Respublikasının sözü azərbaycan dilində

Respublikasının

Yazılış

  • Respublikasının • 99.6053%
  • respublikasının • 0.3498%
  • RESPUBLİKASININ • 0.0435%
  • Respublİkasının • 0.0010%
  • RespublikasInIn • 0.0005%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qazaxıstan Respublikasının paytaxtı
Qazaxıstan Respublikasının paytaxtı — Astana şəhəridir. Hər il Qazaxıstanda 6 iyul paytaxt günü kimi qeyd edilir. == Qazaxıstan paytaxtlarının xronologiyası == 1916-1920-ci illərdə Qazaxıstanın (Alaş muxtariyyəti) o zaman Alaş-kala adlanan Semey şəhəri olub. Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibində yaranan Qırğız MSSR paytaxtı 1920-ci ildən Orenburq şəhəri olub. 1925-ci ildə respublika Qazax MSSR adını alır və paytaxt Ak-meşet şəhərinə köçürülür və çəhərin adı Qızılorda adlanır. 1929-cu ildə paytaxt Alma-Ata şəhərinə köçürülür. 1936-cı ildə Qazaxıstan MSSR RSFSR tərkibindən çıxarılır və Qazaxıstan Sovet Sosialist Respublikası adını alır. 1929-cu ildən 1936-cı ilədək Alma-Ata Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının, 1936-1991-ci illərdə isə Qazaxıstan Sovet Sosialist Respublikasının, 1991-ci ildən 1997-ci ilədək isə Qazaxıstan Respublikasının paytaxtı olub. Rəsmi şəkildə Astana Qazaxıstanən paytaxtı 10 dekabr 1997-ci ildə elan edilib. Şəhərin pyataxt kimi beynəlxalq elanı isə 10 iyun 1998-ci ildə baş verir.
Konqo Respublikasının inzibati bölgüsü
Konqo Respublikasının inzibati bölgüsü — Konqo Respublikası 12 departamentə bölünür. 2003-cü ilə qədər bu departamentlər regionlar adlandırıldı. 2004-cü ildə isə Point-Noyr şəhəri departament statusunu aldı.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
Naxçıvan Muxtar Respublikası Konstitusiyası — Naxçıvan Muxtar Respublikasının əsas qanunu. == Haqqında == 1998-ci il aprelin 28-də birinci çağırış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 5-ci sessiyasında qəbul edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun və 29 dekabr 1998-ci il tarixli iclaslarında təsdiq edilmiş, 1999-cu il yanvarın 8-dən qüvvəyə minmişdir. Konstitusiya preambuladan, 6 fəsildən (50 maddə) və 4 keçid müddəasından ibarətdir. Konstitusiyanın 1-ci maddəsinə görə, Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır və Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu Azərbaycan Respublikası Konstitusiyası və 1921-ci il Moskva və Qars müqavilələri ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir. Naxçıvan Muxtar Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edlir; qanunvericilik hakimiyyətini Ali Məclis, icra hakimiyyətini Nazirlər Kabineti, məhkəmə hakimiyyətini muxtar respublikanın məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında Ali vəzifəli şəxs institutu təsis edilmişdir. Ali vəzifəli şəxs – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri həm qanunvericilik, həm də icra hakimiyyətini səlahiyyətlərinə malikdir. Naxçıvan Muxtar Respublikası Konstitusiyası muxtar respublikanın normativ-hüquqi aktları arasında ən yüksək hüquqi qüvvəyə malikdir.
Azərbaycan Respublikasının Coğrafiyası
Azərbaycan Respublikasının Coğrafiyası — Coğrafiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış üçcildlik monoqrafiya. Əsər 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. == Haqqında == "Azərbaycan Respublikasının coğrafiyası" adlı üçcildlik monoqrafiyası Azərbaycanın gələcək inkişaf yollarının, iqtisadi-siyasi inkişafının təbii-antropogen potensialının müəyyən edilməsi, yeni şəraitdə ölkənin təbii ehtiyatlarının elmi cəhətdən qiymətləndirilməsi, regionların inkişafı, yoxsulluğun azaldılması, sənaye, kənd təsərrüfatı və ətraf mühitin müxtəlif səviyyəli idarə edilməsi mövzularına həsr edilmiş elmi əsərdir. === I cild — Fiziki coğrafiya === "Azərbaycan Respublikasının coğrafiyası" üç cildliyinin birinci cildində ölkə ərazisində fiziki coğrafiyanın müxtəlif sahələrinə aid çox illər ərzində aparılan kompleks tədqiqatlar ən son məlumatlar nəzərə alınmaqla ümumiləşdirilərək təqdim olunmuşdur. Əsərdə Azərbaycan Respublikasınım relyefi, geoloji quruluşu, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, landşaftları geniş şəkildə təhlil olunmuş, onların regional xüsusiyyətləri araşdırılaraq, ölkə ərazisində fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılmış və hər bir rayonlaşdırma vahidi zəngin materiallar əsasında işıqlandırılmışdır. Redaksiya heyəti: C.ü.e.d. Tanrıverdiyev X. K, Xəlilov H. A, Xəlilov M. Y, Qaşqay R. M., C.ü.f.d. Rəhimov X. Ş. İsmayılov M. C, Həsənov M. S. k/t.ü.f.d. Quliyev İ. Ə, Əliyev Ə. A. === II cild — İqtisadi, sosial və siyasi coğrafiya === Oxuculara təqdim olunan "Azərbaycan Respublikasının coğrafiyası" kitabının ikinci cildi ölkənin müasir iqtisadi-coğrafi problemlərini, onun həlli yollarını işıqlandıran geniş həcmli və konstruktiv xarakter daşıyan elmi əsərdir. Kitab "Coğrafiya" ixtisası üzrə təhsil alan bakalavrlar, magistrlər və bu sahədə çalışan müəllimlər, alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının Konstitusiyası — Azərbaycan Respublikasının əsas qanunu. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuşdur. == Tarixi == Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. === Azərbaycan konstitusiyaları === Azərbaycan SSR Konstitusiyası — Azərbaycan SSR-nin ictimai və dövlət quruculuğunu, dövlət hakimiyyəti və idarə orqanlarının təşkilat və fəaliyyət prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini, bu vəzifələrin həyata keçirilməsinin maddi və hüquqi təminatlarını, seçki sistemini müəyyən edən əsas qanun, bütün qanunların hüquqi əsası. Azərbaycan SSR-nin ilk Konstitusiyası 19 may 1921-ci ildə 1-ci Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Sosializm cəmiyyəti qurmaq vəzifəsini qarşıya qoyan bu Konstitusiya respublikada sovet hakimiyyətinin qələbəsini, sovet hakimiyyəti simasında şəhər və kənd proletariatın diktaturasını, torpaq, sənaye, bank, nəqliyyat və s.-nin milliləşdirilməsini qanuniləşdirdi, əməkçi kütlələrə demokratik hüquq və azadlıqlar vermişdir. Respublikanın ictimai-siyasi və iqtisadi-mədəni sahədə inkişafı ilə əlaqədar 14 mart 1925-ci ildə 4-cü, 26 mart 1927-ci ildə 5-ci, 14 fevral 1931-ci ildə 7-ci və 11 yanvar 1935-ci ildə 8-ci Ümumazərbaycan Sovetlər qurultayında Konstitusiyayada dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan SSR Konstitusiyası SSRİ Konstitusiyası əsasında, 14 mart 1937-ci ildə Fövqəladə 9-cu Ümumazərbaycan Sovetlər qurultayında qəbul olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti — Azərbaycan Respublikasının ali dövlət vəzifəsi. Azərbaycan Respublikasının Prezidenti dövlətin başçısı hesab olunur. Azərbaycan Respublikasının Prezidenti vəzifəyə seçki yolu ilə təyin olunur. Azərbaycan vətəndaşları seçki yolu ilə bir nəfəri yeddi il müddətinə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçir. 2003-cü il oktyabrın 31-dən Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini İlham Əliyev icra edir. O, 2003-cü ildə 75,38 % səs, 2008-ci ildə 88,74 % səs, 2013-cü ildə 84,54 % səs, 2018-ci ildə isə 86,02 % səs topladı. 2024-cü ilin fevral ayında Azərbaycanda növbəti prezident seçkilərində də qalib gələrək təkrar Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Onun səlahiyyət müddəti 2031-ci il fevralın 7-də başa çatır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən eyni şəxsin dəfələrlə prezident vəzifəsinə seçilməsinə məhdudiyyət yoxdur. == Seçilmə qaydaları == === Prezidentliyə namizədə aid tələblər === Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsi Azərbaycanın Prezidentliyinə namizədlərə aid tələblərdən ibarətdir.
Azərbaycan Respublikasının Xəritəsi
Azərbaycan Respublikasının Xəritəsi — Azərbaycan Respublikasının ərazisinin kiçildilmiş təsviri. == Pul üzərində == Azərbaycan manatının 2005-ci ildən tədavülə buraxılan bütün əsginaslarının arxa tərəfində Azərbaycan Respublikasının Xəritəsi təsvir edilmişdir. == Poçt markası üzərində == 2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Xəritəsinə həsr olunmuşdur.
Azərbaycan Respublikasının medalları
Azərbaycanın dövlət təltifləri — Vətəndaşların vətəni müdafiə, dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, təhsil, maarifləndirmə, vətəndaşların sağlamlığının, həyatının və hüquqlarının müdafiəsi, xeyriyyəçilik fəaliyyəti və dövlət qarşısındakı digər görkəmli xidmətlərinə görə mükafatlandırılmasının ali formasıdır. Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir. == Məlumat == 1992-ci il 10 noyabrda Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəy, Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında 370 nömrəli Sərəncam imzaladı. Sərəncama əsasən 4 orden və 4 medal təsis edildi — "İstiqlal", "Şah İsmayıl", "Azərbaycan Bayrağı", "Şöhrət" ordenləri və "Vətən uğrunda", "İgidliyə görə", "Tərəqqi", "Hərbi xidmətlərə görə" medalları. 2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Qanun layihəsinə əsasən 2 orden 15 medal təsis edildi.
Azərbaycan Respublikasının ordenləri
Azərbaycanın dövlət təltifləri — Vətəndaşların vətəni müdafiə, dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, təhsil, maarifləndirmə, vətəndaşların sağlamlığının, həyatının və hüquqlarının müdafiəsi, xeyriyyəçilik fəaliyyəti və dövlət qarşısındakı digər görkəmli xidmətlərinə görə mükafatlandırılmasının ali formasıdır. Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir. == Məlumat == 1992-ci il 10 noyabrda Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəy, Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında 370 nömrəli Sərəncam imzaladı. Sərəncama əsasən 4 orden və 4 medal təsis edildi — "İstiqlal", "Şah İsmayıl", "Azərbaycan Bayrağı", "Şöhrət" ordenləri və "Vətən uğrunda", "İgidliyə görə", "Tərəqqi", "Hərbi xidmətlərə görə" medalları. 2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Qanun layihəsinə əsasən 2 orden 15 medal təsis edildi.
Azərbaycan Respublikasının şeyxülislamları
Şeyxülislam — Qafqaz bölgəsində şiə müsəlmanlarının dini başçısının, Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin dini rütbəsi və vəzifəsi adlanır. Şeyxülislam rütbəsi (vəzifəsi) Rusiya çarının fərmanı ilə "Qafqaz şiələrinə dini başçılıq etmək üçün" təsis edilmişdir. 50 il ərzində Şeyxülislam təkbaşına fəaliyyət göstərmişdir. Sonra Şeyxülislamın nəzdində və onun sədirliyi ilə Qafqaz Müsəlmanları Ruhani idarəsi yaradılmışdır (1872). Həmin idarə və Şeyxülislam 1920-ci ilədək mövcud olmuşdur. 1944-cü ilin mayında Qafqaz Müsəlmanları Ruhani İdarəsi (şiələr və sünnilərin birgə idarəsi) və onun sədri Şeyxülislam yenidən fəaliyyətə başlamışdır. Şeyxülislamların böyük əksəriyyəti yüksək dini savad sahibləri, çoxlu qiymətli elmi-tarixi və bədii əsərlərin müəllifləri olmuşlar. == Şeyxülislamlar == Struktur yaradıldıqdan bu yana şeyxülislam vəzifəsinə gətirilən şəxslər aşağıdakılardır: Axund Məhəmməd Əli Hüseynzadə (1823–1846); Axund Fazil İrəvani (1847–1872); Axund Əhməd Hüseynzadə (1873–1884); Axund Həsən Tahirzadə (1885–1894); Axund Əbdüssəlam Axundzadə (1895–1907); Məhəmməd Mövlazadə (1908–1909) Axund Məhəmməd Pişnamazzadə (1909–1918); Axund Ağa Əlizadə (1918–1920); 1920–1944-cü illərdə bu vəzifə boş qalmışdır; Axund Ağa Əlizadə (1944–1952); Axund Mövsüm Həkimzadə (1952–1956); 1966–1967-ci illərdə bu vəzifə boş qalmışdır; Axund Əliağa Süleymanzadə (1968–1976); 1976–1977-ci illərdə bu vəzifə boş qalmışdır; Axund Mirzəqəzənfər İbrahimov (1978–1980); Hacı Allahşükür Paşazadə (1980 — bu günədək). Qeyd. 2003-cü ildən bu yana bu titul Hacı Allahşükür Paşazadəyə ömürlük verilmişdir.
Azərbaycan Respublikasının əhalisi
Azərbaycan əhalisi — Bu məqalə Azərbaycan Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. == İlk sakinləri == == Ümumi əhali == Cədvəllə əlaqədar qeydlər - 1897,1926, 1939, 1959, 1970, 1979, 1989, 1999-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, 1913, 1917, 1920-cı illərin məlumatları ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir;- 2000–2009-cu illər üzrə məlumatlar ölkədə 2009-cu ilin aprel ayında keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında dəqiqləşdirilmişdir. Dövri hadisələrin əhali sayısına olan təsirini görmək üçün 1950-ci ilə qədər olan müddət onilliklərə görə verilməmişdir. === 2010–2014 r.t. === MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Azərbaycan Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 92-ci yerdə dayanmaqdadır. === Cinsi tərkibi === 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Azərbaycan Respublikasının de-fakto əhalisi 9.235.085 nəfərdir. Onlardan 4.583.484 nəfərini kişilər, 4.651.601 nəfərini isə qadınlar təşkil edir. == Etnik tərkib == == Dil == == Rayonlar və respublika tabeli şəhərlər üzrə əhali == *Qeyd: 2009-cu ildə aparılmış siyahıyaalınmaya əsasən Naxçıvan Muxtar Respublikasının ümumi əhalisinin (398,323 nəfər) 115488* nəfəri şəhər əhalisi, 282835** nəfəri isə kənd əhalisi olmuşdur Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine. == Təhsil səviyyəsi == == Miqrasiya == === Əhalinin beynəlxalq miqrasiyası === Qeyd: Ölkəyə daimi yaşamaq üçün gələnlər — immiqrant, Ölkədən daimi yaşamaq üçün gedənlər — emmiqrant hesab edilirlər. === Daimi yaşamaq üçün Azərbaycana gələn və gedənlərin ölkələr üzrə bölgüsü === === Azərbaycanda miqrantlar === 2011-ci ilin iyul ayında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun və ombudsman Elmira Süleymanovanın bildirdiyinə görə Azərbaycan Respublikasında təxminən 450 min nəfər miqrant vardır.
Başqırdıstan Respublikasının tarixi
Başqırdıstan tarixi — Başqırdıstanın keçmişi. == Ən qədim dövr == == Orta əsr tarixi == Başqırdların orta əsrlər tarixi əslən bir Başqırd olan X. E. Taqoyev və R. Kuzeyev tərəfindən də araşdırılmışdır. Başqırdlar haqqında ilk tarixi məlumatlar IX–X əsrlərə aid ərəb mənbələrində verilir. Mənbələrdə onlar "başkort" və ya "başqırd" kimi qeyd olunmuşdular. Başqırdlar Volqa Bulqar dövləti yaranandan sonra onlara tabe oldular. XIII əsrdən Başqırdlarda feodal münasibətləri yarandı. 1236-cı ildə Batu xanın monqol qoşunları Volqa-Bulqar dövlətini süquta uğratdı, həmçinin Başqırdıstan torpaqları da onların işğalı altına düşdü. Başqırdlar Qızıl Ordaya xəz ilə yasaq (vergi) ödəyirdilər. Bundan başqa mal-qaranın sayının onda bir hissəsi də onlara verilirdi. XIV əsrdə Başqırdıstan ərazisi Qızıl Orda xanı Toxtamış xanla Əmir Teymur arasında döyüş (1391-ci ilə Gündüzcə döyüşü) meydanına çevrilmişdi.
Dominikan Respublikasının Vilayətləri
Dominikan Respublikasının Vilayətləri — Dominikan Respublikasında üç regionun daxilindəki on subregiona, buda öz daxilində 31 vilayətə bölünür.
Ermənistan Respublikasının əhalisi
Ermənistan Respublikası Milli Statistika Xidmətinin (erm. Հայաստանի Հանրապետության Ազգային վիճակագրության) 1 yanvar 2011-ci ilə olan rəsmi məlumatına əsasən Ermənistan Respublikasının əhalisi 3,262,600 nəfərdir. Ancaq 12–21 oktyabr 2011-ci il tarixində həyata keçirilmiş Ümumermənistan əhali siyahıyaalınmasının ilkin yekunlarına əsasən Ermənistanın ölkədə yaşayan və qeydiyyatda olan faktiki əhalisi (ölkə vətəndaşları və əcnəbilər) 2.871.509 nəfər, xaricdə yaşayan Ermənistan vətəndaşları da daxil olmaqla de-yuri əhalisi isə 3.285.767 nəfər olmuşdur. == 1926 == == 1939 == == 1979 == 1979-cu il siyahıyaalınmasının yekunlarına əsasən Ermənistanda qeyd alınmış 2.724.975 etnik ermənidən 2.709.591 nəfəri, 160.841 nəfər azərbaycanlıdan 159.709 nəfəri, 70.336 rusdan 69.840 nəfəri, 50.822 kürddən 43.019 nəfəri, 6.183 assuriyalıdan isə 3.516 nəfəri öz millətinin dilini ana dili olaraq göstərmişdi. == 2001 == 2001-ci il siyahıyaalınmasına əsasən Ermənistan Respublikası əhalisinin 97,9%-ni ermənilər, qalan 2,1%-ni isə ruslar, yunanlar, ukraynalılar və s. etnik qruplar təşkil edir. Erməni Ortodoksluğu əsas dindir. Qeyd: Ö.m.d.a.d.s.-Öz millətinin dilini ana dili sayanlar./E.d.a.d.s.-Erməni dilini ana dili sayanlar./Y.d.a.d.s.-Yezidi dilini ana dili sayanlar./R.d.a.d.s.-Rus dilini ana dili sayanlar./U.d.a.d.s.-Ukrayna dilini ana dili sayanlar. == 2019 == 2019-cu ildə Ermənistanda proqnozlaşdırılan 40.583 uşaq əvəzinə 35.448 uşaq dünyaya gəlib. == Mənbə == "Всесоюзная перепись населения 1989 года.
Serb Respublikasının coğrafiyası
Serb Respublikası coğrafi baxımından Balkan yarımadasının mərkəzində yerləşir. Serb Respublikasının ərazisi 24 641 km² təşkil edir. O 42°° 33 ‘ və 45°° 16 ‘ şimal enliyi, 16°°11 ‘ və 19 °° 37 ‘ şərq uzunluğunda yerləşir. Serb Respublikası Aralıq dənizinə çıxışı yoxdur. == Sərhədləri == Serb Respublikası Serbiya, Xorvatiya, Monteneqro və Bosniya və Herseqovina Federasiyası ilə sərhədlərə malikdir. Serb Respublikasının ümumi sərhədi 2170 kilometrdir. Onun 1080 km Bosniya və Herseqovina Federasiyası ilədir. Bu ölkənin sərhədləri etnik tərkibə əsasən deyil Deyton anlaşmasına əsasən mövcud olan situasiya əsasında müəyyənləşmişdir. Qiymətləndirməyə əsasən Serb Respublikasının konsilidirləşmiş dairəyə malik idi. Onun sərhədi 561 kilometr təşkil etməli idi.
Tatarıstan Respublikasının Prezidenti
Tatarıstan Respublikasının Prezidenti (tatar. Татарстан Республикасы Президенты; rus. Президент Республики Татарстан) — Respublikanın (dövlət və Federasiya subyektinin) başçısı. == Vəzifənin adlandırması == 2010-cu ildə Rusiya Federasiyasında Prezident adlandırılan subyektlərin başçısılarının adlarının dəyişdirməsi başlayıb. Rəsmən, bunu Çeçenistan başçısı Ramzan Kadırov başlayıb. O, Prezident adını daşımaqdan imtina edən ilk bölgə başçısı idi və başqa Prezident adı daşıyan bölgə başçılarını da eyni şey eləməyə çağırıb. O vaxt Kadırov elan edib ki, Rusiyada ancaq bir dövlət xadimin Prezident adlandırmağa haqqı var və bölgə prezidentlərinin rejəsini dayandırmaq lazım. 2010-cu ilin axırında Rusiya Prezidenti, Dmitri Medvedev Dövlət Duması və Federasiya Şurasının tərəfindən qəbul olunan, bölgə başçılarını Prezident adlandırmağa yasaq eləyən qanusunun təsdiqini imzalayıb. Eyni zamanda regionlara başçılarının adlarını 2015-ci ilin yanvarın 1-nə dək tarihi ənənələrinə uyğun olan adları ilə əvəzləməyə haqqı verilib. 2013-cü ilin axırında ancaq Tatarıstan və Başqırdıstan başçıları yeni adı qəbul etməyiblər.
Tuva Respublikasının Ordeni
Tıva Respublikasının Ordeni — Tıva Respublikasının ən yüksək dövlət mükafatı. Tıva Respublikasının 24 dekabr 1992-ci il tarixli 388 saylı "Tıva Respublikasının dövlət mükafatları haqqında" qanunu ilə təsis edilmişdir. == Ordenin statusu == Tıva Respublikası ordeni respublikanın sənaye, ictimai fəaliyyətində, sosial və mədəni inkişafında, dostluğun və beynəlxalq təhsilin möhkəmləndirilməsində, təhlükəsizliyinin təmin edilməsində, vətəndaşların həyatı və sağlamlığının qorunmasında xüsusi xidmətlərinə görə Tıva Respublikasının ən yüksək dövlət mükafatıdır. Respublika qarşısında xidmətləri olan, onun təhlükəsizliyi uğrunda fəaliyyət göstərən şəxslərə təqdim edilir. Tıva Respublikasının ordeni ilə Rusiya Federasiyasının vətəndaşları və eləcə də xarici vətəndaşlar təltif edilir. Tıva Respublikasının ordeni ilə təltif edilmə aşağıdakı hallarda həyata keçirilir: sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, ticarət və xalq təsərrüfatının digər sahələrində, eləcə də dövlət-kooperativ, sahibkarlıq, fermer və arat fəaliyyətinin inkişafında böyük nailiyyətlərə görə; elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində, hüquq qaydasının, qanunların və təhlükəsizliyin təmin edilməsində xüsusi xidmətlərinə, böyüməkdə olan nəslin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə, yüksək ixtisaslı kadrların hazırlanmasına, əhaliyə tibbi xidmət göstərilməsinə, bədən tərbiyəsi və idmanın inkişafına görə; MDB və digər dövlətlərin respublikaları ilə hərtərəfli dostluq, iqtisadi, elmi-texniki və mədəni əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində fəal fəaliyyətinə görə; xüsusilə səmərəli dövlət və ictimai fəaliyyətə görə; respublika qarşısında digər xüsusi görkəmli xidmətlərinə görə. Tıva Respublikası ordeni, əmək kollektivlərinin, bələdiyyələrin nümayəndə orqanlarının, idarə, nazirliklərin, habelə ictimai təşkilatların tövsiyəsi ilə Tuva Respublikası Hökuməti Başçısının Fərmanı ilə verilir. Orden ilə təltif olunmuş təşkilatların rəhbərləri ordenin saxlandığı yerləri, onun mühafizəsini və təşkilatın işçilərinin onunla tanış olma imkanlarını müəyyən edirlər. Tıva Respublikası ordeni alan şəxs yenidən mükafatlandırıla bilər. Tıva Respublikası ordeni ilə təltif olunan şəxsə respublika büdcəsindən 50.000 rubl məbləğində birdəfəlik pul mükafatı verilir.
Tuva Respublikasının himni
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir. Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
Türkiyə Respublikasının Konstitusiyası
Türkiyə Respublikasının Konstitusiyası və ya 1982-ci il Konstitusiyası türk. Türkiye Cumhuriyeti Anayasası — 7 noyabr 1982-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Türkiyənin ən yüksək normativ hüquqi aktı. 12 sentyabr hərbi çevrilişindən sonra hərbi rəhbərliyin əmri ilə Məşvərət Məclisi tərəfindən hazırlanmış və 23 sentyabr 1982-ci ildə Məşvərət Məclisi və 18 oktyabr 1982-ci ildə Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmişdir. Konstitusiya referendum nəticəsində 91,37% lehinə olmaqla qəbul edilmişdir. Konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi və ona dəyişiklik təklif edilməsi dördüncü maddə ilə qadağandır. Bu günə qədər Konstitusiyaya iyirmi bir dəfə 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib. Konstitusiyada 7 bölmə, 177 maddə və 16 müvəqqəti maddə var. == Tarixi == === 1921 və 1924-cü il konstitusiyaları === Osmanlı imperiyası dövründə və Türkiyə Cümhuriyyəti qurulduğu andan ölkənin bir neçə konstitusiyası olmuşdur. Türkiyə dövlətçiliyinin ilk Konstitusiyası Osmanlı imperiyasında qəbul edilən 1876-cı il Konstitusiyası sayılır. 1876-cı ildə Yeni Osmanlılar tərəfindən elan edilən Osmanlı imperiyasının konstitusiyası, rəsmi olaraq ləğv edilməsə də, 1878-ci ildə Sultan II Əbdülhəmid tərəfindən parlamentin buraxılması ilə əslində fəaliyyətini dayandırmışdı.
Tıva Respublikasının Ordeni
Tıva Respublikasının Ordeni — Tıva Respublikasının ən yüksək dövlət mükafatı. Tıva Respublikasının 24 dekabr 1992-ci il tarixli 388 saylı "Tıva Respublikasının dövlət mükafatları haqqında" qanunu ilə təsis edilmişdir. == Ordenin statusu == Tıva Respublikası ordeni respublikanın sənaye, ictimai fəaliyyətində, sosial və mədəni inkişafında, dostluğun və beynəlxalq təhsilin möhkəmləndirilməsində, təhlükəsizliyinin təmin edilməsində, vətəndaşların həyatı və sağlamlığının qorunmasında xüsusi xidmətlərinə görə Tıva Respublikasının ən yüksək dövlət mükafatıdır. Respublika qarşısında xidmətləri olan, onun təhlükəsizliyi uğrunda fəaliyyət göstərən şəxslərə təqdim edilir. Tıva Respublikasının ordeni ilə Rusiya Federasiyasının vətəndaşları və eləcə də xarici vətəndaşlar təltif edilir. Tıva Respublikasının ordeni ilə təltif edilmə aşağıdakı hallarda həyata keçirilir: sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, ticarət və xalq təsərrüfatının digər sahələrində, eləcə də dövlət-kooperativ, sahibkarlıq, fermer və arat fəaliyyətinin inkişafında böyük nailiyyətlərə görə; elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində, hüquq qaydasının, qanunların və təhlükəsizliyin təmin edilməsində xüsusi xidmətlərinə, böyüməkdə olan nəslin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə, yüksək ixtisaslı kadrların hazırlanmasına, əhaliyə tibbi xidmət göstərilməsinə, bədən tərbiyəsi və idmanın inkişafına görə; MDB və digər dövlətlərin respublikaları ilə hərtərəfli dostluq, iqtisadi, elmi-texniki və mədəni əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində fəal fəaliyyətinə görə; xüsusilə səmərəli dövlət və ictimai fəaliyyətə görə; respublika qarşısında digər xüsusi görkəmli xidmətlərinə görə. Tıva Respublikası ordeni, əmək kollektivlərinin, bələdiyyələrin nümayəndə orqanlarının, idarə, nazirliklərin, habelə ictimai təşkilatların tövsiyəsi ilə Tuva Respublikası Hökuməti Başçısının Fərmanı ilə verilir. Orden ilə təltif olunmuş təşkilatların rəhbərləri ordenin saxlandığı yerləri, onun mühafizəsini və təşkilatın işçilərinin onunla tanış olma imkanlarını müəyyən edirlər. Tıva Respublikası ordeni alan şəxs yenidən mükafatlandırıla bilər. Tıva Respublikası ordeni ilə təltif olunan şəxsə respublika büdcəsindən 50.000 rubl məbləğində birdəfəlik pul mükafatı verilir.
Tıva Respublikasının himni
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir. Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
Çeçenistan Respublikasının Konstitusiyası
Bolqarıstan Respublikasının Qəhrəmanı
Bolqarıstan Xalq Respublikasının Qəhrəmanı (bolq. Герой на Народна република България) — Bolqarıstan Respublikasının mükafat sistemində ən yüksək fəxri addır. == Tarixi == VI Böyük Millət Məclisi Rəyasət Heyətinin 15 iyun 1948-ci il tarixli fərmanı ilə təsis edilmişdir. Bolqarıstan Xalq Respublikasının müdafiəsində göstərdiyi şücaət və xidmətlərə görə Bolqarıstan və xarici vətəndaşlara həmçinin və onun müttəfiqləri verilir. == Təsviri == Fəxri ad nişanı 34 mm diametrli stilizə edilmiş beşguşəli ulduz formasına malikdir. Arxa tərəfdə 3 sətirdə aşağıdakı kimi "Hero Of NR Bulgaria" yazılmışdır.
Kuba Respublikasının Qəhrəmanı
Kuba Respublikasının Qəhrəmanı (isp. Heroe de la Republica de Kuba) — fəxri mükafat Kuba Respublikası Kuba dövləti və Cəmiyyəti adından qəhrəmanlıq göstərənlər üçün yaradılmış mükafatdır. == Mükafata layiq görülənlər == Mükafat çox az adama verildi. Aşağıdakı adlar mükafata layiq görülənlər arasındadır: Arnaldo Tamayo Méndez, Interkosmos kosmik proqramının bir hissəsi olaraq Soyuz 38 ilə kosmosa çıxan ilk Kuba, Latın Amerikası və qaradərili kosmonavtdır.
Azərbaycan Respublikasının coğrafiyası
Azərbaycanın tarixi ərazisi cənub-şərqi Qafqazda və İranın şimal-qərb hissəsində yerləşir. Sahəsi 280 min km² (dəqiq rəqəm bilinmir), əhalisinin sayı isə 50 mln nəfərdən artıqdır. Hazırda bu tarixi ərazinin bir hissəsini tutan Azərbaycan Respublikasının sahəsi 86,6 min km², əhalisi 9,3 mln nəfərdir (2012-ci il). 2019-cu ilin oktyabr ayında isə əhalisinin sayı 10 milyonu ötdü.Hazırda əhali 10.148.057 nəfərdir və dünya sıralamsında 87 cidir.(2023-cü il). == Azərbaycan Respublikasının relyefi == Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi −28 m-dən (Xəzərsahili düzənlik) 4466 m-ə (Bazardüzü) qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Dəvəçi, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi-Baş Qafqaz (Bazardüzü dağı – 4466 m) və Yan silsilə (Şahdağ – 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır.
Gürcüstan Sovet Sosialist Respublikasının himni
== Sözləri ==
Latviya Sovet Sosialist Respublikasının himni
== Sözləri == == Status == Himn 1990-cı ildə öz statusunu itirib Müasir Latviyada himndən açıq şəkildə istifadə etmək qadağandır.
Litva Sovet Sosialist Respublikasının himni
== Tarixi == Litva SSRİ-nin tərkibinə daxil olandan sonra 1940-1941 və 1944-1950-ci illərdə himn kimi "İnternasional"dan istifadə edilirdi. İ.V.Stalinin şəxsiyyət kultunun ləğv olunması kampaniyası zamanı himnin ikinci bəndi - Stalin haqqında misralar şair Vasis Reymerisin mətniylə əvəzlənmişdir.
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya (rum. Declarația de independență a Republicii Moldova) və Moldovanın müstəqilliyi haqqında deklarasiya — 27 avqust 1991-ci ildə Moldova Parlamenti tərəfindən №691 «Müstəqillik haqqında deklarasiya» qanunu qəbul edilmişdir. Avqust çerilişinə cəhddən sonra Moldova SSRİ tərkibindən çıxdığını elan etmişdir. == Dəstəklənməsi == Moldova Parlamenti bu deklarasiyada Moldova Respublikasının müstəqilliyini elan edərək, nəzərə çatdırmaq istəyir ki, min il boyunca bölgədə moldova xalqı yaşamış və öz tarixlərini yazmışlar. Üstəlik uzaq keçmişdə mövcud olmuş dövlətçilik ənənələrini xatırladaraq bu addımın atılmasına hüquqi zəmin olduğunu vurğulayır. Xüsusi ilı Moldova knyazlığından Sovetlər dönəminə qədərki dövlətlər qeyd edilir. Deklarasiyada Kiçik Qaynarca (1775) və Buxarest (1812) sülh müqavilələri (Osmanlı ilə Rusiya arasında bağlanmış müqavilələr) qanundan kənar elan edilir. Səbəb isə hər iki tərəfin milli torpaqları bölüşdürməsi göstərilir. Üstəlik qanunda 2 avqust 1940-cı il « İttifaq daxilində Moldova SSR təşkili haqqında» və Faşist Almaniyası ilə SSRİ arasında 23 avqust 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktının qüvvədən düşməsi vurğulanır. Əsas kimi isə Bessarabiya, Bukovin və Qersa vilayətlərinin rəyinin alınmaması göstərilir.
Moldova Sovet Sosialist Muxtar Respublikasının Konstitusiyası (1925)
Moldova Sovet Sosialist Muxtar Respublikasının 1925-ci il Konstitusiyası (rum. Constituția Republicii Autonome Sovietice Socialiste Moldovenești din 1925) — 23 aprel 1925-ci ildə Moldova MSSR I Sovetlər Qurultayında təsdiqlənmiş konstitusiya. 10 may 1925-ci ildə Ukrayna SSR IX Ümumi Sovetlər Qurultayında Moldova MSSR Konstitusiyasını qəti şəkildə gücləndirildi. Moldova MSSR-nin Konstitusiyası ilk növbədə propaqanda xarakteri daşıyırdı. Partiya və respublika liderləri Bessarabiya ilə yenidən birləşmək və ya hətta Sovet Rumıniyası yaratmaq məqsədini ardıcıl olaraq bəyan etmişdi. Moldova MSSR-nə Ukrayna SSR-dən ayrılmaq hüququ verilmişdir. Bu, 1919-cu ildə Ukrayna SSR Konstitusiyasına edilən dəyişikliklərlə təsdiqlənmiş (4-cü maddə) və 1929-cu ildə Ukrayna SSR Konstitusiyasında təsbit edilmişdir. == Həmçinin bax == Moldova Sovet Sosialist Muxtar Respublikasının Konstitusiyası (1938) == Ədəbiyyat == А. В. Сурилов. История государства и права МССР (1917 - 1958). Кишинев.
Moldova Sovet Sosialist Muxtar Respublikasının Konstitusiyası (1938)
Moldova Sovet Sosialist Muxtar Respublikasının 1938-ci il Konstitusiyası (rum. Constituția Republicii Autonome Sovietice Socialiste Moldovenești din 1938) — 6 yanvar 1938-ci ildə Moldova MSSR VII Sovetlər Qurultayında təsdiqlənmiş konstitusiya. Moldova MSSR-in yeni konstitusiyası 11 fəsil və 114 maddədən ibarət idi. Bu, 1925-ci il Konstitusiyasından 4 fəsil daha uzun idi. Yeni fəsillər sosial nizamdan, vətəndaşların hüquq və vəzifələrindən, seçki sistemindən, konstitusiyaya dəyişikliklər edilmə prosedurundan bəhs edirdi. == Ədəbiyyat == А. В. Сурилов. История государства и права МССР (1917 - 1958). Кишинев. 1961 Государственно-правовые акты. Кишинев.
Moldova Sovet Sosialist Respublikasının himni
Moldova SSR-in dövlət himni (mold. Имнул де Стат ал РСС Молдовенешть; rum. Imnul de Stat al RSS Moldovenești; rus. Гимн Молдавской ССР, Gimn Moldavskoj SSR) — 1945–1991-ci illərdə Moldova SSR-in dövlət himni.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanı. == Tarixi == 1938–1990-cı illərdə Naxçıvan MSSR-in parlamenti Ali Sovet adlanıb. Kommunist partiyasının rəhbərliyi ilə son seçkilər XII çağırış Naxçıvan MSSR Ali Sovetinə 30 sentyabr 1990-cı ildə keçirilmişdir. Həmin seçkilərin keçirilməsi üçün Naxçıvan MSSR-də 110 seçki dairəsi yaradılmışdır. Naxçıvan MSSR Ali Sovetinə 110 deputat seçilmişdir. 17 noyabr 1990-cı ildə XII çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk iclasında Ali Sovetin Rəyasət Heyətinin sədri Ali Sovetin 2 nömrəli M. F. Axundov seçki dairəsindən deputatı Heydər Əliyev seçilmişdir. Həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə sədr seçildi. === Ali Məclisin çağırışları === == Statusu == Azərbaycan Respublikasının Konstitusiyasına görə muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — parlamenti həyata keçirir.
Naxçıvan Muxtar Respublikasının Baş naziri
Naxçıvan Muxtar Respublikasının Baş naziri — Azərbaycan Respublikasının tərkibindəki Naxçıvan Muxtar Respublikasının hökumət başçısı. == Haqqında == Naxçıvan Muxtar Respublikasının Baş naziri muxtar respublikanın Nazirlər Kabinetinə rəhbərlik edərək onun iclaslarına sədrlik edir. Baş naziri Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir. Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini isə Baş nazirin təklifi ilə Naxçıvan MR Ali Məclisi təsdiq edir. Baş nazir vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik və başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir. == Baş nazirlərin siyahısı == Mirismayıl Əliyev (17 noyabr 1990 – sentyabr 1991) Becan Fərzəliyev (sentyabr 1991 – 1993) Şəmsəddin Xanbabayev (1993 – 2000) Əlövsət Baxşıyev (11 fevral 2000 – 14 may 2020) Səbuhi Məmmədov (23 may 2020 – 25 aprel 2024) Ceyhun Cəlilov (25 aprel 2024 – h. h.) == İstinadlar == == Mənbə == Naxçıvan MR Nazirlər Kabineti // Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu
Naxçıvan Muxtar Respublikasının XIII futbol çempionatı
Naxçıvan Muxtar Respublikasının XIII futbol çempionatı — Naxçıvan Muxtar Respublikasının futbol çempionatının 2015-ci ildə başa çatmış mövsümü. "Araz-Naxçıvan" komandası çempionatın qalibi olmuş, "Dinamo" ikinci, Naxçıvan Dövlət Universiteti üçüncü yeri tutmuşdur. == Təşkilatçılar == Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyası == Təqvim == Çempionat 2014-cü ilin sentyabr ayının sonlarında başlamış və 2015-cı ilin may ayında başa çatmışdır. == Format == Çempionatda 10 komanda 18 turdan ibarət ikidövrəli sistem üzrə mübarizə aparmışdır. == Yekun turnir cədvəli == == Klubların performansı == Mövsümün qalibi olan "Araz-Naxçıvan" futbol komandası çempionatı məğlubiyyətsiz başa vurub. Komanda mövsüm ərzində yalnız bir dəfə xal itkisi ilə üzləşməli olub. Belə ki, Şərurda "Arpaçay" komandasının qonağı olan "qırmızı-ağlar" meydanı heç-heçə tərk ediblər. Son 3 tura kimi "Dinamo" futbol klubu "Araz-Naxçıvan"ı izləsə də, rəqiblər arasında keçirilən matç hər şeyi həll edib. Naxçıvan MR Daxili İşlər Nazirliyinin komandası mövsümdə ərzində meydanı 3 dəfə məğlub tərk edib ki, bunun da məhz ikisi "Araz-Naxçıvan"la oyunlara təsadüf edir. Onlar digər məğlubiyyətlə Şərurda "Arpaçay"la oyunda üzləşiblər.
Naxçıvan Muxtar Respublikasının XIV futbol çempionatı
Naxçıvan Muxtar Respublikasının XIV futbol çempionatı — Naxçıvan Muxtar Respublikasının futbol çempionatının 2016-cı ildə başa çatmış mövsümü. "Araz-Naxçıvan" komandası çempionatın qalibi olmuş, "DİN-Darıdağ" ikinci, Naxçıvan Dövlət Universiteti üçüncü yeri tutmuşdur. == Təşkilatçılar == Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyası == Təqvim == Çempionat 2015-ci ilin sentyabr ayının sonlarında başlamış və 2016-cı ilin iyun ayında başa çatmışdır. == Format == Çempionatda 10 komanda 18 turdan ibarət ikidövrəli sistem üzrə mübarizə aparmışdır. == İştirakçılar == Araz-Naxçıvan Batabat Naxçıvan Dövlət Universiteti DİN-Darıdağ Arpaçay Kəngərli Əlincə Sədərək Babək Dübəndi == Klubların performansı == "Araz-Naxçıvan" mövsümün ilk görüşündə Naxçıvan Dövlət Universitetinin komandasına uduzsa da, bu, onların mövsüm ərzində ilk və tək məğlubiyyətləri olub. Keçirdikləri 18 oyunun 16-da meydanı 3 xalla tərk edən "Araz-Naxçıvan" sadəcə bir görüşdə heç-heçə edib. Onları mövsüm ərzində "DİN-Darıdağ" futbol komandası izləsə də, sonda həmin komanda rəqiblərindən 6 xal geridə qalaraq, ikinci pilləni tutub. Hər iki görüşdə liderə məğlub olmuş "DİN-Darıdağ"ın səfərdə gözlənilmədən "Əlincə" komandası ilə matçda meydanı xalsız tərk etməsi mövsümün sürprizlərindən biri olub. Mövsümün ilk turunda "Araz-Naxçıvan"ı məğlub edən Naxçıvan Dövlət Universitetinin komandası çempionata iddialı başlasa da, sonradan üzləşdiyi məğlubiyyətlər onu liderlikdən uzaqlaşdırıb. Xüsusilə mövsüm ərzində keçirilən hər iki görüşdə "DİN-Darıdağ" komandasına, gözlənilmədən "Batabat" və "Arpaçay" komandalarına minimal hesablı məğlubiyyətlər tələbələri çempionatın yalnız üçüncüsü edə bilib.
Naxçıvan Muxtar Respublikasının XV futbol çempionatı
Naxçıvan Muxtar Respublikasının XV futbol çempionatı — Naxçıvan Muxtar Respublikasının futbol çempionatının 2017-ci ilin iyun ayında başa çatmış mövsümü. "Araz-Naxçıvan" komandası çempionatın qalibi olmuş, "Batabat" ikinci, Naxçıvan Dövlət Universiteti üçüncü yeri tutmuşdur. == Təşkilatçılar == Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyası == Format == Çempionatda 10 komanda 18 turdan ibarət ikidövrəli sistem üzrə mübarizə aparmışdır.
Naxçıvan Muxtar Respublikasının futbol çempionatı
Naxçıvan Muxtar Respublikasının futbol çempionatı — Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının birgə təşkil etdiyi futbol çempionatı. Sonuncu - XV çempionat 2017-ci ilin iyun ayında başa çatmış və "Araz-Naxçıvan" komandası çempionatın qalibi olmuşdur. == Format == Çempionatda 10 komanda 18 turdan ibarət ikidövrəli payız-yaz sistemi üzrə mübarizə aparır.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı
== 1924–1969 == Sovetlər Birliyinin yarandığı ilk dövrlərində Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların başlıca istiqamətini kollektivləşmə, əsaslı təsərrüfatçılıq və sənaye potensialının dirçəlişinə yönəlmiş tədbirlər təşkil edirdi. === Sənayesi === Naxçıvanda da sənaye istehsalının nisbətən yeni texniki baza üzərində qurulmasına səy göstərilirdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində həmin illərdə Ordubad rayonunda konserv zavodu və yeni tipli ipəkçilik fabriki tikilmiş, Şərur rayonunda pambıq zavodu bərpa olunmuş, Naxçıvan şəhərində yeni pambıq zavodu tikilmiş, şərabçılıq müəssisəsi bərpa olunmuşdur. Tarixi inkişafın gedişini əks etdirən sosial-iqtisadi xarakterli materialların, sənədlərin təhlili göstərir ki, sonrakı dövrlərdə Naxçıvan iqtisadiyyatına real vəziyyətdən irəli gələn diqqət göstərilməmiş, müxtəlif dövrlərdə onun qarşısında duran vəzifələrin yerinə yetirilməsinə respublika üzrə icra templərindən gec başlanılmışdır. Azərbaycanda sənayeləşdirmə və birinci beşillik planın vəzifələrinin yerinə yetirildiyi vaxtda muxtar respublikada sənayenin qismən yeni texniki baza üzərində bərpası işləri həyata keçirilirdi. Tarixi mənbələr göstərir ki, muxtar respublikada dağılmış sənayenin ilkin bərpası duz mədəni üzrə 1924–1926-cı, ipəkçilik üzrə 1924–1927-ci, konserv istehsalı üzrə 1925–1927-ci, şərabçılıq üzrə 1926–1927-ci illərdən başlayaraq həyata keçirilmişdir. Sosialist inqilabı ərəfəsində Naxçıvan ərazisində olan sənaye müəssisələri yüngül və yeyinti sənayesi sahələrinə aid olmaqla, əsasən, kiçik kustar xarakteri daşıyırdı. İnqilabdan sonrakı dövrdə aparılan bir sıra yenidənqurma işlərinə baxmayaraq, birinci beşilliyin axırlarında muxtar respublikada hələ də tam gücü ilə işləməyən, texniki bazası zəif olan xeyli sayda kooperativləşdirilməyən xırda müəssisələr vardı. 1930-cu ildə bütün sənayedə işləyənlərin 43,2 faizi, 1932-ci ildə isə 50 faizi fabrik-zavod sənayesinin payına düşürdü. Beləliklə, hələ birinci beşilliyin axırlarında sənaye istehsalının iri fabrik-zavod müəssisələri hesabına təşkili başa çatmamışdı.
Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimlərinin siyahısı
== 1990 ==
Polşa Respublikasının "Xidmətlərə görə" ordeni
Polşa Respublikasının Xidmətlərinə görə ordeni ( pol. Order Zasługi Rzeczypospolitej Polskiej ) 1974-cü ildə yaradılmış Polşanın xidmətlərinə görə ordendir və Polşa qarşısında böyük xidmətlər göstərmiş şəxslərə verilir. Həmçinin Xaricilərə və ya xaricdə yaşayan polyaklara verilir. Buna görə bəzən ənənəvi "diplomatik sifariş" kimi də adlandırılır. == Tarix == Orden 10 aprel 1974-cü il tarixli aktla Polşa Xalq Respublikasının Xidmətlərə görə ordeni ( Zasługi Polskiej Rzeczypospolitej Ludowej ordeni ) kimi təsis edilmişdir. Xalq Cümhuriyyəti qurulduqdan sonra Ağ Qartal ordeni istifadədən çıxdığından sonra yeni ordenə ehtiyac yaranmışdı. Bu tarixi əks etdirən hər iki sifarişdə oxşar rəng və dizaynlardan istifadə edilib Polşa Xalq Respublikasının xidmətlərinə görə ordeni beş dərəcə üzrə verilir: Böyük Kordon ordeni, Ulduzlu komandir, komandirlik, Qızıl orden nişanı və gümüş orden nişanı. Polşa Dövlət Şurası tərəfindən mükafatlandırılmışdır. 1989-cu ildə Polşada kommunizmin süqutundan sonra lazımi dəyişikliklərlə nizamın saxlanmasına qərar verildi. 1974-cü il aktında və ya ordenin adında rəsmi dəyişiklik edilmədən, 16 aprel 1991-ci il tarixli prezidentin fərmanı ilə fərqlənmə nişanları indikilərə dəyişdirildi.
Qazaxıstan Respublikasının Konstitusiya Günü
Qazaxıstan Respublikasının Konstitusiya Günü (qaz. Қазақстан Республикасының Конституциясы күні) — 1995-ci ildə ümumxalq referendumunda qəbul edildiyi tarix olan 30 avqustda qeyd olundu. Konstitusiya günündə Respublikanın bütün bölgələrində və şəhərlərində ənənəyə uyğun olaraq həvəskar sənətkarların kütləvi bayram şənlikləri və konsertləri keçirilir. == Tarixi == Qazaxıstan Respublikasının Konstitusiyası 30 avqust 1995-ci il tarixli ümumxalq referendumunda qəbul edildi (1998 və 2007-ci illərdəki əlavə və dəyişikliklərlə). Konstitusiya, ölkənin əsas qanunu olaraq, Qazaxıstan xalqının iradəsini, ölkəsini "demokratik, dünyəvi, hüquqi və sosial dövlət olaraq qurma arzusunu əks etdirir. həyat, hüquq və azadlıqlar "(N. Nazarbayev). Qazaxıstan Respublikası Konstitusiyanın birinci maddəsi ilə özünü ən yüksək dəyərləri bir insan, onun həyatı, hüquqları və azadlıqları olan demokratik, dünyəvi, hüquqi və sosial bir dövlət kimi təsdiqləyir. Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevə görə, Qazaxıstan Konstitusiyası azadlığın təməlidir. Beləliklə, Konstitusiya Qazaxıstandakı insanlara ən vacib olanı seçmək hüququ verdi. 18 may 2007-ci il tarixində parlamentin otaqlarının birgə iclasında Əsas Qanuna edilmiş dəyişikliklərə əsasən, idarəetmə formasına görə Qazaxıstan prezident-parlament idarəetmə formasına malik unitar dövlətdir.
Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsi
Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsi — Qazaxıstan Respublikasının keçmiş konstitusiya nəzarətinin kollektiv orqanı. 11 nəfərdən ibarətdir. Sədr və on hakimdən ibarət idi. Konstitusiya Məhkəməsinin ilk və yeganə sədri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının akademiki— Murat Baymakanov olmuşdur. == Tarixi == 1989-cu ildə Qazaxıstanda konstitusiya nəzarəti institutu yaratmaq üçün ilk cəhd edildi. Sonra Qazaxıstan SSR 1978-ci il Konstitusiyasına Konstitusiya Nəzarət Komitəsinin yaradılmasını nəzərdə tutan dəyişiklik və əlavələr edildi. Konstitusiya nəzarəti orqanı yalnız dövlət suverenlik əldə etdikdən sonra meydana çıxdı. 16 dekabr 1991-ci ildə Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsi, "Qazaxıstan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Cümhuriyyətin konstitusiya qanunu ilə Konstitusiyanın məhkəmə müdafiəsinin ali orqanı olaraq quruldu. Məhkəmə yalnız "Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsi haqqında" (6 iyun 1992) və "Konstitusiya icraatı haqqında" qanunların qəbul edildiyi və Konstitusiya Məhkəməsinin sədri və on hakimi fəaliyyətə başladı. Məhkəmənin diqqət çəkən qərarlarından biri də prezident Nazarbayev tərəfindən Ali Sovetin ləğvi ilə nəticələnən parlament seçkilərinin qanunsuz elan edilməsi barədə seçki dairələrinin qeyri-bərabər bölgüsünə dair fərdi şikayət üzrə qərar verilməsi idi.
Qazaxıstan Respublikasının Milli Fondu
Qazaxıstan Respublikasının Milli Fondu (Milli Fond) — Qazaxıstan Respublikası Dövlət Fondu, Qazaxıstan Respublikası Hökümətinin Qazaxıstan Respublikası Milli Bankındakı hesabında, eləcə də digər əmlak şəklində cəmlənən maliyyə aktivləri məcmusudur. qeyri-maddi aktivlər istisna olmaqla. Yaratma məqsədləri bunlardır: ölkənin sabit sosial iqtisadi inkişafının təmin edilməsi, 1)gələcək nəsillər üçün vəsait toplanması, 2)iqtisadiyyatın əlverişsiz xarici amillərin təsirindən asılılığının azaldılması, 3)respublika və yerli büdcələrin dünya qiymətlərindən asılılığının azaldılması. Funksiyalar: Əmanət. Əmanət funksiyası, uzun müddətdə maliyyə riski səviyyəsində maliyyə aktivlərinin və digər əmlakın yığılmasını və Qazaxıstan Respublikası Milli Fondunun aktivlərinin gəlirliliyini təmin edir. Stabilizasiya. Stabilizasiya funksiyası Qazaxıstan Respublikası Milli Fondunun aktivlərinin kifayət qədər likvidlik səviyyəsini saxlamaq üçün nəzərdə tutulmuşdur. Qazaxıstan Respublikası Milli Fondunun etibarlı idarə edilməsi Qazaxıstan Respublikası Milli Bankı ilə Qazaxıstan Respublikası Hökuməti arasında bağlanmış etibarlı idarəetmə müqaviləsi əsasında Qazaxıstan Respublikasının Milli Bankı tərəfindən həyata keçirilir. == Qazaxıstan Respublikası Milli Fondunun aktivləri == == Milli Fonddan istifadə == Qazaxıstan Respublikasının Milli Fondu xərclənir: müvafiq maliyyə ili üçün inkişaf büdcəsi proqramlarının (alt proqramlarının) icrası üçün Qazaxıstan Respublikasının Milli Fondundan respublika büdcəsinə zəmanətli köçürmə şəklində; Qazaxıstan Respublikası Prezidentinin müəyyən etdiyi məqsədlər üçün Qazaxıstan Respublikasının Milli Fondundan respublika büdcəsinə köçürülən məqsədli transfertlər şəklində; Qazaxıstan Respublikası Milli Fondunun idarə olunması və illik audit ilə bağlı xərcləri ödəmək. dollar məzənnəsini qorumaq üçün (2016-cı ildə dollar məzənnəsini qorumaq üçün təxminən 30 milyard dollar xərcləndi).
Qazaxıstan Respublikasının dövlət katibi
Qazaxıstan Respublikasının dövlət katibi — Qazaxıstan Respublikasının siyasi məmuru, Qazaxıstan Respublikasının Prezidenti tərəfindən təyin və vəzifədən azad edilir. Dövlət katibi fəaliyyətini birbaşa Qazaxıstan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirir, hesabat verir və onun nəzarəti altındadır.
Qazaxıstan Respublikasının vitse-prezidenti
Qazaxıstan Respublikasının vitse-prezidenti — 1991-1996-cı illərdə Qazaxıstan Respublikasında mövcud olan vəzifə. Belə bir vəzifə tutan ilk və yeganə şəxs Erik Maqzumoviç Asanbaev idi. 16 dekabr 1991-ci ildə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev tərəfindən bu vəzifəyə təyin edildi və 22 fevral 1996-cı ildə vəzifəsindən uzaqlaşdırıldı. == İlkin şərtlər == Qazaxıstan SSR Prezidentinin müavini vəzifəsi, Qazaxıstan SSR-in 1990-cı il 24 aprel tarixli “Qazaxıstan SSR Prezidenti vəzifəsinin təsis edilməsi və dəyişikliklər və Qazaxıstan SSR Konstitusiyasına (Əsas Qanuna) əlavələr ". Ona görə: Qazaxıstan SSR Başçısının müavini, Qazaxıstan SSR Prezidentinin tapşırığı ilə onun ayrı-ayrı funksiyalarını yerinə yetirir və Prezidentin olmadığı və ya vəzifələrini icra edə bilmədiyi təqdirdə Prezident əvəz edir. Qazaxıstan SSR Prezidenti bu və ya digər səbəbdən vəzifələrini icra edə bilmirsə, Qazaxıstan SSR-nin yeni Prezidenti seçilənə qədər onun səlahiyyətləri Qazaxıstan SSR Prezidentinin müavininə verilir və bu mümkün deyilsə, Qazaxıstan SSR Ali Sovetinin Sədri. Qazaxıstan SSR Prezidentinin müavini ilk dəfə Qazaxıstan SSR Ali Soveti tərəfindən altı il müddətinə seçildi. Bu vəzifəyə Qazaxıstan SSR Ali Soveti, əvvəllər Qazaxıstan SSR Ali Soveti sədrinin birinci müavini vəzifəsini tutan Tereşenko Sergey Aleksandroviçi seçdi. Bu vəzifəni 1990-cı il aprelin 24-dən mayın 13-dək tutmuşdur. Mayın 13-də Serqey Tereşenko CPM Çimkent Regional Komitəsinin birinci katibi təyin edildi və prezident müavini vəzifəsi boş qaldı.

Oxşar sözlər

#respublikasının nədir? #respublikasının sözünün mənası #respublikasının nə deməkdir? #respublikasının sözünün izahı #respublikasının sözünün yazılışı #respublikasının necə yazılır? #respublikasının sözünün düzgün yazılışı #respublikasının leksik mənası #respublikasının sözünün sinonimi #respublikasının sözünün yaxın mənalı sözlər #respublikasının sözünün əks mənası #respublikasının sözünün etimologiyası #respublikasının sözünün orfoqrafiyası #respublikasının rusca #respublikasının inglisça #respublikasının fransızca #respublikasının sözünün istifadəsi #sözlük