respublikaları sözü azərbaycan dilində

respublikaları

Yazılış

  • respublikaları • 89.3638%
  • Respublikaları • 10.5368%
  • RESPUBLİKALARI • 0.0994%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəniz respublikaları
Dəniz respublikaları (it. Repubbliche marinare) — İtaliyada Orta əsrlərdə yaranmış və inkişaf etməyə başlamış şəhər dövlətlərinə verilən ümumi ad. Şəhər dövlətlərindən ən tanınmışları Piza, Genuya və Venesiya şəhər dövlətləri olmuşdur. Bu dövlətlər bir-biri ilə istər iqtisadi istərsədə siyasi baxımdan rəqabət aparır və biri-digərini özündən aslı vəziyyətə salmağa çalışırdı. X-XIII əsrlərdə İtaliya şəhər dövlətləri Aralıq dənizində yerləşən ticarət yollarına nəzarət etmək və ərazidə daha da güclənmək üçün öz hərbi donanmalarını formalaşdırmağa başlamışdılar. Bu baxımdan şəhər dövlətlərinin donanmaları Səlib yürüşlərində iştirak edən hərbi birliklərə çox kömək etmişdir. Səlibçilərin dənizdən dəstəyini Venesiya şəhər dövləti başda olmaqla digər şəhər dövlətləri qarşılayırdı. Dəniz respublikaları öz mövcudluqlarını qoruyub saxlaya bilmək üçün müxtəlif zamanlarda böyük imperiyalar ilə vassal müqavilələri imzalamış və ya bir-birlərinə qarşı aparılan döyüşlərdə müttəfiqlərini hərbi donanma ilə təmin etmişdilər. == Ümumi mənzərə == Dəniz respublikaları şəhər dövlətləri idi. Əsasən müstəqil dövlət olaraq formalaşmış və daxili-xarici siyasətdə müstəqil qərarlar qəbul etməkdə sərbəst idilər.
Postsovet respublikaları
Postsovet ölkələri (rus. Постсоветское пространство) — SSRİ-nin tərkibinə daxil olan respublikalar.
Rusiya respublikaları
Rusiya Federasiyası 83 subyektdən ibarətdir və bunlardan 22-i respublika hesab olunur.
Sovet respublikaları
Sovet sosialist respublikaları — SSRİ-nin tərkibində mövcud olmuş və 1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqillik qazanmışlar.
Sovet sosialist respublikaları
Sovet sosialist respublikaları — SSRİ-nin tərkibində mövcud olmuş və 1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqillik qazanmışlar.
Sovet Sosialist Respublikaları İttifaqı
SSRİ (rus. СССР), və ya rəsmi adı ilə Sovet Sosialist Respublikaları İttifaqı (rus. Союз Советских Социалистических Республик), yaxud qısaca Sovet İttifaqı (rus. Советский Союз) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur.
Sovet Sosialist Respublikaları İttifaqı bayrağı
SSRİ bayrağı (rus. Госуда́рственный флаг Сою́за Сове́тских Социалисти́ческих Респу́блик, Gosudárstvenny flag Soyúza Sovétskikh Sotsialistícheskikh Respúblik) — SSRİ-nin 1922-ci ildən 1991-ci ilə qədər istifadə etdiyi dövlət bayrağı. Bayrağın dizaynı müxtəlif mənbələrdən götürülsə də, onun ilk forması Rusiya inqilabı zamanı yaranıb. Zamanla kommunist hərəkatının mülkiyyətinə çevrildi və bu gün müxtəlif ölkələrin kommunist partiyaları tərəfindən istifadə olunur. Bayrağın yuxarı sol hissəsində qızılı oraq və çəkic, bir az yuxarıda isə qırmızı ulduz var. Çəkic fəhlələri, oraq isə kəndliləri təmsil edir. İki simvolun birliyi həm də davamlı inqilabi ittifaqı təmsil edir. Bayrağın ilk variantı 1922-ci ilin dekabrında qəbul edilib. 1955-ci ildə bayrağın rəsmi ölçüləri əsasnamə ilə müəyyən edilmişdir. Bundan əlavə, bu tənzimləmə ilə oraq və çəkic kiçik dəyişikliklərə məruz qalıb.
Sovet Sosialist Respublikaları İttifaqı gerbi
SSRİ gerbi (rus. Герб СССР) — 1923-cü ildə təsis olunmuşdur. == Haqqında == Sovet Sosialist Respublikaları İttifaqının gerbi fəhlə və kəndlini simvolizə edir. Gerbin üzərində Yer kürəsi, oraq və çəkic, beşguşəli qırmızı ulduz təsvir olunmuşdur. Gerbin aşağısında isə Bütün ölkələrin proletarları birləşin! şüarı yazılmışdır.
Sovet Sosialist Respublikaları İttifaqının dağılması
Sovet İttifaqının dağılması və ya SSRİ-nin dağılması — 25 dekabr 1991-ci il tarixində SSRİ-nin Dövlət Başçısı Mixail Qorbaçovun istefa verməsinin ardınca Sovetlər Birliyini təşkil edən respublikaların müstəqilliyini qazanmalarıyla Sovet Sosialist Respublikaları İttifaqının dağıldığı hadisədir.
Sovet Sosialist Respublikaları İttifaqının dövlət himni
Sovet Sosialist Respublikaları İttifaqının dövlət himni (həmçinin, Sovet İttifaqı Dövlət Himni; azərb-kiril. Совет Иттифагы Дөвләт Һимни) — 1944-cü ildə qəbul olunmuşdur, həmçinin Rusiya Sovet Federativ Sosialist Respublikasının da dövlət himni idi. Himnin sözlərinin müəllifləri Sergey Mixalkov və Q. El-Registandır. Himnin musiqisini Aleksandr Aleksandrov yazıb. Himndə Stalinin adı olduğu üçün 1955-1977-ci illərdə sözsüz ifa olunurdu. Bu səbəbdən 1977-ci ildə Sergey Mixalkov himnin sözlərində müəyyən dəyişikliklər etdi. Himn bəzi dəyişikliklərlə 2000-ci ildən Rusiya Federasiyasının dövlət himnidir. == Himnin sözləri (1944) == == Himnin sözləri (1977) == Союз нерушимый республик свободных, Сплотила навеки Великая Русь. Да здравствует созданный волей народов, Единый, могучий Советский Союз! Славься, Отечество, наше свободное, Дружбы народов надёжный оплот!
Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı
Zaqafqaziya SFSR — 1922–1936-cı illərdə mövcud olan Sovet İttifaqı respublikası. Birləşmə ideyasını V. İ. Lenin Vətəndaş müharibəsindən sonra irəli sürüb. Əsas məqsəd Zaqafqaziya Respublikalarının iqtisadi və hərbi siyasi cəhətdən birləşdirilməsi, əks-inqlabçı qüvvələrin qalıqlarının məhv edilməsi, iqtisadiyyatın bərpası və etnik düşmənçiliyin aradan qaldırılması olmuşdur. SSRİ-nin qurulduğu ilkin illərdə sonradan 3 ayrı ittifaq ölkələrinə parçalanacaq Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR-dən təşkil olunmuş və 12 mart 1922-ci ildən 5 dekabr 1936-cı ilə qədər mövcud olmuş federativ ittifaq respublikası.

"respublikaları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#respublikaları nədir? #respublikaları sözünün mənası #respublikaları nə deməkdir? #respublikaları sözünün izahı #respublikaları sözünün yazılışı #respublikaları necə yazılır? #respublikaları sözünün düzgün yazılışı #respublikaları leksik mənası #respublikaları sözünün sinonimi #respublikaları sözünün yaxın mənalı sözlər #respublikaları sözünün əks mənası #respublikaları sözünün etimologiyası #respublikaları sözünün orfoqrafiyası #respublikaları rusca #respublikaları inglisça #respublikaları fransızca #respublikaları sözünün istifadəsi #sözlük