rham sözü azərbaycan dilində

rham

Yazılış

  • rham • 50.0000%
  • RHAM • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hippophae rhamnoides
Murdarçayabənzər çaytikanı (lat. Hippophae rhamnoides) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin çaytikanı cinsinə aid bitki növü. Məlum olan 3 növündən biri Azərbaycanda bitir. Çaytikanı Orta Asiyada, Sibirdə, Qafqazda və Rusiyanın avropa hissəsində çay vadilərində, çəmənliklərdə, meşə yaxınlıqlarında, hündür dağlarda təsadüf edilir. Azərbaycanın Samur çayı vadisində, Quba-Xaçmaz, Şəki-Zaqatala, Naxçıvan, Lənkəran zonalarında dəniz səthindən 2000 m hündürlüyə qədər yerlərdə kolluqlar və ağac şəklində bitir. Çaytikanı meyvəsi giləmeyvəyə oxşayır. Sentyabr-oktyabr aylarında yetişir. Meyvə saplağı möhkəm olduğu üçün yetişmiş meyvələri bütün qış fəslində (mart aprel ayına kimi) ağacda qala bilir. Meyvələri qızılı-sarı və ya çəhrayı-qırmızı rəngdə olur, dadı turşməzədir. Meyvəsi bir toxumludur.
Othonna rhamnoides
Othonna rhamnoides (lat. Othonna rhamnoides) — mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid biki növü.
Rhamnaceae
Murdarçakimilər (lat. Rhamnaceae) — murdarçaçiçəklilər sırasına aid bitki fəsiləsi.
Rhamnales
Murdarçaçiçəklilər (lat. Rhamnales) — ikiləpəlilər sinfinə aid bitki sırası.
Rhamnus
Murdarça (lat. Rhamnus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi. Dərman, boya, aşıayıcı əhəmiyyətə malikdir. Meyvələrində pektin maddələri, kitrə, piqmentlər, acı maddələr, qabığında isə aşı maddələri vardır. Xalq təbabətində meyvələrindən başqa qabığı da işlətmə dərmanı məqsədilə istifadə edilir. Təzə (tər) yarpaqlarında 422,7-742,2 mq%, qurumuş yarpaqlarda isə 1140-1257 mq% C vitamini vardır. Toxumlarında 8-12%-ə qədər yağ vardır. Azərbaycan florasında 5 növü vardır ki, bunlardan biri də mədəni şəraitdə becərilir. MNB-da 3 növün kolleksiyası becərilir.
Rhamnus cathartica
İşlədici murdarça (lat. Rhamnus cathartica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın bir sıra ölkələrində rast gəlmək mümkündür. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan, şaxələnmiş budaqlara malik kol bitkisidir. Cavan zoğların qabığı gümüşü-boz rəngli olub, sonradan qonur-qara rəng alır. Budaqlarının ucları düz tikanlidir. Üzbəüz yarpaqları saplaqlı, yumurtavari və ya ellipsvari, bir az ucu biz, parlaq, üç cüt qövsvari yan damarcıqlıdır, kənarları isə dişlidir. Yarpaqların qoltuqlarında 10-15 ədəd dəstələrlə çətirlərə yığılmış dörd hissəli, yaşılımtıl-sarı çiçəkləri yerləşir. Maydan iyunadək çiçəkləyir. Çiçəklərdən noxud ölçüsündə, əvvəlcə yaşıl, sonra qaralan yumru meyvələr-senokarp çəyirdəklər inkişaf edir.
Rhamnus catharticus
Rhamnus frangula
Qızılağacabənzər mürdəşər (lat. Frangula alnus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Avropanın meşə və meşə-çöl zonasında, Qərbi Avropanın mərkəzi rayonlarında, Kiçik Asiyanın şimalında, Krımda, İranda və Qafqazda, Orta Asiyanın şimal rayonlarında rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 7 m-ə çatan kol və ya kiçik ağacdır. Gövdəsi və budaqları tünd qonurdur. Gövdəsi hamar, tikansızdır. Tünd qabığı mərciməkli, mantar qatının altında qırmızı qat vardır. Yarpaqları ellipsvari formalı, uzunluğu 4–10 sm, kənarları bütöv, 6–8 cüt paralel yan damarcıqlı, qısa saplaqlarda (1,5 sm-dək) yerləşir. Yarpaqların yerləşməsi — növbəli və ya əyri-üzbəüzdür. Çiçəkləri ikicinsli, beş hissəli, kasacığı zəngvari olmaqla yarpaqların qoltuqlarında yerləşir, uzunluğu 2–3,5 mm-dir.
Rhamnus imeretina
İmeretin murdarçası (lat. Rhamnus imeretina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.
Rhamnus paliurus
Tikanlı qaratikan (lat. Paliurus spina-christi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin qaratikan cinsinə aid bitki növü.
Rhamnus pallasii
Pallas murdarçası (lat. Rhamnus pallasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan alçaq boylu koldur. Gövdəsi çoxlu tikanlı budaqlardan ibarətdir. Yarpaqları ensiz, xətvari, neştərvari, eni 1,5-5 mm, saplaqlı, ucu biz, alt tərəfi ensizdir. Yarpaq saplağı qısadır. Çiçəkləri 4 hissəli, yaşımtıl rənglidir, yarpaqların qoltuğundan çıxan 10-12 ədəd çiçək qrupunda yerləşir. Ləçəkləri xırdadır və ya yoxdur. Sütuncuğu 2-3 bölümlüdür.
Rhamphogyne
Rhamphogyne (lat. Rhamphogyne) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Rhamphogyne ericoides S.Moore === Sinonimləri === Abrotanella rhynchocarpa Balf.f.
Rhamphogyne ericoides
Rhamphogyne (lat. Rhamphogyne) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Rhamphogyne ericoides S.Moore === Sinonimləri === Abrotanella rhynchocarpa Balf.f.
Rhamphorhynchus crassipes
Arxeopteriks (lat. Archaeopteryx) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin arxeopterikskimilər dəstəsinin arxeopterikslər fəsiləsinə aid heyvan cinsi. Paleontoloqlar Peruda pelagornithidae fəsiləsinə aid quşun qalıqlarını aşkar ediblər. Mütəxəssislər onun yaşinin 10 milyon il olduğunu müəyyənləşdiriblər. Qeyd edək ki, alimlərin arxeopteriks adlandırdığı ilk quş 150 mln il əvvələ aid edilir. Peru Təbiət Tarixi Muzeyinin əməkdaşı Mario Urbinin dediyinə görə, bu quşun qanadlarının açıq vəziyyətdə ölçüsü 6 metrə çatırmış. Əsasən okean balıqlarıyla qıdalanan bu canlı növü Yerdə 50 mln il əvvəl peyda olub və təqribən, 2,5 mln il əvvəl nəsli kəsilib. Onların məhvinə iqlim dəyişiklikləri səbəb olub: rütubətli və isti iqlimdə yaşamağa vərdiş etdikləri üçün quru və soyuq iqlimin gəlişi onların axırına çıxıb. Alimlər quşun anatomik quruluşunda bir neçə xüsusi əlamətin olduğunu deyirlər. Onun dimdiyinin uc hissəsində ovu yaxşı tutmağa kömək edən iti dişləri olub.
Rhamphosuchus crassidens
Rhamphosuchus crassidens — nəsli kəsilmiş timsah növü, müasir qavial timsahın qohumu. Bu növ Hindistanda Miosen dövründə yaşamışdır. Yalnızca natamam fosil dəstlərindən, əsasən dişlərdən növ olaraq təstiqlənmişdir. Rhamphosuchus cinsinin yeganə nümayəmndəsidir. == Təsvir == Ənənəvi olaraq, paleontoloqlar bunu Yer üzündə yaşamış ən böyük timsah hesab edirlər. Onların təxminlərinə görə Ramphosuchusun uzunluğu 15–18 metrə çata bilərdi, lakin sonradan onun uzunluğunun 8–11 metrə çatdığını düşünməyə başladılar. Puruszavrlar, Deynozux, Sarkozuxlarda bu qədər böyüdüyü bilinir.
Senecio rhammatophyllus
Senecio rhammatophyllus (lat. Senecio rhammatophyllus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Rhamnus alaternus
Həmişəyaşıl murdarça (lat. Rhamnus alaternus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizyanı ölkələrində, Balkanda və Kiçik Asiyada təbii halda yayılıb. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan qollu-budaqlı həmişəyaşıl koldur. Zoğları qırmızımtıl və ya tünd-yaşıl rəngdədir. Yarpaqlarının uzunluğu 2-6 sm, eni 1-3 sm, üstdən tünd-yaşıl, altdan açıq-yaşıldır, yan damarları 3-4 cütdür. Çiçəkləri beş üzvlüdür, zəngvari, sarımtıl-yaşıl rəngli, ikievli, sadə və ya zəif şaxələnmiş qısa saplaqlı çiçək qrupunda yerləşir. Meyvəsi üç çəyirdəkli, az ətlidir, əvvəl qırmızı, yetişdikdə isə qara rəngli olur. Mart-aprel aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Ekologiyası == Rütubət sevən bitkidir.
Rhamnus davurica
Daur murdarçası (lat. Rhamnus davurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Monqolustan, Çin, Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan ağacdır. Ağacın qabığı tünd, qaramtıl-qonur rənglidir, nisbətən yaşlı ağaclarda çatlar əmələ gəlir.Cavan budaqlar tüklü yaşıldır, sonralar boz və ya açıq qəhvəyi rəngli olur. Budaqların ucunda adətən iri tumurcuq yerləşir. Yarpaqlar qarşı-qarşıya və ya növbəli yerləşir, üst səthi parlaq, yaşıl rənglidir, alt tərəfi boz- yaşıl, çılpaq və ya damar boyu tükcüklüdür. Uzunsov oval və ya oval formalı olub, eni 5-10 sm-dir, kənarı dişlidir. Çiçəklər yaşımtıl sarıdır, zəngşəkillidir, uzunluğu 4-6 mm-dir. Meyvəsi şarşəkilli çəyirdəkdir, tünd göy rəngdədir, diametri 5-7 mm-dir.
Rhamnus spathulifolia
Kürəkvariyarpaqlı murdarça (lat. Rhamnus spathulifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, İranda, Kiçik Asiyada təbii halda yayılmışdır == Botaniki təsviri == Budaqları tikanlı ağac və ya kol bitkisidir. Bitkinin hündürlüyü 8 metrə çatır. Yarpaqları ellepsvari və ya lansetvaridir, uzunluğu 2,5-7 sm, eni 7-25 mm-dir. Çiçəkləri poliqam və ya ikievli sarı və ya ağ olub kiçik qruplarla, bəzən də tək yerləşir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi qara rəngli olub, yeməli deyil. Kökündə boyoq maddəsi, alkaloidlər vardır. Meyvəsində 2-4 möhkəm toxumları yerləşir.
Rhamnus tinctoria
Boyayıcı flyuggeya (lat. Flueggea tinctoria) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Karpat, Balkan yarımadası, Moldovada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m olan, düz dayanan, şaxələnmiş budaqlı, cavan budaqları qonur, nazik tükcüklü, yarpaqları möhkəm, üstü tünd yaşıl, tutqun, alt tərəfi açıq yaşıl, kənarları nazik tükcüklü, uzunsov-əks-yumurtavaridən ellipsvari-ovaladək, uzunluğu 1,5-5 sm, eni 1,8-3 sm, oyuqvari-dişli, 2-3 yan damarcıqları ucunda birləşir. Meyvələri yetişmiş, qara və ya sarı, 2-3 (4) qabarcıq hissəli, uzunluğu 5-7 mm; toxumların uzunluğu 4-5 mm, qonur, tutqundur. Çiçəkləri ensiz-zəngvari, uzunluğu 4-5 mm, dəstələrdə 5-10 ədəddir. May-iyulda çiçəkləyir, sentyabr-oktyabrda meyvə verir. Toxumlarla çoxalır. == Ekologiyası == İşıqlı meşələrdə, çınqıllı, əhəngli yamaclarda, kolluqlarda bitir. == Azərbaycanda yayılması == Balakən-Zaqatalada bölgəsində aşağı dağ yamaclarında rast gəlinir.

Oxşar sözlər

#rham nədir? #rham sözünün mənası #rham nə deməkdir? #rham sözünün izahı #rham sözünün yazılışı #rham necə yazılır? #rham sözünün düzgün yazılışı #rham leksik mənası #rham sözünün sinonimi #rham sözünün yaxın mənalı sözlər #rham sözünün əks mənası #rham sözünün etimologiyası #rham sözünün orfoqrafiyası #rham rusca #rham inglisça #rham fransızca #rham sözünün istifadəsi #sözlük