalatinsk) yerləşən Qazaxıstanın ən qədim kitabxanası. 1992-ci ilə qədər — N. V. Qoqol adına Semipalatinsk Regional Universal Elmi Kitabxanası. == Tarixi == Semipalatinsk kitabxanası 20 sentyabrda (3 oktyabr yeni üslubda) 1883-cü ildə regional statistika komitəsində açıldı. Şəhərin ilk mədəniyyət müəssisələrindən biri idi. Təsisçilər — rus köçkünləri E. P. Mixaelis, A. L. Leontiyev, M. S. Filippov. Kitabxananın yaradılması üçün pul Semipalatinsk tacirləri Pleçev və Xabarov, Pavlodar taciri - Derov, Krasnoyarsk taciri - Yudin tərəfindən bağışlandı. Kitabxananın təşkilində yerli tarixçilər Q. Kolmoqorov və İ. Zemlyanitsin də iştirak etdilər. Kitabxananın qurulduğu ildə 274 nüsxə kitab var idi, əsasən məmurlar və ailə üzvləri olan 130 oxucu kitabxanadan istifadə edirdi. Kitab fondu rus və xarici mütəfəkkirlərin, şairlərin və yazıçıların əsərlərindən ibarət idi.
Azərbaycan Regional Televiziyalarının İstehsalat Birliyi
ARB Media Qrup - 2011-ci ildə regional telekanallar olan Kəpəz TV, ARB Şimal, ARB Cənub, ARB Şəki, EL TV və ARB 24 tərəfindən yaradılıb. Birliyin məqsədi, regional televiziyaların efir, texniki və kadr imkanlarından birlikdə istifadə etməkdir. Bu, şirkətlərin resurslarının daha rasional bölüşdürülməsinə imkan verir, televiziya məhsullarının keyfiyyətini artırır, hər bir regional televiziya kanalına daha geniş yayım imkanları verir. Region TV-nin istehsal etdiyi məhsulları ölkənin 60 rayonu daxil olmaqla 5 milyon Azərbaycan vətəndaşı izləyir. İstehsalat birliyinə daxil olan televiziya kanallarının yayımı Respublikanın böyük bir ərazisini əhatə edir. 2013-cü ilin dekabr ayından 2014-cü ilin aprel ayına kimi Bakı şəhəri və Bakıətrafı qəsəbələrdə rəqəmsal yayımda hər gün bir kanal olmaqla izləmək mümkün idi. 2014-cü ildə Milli Televiziya və Radio Şurasının keçirdiyi tenderdən qalib çıxmış, Bakı şəhərində açılacaq telekanal üçün lisenziya almışdır. == Şirkətin tabeliyində olan telekanallar == 2011: - ARB Şimal (Xaçmaz) 2011: - ARB Cənub (Lənkəran) 2011: - Kanal-S (Şəki) 2011: - EL TV (Yevlax) 2011: - Kəpəz TV (Gəncə) 2014: - ARB (Bakı) 2015: - ARB Günəş (Quba) 2018: - ARB 24 (Bakı) == Şirkətin tabeliyində olan radio kanalları == 2013: - Kəpəz FM (Gəncə) == Fəaliyyətini dayandıran telekanallar == 2013-2019: - ARB Ulduz (Gəncə) == Xarici keçidlər == Teymur Həsənli. "Bölgə telekanalları sahiblərindən alınır" (az.). musavat.com.
Gəncə Dövlət Universiteti nəzdində Regional Kollec
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci (Əvvəlki adı: Gəncə Dövlət Regional Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır.11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı.
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci (Əvvəlki adı: Gəncə Dövlət Regional Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır.11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı.
Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi
MARİƏM (CARICC) – Narkotik vasitələrin, psixotrop maddələrin və onların hazırlanması üçün xammalın qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi (Central Asian Regional Information and Coordination Centre for Combating Illicit Trafficking of Narcotic Drugs, Psychotropic Substances and their Precursors)Əfqanıstandan yayılan narkotiklərin qarşısını almaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMT NCİ – UNODC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ilə birlikdə MARİƏM-in yaradılması üzrə layihəni həyata keçirir. Qazaxıstanın Almatı şəhərində yerləşən Mərkəzin məqsədləri narkotiklər sahəsində qeyri-qanuni əməllər üzrə məlumat mübadiləsinin təmin edilməsi və bu əməllərin qarşısını almağa yönələn birgə əməliyyatların təşkili və həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir. Mərkəz üzv ölkələrdə narkotiklərlə mübarizə aparan və bu sahədə əməliyyat-axtarış fəaliyyətinin subyekti olan yəni, polis, milli təhlükəsizlik, gömrük, sərhəd xidməti orqanları ilə əməkdaşlıq edir. Mərkəzin şəxsi heyəti yuxarıda qeyd olunan orqanların əməkdaşları sırasından açıq müsabiqə yolu ilə beynəlxalq komisiya tərəfindən müəyyən edilir. Bundan başqa hər bir üzv ölkə, habelə müşahidəçi statusuna malik olan digər ölkə və yaxud səlahiyyətli beynəlxalq təşkilat Mərkəzə səlahiyyətli nümayəndə (əlaqələndərici zabit) ezam etməklə əməliyyat məlumatının mübadiləsi və birgə əməliyyatların təşkilində güclü mexanizm qurmuş olurlar. Bu mexanizmi daha da gücləndirmək məqsədi ilə İnterpol, Avropol, Ümumdünya Gömrük Təşkilatı və sair təşkilatlarla sıx əlaqələr qurulmaqdadır. MARİƏM-in hüquqi bazasını "MARİƏM-in yaradılması haqqında Razılaşma" təşkil edir. Həmin Razılaşma üzv ölkələrin prezidentləri tərəfindən imzalandıqdan və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın ali qanunvericilik orqanları tərəfindən ratifikasiya edildikdən sonra 22 mart 2009-cu il tarixdə qüvvəyə minmişdir.. Rusiya həmin razılaşmanı 9 mart 2011-ci il tarixində ratifikasiya etmişdir. MARİƏM-in xüsusiyyətləri ondan ibarətdir ki, o, heç bir siyasi, hərbi, iqtisadi və yaxud hər hansi qurumdan asılı deyil, bütün əlaqədar orqanlarla (polis, milli təhlükəsizlik orqanları, gömrük, sərhəd xidməti) əməkdaşliq edir və onlara xidmət göstərir, narkotik vasitələrlə mübarizə sahəsində marağı olan hər bir ölkə MARİƏM-ə üzv ola bilər.
Naxçıvan Regional Elm Mərkəzi
Naxçıvan Regional Elm Mərkəzi — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Regional Elm Mərkəzi, H. M. Abdullayev adına – Naxçıvan Muxtar Respublikasının təbii xammal ehtiyatlarının kompleks şəkildə öyrənilməsi və səmərəli istifadə olunmasının elmi əsaslarının işlənib hazırlanması, muxtar respublikanın sosial-iqtisadi tarixinin, arxeoloji, epiqrafik, etnoqrafik və folklor abidələrinin araşdırılması və s. sahələrdə tədqiqat işlərini gecləndirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 1972-ci il 7 iyul tarixli qərarı əsasında təsis edilmişdir. == Tarixi == Mərkəzin yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Mərkəzin yaradılmasına SSRİ Elmlər Akademiyasının icazəsi alınana qədər o, respublika rəhbərliyinin dəstəyi ilə, əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-Üzvi və Fizika Kimya İnstitutunun strukturuna daxil edilmişdi. Mərkəzin tərkibinə 5 bölmə (fizika-riyaziyyat, kimya, biologiya, iqtisadiyyat və tarix) fəaliyyət göstərirdi. Mərkəz 3 bölməni (geobotanika, riyazi modelləşdirmə, elmi-texniki informasiya), 5 laboratoriyanı (bitki mənşəli maddələrin kimyası, mineral xammalın kimyası və texnologiyası, fiziki-kimyəvi tədqiqatlar, genetika və seleksiya, dekorativ bağçılıq) və metrologiya və standartlaşdırma qrupunu birləşdirdi. Burada 105 nəfər əməkdaş çalışırdı ki, onların 14-ü elmlər nazimədi idi (2001). == Fəaliyyəti == Kimyaçıların araşdırmaları muxtar respublikanın təbii xammal ehtiyatları əsasında qeyri-üzvi və bioloji-aktiv maddələrin və preparatların alınması üsullarının işlənib hazırlanmasına yönəldilmişdir. Darıdağ termal sularının kompleks öyrənilməsinin prinsipial texnoloji sisteminin təklif edilməsi, bu sulardan bor-ansen konsentratının, nəticədə isə, yüksək təmizliyə malik arsen 3-sulfidin sintezi, karbon qazı alınması ilə bağlı araşdırmalar (respublika dövlət mükafatına layiq görülmüşdür) mərkəzin uğurlarından sayılır. Mərkəzin mütəxəssisləri muxtar respublikanın istehsal sahələrinin yerli xammal əsasında işlənməsi üçün axtarışlar aparırdılar.
Olimpiko Regional Arnaldo Busatto stadionu
Olimpiko Regional Arnaldo Busatto stadionu — Digər adı olan Ninyo das Kobras (mənası İlan yuvası) tanınan, Braziliyanın Parana ştatının Kaskavel şəhərində yerləşən stadiondur. Stadion hal-hazırda futbol oyunlarının keçirilməsi üçün istifadə olunur. Kaskavel FK, Kaskavel İdman Klubu və Kaskavel Rekreativo FK öz ev oyunlarını bu stadionda keçirir. Stadionun tamaşaçı tutumu 28125 nəfərə bərabərdir və 1982-ci ildə inşa edilmişdir.Stadionun sahibi Kaskavel Siti Holl şirkətidir. Stadion alderman (Portuqal dilində vereador), dövlət müavini və federal müavin olan Arnaldo Busattonun adını daşıyır. == Tarixi == 1982-ci ildə stadionundakı işlər başa çatdırılmışdır. Stadionda ilk oyun həmin ilin 10 noyabr tarixində baş tutmuşdur. Həmin oyunda San-Paulu klubu Kaskaveli 1-0 hesabı ilə məğlub etmişdir. Stadionda ilk qolu isə San-Pauludan Paulo Sesar vurmuşdur. Stadionda tamaşaçı rekordu 35000 nəfərə bərabərdir ki, bu rekord da ilk oyunda qeydə alınmışdır.
Qalisiya regionalizmi
Qalisiya regionalizmi — Qalisiyada siyasi cərəyan. Bu cərəyan Qalisiyanizmin təkamül prosesinin aralıq mərhələsində baş vermişdir. Qalisiya vilayətçiliyi ilə Qalisiya milliyətçiliyi arasındadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 319.65 dəfə / 1 mln.
2002 •••••••••••• 263.81
2003 ••••••••••••••• 322.03
2004 •••••••••••••••••••• 443.67
2005 ••••••••••••••• 337.39
2006 ••••••••••••••••• 388.76
2007 •••••••••••••••••••• 459.85
2008 •••••••••••••••••• 408.31
2009 ••••••••••••••• 328.45
2010 •••••••••••• 262.33
2011 •••••••••••••• 310.22
2012 •••••••••••••• 300.31
2013 •••••••• 182.78
2014 •••••••••• 221.03
2015 •••••••••••• 268.28
2016 ••••••••••••• 286.69
2017 ••••••••••••••• 330.86
2018 ••••••••••••••••• 379.06
2019 ••••••••••••••••• 389.73
2020 •••••••••••••••• 349.95

regional sözünün rus dilinə tərcüməsi

  • 1 прил. региональный: 1. относящийся к определенному региону, району, области, стране, группе стран. Regional analiz региональный анализ, regional iqtisadiyyat региональная экономика 2. построенный по территориальным признакам. Regional saziş региональное соглашение

    Azərbaycanca-rusca lüğət / regional

regional sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#regional nədir? #regional sözünün mənası #regional nə deməkdir? #regional sözünün izahı #regional sözünün yazılışı #regional necə yazılır? #regional sözünün düzgün yazılışı #regional leksik mənası #regional sözünün sinonimi #regional sözünün yaxın mənalı sözlər #regional sözünün əks mənası #regional sözünün etimologiyası #regional sözünün orfoqrafiyası #regional rusca #regional inglisça #regional fransızca #regional sözünün istifadəsi #sözlük