rekreasiya sözü azərbaycan dilində

rekreasiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • rekreasiya • 95.8549%
  • Rekreasiya • 4.1451%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rekreasiya
Rekreasiya (polyakca – recreacya – istirahət. Lat. recreatio – istirahət) – Təbiətin qoynunda istiharət etmək və ya turist gəzintiləri yolu ilə sağlamlığın və əmək qabiliyyətinin bərpa olunması. İstirahət edənlər və turistlər tərəfindən torpağın həddindən çox tapdanması (bərkiməsi), bitkilərin və xırda heyvanların məhv edilməsi nəticəsində ekosistemin tərkibinin, strukturunun və fəaliyyətinin antropogen diqressiyası (pisləşməsi). Bitkinin rekreasiya dəyişməsi retroqres tipli suksessiya variantıdır. Rekreasiya təsirinin intensivliyi rekreasiya yükü kimi qiymətləndirilir. Əhalinin istirahəti üçün təbii komplekslərin (əsasən meşə biosenozları) intensiv istifadəsi nəticəsində dəyişməsi. Meşə biosenozuna əsas rekreasiya təsirləri bunlardır: mexaniki (tapdanma, budaqların kəsilməsi, odun hazırlanması, tonqal qalanması, heyvanların qorxudulması və s.), meşədən göbələk, giləmeyvə, çiçək və s. yığılması. Meşəyə daim təsir nəticəsində (bitkinin tapdanması və torpağın bərkiməsi) baş verir.
Rekreasiya ehtiyatları
Rekreasiya ehtiyatları— Rekreasiya ehtiyatlarına (istirahət) rekreasiya və turizmin təşkili üçün istifadə edilə bilən,nadir tarixi və bədii dəyərə malik olan, estetik cazibədarlığı və müalicə-sağlamlıq əhəmiyyətinə malik olan təbii və antropogen obyektlər daxildir.Rekreasiya ehtiyatları dörd əsas qrupa ayrılır.Onlardan birincisi olan rekreasiya-müalicə ehtiyatlarına müalicə əhəmiyyətli mineral sular aiddir. İkinci qrupa rekreasiya-sağlamlıq sahələri daxil edilir.(çimərliklər). Üçüncü qrupa rekreasiya-idman mərkəzləri, məsələn, dağ-xizək idman mərkəzləri aid edilə bilər.Rekreasiya-tanışlıq obyektlərinə tarixi abidələr daxildir. Bir çox hallarda rekreasiya ehtiyatları iki böyük qrupa ayrılır: 1. Təbii rekreasiya-turizm ehtiyatları istirahət,müalicə və turizm üçün istifadə edilir. Onlara okeanlar,dənizlər,çaylar və göllərin sahilboyu əraziləri,dağlar meşə massivləri,mineral suların mənbələri aiddir. Belə təbii landşaftlara yaxın istirahət,idmanla məşğul olmaq,ov etmək,balıq tutmaq üçün əlverişli imkanlar vardır. 2. Mədəni-tarixi obyektlərə tarixi, arxeoloji,şəhərsalma,arxitektura,incəsənət abidələri daxildir.Bu qrupa aid olan abidələrə Londonda Vestminster, Moskvada Kreml,Romada Kolizey,Hindistanda Tac-Mahaldır.

rekreasiya sözünün leksik mənası və izahı

  • 2 is. [pol. recreacya "istirahət" < lat. recreatio] 1. İnsanın gərgin iş rejimindən sonra istirahət edib, itirdiyi enerjisini bərpa etməsi. 2. ekol. □ Rekreasiya dəyişmələri – istirahət edənlər və turistlər tərəfindən torpağın həddindən çox tapdanması (bərkiməsi), bitkilərin və xırda heyvanların məhv edilməsi nəticəsində ekosistemin tərkibinin, strukturunun və fəaliyyətinin antropogen diqressiyası (pisləşməsi). Rekreasiya dəyişmələri – əhalinin istirahəti üçün təbii komplekslərin (əsasən, meşə biosenozları) intensiv istifadəsi nəticəsində dəyişməsi. Rekreasiya meşələri – əhalinin kütləvi istirahət və əyləncə məqsədi üçün ayrılmış meşə sahələri. Rekreasiya potensialı – təbiət ərazisinin insana müsbət fiziki, psixoloji təsir bağışlaması xassəsi. Bu, əsasən, istirahət vaxtı təzahür edir. 2. coğr. □ Rekreasiya coğrafiyası – ərazi rekreasiya sisteminin – planetin quru ərazisində və akvatoriyasında istirahət yerlərinin yaradılması, yerləşdirilməsi və fəaliyyətini öyrənən coğrafiyanın bir sahəsi. 3. stat. □ Rekreasiya kadastrı – insanın istirahəti və sağlamlığının bərpası məqsədilə ayrılmış ərazilər haqqında məlumatların məcmusu. 4. hidromet. □ Rekreasiya su hövzəsi – əhalinin kütləvi istirahəti məqsədilə istifadə etdiyi su hövzəsi.

    Yeni sözlər və yeni mənalar lüğəti / rekreasiya

rekreasiya sözünün etimologiyası

Oxşar sözlər

#rekreasiya nədir? #rekreasiya sözünün mənası #rekreasiya nə deməkdir? #rekreasiya sözünün izahı #rekreasiya sözünün yazılışı #rekreasiya necə yazılır? #rekreasiya sözünün düzgün yazılışı #rekreasiya leksik mənası #rekreasiya sözünün sinonimi #rekreasiya sözünün yaxın mənalı sözlər #rekreasiya sözünün əks mənası #rekreasiya sözünün etimologiyası #rekreasiya sözünün orfoqrafiyası #rekreasiya rusca #rekreasiya inglisça #rekreasiya fransızca #rekreasiya sözünün istifadəsi #sözlük