resta sözü azərbaycan dilində

resta

Yazılış

  • resta • 50.0000%
  • Resta • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanda restavrasiya edilmiş tarixi abidələr
Azərbaycanda Rusiya, sovet və müstəqillik dövründə bir çox tarixi abidələr restavrasiya edilmişdir.
Burbon restavrasiyası
Burbon restovrasiyası — Fransa tarixində Birinci Fransa İmperiyasının (1804-1815) süqütü ilə İyul İnqilabı (1830) arasındakı müddətdə Burbonlar monarxiyasının yeninden bərpasıdır. Restovrasiya dövrü Napoleon Bonapartın sürgündən qaçmasıyla əlaqədar olaraq Yüz gün müddətinə fəaliyyətini dayandırmışdır. Bu səbəbdən aprel 1814 və mart 1815-ci illər arasını əhatə edən dövr "Birinci Restovrasiya" dönəmi, Napoleonun taxtdan rəsmi olaraq uzaqlaşdırıldığı 1815-ci ildən 1830-cu ilə qədər isə "İkinci Restavrasiya" dönəmi adlanır. Bu dövr XVIII Luiz və balaca qardaşı X Karl dönəmlərini əhatə edir. Hər iki kral ölkədə kralı dəstəkləyən güclərlə liberal burjuaziya arasında gücləri tənzimləməyə calışmışdır. Xarici siyasətdə isə əsas məqsəd Fransanın müharibə borclarının ödənilməsi, buna bağlı olaraq işğalçı qüvvələrin Fransadan çıxarılması, Ölkənin yenidən beynəlxalq münasibətlərdə bərabər status alması idi.
Kenmu restavrasiyası
Kemmu bərpası 1336-1338 (yapon建武新政, けんむのしんせい, Kemmu-no tüko) — Yaponiyada şoqunat yaranandan sonra, imperatorlar real hakimiyətdən uzaqlaşdırılmışdılar. Lakin öz taleyi ilə barışmaq istəməyən imperatorlar və şoqunlar arasında ədavət və nifaq ara vermirdi. İmperatorlar heç də ancaq dövlət dininin başçısı rolu ilə barışmaq istəmirdilər. Şoqunata qarşı ilk çıxış edənlərdən biri imperator Qodayqo idi. O zaman gerçək hakimiyət, nümayəndələri Kamakura şoqunatı dövründə vacib sikken(reqent) vəzifəsini və titulunu özlərində saxlayan, Xodzö evinin əlində idi. Xodzö klanı Kamakura şoqunatı dövrü belə yüksək vəziyyətə ona görə nail olmuşdu ki, qoşun yığaraq və Yeritomonun tərəfində savaşaraq Minamotonun hakimiyət uğrunda mübarizəsinə fəal dəstək verirdilər. Qodayqonun tərəfində ilk növbədə buddist ruhaniləri çıxış edirdilər. Onlar nüfuzlu qüvvə idi. Lakin ancaq onlar deyildi. İmperatoru, Xodzö evinin diktaturasına qarşı çıxış edən bəzi iri feodal klanlar da dəstəkləyirdi.
Restaurant to Another World
Restaurant to Another World (azərb. Başqa dünyaya restoran‎) və ya Yaponiyada tanınan adı ilə Isekai Shokudō (異世界食堂, azərb. Alternativ dünya restoranı‎) — Katsumi Enaminin rəssamlığı ilə Cunpey İnuzuka tərəfindən yazılan ranobe seriyası. Shufunotomo nəşriyyatı tərəfindən üç cildi buraxılmışdır. Takaaki Kuqatsunun rəssamlığı ilə hazırlanan manqa 2016-cı ilin noyabrında Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 3 iyul 2017-ci ildən 18 sentyabr 2017-ci ilə kimi anime serialı adaptasiyası yayımlanmışdır. == Məzmun == "Yōshoku no Nekoya" (azərb. "Qərb mətbəxi pişik restoranı"‎) alış-veriş rayonunun tanınmayan küncündə yerləşən Qərb üslubunda olan adi restorandır. Lakin müəmmalı şəkildə bu restoran bazar günləri açıq olur və çox qəribə müştərilərə çox qəribə yeməklər təklif edir. == Media == === Ranobe === Müəllif Cuppey İnuzuka ranobe seriyasını Shōsetsuka ni Narō veb-roman saytı vasitəsilə 4 yanvar 2013-cü ildən yayımlamaqdadır.
Restavrasiya
Restavrasiya (ing. Restoration) - Köhnəlmiş və ya zədələnmiş memarlıq abidəsinin, incəsənət əsərinin və s.-nin ilkin formasına uyğun olaraq yenilənməsi; bərpa edilməsi.
Sikstin kapellası freskalarının restavrasiyası
Sikstin kapellası freskalarının restavrasiyası — XX əsrin əsas incəsənət restavrasiyalarından biridir. Sikstin kapellası Roma papası IV Sikstin sifarişi ilə, Vatikan ərazisində, Müqəddəs Pyotr bazilikasından şimalda inşa etdirilmiş və 1481-ci ildə tamamlanmışdır. Bazilikanın divarları XV əsr İtaliya incəsənətinin ən nümayəndələri olan, Girlandayo, Perucino, Botiçelli kimi müxtəlif intibah rəssamlarının əsərləri ilə bəzədilmişdir. Roma papası II Yulinin hakimiyyəti dövründə bazilikanın bəzədilməsi işləri davam etmiş, kapellanın tavanı Mikelancelo tərəfindən 1508–1512-ci illərdə bəzədilmişdir. Sonra Roma papası VII Klementin hakimiyyəti dövründə Mikelancelo bazilikanın divarında intibah incəsənətinin şah əsərlərindən biri hesab edilən "Böyük məhkəmə" əsərini işləmiş və 1541-ci ildə tamamlamışdır. Divarların aşağı hissəsini örtmüş xalıların təsviri Roma papası X Leonun hakimiyyəti dövründə Rafaelin təsvirləri əsasında hazırlanmışdır və 1515–1516-cı illərdə tamamlanmış bu işlər hazırda Rafael cizgiləri adı ilə tanınır. Kapellanın rəsmləri əsasında İntibah dövrü incəsənəti mövzularının rəsmli sxemi yaradılmışdır. Məsələn, Mikelancelo tərəfindən kapellanın tavanında işlənmiş rəsm əsərlərindən bir neçəsi Qərb incəsənətinin ən məşhur nümunələri hesab olunur. Sikstin kapellası freskaları, kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş rəsm əsərləri, həmçinin digər incəsənət detalları 1980–1994-cü illərdə bir neçə dəfə müxtəlif səviyyədə restavrasiya edilmişdir. Bu restavrasiyalardan ən son həyata keçiriləni, restavrasiyanın səviyyəsi və təsiri baxımından incəsənət sevərlər və tarixçilər arasında ciddi müzakirələrə səbəb olmuşdur.

"resta" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#resta nədir? #resta sözünün mənası #resta nə deməkdir? #resta sözünün izahı #resta sözünün yazılışı #resta necə yazılır? #resta sözünün düzgün yazılışı #resta leksik mənası #resta sözünün sinonimi #resta sözünün yaxın mənalı sözlər #resta sözünün əks mənası #resta sözünün etimologiyası #resta sözünün orfoqrafiyası #resta rusca #resta inglisça #resta fransızca #resta sözünün istifadəsi #sözlük