rezonans sözü azərbaycan dilində

rezonans

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • rezonans • 92.2907%
  • Rezonans • 7.7093%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rezonans
Rezonans - sistemə təsir edən xarici qüvvənin dəyişmə tezliyi sistemin məxsusi rəqslərin tezliyinə bərabər olduqda icbari rəqslərin amplitudunun artaraq maksimum qiymət almasına deyilir. Rəqs amplitudunun maksimum qiyməti mühitin sürtünmə (müqavimət) qüvvəsindən də asılıdır. Müqavimət böyük olduqda rezonans hiss olunmaya bilər. Məsələn, havada sapdan asılmış yükün rəqslərinin amplitudu rezonansda artsa da maye mühitində artırmaq olmur. Hər bir sistemə məxsus məxsusi rəqs tezliyi var. Periodik təsir edən kiçik qüvvələr qurğuları, tikililəri dağıda bilər. Buna görə körpülərdən keçərkən ,binalarda nizamlı yeriş olmaz . Rezonans anlayışı ilk dəfə 1602-ci ildə Qalileo Qaliley tərəfindən kəfgirin və musiqi simlərinin tədqiqinə həsr olunmuş əsərlərində öz əksini tapmışdır. == Ədəbiyyat == A.Mehrabov və b. Fizika kursu.
Maqnit rezonans tomoqrafiya
Maqnit rezonans tomoqrafiya (MRT) - bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir və dərin yerləşmiş bioloji toxumların vizuallaşmasını təmin edir... Maqnit Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompüter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. MRT müayinəsi 20 ilə 40 dəqiqə arasında tamamlanır. MRT sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur. MRT vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunü və onurğa beyni, döş qəfəsi orqanlan, qarın boşluğu orqanlan, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək olar. == Tarix == MRT 1946 – ci ildə F.Bloch tərəfindən ixtira edilmiş nüvə maqnit rezonansı hadisəsinə əsaslanır. == Müasir tomoqrafiya == Müasir tomoqrafiya vasitəsilə pasiyentin vəziyyətini dəyişmədən skanerləmə üsulu ilə istənilən iradi müstəvidə tomoqramlar almaq mümkündür. MRT müayinədə KT – yə analoji olaraq məlumatın fəza kodlaşması prinsipindən istifadə olunur.
Nüvə maqnit rezonans metodu
NMR üsulu 1945-cı ildə amerika fizikləri E.Persell (Harvard Universiteti) və Blox (Stanford Universiteti) tərəfindən kəşf edilmiş və bu kəşfə görə onlar 1952-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşlər. NMR spektroskopiyası molekulyar sistem haqqında daha çox məlumat almağa imkan verən üsul olub, atom və molekulların elektron halını, kondensə olunmuş hallarda maddənin quruluşu və dinamikasını hesablamağa, molekullararası qarşılıqlı təsirləri müəyyən etməyə və kimyəvi reaksiyaların mexanizmlərini başa düşməyə imkan verir. Bu üsulun üstünlüyü nümunənin hazırlanmasının sadəliyi və tədqiqatın nəticəsinin tez əldə olunması ilə bağlıdır. NMR effekti, atom nüvələrinin maqnit momentləri istiqamətlərinin dəyişməsi ilə əlaqədar olaraq, maddə tərəfindən elektromaqnit enerjisinin rezonans udulması zamanı meydana gəlir. NMR üsulu spini “O”-dan fərqli olan nüvələrdə özünü doğruldur. (Məsələn,1H, 2H, 13C, 14N, 15N, 19F, 29Si, 31P və s.). 1H nüvələrində NMR spektroskopiyası ən çox inkişaf edib və bu üsul proton maqnit rezonansı (PMR) adlanır. Nüvə maqnetizmi mürəkkəb fiziki proses olduğu üçün, onu təsvir etmək üçün kvant mexanikasının riyazi aparatından istifadə edilir. Biz NMR-nın fiziki əsaslarını başa düşmək üçün sadə “klassik” modeldən istifadə edəcəyik. Əgər atomun nüvəsini fırlanan “+” yüklü şar kimi təsəvvür etsək, görərik ki, yük halqavari orbit boyunca hərəkət edərək mikoskopik halqavari cərəyan yaradır.
Balıqqulağı rezonansı
Uşaqlıqda elə düşünərdik ki, balıqqulağı suvenirini qulağımıza yaxınlaşdırdığımız zaman yaranan səs — "okeanın və ya dənizin səsi"dir, əslində, elə deyil. Balıqqulağı boşluğunda rezonans hasil edilən səda — ətraf mühitdə olan səs-küylərdi. Fincanı və ya ovcunuzu qulağınıza yaxınlaşdırmaqla oxşar effekti suvenirsiz də yaratmaq mümkündür. Bundan savayı, həmin səs insan bədənində damarlardan axan qanın və ya qulağımızın içində nəql olan havanın səsidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.27 dəfə / 1 mln.
2003 0.39
2004 •• 0.67
2005 ••••• 2.02
2006 ••••• 2.03
2007 •••••••• 2.96
2008 •••• 1.46
2009 ••• 1.12
2010 •••••• 2.36
2011 ••••• 2.06
2012 •••••••• 3.10
2013 •••••••••••••••••••• 8.31
2014 ••••••••• 3.60
2015 ••••••••••••• 5.10
2016 •••••••••• 3.82
2017 •••••••• 2.93
2018 •••••••• 3.15
2019 ••••••••••••••• 6.12
2020 •••••••••• 3.85

rezonans sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. резонанс: 1. физ., тех. возбуждение колебаний одного тела колебаниями той же частоты другого тела; ответное звучание одного из двух тел, настроенных в унисон 2. способность усиливать звук, свойственная помещениям, стены которых хорошо отражают звуковые волны. Skripkanın rezonansı резонанс скрипки 3. перен. отзвук, отголосок. Rezonans doğurmaq вызвать резонанс II прил. резонансный. Rezonans gücləndiricisi тех., связь. резонансный усилитель, rezonans tezliyi тех. резонансная частота, rezonans əyrisi резонансная кривая

    Azərbaycanca-rusca lüğət / rezonans

rezonans sözünün inglis dilinə tərcüməsi

rezonans sözünün fransız dilinə tərcüməsi

"rezonans" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rezonans nədir? #rezonans sözünün mənası #rezonans nə deməkdir? #rezonans sözünün izahı #rezonans sözünün yazılışı #rezonans necə yazılır? #rezonans sözünün düzgün yazılışı #rezonans leksik mənası #rezonans sözünün sinonimi #rezonans sözünün yaxın mənalı sözlər #rezonans sözünün əks mənası #rezonans sözünün etimologiyası #rezonans sözünün orfoqrafiyası #rezonans rusca #rezonans inglisça #rezonans fransızca #rezonans sözünün istifadəsi #sözlük