rentgen-spektral sözü azərbaycan dilində

rentgen-spektral

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • rentgen-spektral • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Spektral cihazlar
Spektral cihazlar-müxtəlif uzunluqlu dalğaları yaxşı ayırd edən, spektrin ayrı-ayrı hissələrinin bir-birini örtməsinə imkan verməyən (sanki) cihazlardır. İş prinsipi işığın dispersiya hadisəsinə (prizmalı spektroskoplar) və difraksiyası hadisəsinə(difraksiya qəfəsli spektrometrlər) əsaslanır. Dispersiya hadisəsi-mühitin sındırma əmsalının işığın dalğa uzunluğundan asılı olaraq dəyişməsinə deyilir.Spektr-dispersiya nəticəsindəağ işığın üçüzlü prizmadan keçməsi zamanı yaranan mənzərədir.Spektrdə rənglərin düzülmə ardıcıllığı-qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. Monoxromatik işıq-müəyyən dalğa uzunluguna malik olan işıqdır. Deməli ağ işıq mürəkkəb işıqdır. İnfraqırmızı şüalar-dalğa uzunluğu qırmızı işığın dalğa uzunluğundan böyük olan işıqdır. Ultrabənövşəyi şüalar-dalğa uzunluğu bənövşəyi işığın dalğa uzunluğundan kiçik olan şüalardır. Dispersya hadisəsi birinci dəfə 1606-cı ildə Nyuton tərəfindən müşahidə edilmişdir. Normal dispersiya-dalğa uzunluğu artdıqca sındırma əmsalı azalan dispersyadır. Anomal dispersiya-dalğa uzunluğu artdıqda sındırma əmsalı artan dispersyadır.
Rentgen astronomiya
Rentgen astronomiyası — astronomiyanın rentgen şüalarının müşahidəsi və göy cisimləridən gələn rentgen şüallarının aşkarlanması ilə məşğul olan müşahidə bölməsidir. Rentgen şüaları Yer atmosferi tərəfindən absorbsiya edilildiyindən, rentgen şüalarının aşkarlanması üçün müşahidələr balonların, meteoroloji raketlərin və peyklərin vasitəsilə yüksək hündürlüklərdə aparılmalıdır. Rentgen astronomiyası kosmik elm olub, standart işıq-udulma teleskoplarından rentgen şüaları vasitəsilə daha uzağa nüfuz edə bilən kosmik teleskopla, məsələn Mauna Kea Rəsədxanaları kimi teleskoplarla bağlıdır. Rentgen emissiyası təxminən bir milyon kelvindən (K) yüz milyonlarla kelvin (MK) qədər istiliyə malik qaynar göy cisimlərindən gözləniləndir. Rentgen şüaları Günəşdə 1940-cı illərdə aşkar edilməsinə baxmayaraq, 1962-ci ildə ilk kosmik rentgen şüalana mənbəyinin kəşfi surpiriz oldu. Bu mənbəyə Əqrəb bürcündə tapılan ilk rentgen şüalanma mənbəyi olduğundan Əqrəb X-1 (Scorpius X-1 və yaSco X-1) adı verilmişdir. Əqrəb X-1-in rentgen emissiyası vizual emissiyadan 10.000 dəfə çoxdur, Günəşinkindən isə təxminən milyon dəfə azdır. Bundan başqa, rentgen şüalarında enerji çıxışı bütün dalğa uzunluğunda Günəşin ümumi emissiyasından 100.000 dəfə çoxdur. Rentgen astronomiyasının Əqrəb X-1 ilə başlayan bu yeni sahədəki kəşflərinə əsaslanaraq Rikkardo Cakkoni 2002-ci ildə Fizika üzrə Nobel mükafatı almışdır. Artıq məlumdur ki rentgen mənbələri Əqrəb X-1 kimi kompakt, neytron ulduzları və ya qara dəliklərdir.
Rentgen şüalanma
Rentgen şüaları- Vilhelm Rentgen tərəfindən kəşf edilmiş (1895) və X-şüaları (İks şuaları) adlandırılmışdır. Elektromaqnit dalğalarının şkalasında spektrin qamma şüalanma ilə ultrabənövşəyi şüalanma arasındakı dalğalar diapazonunda yerləşir. Dalğa uzunluğu λ < 2 A ˙ {\displaystyle \lambda <2{\dot {A}}} olan Retgen şüaları şərti olaraq sərt Retgen şüaları, λ > 2 A ˙ {\displaystyle \lambda >2{\dot {A}}} olan Retgen şüaları yumşaq adlanır. Rentgen borusu, radioaktiv izotoplar rentgen şüalarının mənbəyidir. Radioaktiv izotoplardan alınan rentgen şüalarının intensivliyi retgen borusu vasitəsi alınan rentgen şüalarının intensivliyindən dəfələrlə az olur. Günəş və digər kosmik obyektlər Rentgen şüalarının təbii mənbələridir. Rentgen şüalarının spektri onların yaranma mənbəyindən asılı olaraq kəsilməz və xətti ola bilər. Kəsilməz spektr elektronların hədəf atomları ilə toqquşması nəticəsində yaranır. Xətti spektr hədəf atomlarının ionlaşdırılması nəticəsində alına bilər. Rentgen şüaları gözlə görünmür.
Rentgen şüaları

Vilhelm Rentgen
Vilhelm Konrad Rentgen (alm. Wilhelm Conrad Röntgen‎; 27 mart 1845[…] – 10 fevral 1923[…], Münxen, Veymar Respublikası) — Alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı. Rentgen şüalarının kəşfi ilə tanınır. Rentgen 1845-ci ildə Almaniyanın Remşayd şəhərinin Lennep kəndində doğulmuşdur. Uşaqlığı və ilk təhsil illəri Hollandiya və İsveçrədə keçmişdir. 1865-ci ildə daxil olduğu Sürix Politexnikdə universitet təhsili görmüş və 1868-ci ildə "maşın mühəndisi" olaraq məzun olmuşdur. 1869-cu ildə Sürix Universitetinin doktoranturasını almışdır. Ali təhsil aldıqdan sonra elmi işlərinə görə Strasburq (1876), Qisensk (1879), Vürtsburq (1888) və Münhen universitetlərinin professoru adlarına yiyələnmişdir. 1900-cü ildə Münhen universiteti Fizika kürsüsünə və yeni Fizika İnstitutunun rəhbərliyinə gətirilmişdir. Arvadının ölümündən dörd il sonra, yəni 1923-cü ildə Birinci dünya müharibəsinin yaratdığı yüksək inflyasiya iqtisadiyyatı mühitində maddi çətinliklər içərisində Münhendə həyatını itirmişdir.
Çoxparametrli spektral nəzəriyyə haqqında mühazirələr

Oxşar sözlər

#rentgen-spektral nədir? #rentgen-spektral sözünün mənası #rentgen-spektral nə deməkdir? #rentgen-spektral sözünün izahı #rentgen-spektral sözünün yazılışı #rentgen-spektral necə yazılır? #rentgen-spektral sözünün düzgün yazılışı #rentgen-spektral leksik mənası #rentgen-spektral sözünün sinonimi #rentgen-spektral sözünün yaxın mənalı sözlər #rentgen-spektral sözünün əks mənası #rentgen-spektral sözünün etimologiyası #rentgen-spektral sözünün orfoqrafiyası #rentgen-spektral rusca #rentgen-spektral inglisça #rentgen-spektral fransızca #rentgen-spektral sözünün istifadəsi #sözlük