restavrasiya sözü azərbaycan dilində

restavrasiya

Yazılış

  • restavrasiya • 92.1875%
  • Restavrasiya • 7.8125%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Restavrasiya
Restavrasiya (ing. Restoration) - Köhnəlmiş və ya zədələnmiş memarlıq abidəsinin, incəsənət əsərinin və s.-nin ilkin formasına uyğun olaraq yenilənməsi; bərpa edilməsi.
Azərbaycanda restavrasiya edilmiş tarixi abidələr
Azərbaycanda Rusiya, sovet və müstəqillik dövründə bir çox tarixi abidələr restavrasiya edilmişdir.
Burbon restavrasiyası
Burbon restovrasiyası — Fransa tarixində Birinci Fransa İmperiyasının (1804-1815) süqütü ilə İyul İnqilabı (1830) arasındakı müddətdə Burbonlar monarxiyasının yeninden bərpasıdır. Restovrasiya dövrü Napoleon Bonapartın sürgündən qaçmasıyla əlaqədar olaraq Yüz gün müddətinə fəaliyyətini dayandırmışdır. Bu səbəbdən aprel 1814 və mart 1815-ci illər arasını əhatə edən dövr "Birinci Restovrasiya" dönəmi, Napoleonun taxtdan rəsmi olaraq uzaqlaşdırıldığı 1815-ci ildən 1830-cu ilə qədər isə "İkinci Restavrasiya" dönəmi adlanır. Bu dövr XVIII Luiz və balaca qardaşı X Karl dönəmlərini əhatə edir. Hər iki kral ölkədə kralı dəstəkləyən güclərlə liberal burjuaziya arasında gücləri tənzimləməyə calışmışdır. Xarici siyasətdə isə əsas məqsəd Fransanın müharibə borclarının ödənilməsi, buna bağlı olaraq işğalçı qüvvələrin Fransadan çıxarılması, Ölkənin yenidən beynəlxalq münasibətlərdə bərabər status alması idi.
Kenmu restavrasiyası
Kemmu bərpası 1336-1338 (yapon建武新政, けんむのしんせい, Kemmu-no tüko) — Yaponiyada şoqunat yaranandan sonra, imperatorlar real hakimiyətdən uzaqlaşdırılmışdılar. Lakin öz taleyi ilə barışmaq istəməyən imperatorlar və şoqunlar arasında ədavət və nifaq ara vermirdi. İmperatorlar heç də ancaq dövlət dininin başçısı rolu ilə barışmaq istəmirdilər. Şoqunata qarşı ilk çıxış edənlərdən biri imperator Qodayqo idi. O zaman gerçək hakimiyət, nümayəndələri Kamakura şoqunatı dövründə vacib sikken(reqent) vəzifəsini və titulunu özlərində saxlayan, Xodzö evinin əlində idi. Xodzö klanı Kamakura şoqunatı dövrü belə yüksək vəziyyətə ona görə nail olmuşdu ki, qoşun yığaraq və Yeritomonun tərəfində savaşaraq Minamotonun hakimiyət uğrunda mübarizəsinə fəal dəstək verirdilər. Qodayqonun tərəfində ilk növbədə buddist ruhaniləri çıxış edirdilər. Onlar nüfuzlu qüvvə idi. Lakin ancaq onlar deyildi. İmperatoru, Xodzö evinin diktaturasına qarşı çıxış edən bəzi iri feodal klanlar da dəstəkləyirdi.
Sikstin kapellası freskalarının restavrasiyası
Sikstin kapellası freskalarının restavrasiyası — XX əsrin əsas incəsənət restavrasiyalarından biridir. Sikstin kapellası Roma papası IV Sikstin sifarişi ilə, Vatikan ərazisində, Müqəddəs Pyotr bazilikasından şimalda inşa etdirilmiş və 1481-ci ildə tamamlanmışdır. Bazilikanın divarları XV əsr İtaliya incəsənətinin ən nümayəndələri olan, Girlandayo, Perucino, Botiçelli kimi müxtəlif intibah rəssamlarının əsərləri ilə bəzədilmişdir. Roma papası II Yulinin hakimiyyəti dövründə bazilikanın bəzədilməsi işləri davam etmiş, kapellanın tavanı Mikelancelo tərəfindən 1508–1512-ci illərdə bəzədilmişdir. Sonra Roma papası VII Klementin hakimiyyəti dövründə Mikelancelo bazilikanın divarında intibah incəsənətinin şah əsərlərindən biri hesab edilən "Böyük məhkəmə" əsərini işləmiş və 1541-ci ildə tamamlamışdır. Divarların aşağı hissəsini örtmüş xalıların təsviri Roma papası X Leonun hakimiyyəti dövründə Rafaelin təsvirləri əsasında hazırlanmışdır və 1515–1516-cı illərdə tamamlanmış bu işlər hazırda Rafael cizgiləri adı ilə tanınır. Kapellanın rəsmləri əsasında İntibah dövrü incəsənəti mövzularının rəsmli sxemi yaradılmışdır. Məsələn, Mikelancelo tərəfindən kapellanın tavanında işlənmiş rəsm əsərlərindən bir neçəsi Qərb incəsənətinin ən məşhur nümunələri hesab olunur. Sikstin kapellası freskaları, kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş rəsm əsərləri, həmçinin digər incəsənət detalları 1980–1994-cü illərdə bir neçə dəfə müxtəlif səviyyədə restavrasiya edilmişdir. Bu restavrasiyalardan ən son həyata keçiriləni, restavrasiyanın səviyyəsi və təsiri baxımından incəsənət sevərlər və tarixçilər arasında ciddi müzakirələrə səbəb olmuşdur.

Oxşar sözlər

#restavrasiya nədir? #restavrasiya sözünün mənası #restavrasiya nə deməkdir? #restavrasiya sözünün izahı #restavrasiya sözünün yazılışı #restavrasiya necə yazılır? #restavrasiya sözünün düzgün yazılışı #restavrasiya leksik mənası #restavrasiya sözünün sinonimi #restavrasiya sözünün yaxın mənalı sözlər #restavrasiya sözünün əks mənası #restavrasiya sözünün etimologiyası #restavrasiya sözünün orfoqrafiyası #restavrasiya rusca #restavrasiya inglisça #restavrasiya fransızca #restavrasiya sözünün istifadəsi #sözlük