regionu sözü azərbaycan dilində

regionu

Yazılış

  • regionu • 95.8383%
  • Regionu • 3.6580%
  • REGİONU • 0.5037%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aqlomerasiya regionu
Aqlomerasiya regionu böyük əhalisi olan şəhərlərin iqtisadi, sosial və siyasi cəhətdən təsirli olduğu ərazilərdir. Aqlomerasiya regionu ümumiyyətlə bir paytaxt ərazisindən və digər şəhərlərdən, şəhərətrafı zonalardan və ətrafındakı yerlərdən ibarətdir. Aqlomerasiya regionlarının ümumi bir tərifi və ya sərhədləri yoxdur, ancaq ölkədən ölkəyə dəyişir. Sosial, iqtisadi və siyasi qurumlar dəyişdikcə, aqlomerasiya regionları mühüm iqtisadi və siyasi regionlara çevrilmişdir.
Darfur regionu
Darfur (ərəb. دار فور‎; «fur xalqının torpağı») — Sudanın qərbində region, hakimiyyət qoşunları, ərəblərdən ibarət hökumət yönümlü qeyri-formal «Cancavid» dəstələri və qiyamçı yerli neqroid dəstələri arasında qanlı toqquşmalara çevrilmiş Darfur münaqişəsi rayonu. Regionda referendum keçirilməlidir. Əhali Darfurun bir neçə ştatdan ibarət olması və ya vahid muxtar region olmaqla öz konstitusiyasına və hökumətinə malik olması variantlarından birini seçməlidir. == İnzibati bölgüsü == Vilayət 5 ştata bölünür: Qərbi Darfur, Cənubi Darfur, Şimali Darfur, Şərqi Darfur və Mərkəzi Darfur. Regiona Müvəqqəti Hökumət rəhbərlik edir. == Mənbə == Darfur sultanlığının monetləri Arxivləşdirilib 2011-02-03 at the Wayback Machine == Ədəbiyyat == Arkell, A. J., "A History of Darfur. Part II: The Tunjur etc", Sudan Notes and Records, 32, 2 (1951), 207–238. Daly, M.W., Darfur's Sorrow: A History of Destruction and Genocide, Cambridge 2010. Elliesie, Hatem, "Sudan under the Constraints of (International) Human Rights Law and Humanitarian Law: The Case of Darfur", in Hatem Elliesie (ed.), Islam and Human Rights / al-islam wa-huquq al-insan, Frankfurt, Berlin, Bern, Bruxelles, New York, Oxford, Vienna 2010, pp.
Egey regionu
İzmir ili
Hollandiya regionu
Hollandiya — Niderlandın qərb sahilində yerləşən region və keçmiş vilayət. "Hollandiya" termini ilə çox vaxt bütün Niderland ölkəsi adlandırılır.
Kansai regionu
Kansay regionu (関西地方, Kansai-chihō) və ya Kinki regionu (近畿地方, Kinki-chihō) — Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto. == Adı == Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir.Kinki sözü kin (近, yaxınlıq) və ki (畿, İmperiya paytaxtı) sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi. == Coğrafiya == Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir. === Parklar === İse-Şima Milli Parkı Yoşino-Kumano Milli Parkı === Dağlar === Çuqoku dağların şərqi hissəsi === Göllər === Biva gölü === Çaylar === Kuzuryu çayı Kita çayı Yura çayı Yodo çayı Yasu çayı Katsura çayı Kamo çayı Kizu çayı Doton çayı Yamato çayı Maruyama çayı Kako çayı İbo çayı Kinokava çayı Yamato çayı Kumano çayı Muko çayı == Əhali == Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir. == Tarix == Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub. O, ipək yolunun kənarında yerləşirdi.
Kansay regionu
Kansay regionu (関西地方, Kansai-chihō) və ya Kinki regionu (近畿地方, Kinki-chihō) — Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto. == Adı == Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir.Kinki sözü kin (近, yaxınlıq) və ki (畿, İmperiya paytaxtı) sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi. == Coğrafiya == Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir. === Parklar === İse-Şima Milli Parkı Yoşino-Kumano Milli Parkı === Dağlar === Çuqoku dağların şərqi hissəsi === Göllər === Biva gölü === Çaylar === Kuzuryu çayı Kita çayı Yura çayı Yodo çayı Yasu çayı Katsura çayı Kamo çayı Kizu çayı Doton çayı Yamato çayı Maruyama çayı Kako çayı İbo çayı Kinokava çayı Yamato çayı Kumano çayı Muko çayı == Əhali == Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir. == Tarix == Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub. O, ipək yolunun kənarında yerləşirdi.
Kanto regionu
Kanto regionu (関東地方, Kantō-çihō, sərhəddən şərqdə) — Yaponiyanın Honşu adasında region, Yaponiyanın ən urbanlaşmış hissəsi. Burada ölkənin paytaxtı olan Tokio şəhəri, İmperatorun iqamətgahı və Yaponiya hökuməti yerləşir. Kanto regionu yeddi prefekturadan ibarətdir: İbaraki, Toçiqi, Qunma, Saytama, Çiba, Tokio, Kanaqava. == Adı == Kanto sözü yapon dilində sərhəddən şərqdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansai regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kansai sözü yaponca sərhəddən qərbdə deməkdir. == Coğrafiya == Region ərazisinin təxminən 40% eyni adlı Kanto düzündən ibarətdir. Bu düzünün şimal-şərqindən cənub-qərbə Naka, Tone və Saqami çaylar sistemləri axırlar. Qərbdə Çubu regionu ilə təbii sərhədini Kanto dağları yaradırlar, şimalda Tohoku regionu ilə həmsərhəddir şimal-şərqdə isə Sakit okeanı ilə sulanır. == Əhali == Kanto regionu və özəlliklə onun Kanto düzüsü Yaponiyanın ən çox əhalili yeridir.
Kyuşu regionu
Kyuşu (九州, doqquz vilayət) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ən cənub-qərbində yerləşən region. O, səkkiz prefekturadan ibarətdir: Fukuoka, Saqa, Kumamoto, Naqasaki, Oita, Kaqoşima, Miyazaki və Okinava. == Adı == Kyuşu (九州, doqquz vilayət) regionun adı keçmişdə onun əsas adanı bölən doqquz tarixi vilayət ilə bağlıdır. == Coğrafiya == Region ərazisi əsas Kyuşu adasından və onun ətrafında yerləşən 1400 adasından ibarətdir. Kyuşunu şərqdə Kanmon boğazı Çuqoku regionu ilə, Hoyo boğazı və Bunqo kanalı isə əsas hissəsi Şikoku adasında yerləşən eyniadlı region ilə ayırır; regionun şimal-qərbində Koreya boğazı Yaponiyanın Koreya Respublikası ilə təbii sərhədi yaradır; qərbdə o, Şərqi Çin dənizi ilə, cənub-şərqdə isə Sakit okean ilə sulanır. === Dağlar === Hiko dağı Homan dağı Sarakura dağı Sefuri dağı Aso dağı Unzen dağı Kucu dağı Omure dağı Sobo dağı Tsurumi dağı Yufu dağı İo dağı Kaimondake vulkanı Karakuni dağı Kirişima dağı Otake Şinmoedake Şiroyama dağı Byobu dağı Çitose dağı Qusuku dağı İşikava dağı Yae dağı Narahara dağı Omoto dağı Onna dağı Şinten dağı Yonaha dağı === Çaylar === Onqa çayı Yamakuni çayı Çikuqo çayı Yabe çayı Matsuura çayı Rokkaku çayı Kase çayı Honmyo çayı Kikuçi çayı Şira çayı Midori çayı Kuma çayı Oita çayı Oono çayı Banco çayı Qokase çayı Omaru çayı Oyodo çayı Sendai çayı Kimotsuki çayı == Tarix == Ryukyu adalarında yerləşən Okinava prefekturasının ərazisində keçmişdə Ryukyu Krallığı adlı müstəqil dövlət mövcud idi.1945-ci ilin avqustun 9-da, regionun vacib Çin və Avropa təsirlərin mədəni mərkəzi olan Naqasaki şəhərində dünya tarixində ikinci dəfə atom bombalaması baş vermişdi. İkinci dünya müharibəsinin sonundan, 1972-ci ilə qədər Okinava ABŞ hərb güclərinin kontrolun altında idi.
Mərmərə regionu
Mərmərə regionu — Türkiyənin 7 coğrafi regionundan biridir. Avropa və Asiyanı bir-birinə bağlayan körpü rolu oynayır. Təxminən 67.000 kvadrat kilometrlik bir sahəyə malik olub Türkiyənin 8.5%-ni əhatə edir. Mərmərə Dənizi, təxminən 11.000 km²-lıq ərazisilə bu bölgənin daxilində yerləşir və bölgənin tam ortasını tutur. Mərmərə Bölgəsinin ümumi əhalisi TÜİK 2009-cu ilin əhali siyahıyaalınmasına görə 23 milyondan çoxdur. Mərmərə Bölgəsində sənaye, ticarət, turizm və kənd təsərrüfatı inkişaf etmişdir. Regionda ən inkişaf etmiş sənayesi, İstanbul-Bursa-Kocaəli illərində yerləşən sənaye fabrikalarının olmasıdır. Əsas sənaye məhsulları kimi; Avtomobil parçaları, müxtəlif metal məhsullar, qida məhsulları, toxuculuq, hazır geyim, sement, kimya, kağız, neft-kimya məhsulları sayıla bilər. Şumlanmış sahələrin təxminən yarısı buğda və çuğundurdur. Bölgə, Türkiyənin günəbaxan istehsalının təxminən 73%-ni, qarğıdalı istehsalının isə təxminən 30%-ni həyata keçirir.
Pəncab regionu
Pəncab (sanskrit dilində Pançanda, pənc. ਪੰਜਾਬ ਖੇਤਰ) — Hindistan və Pakistanın şimal ərazilərini əhatə edən tarixi və coğrafi region. Adının mənası "beş çay" (pənc(beş)+ ab(çay) deməkdir.
Rur regionu
Rur regionu — Almaniyanın Şimali Reyn-Vestfaliya regionunda yerləşən, 5.3 milyon əhalisi və 4.435 km² ərazisi olan regionudur. Almaniyanın ən böyük metropoliya tipli yaşayış məntəqəsidir. Duisburg, Mülheim an der Ruhr, Essen, Gelsenkirchen, Bochum, Oberhausen, Bottrop və Dortmund bu regionun əsas mərkəzi şəhərləridir. Rur regionu xalq arasında Pott və ya Kohlenpott kimi də tanınır. Son vaxtlara qədər əsas gəlir mənbəyi kömür və polad istehsalından ibarət olan region bu gün Almaniyanın İnformasiya texnologiyaları (İT), logistika və alternativ enerji mərkəzidir.
Saar regionu
Saar bölgəsi, Birinci Dünya Müharibəsində Almaniya İmperiyasının məğlubiyyətindən sonra imzalanan Versal sülh müqaviləsi (Versailles) ilə qurulmuş yarı müstəqil inzibati bir bölgədir. Bir müddət Fransanın hakimiyyəti altında mövcud olmuş və 1935-ci ildən Almaniyanın və ya rəsmi adı ilə yeni qurulmuş Nasist Almaniyasının idarəsi altında kiçik bir region olaraq idarə edilmişdir. 1945-ci ildə başa çatmış İkinci dünya müharibəsində müttəfiq dövlətlərin qələbəsindən sonra İşğal Almaniyasının hakimiyyəti (hüquqi və beynəlxalq idarəetmə forması) altında bir protektorat (Saar Protektoratı) olaraq müstəqilliyinə qovuşmuşdu, ancaq 1957-ci ildə yenidən Qərbi Almaniyanın hakimiyyəti altına düşmüşdü. Bu gün yenə də Almaniya Federativ Respublikasının və ya geniş yayılmış adı ilə Almaniyanın ən kiçik regionu olaraq Saarland adı altında mövcudluğunu davam etdirir.
Aralıq dənizi regionu
Aralıq dənizi regionu (türk. Akdeniz Bölgesi) – Türkiyənin yeddi coğrafi regionundan biri. Anadolunun cənubunda Aralıq Dənizi sahili boyu uzanır. Eni 120–180 km arasında dəyişir. Qərb və şimal qərbində Egey Dənizi Bölgəsi, şimalında Daxili Anadolu Bölgəsi, şərqində Cənub-şərqi Anadolu Bölgəsi, cənubunda isə Aralıq Dənizi yerləşir. Cənub-şərqdən Suriya ilə qonşudur. Türkiyənin başqa bölgələrində olduğu kimi Aralıq Dənizi Bölgəsində də region sərhədləri ilə idarəetmə orqanları olan rayonların sərhədləri tamam olaraq üst-üstə düşmür. == Ümumi məlumat == === Ənlər === Karstik Ərazinin ən yaygın olduğu bölgə. Gölün ən çox olduğu bölgə. Bananın yetişdirildiyi tək bölgə.
Cənub regionu (Braziliya)
Cənub regionu (port. Região Sul do Brasil) — Braziliya Coğrafiya və Statistika İnstitutu tərəfindən təqdim olunmuş bölgüyə əsasən Braziliya üçün müəyyənləşdirilmiş 5 regiondan biri. Ərazisi 577,214 km², əhalisi 25,800,000 nəfərdir.
La Plata regionu
La-Plata hövzəsi ölkələri — Argentina, Paraqvay və Uruqvay Cənubi Amerikanın cənub-şərqində, La-Plata çayı hövzəsində yerləşir. Tərkibinə 3 respublika, həm də asılı ərazi — Böyük Britaniya ilə Argentina arasında münaqişəli Folklend adaları daxildir. La-Plata hövzəsi LA-nın yeganə regionudur ki, əsasən subtropik və mülayim iqlim qurşağında yerləşir. Cənub yarımkürəsində ən iri məhsuldar qaratorpaqlar olan Pampa La-Plata hövzəsində yerləşir. Bu ölkələr zəngin və müxtəlif faydalı qazıntı resurslarına malikdir. Regionun əhalisinin böyük hissəsi Avropadan gələnlərin nəsilləridir. Ərazisinin böyüklüyünə görə Cənubi Amerikada ikinci yeri tutan Argentina adambaşına düşən gəlirə görə LA ölkələri arasında ilk sıralardadır. Son illərdə emaledici sənayenin (metallurgiya, maşınqayırma, kimya) sürətli inkişafı Argentinanı İEÖ-lərə yaxınlaşdırmışdır. Ölkənin əsas istehsal gücü La-Plata hövzəsinin Pampasında təmərküzləşmişdir. Uruqvayda kənd təsərrüfatının heyvandarlıq sahəsi yüksək inkişaf etmişdir.
Mərkəzi Anadolu regionu
Mərkəzi Anadolu regionu — Türkiyədə coğrafi region.
Qara dəniz regionu
== İlləri ==
Tohoku regionu
Tohoku regionu (東北地方, Tōhoku-chihō, şimal-şərq) — Yaponiyanın Honşu adasının şimal-şərqində yerləşən region. O, altı prefekturadan ibarətdir: Aomori, İvate, Miyaqi, Akita, Yamaqata və Fukuşima. == Adı == Tohoku regionun adı iki sözdən ibarətdir: tō (東) şərq deməkdir, hoku (北) isə şimal. Ona həmçinin Ou (奥羽, Ōu) deyirlər. Bu ad həmin regionda yerləşən Ou dağları ilə bağlıdır. == Coğrafiya == Tohoku regionu Honşu adasının şimal-şərqində yerləşir və Yaponiyanın ərazinin təxminən 18 %-i tərkib edir. Şimaldan onu Hokkaydo adası ilə Sanqar boğazı ayırır, şərqdən Sakit okean, qərbdən isə Yapon dənizi sulayır. Cənubda Kanto, cənub-qərbdə isə Çubu regionu ilə həmsərhəddir. === Dağlar === Ou dağları Banday dağı Devanın üç dağı Hakkoda dağları Hayaçine dağları İvaki dağı Osore dağı === Göllər === Tadzava gölü Tovada gölü === Çaylar === Kitakami çayı Oirase çayı === Parklar === Banday-Asahi Milli Parkı Miss Veedol Plyajı Rikuçu Kayqan Milli Parkı Tovada-Haçimantay Milli Parkı == Əhali == Əhali sıxlığı Yaponiyanın orta göstəricilərdən aşağıdır. Tohokunun ən böyük şəhəri Sendaydır.
Çubu regionu
Çubu regionu (中部地方, Chūbu-çihō, mərkəzi region) — Yaponiyanın Honşu adasının mərkəzində yerləşən region. Çubu regionu doqquz prefekturadan ibarətdir: Niiqata, Toyama, İşikava, Fukui, Yamanaşi, Naqano, Gifu, Şizuoka, Aiçi. Bəzən onun tərkibinə Mie prefekturasını da daxil edirlər. Bundan əlavə, Çubu bəzən Tokai, Koşinetsu və Hokuriku regionlara bölünür. Lakin, bu regionları heç bir rəsmi statusu yoxdur. == Coğrafiya == Çubu regionu şimal-qərbdə Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sərhəddir; şərqdə o, Kanto regionu, qərbdə isə Kansai regionu ilə həmsərhəddir. Regionun mərkəzi dağlar ilə doludur. O cümlədə, Yaponiyanın ən böyük dağı olan Fuci də bu regionun Şizuoka və Yamanaşi prefekturaların arasında yerləşir. === Regionlar === ==== Tokai ==== Tokai regionu (東海地方, Tōkai-chihō) Tokio və Naqoya şəhərlərin arasında olan dəmir yolunun ətrafında yerləşir. O, Şizuoka, Aiçi, Gifu və Mie prefekturalardan ibarətdir.
Çuqoku regionu
Çuqoku regionu (中国地方, Chūgoku-chihō) və ya Sanin sanyo regionu (山陰山陽地方, San'in san'yō-chihō) — Yaponiyanın Honşu adasının ən qərbi hissəsində yerləşən region. O, beş prefekturadan ibarətdir: Okayama, Şimane, Tottori, Hiroşima və Yamaquçi. == Adı == Çuqoku (中国, Chūgoku) sözü kancidə Çin sözü ilə eyni cür yazılır. Çincə bu Orta Krallığ deməkdir. Beləliklə, Çinlilər öz ölkəsini cənnət və cəhənnəm arasında olan bir krallığ kimi izah edirlər. Çuqoku regionu isə bu adını keçmiş paytaxt olan Kioto şəhərinə nisbən uzaq və ya yaxın olmadığına görə alıb. == Coğrafiya == Çuqoku regionu şimalda Yapon dənizi ilə sulanır; cənubda onu Şikoku adasında yerləşən eyniadlı region ilə Daxili Yapon dənizi, qərbdə isə Kyuşu adasında yerləşən eyniadlı region ilə Kanmon boğazı ayırır; şərdə o, Kansai regionu ilə həmsərhəddir. Çuqoku dağları regionu iki hissəyə ayırır: Yapon dənizinin sahiləndə uzanan şimal San-in ərazisi və Daxili Yapon dənizinin sahilində uzanan cənub San-yo ərazisi. San-in "dağın kölgəli tərəfi", San-yo isə "dağın günəşli tərəfi" deməkdir. == Əhali == San-in ərazisində əhali sayı San-yo ərazisindən azdır.
Şikoku regionu
Şikoku (四国, dörd vilayət) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ərazisinə və əhalisinə görə ən kiçik regionu. O, dörd prefekturadan ibarətdir: Tokuşima, Kaqava, Ehime və Koçi == Adı == Şikoku (四国, dörd vilayət) regionun adı onun ibarət olduğu dörd perefekturası ilə bağlıdır. Eyni zamanda, bu Ölüm yeri kimi də oxuna bilər. Bu oxunuşun isə regionda olan ibadətçilik adəti ilə bağlantısı var. == Coğrafiya == Şikoku regionu Yaponiyanın əsas dörd adasından ən balacası olan Şikoku adasından və onun ətrafında olan küçük adacıqlardan ibarətdir. Onun Yaponiyanın başqa heç regionu ilə torpaq sərhədi yoxdur: şimal-şərqdə onu Kansai regionu ilə Naruto boğazı, şimalda Çuqoku regionu ilə Daxili Yapon dənizi, qərbdə isə əsas hissəsi Kyuşu adasında yerləşən eyniadlı region ilə Hoyo boğazı ilə Bunqo kanalı ayırır. 1988-ci ildən öncə Şikokunu Honşu ilə birləşdirən bir körpü yox idi. Beləliklə, bundan əvvəl region təcridedilmiş idi və ona ancaq gəmi vasitəsilə çatmaq olar idi. === Dağlar === İşizuçi dağı Sanuki dağları === Çaylar === Yoşino river Naka çayı Doki çayı Şigenobu çayı Hici çayı Monobe çayı Niyodo çayı Şimanto çayı === Parklar === Setonaikai Milli Parkı Aşizuri-Uvaki Milli Parkı Otaki-Okava Prefekturalı Təbii Parkı == Əhali == Regionun cənub hissəsi dağlı olduğuna görə, əhalinin çoxu onun şimal hissəsində yaşayır. == İqtisadiyyat == Şikoku regionun iqtisadiyyatın əsas bölmələri balıqçılıq və kənd təsərrüfatıdır.
Çikaqo aqlomerasiya regionu
Çikaqo aqlomerasiya regionu (İngilis dilində: Chicago metropolitan area) və ya Chicagoland, ABŞ-nin Çikaqo şəhərini və ətrafını əhatə edən aqlomerasiya regionudur. Təxminən 9,4 milyon əhalisi ilə ABŞ-nin üçüncü böyük aqlomerasiya regionudur. Çikaqo aqlomerasiya regionu dörd milyondan çox işçisi və illik 561 milyard dollarlıq ümumi regional istehsalı (GRP) ilə dünyanın ən böyük və ən müxtəlif iqtisadiyyatlarından biridir. Regionda 400-dən çox böyük korporativ mərkəz vardır.
Çikaqo metropol regionu
Çikaqo aqlomerasiya regionu (İngilis dilində: Chicago metropolitan area) və ya Chicagoland, ABŞ-nin Çikaqo şəhərini və ətrafını əhatə edən aqlomerasiya regionudur. Təxminən 9,4 milyon əhalisi ilə ABŞ-nin üçüncü böyük aqlomerasiya regionudur. Çikaqo aqlomerasiya regionu dörd milyondan çox işçisi və illik 561 milyard dollarlıq ümumi regional istehsalı (GRP) ilə dünyanın ən böyük və ən müxtəlif iqtisadiyyatlarından biridir. Regionda 400-dən çox böyük korporativ mərkəz vardır.
Şimal regionu (Braziliya)
Şimal regionu (port. Região Nordeste do Brasil) — Braziliya Coğrafiya və Statistika İnstitutu tərəfindən təqdim olunmuş bölgüyə əsasən Braziliya üçün müəyyənləşdirilmiş 5 regiondan biri. Ərazisi 3,869,637.9 km², əhalisi 15,801,472 nəfərdir.
Şərqi Anadolu regionu
Şərqi Anadolu regionu — Türkiyənin yeddi coğrafi regionundan biridir. 1941-ci ildə Anadolu torpaqlarının şərqində yerləşdiyi üçün Birinci Coğrafiya Konqresi tərəfindən belə adlandırılmışdır. Ölkənin ən aşağı sıxlıq və əhalisinin olduğu regiondur. Bunun əsas təsirlərindən biri də, regionun sahəcə böyük olmasıdır. Şərqi Anadolu regionunun səthi sahəsi 164.000 km²-dir. Sahəsinə görə Türkiyə torpaqlarının 21%-ni əhatə edir. 2012-ci il əhali siyahıyaalınmasına əsasən, region əhalisi 5,906,680 nəfər olmuşdur. Əhalisinə görə ən böyük il Van, sahəsinə görə isə Ərzurumdur. Əsas dolanışıq mənbələri heyvandarlıq və əkinçilikdir. == Coğrafiyası == Şərq Anadolu regionundan Araz və Kür çayları keçərək Xəzər dənizinə tökülür.
Cənub-şərq regionu (Braziliya)
Cənub-şərq regionu (port. Região Sudeste do Brasil) — Braziliya Coğrafiya və Statistika İnstitutu tərəfindən təqdim olunmuş bölgüyə əsasən Braziliya üçün müəyyənləşdirilmiş 5 regiondan biri. Ərazisi 927,286 km², əhalisi 80,303,750 nəfərdir.
Cənub-şərqi Anadolu regionu
Adıyaman ili
Cənubi Qafqaz regionunda etno-siyasi münaqişələrdə növbəti тəxribat (Kitab)
Cənubi Qafqaz regionunda etno-siyasi münaqişələrdə növbəti тəxribat – kitab Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun Münaqişələrin tədqiqi və nizamlanması üzrə Mərkəzinin baş elmi əməkdaşı, tarix elmləri doktoru V.A.Şnirelmanın "YADDAŞ MÜHARİBƏLƏRİ. CƏNUBİ QAFQAZDA MİFLƏR, İDENTİKLİK VƏ SİYASƏT" kitabına cavab olaraq yazılmışdır. Müəllif: Zümrüd Quluzadə. Elmi redaktor: Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor N.M.Vəlixanlı. Rəyçi: fəlsəfə elmləri namizədi, dosent Q.Abbasova. == Kitabın vacibliyi == Təqdim olunan əsər mütəxəssislərin: Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Mahmud Kərimov; AMEA-nın vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor N.Vəlixanlı; AMEA-nın Humanitar və ictimai elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor A.Axundov; AMEA "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin direktoru, filologiya elmləri namizədi Ş.Alışanov; AMEA-nın həqiqi üzvü, fəlsəfə elmləri doktoru, professor Ə.Daşdəmirov; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun antik arxeologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İ.Babayev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Etnoqrafiya şöbəsinin müdiri, tarix elmləri namizədi E.Kərimov; AMEA Tarix İnstitutunun əməkdaşları – Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru İ.Bağırova; Sovet dövrü Azərbaycan tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor A.Məmmədov; Tarix elmləri doktoru, professor T.Musayeva; AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları – institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İ.Məmmədzadə, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru, professor B.Zahidov, Şöbə müdirləri, fəlsəfə elmləri doktorları, professorlar Əli Abbasov və Əbülhəsən Abbasov; Fəlsəfə elmləri doktoru R.Mirzəzadə və fəlsəfə elmləri namizədi S.Əliyevanın iştirakı ilə 10 fevral 2009-cu il tarixdə keçirilmiş iclasda müzakirə edilmiş və nəşrə tövsiyə olunmuşdur.
Müsəlman Mindanao muxtar regionu
Müsəlman Mindanao Muxtar Bölgəsi (taqal Nagsasariling Rehiyon sa Muslim na Mindanao, ing. Autonomous Region in Muslim Mindanao, ARMM) — Filippin axipelaqının Mindanao adalarında yerləşən müsəlman əhalisindən ibarət olan ərazi muxtariyyəti. Filippin ərazisində yerləşən yeganə ərazidir ki, öz hakimiyyət orqanlarına malikdir. Cotabato şəhəri bölgənin daxilində yerləşməsədə muxtariyyətin paytaxtıdır.Bölgə ümumilikdə 12 695,0 km² ərazini əhatə edir. Əsası 1 avqust 1989-cu ildə qoyulub. 6 oktyabr 1990-cı ildə Cotabato şəhəridə keçirilən tədbirlə rəsmən tanındı və bu şəhər müvəqqəti paytaxtı elan olnundu. Qeyd etmək lazımdır ki, bu Moro Milli Qurtuluş Cəbhəsinin uğurlu mübarizəsinin nəticəsi idi. == Coğrafiyası == Bölgə iki coğrafi sahəyə ayrılır. Mindanao adası və Sulu arxipelaqı.Mindanao adasındakı ərazi də iki coğrafi rayonlarını özündə birləşdirir:Lanao-del-Sur və Maqindanao. Bundan başqa Basilan, Sulu, Tavi-Tavi adalar və bir sıra kiçik adaları var.
Mərkəzi-qərb regionu (Braziliya)
Mərkəzi-qərb regionu (port. Região Centro-Oeste do Brasil) — Braziliya Coğrafiya və Statistika İnstitutu tərəfindən təqdim olunmuş bölgüyə əsasən Braziliya üçün müəyyənləşdirilmiş 5 regiondan biri. Ərazisi 1,612,077.2 km², əhalisi 13,357,154 nəfərdir.
New York metropol regionu
New York metropoliteni (ingilis dilində: New York metropolitan area) ABŞ-nin başda ölkənin ən böyük şəhəri olan New York olmaqla, Nyu-York ştatının cənub hissəsini Nyu-Cersi, Konnektikut və Pensilvaniya əyalətlərinin bir hissəsini əhatə edən metropoliya sahəsidir. Sahəsi 34,490 km² olan bu bölgənin əhalisi 2015-ci ildə 23,723,696 nəfərdir və Şimali Amerikanın ən böyük metropoliya ərazisidir. Nyu-York metropoliya sahəsi, maliyyə, beynəlxalq ticarət, media, daşınmaz əmlak, təhsil, moda və əyləncə, turizm, biotexnologiya və istehsal kimi bir çox sahələrin mərkəzi kimi dünyanın ən vacib iqtisadi bölgələrindən biridir. 2012-ci ildəki məlumata görə ÜDM-i 1.55 trilyon ABŞ dolları təşkil etmişdir. ABŞ-nin ən böyük sənət muzeyi olan Metropolitan İncəsənət Muzeyi də bu ərazidə yerləşir.
Nyu York aqlomerasiya regionu
New York metropoliteni (ingilis dilində: New York metropolitan area) ABŞ-nin başda ölkənin ən böyük şəhəri olan New York olmaqla, Nyu-York ştatının cənub hissəsini Nyu-Cersi, Konnektikut və Pensilvaniya əyalətlərinin bir hissəsini əhatə edən metropoliya sahəsidir. Sahəsi 34,490 km² olan bu bölgənin əhalisi 2015-ci ildə 23,723,696 nəfərdir və Şimali Amerikanın ən böyük metropoliya ərazisidir. Nyu-York metropoliya sahəsi, maliyyə, beynəlxalq ticarət, media, daşınmaz əmlak, təhsil, moda və əyləncə, turizm, biotexnologiya və istehsal kimi bir çox sahələrin mərkəzi kimi dünyanın ən vacib iqtisadi bölgələrindən biridir. 2012-ci ildəki məlumata görə ÜDM-i 1.55 trilyon ABŞ dolları təşkil etmişdir. ABŞ-nin ən böyük sənət muzeyi olan Metropolitan İncəsənət Muzeyi də bu ərazidə yerləşir.
Talış regionu (Səfəvi imperiyası)
Talış regionu — Səfəvi imperiyasının (1501-1736) bölgəsi, böyük Talışda yerləşən, hazırda İran və Azərbaycan arasında bölünüb. Mahalın ərazisi əsasən iki tabe vilayətdən - Astara və Lənkərandan ibarət idi. Astara şəhəri onun inzibati mərkəzi, bölgədə Səfəvi hakimiyyətinin dayağı idi. == Tarixi == XVI əsr Səfəvilərin Talışların hakim sülaləsi ilə qohumluğu onun bir neçə əsrlər boyu ictimai-siyasi həyatına ciddi təsir göstərmişdir. Görünür, gənc İsmayıl Səfəvinin (1501-1524-cü illər) 1500-cü ilin qışını Astara rayonunun Ərçivan kəndində keçirməsinin səbəbi də bu münasibət olub. Bu, Səfəvi tərəfdarlarının sayının artmasında mühüm rol oynadı. Səfəvilərlə qohumluğun Talış hökmdarları üçün daha faydalı olduğunu güman etmək olardı. Onlar bu qohumluğa arxalanaraq xeyli gücləniblər; 1540-1590-cı illərdə Səfəvilərə qarşı üsyan etsələr də, öz hakimiyyətlərini qoruyub saxlaya bildilər.1500-cü ildə Gilandan köçərkən İsmayılın yeddi səhabəsi arasında Talışın öndə gələn şəxsləri də var idi. Talışların miras qalmış hökmdarları XV əsrin ikinci yarısı və XVI əsrin əvvəllərində siyasi proseslərin fəal iştirakçılarına çevrildilər. Ağqoyunlu konfederasiyasına və Şirvanşahlar dövlətinə qarşı mübarizədə Səfəvilərə kömək etdilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 28.84 dəfə / 1 mln.
2002 •••••••••••••••• 30.84
2003 •••••••••••••• 27.16
2004 ••••••••••••••• 28.97
2005 ••••••••••• 20.92
2006 ••••••••••••••••••• 36.49
2007 •••••••••••••••••• 34.89
2008 •••••••••••••••••• 33.86
2009 •••••••••••••••• 30.40
2010 ••••••••••••••• 28.14
2011 ••••••••••••••• 28.57
2012 •••••••••••• 23.75
2013 ••••••• 13.13
2014 •••••••••••••• 27.63
2015 •••••••••••••• 26.20
2016 •••••••••••••••••••• 38.35
2017 •••••••••••••••••••• 39.67
2018 •••••••••••••••• 29.97
2019 ••••••••••••• 25.04
2020 •••••••••••••••• 31.56

Oxşar sözlər

#regionu nədir? #regionu sözünün mənası #regionu nə deməkdir? #regionu sözünün izahı #regionu sözünün yazılışı #regionu necə yazılır? #regionu sözünün düzgün yazılışı #regionu leksik mənası #regionu sözünün sinonimi #regionu sözünün yaxın mənalı sözlər #regionu sözünün əks mənası #regionu sözünün etimologiyası #regionu sözünün orfoqrafiyası #regionu rusca #regionu inglisça #regionu fransızca #regionu sözünün istifadəsi #sözlük