riq sözü azərbaycan dilində

riq

Yazılış

  • riq • 61.5385%
  • Riq • 15.3846%
  • RiQ • 15.3846%
  • RİQ • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Antuan Riqodo
Antuan Pocer Riqodo (fransiz dilində: Antoine Roger Rigaudeau; 17 dekabr 1971-ci ildə anadan olmuşdur) ― peşəkar fransız basketbol oyunçusu. 2015-ci ildə FİBA şərəf zalı siyahısına daxil edilmişdir.. == Peşəkarlıq karyerası == Antuan Riqodo Fransanın Şole (basketbol klubu) (1987—1995), PO-Ortez (basketbol klubu) (1995—1997), Virtus (basketbol klubu, Bolonya) (1997—2003), Dallas Maveriks (basketbol klubu, ABŞ) (2003), Valensiya (basketbol klubu, İspaniya) (2003—2005) komandalarında çıxış etmişdir. O, 1997-1998-ci il və 2000-2001-ci il mövsümlərində Virtus (basketbol klubu, Bolonya) komandasının tərkibində Avroliqa çempionu olmuşdur. Antuan Riqodo, həmçinin 2002-2003-cü il mövsümündə Dallas Maveriks komandasının tərkibində Milli Basketbol Assosiasiyasında NBA-da çıxış etmişdir. == Fransa yığması == 2001-ci ildə hələ basketbol üzrə Avropa çempionatına qədər Antuan Riqodo Basketbol üzrə kişilərdən ibarət Fransa yığma komandasının tərkibində 127 oyun keçirdikdən sonra beynəlxalq basketbol oyunlarından uzaqlaşmışdır, lakin 2005-ci ildə o, basketbol üzrə Avropa çempionatına qayıtmağı qərara almış, bürüc medal qazanmış, turnir qurtardıqdan sonra yenidən idmandan getmişdir. == Məşqçilik fəaliyyəti == Antuan Riqodo 2015-ci ildən Paris-Levallua basketbol komandasının məşqçisidir.
Dinamo (xokkey klubu, Riqa)
«Dinamo» Riqa xokkey klubu (latış. «Dinamo» Rīga‎) — Latviyanın Riqa şəhərində fəaliyyət göstərmiş xokkey klubu. Klub 1946-cı ildə təşkil edilmişdir. 1995-ci ildə isə fəaliyyətini dayandırmışdır. == Riqada şayba ilə xokkeyin tarixi == Latviyada xokkey ənənləələri XX əsrin əvvəllərində meydana gəlmişdir. Riqada Rudiya imperiyası tarixində ilk dəfə 1908-ci ildə kanada xokkeyi üzrə «Yunion» və Atıcı parkı arasında görüş baş tutmuşdur. 1930/1931-il mövsümündə isə Latviyanın ilk çempionatı keçirilmişdir. Burada «Yunion», «Vanderer» və «Yuniversitates Sport» klubları iştirak edirdi. == Klubun tarixi == 1946-ci ildə xokkey üzrə SSRİ cempionatında Riqada Dinamo klubu təşkil edilmişdir. İlk yarışında klub dördüncü yeri tutmuşdur.
Mordekay və Riqbi
Daimi şou (ing. Regular Show) — Ceyms Kuintelin "Cartoon Network" televiziyası üçün yaratdığı ABŞ istehsalı cizgi serialı. 2010-cu ilin sentyabrından 2017-ci ilin yanvarına qədər 8 mövsüm olmaqla 261 seriyası nümayiş olunmuşdur. Cizgi serialda yaşadıqları yerin parkında bağban işləyən Mordekay (adi zığ-zığ), Riqbi (yenot) və onların iş yoldaşları — Skips (qar adamı), Pops (şirinquş adam), Masl Men, Beşlik ruh — və onların müdiri Bensondan (saqqız aparatı) bəhs olunur. == Məzmun == Serialda parkda bağban işləyən iki dənə 23 yaşlı dost Mordekay və Riqbinin günlük həyatından bəhs edilir. Onların işdən yayınması və boş işlərlə məşğul olması müdiri Bensonu əsəbləşdirsə də bu park meneceri Popsun xoşuna gəlir. Onların digər iş yoldaşları artıq çəkili Masl Men və Beşlik ruhudur.
Qarabaşlılar evi (Riqa)
Qarabaşlılar evi (alm. Das Schwarzhäupterhaus‎, latış. Melngalvju nams‎) — XIV əsrə aid memarlıq abidəsi, Riqanın mərkəzində, köhnə şəhərdə yerləşir. Bina dəfələrlə yenidənqurulmaya məruz qalmışdı. İkinci dünya müharibəsi nəticəsində dağılmasına baxmayaraq, bina hazırda tamamilə bərpa olunub. Bina 1330–1353-cü illər arasında Livoniya ordeninin Baltikyanı ölkələri işğal etdikdən sonra inşa edilmişdi, ilk sənədli qeyd 1334-cü ilə aiddir (Böyük gildiyanın Yeni evi adı altında). == Qarabaşlılar qardaşlığı == XIII əsrdə yaradılmış müqəddəs Georgi qardaşlığına gənc, subay və xarici tacirləri qəbul edirdilər. İlk öncə yeni yaradılmış qardaşlığın patronu cəngavər və döyüşçülərin himayədarı müqəddəs Georgi seçilmişdi, daha sonra isə patron dəyişdirilərək müqəddəs Mavrikiy seçilmişdi (onun rəmzi — qardaşlığın gerbində təsvir olunmuş qara başdır). Yaradılmış korporasiya tamamilə kübar dairələrə mənsub insaları özündə birləşdirirdi. Mövcud olmuş Riqa Şirkətin təsisçiləri sırasına yerli və xarici ən zəngin və ən nüfuzlu komissioner və agentlər daxil idilər.
Riqa
Riqa (latış. Rīga‎) — Latviyanın paytaxtı və Baltikyanı ölkələrdə ən böyük şəhər. Şəhər Dauqava çayı üzərində, Riqa körfəzinin yaxınlığında yerləşir. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış ölkənin (1991) paytaxtında yaşayan rusların (180 000 nəfər) şəhəri tərk etməsi ilə şəhər əhalisinin sayı xeyli azalmışdır. Riqa ölkənin siyasi, iqtisadi və mədəni mərkəzidir. Qədim liman şəhəri olan Riqa yeni stildə tikililərlə bərabər illərdən bəri qorunub saxlanmış köhnə məhəllələrə də malikdir. == Tarixi == 1150-ci ildən isveçli tacirlər Dauqava çayı ətrafında, kiçik çay olan Ridzeneyə daimi olaraq alverə gəlirlər. Bu çay sonralar torpaqla doldurulur. Yalnız bu günkü küçələrin işləri əsasında bu çayın yerini təyin etmək mümkündür. XII əsrin sonuna yaxın alman tacirləri Latviyaya getməyə başlayırlar.
Riqa Ali Hüquq Məktəbi
Riqa Ali Hüquq Məktəbi (latış. Rīgas Juridiskā augstskola‎, abbr. RJA; ing. Riga Graduate School of Law, abbr. RGSL) — Latviyanın paytaxtı olan Riqa şəhərində yerləşən, bakalavriat, magistratura və doktorantura proqramları təklif edən özəl hüquq məktəbi. O, hazırkı vaxtda rəsmi olaraq Latviya Universitetin (latış. Latvijas Universitāte‎) filialıdır, lakin akademik olaraq müstəqildir. == Tarix == RGSL-ın əsası 1998-ci ildə İsveç və Latviya hökumətlətin və Soros Fondun arasında beynəlxalq müqaviləsi nəticəsində özəl hüquq məktəbi kimi qoyulmuşdu. 2005-ci ilin müqaviləsinə görə iki hökumətin aksiyaları (76%) Latviya Universitetinə keçdi, Soros Fondu isə öz hissəsini (24%) saxladı. == Rektorlar == Yan Ramberq, İsveç Norbert Rayx, Almaniya Con Börk, ABŞ Lesli Ceyn Smit, Böyük Britaniya Corc Ulrix, Danimarka == Proqramlar == === Bakalavriat === Hüquq və biznes Hüquq və diplomatiya === Magistratura === Beynəlxalq və Avropa hüququ Hüquq və maliyyə Hüquqi dilçilik Beynəlxalq ictimai hüquq və insan haqqları Transsərhəd kommersiya hüququ Avropa Birliyin hüququ və siyasəti === Doktorantura === RGSL Doktornatura proqramı Kopenhagen Universitetin Hüquq fakültəsi ilə əməkdaşlıq çərçivəsində yaradılmış.
Riqa Avtobus Fabriki
Riqa Avtobus fabriki, RAF (latış. Rīgas Autobusu Fabrika, RAF‎) — Latviyada fəaliyyət göstərmiş mikroavtobus istehsal edən müəssisə. == Tarixi == === Zavodun inşası === 1949-cu ildə "№ 2 Riqa Avtotəmir zavodu" yerində «Riqa avtobus yedəyi zavoduna» çevrilir. Deismanis və Potreki emalatxanaları Terbatas küçəsində yerləşirdi. 1951-ci ildə «Riqa avtomobil təcrübə zavodu» ilə birləşdirilmişdir. === İlk Riqa Avtobusu === 1953-cü ildə 25 ədəd RAF-651 markalı avtobus istehsal edilmişdir. Kapotlu RAF-651 avtobusları ГЗА-651 markalı avtobusların birəbir oxşarı idi. 16 oturacaq yerinə sahib avtobusun ümumi tutumu 25 sərnişin idi. 10 iyun 1954-cü ildə avtonəqliyyat nazirliyi tərəfindən zavod «Riqa peşəkar avtobus zavodu» adlandırılsada artıq 30 sentyabr 1954-ci ildə adı tamamən dəyişdirilərək son adı müəyyənləşdirilir: «Riqa Avtobus Zavodu» (latış. Rīgas Autobusu Fabrika‎).
Riqa Beynəlxalq Hava Limanı
Riqa Beynəlxalq Hava Limanı — Latviyanın əsas hava limanı. Şəhər mərkəzindən 13 km aralıda, Marup diyarı ərazisində yerləşir. Riqa hava limanı Rribaltika regionunun ən iri yük və sərnişin dövriyyəsinə sahibdir. Riqadan dünyanın düz 31 ölkəsinə bir başa reyslər təşkil edilir. Hava limanı Latviya Respublikasının Rabitə Nazirliyinin balansındadır. 5 Latviya aviaşirkəti üçün baza funksiyasını daşıyır:airBaltic, Raf-Avia, SmartLynx, Inversija, Vip Avia. Hava limanının ən iri şirkəti airBaltic-dir. == Müasir vəziyyət == 2005-ci ildə Münhendə Beynəlxalq hava limanları birliyinin Avropa təşkilatı Riqa hava limanını Avropanın ən yaxşı hava limanı olaraq təstiqləmişdir. Burada illik sərnişin daşıma 5 milyonu keçir. 17 oktyabr 2008-ci ildə uçuş-eniş zolağı yenilənmişdir.
Riqa Futbol Məktəbi FK
RFS FK - Latviyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Riqa SES
Riqa SES (latış. Rīgas hidroelektrostacija‎, Rīgas HES) — Riqanın cənub sərhədinə yaxın Salaspils şəhərində yerləşən Dauqava çayın üzərində qurulan su elektrik stansiyası. == Əsas məlumatlar == "Hidroproyekt" institutu stansiyanın layihəçi olmuşdur. Riqa SES 1974-cü ildə istismara verildi. Bəndin inşası 1970-ci illərin sonlarında tamamlandı. Stansiyanın ümumi quraşdırılmış gücü 402 MVt-dır. Altı generator, transformator və 330 kV-lik iki elektrikötürmə xətti quraşdırılmışdır. Su elektrik stansiyasının tikintisi üçün Dauqava üzərində Doles adasının ortasına qədər bənd tikildi, hansınınki yarısı sonradan, digər adalar ilə birlikdə Riqa su anbarına görə suyun altında qaldı. Bəndin yuxarı hissəsi boyunca magistral yol çəkilmişdir, hansıki Riqa halqa yolunun bir hissəsidir. Bundan başqa, tikinti zamanı işlənən dəmir yolları da çəkilmişdir (Salaspils dəmir yolu stansiyasından adanın mərkəzinə qədər).
Riqa Sülh Müqaviləsi (1921)
Riqa sülh müqaviləsi (1921) — bir tərəfdən RSFSR (Belarusiya SSR-ni də təmsil edirdi), Ukrayna SSR, digər tərəfdən Polşa Respublikası arasında imzalanmmış sülh müqaviləsi. 1921-ci il martın 18-də Riqada imzalanmışdır. Saziş üç tam hüququlu bərabər nüsxədə rus, ukrayna və polyak dillərində tərtib edilmiş və ratifikasiya edildikdən sonra qüvvəyə minmişdir. 1921-ci il aprelin 14-də müqavilə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən, aprelin 15-də - Polşa Respublikası Seymi tərəfindən, aprelin 17-də - Ukrayna SSR-nin Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq edildi. Müqavilənin təsdiqlənməsi ilə Sovet-Polşa müharibəsi (1919-1921) də sona çatmış oldu. == Əsas məqamlar == Razılaşma RSFSR, Ukrayna SSR, Belarusiya SSR və Polşa Respublikası arasında sərhədləri müəyyən etdi. Polşa Respublikası müqavilənin şərtlərinə görə Kerzon xəttinin şərqində yerləşən geniş ərazilərə sahib oldu. Bu ərazilər polyak əhalinin azlıq təşkil etdiyi - Qərbi Ukrayna (Volın vilayətinin qərb hissəsi), Qərbi Belarusiya (Qrodno vilayəti) və Rusiya imperiyasının digər əyalətlərinin ərazilərinin bir hissəsi idi. Tərəflər bir-birlərinə qarşı düşmənçilik fəaliyyəti göstərməyəcəyinə dair öz verdilər. Müqavilədə ticarət sazişlərinin bağlanması barədə danışıqların aparılması barədə bəndlərdə nəzərdə tutulmuşdur .
Riqa Texniki Universiteti
Riqa Texniki Universiteti — Latviyada universitet; iqtisadiyyatın bir sıra istiqamətləri üzrə keyfiyyətli elmi araşdırmaların həyata keçirilməsini təmin edir və yüksək əmək keyfiyyətinə malik, beynəlxalq bazarın tələblərinə uyğun, rəqabətə davamlı mütəxəssislər hazırlayır. Universitet Avropa tədris, elmi-tədqiqat və innovasiya mərkəzi olaraq beynəlxalq səviyyəli, müasir və nüfuzlu ali təhsil müəssisəsi kimi tanınır. == Tarixi və fəaliyyəti == Riqa Texniki Univeriteti 14 oktyabr 1862-ci il tarixində Riqa Politexnik Məktəbi kimi fəaliyyətə başlayıb. Məktəb yalnız Latviyada deyil, ümumilikdə Rusiya imperiyasında ilk çoxsahəli texniki təhsil müəssisəsi idi. Riqa Politexnik Məktəbi əsasən, İsveçrə və Almaniya ali təhsil müəssisələrinin təhsil sistemi əsasında formalaşdırılmışdı. Məktəbin müəllimləri arasında çox sayda alman, isveçrəli və avstriyalı alimlər var idi. Belə ki, fizik-kimyaçı, Nobel mükafatı laureatı V. Ostvald, Sürix Politexnik İnstitutunun rektoru olmuş V. Riter, məşhur iqtisadçı alim E. Laspeyres, elektrik maşınlarını yaradanlardan biri olan E. Arnold və Qərbi Avropanın bir sıra məşhur alimləri pedaqoji fəaliyyətlə məşğul olmaq üçün bu məktəbə cəlb olunmuşdu. Riqa Texniki Universiteti Latviya Respublikasının paytaxtında – Riqa şəhərində yerləşir. Ali təhsil ocağının həmçinin Latviyanın başqa şəhərlərində — Dauqavpils, Liepae, Ventspils və Çesisdə filialları mövcuddur. Hazırda Riqanın mərkəzində, universitetin tələbə şəhərciyi Baltiyada mühəndislik elmlərinin ən müasir tədris mərkəzi inşa olunur.
Riqa Vaqonqayırma Zavodu
Riqa Vaqonqayırma zavodu, RVZ (latış. Rīgas Vagonbūves Rūpnīca‎, RVR) — Riqa şəhərində yerləşən, Latviyanın ən iri maşınqayırma zavodu. Zavod 1895-ci ildə alman-baltik sahibkar Oskar Freyvirt tərəfindən «Fenikss» istehsalat birliyi olaraq təşkil edilmişdir. Rusiya İmperiyası ərazisində ən iri vaqonqayırma müəsisəsi olmuşdur. 1915-ci ildə Riqa Vaqonqsyırma Zavodu alman işğalı ilə əlaqədar Rusiyanın daxilinə yürləşdirmişdir. 1930-cu illərdə «Fenikss» şirkətinin boş obyeklərində «Vairogs» Səhmdar cəmiyyəti təşkil olunmuşdur. «Ford Motor Company» şirkətindən lisensiya alınaraq avtomobillərin təmiri gerçəkləşirdi. Zavod Baltik regionunda iri avtomobil istehsalçısına çevrilmişdir. 1930—1940-cı illərdə isə burada vaqonqayırma istehsalı gerçəkləşdirilirdi. SSRİ dönəmində zavod iri elektrikli vaqonlar, dizel vaqonlar və tramvay istehsalçısı olmuşdur.
Riqa balzamı
Riqanın qara balzamı (latış. Rīgas Melnais balzams‎) — 45 %-li tünd və möhkəm balzam zəngin və bir qədər acımtıl-şirin dada malikdir. İçki Latviyada istehsal olunur. Alkoqol içki kimi Riqa balzamı bitter kareqoriyasına aid edilir. Müxtəlif natural əlavələr (cökə ağacının çiçəkləri, ağcaqayın tumurcuqları, moruq, mərsin, zəncəfil kökü) içkinin dadına xüsusi əhəmiyyət verir. Riqa balzamı birbaşa günəş işığından və həddindən artıq temperatur dəyişikliyindən qorumaq məqsədilə keramik butulkalarda satışa buraxılır. Riqa qara balzamı Avropada hələ 1752-ci ildən məlum idi. Balzamı həm təmiz, həm də çay, qəhvə, dondurma və ya kokteyl şəklində içmək olar. Balzam həmçinin dərman vasitəsi kimi də istifadə edilə bilər, məsələn soyuqdəymə, zökəm və ya həzmlə bağlı problemlər olduqda balzam çox kömək edir == Balzamın tərkibi == Balzamın tərkibinə 24 inqredient daxildir. Onlardan ən əsası - xüsusi hazırlanmış su, etil spirti, təbii bitki ekstraktı, peru balzam yağı, şəkər, konyak, moruq, qarağat, zəncəfil, təbii bal aromatizatoru.
Riqa körfəzi
Riqa körfəzi (latış. Rīgas jūras līcis‎ — Riqa dəniz körfəzi, est. Liivi laht — Liv körfəzi) — Latviya və Estoniya arasında və Baltik dənizin şərqində yerləşən körfəz. Dənizin qalan hissəsindən Estoniyaya məxsus olan Moonsund arxipelaqın adaları ayırır. Körfəzin ümumi sahəsi 18,1 min km², eni 137 km, maksimal dərinliyi isə 54 m.Riqa körfəzin sahillində yerləşən əsas şəhərlər Riqa, Pyarnudu və Yurmaladı. Saaremma adasında qədim Kuressaare şəhəri vardır. Körfəzin qərb sahilli "Liv" adlanır və qorunan mədəni zona sayılır. == Fiziki-coğrafi xüsusiyyətləri == Yayda suyun temperaturu 18 °C qədər qalxır, qışda 0-1° С qədər düşür, buna görədə körfəzin səthi dekabrdan aprelə qədər buzla örtülür. Duzluluğu 3,5—6 ‰. Burada fırlanan cərəyanlar dövran edir, onların orta sürəti saniyədə 8 sm.
Riqa metropoliteni
Riqa Metrosu (lat. Rīgas metropolitēns) Sovet İttifaqı dövründə Latviya SSRİ-in paytaxtı Riqa şəhərində (1970-80-ci illər) həyata keçirilməmiş metro sistemidir. İlk başlanğıc hissəsinin tikintisi 1990-cı ildə başlanması, 2000-2002-ci illərdə istismara verilməsi nəzərdə tutulmuşdu. Tikinti ictimai aksiyalar və SSRİ dağıldığı üçün ləğv edildi. Sovet dövründən sonra Riqa şəhərində metro qurulması nəzərdə tutulmayıb, Avropa Birliyi və Qərb şirkətlərindən investisiya alınarkən yalnız tramvay və yerli tunellərin variantları nəzərdən keçirilir (ADtranz, Siemens və s. təkliflər). == Tarixi == 1960-cı ildən başlayaraq ənənəvi metro qurmaq üçün Dövlət Planlaşdırma Komissiyası tərəfindən tələb olunan bir milyon əhalisi olmayan bir şəhərdə (və yaxın gələcəkdə kiçik bir demoqrafik artım nəticəsində əldə etmək perspektivi olmayan) yüksək sürətli tramvay metrotram sisteminin qurulması planlaşdırılırdı.1965-ci ildən V. Qritsovskinin rəhbərliyi altında bir qrup Leninqrad şəhər planlaşdırma qrupunun layihəsinə əsasən, kütləvi və az miqdarda məskunlaşmış yaşayış məntəqələrində 10 yanvar 1966-cı ildə ʻʻRiqas Balssʼʼ qəzetində ictimaiyyətə təqdim edilən yüngül dəmir yolu xətləri küçələrə çıxan yolun tünellərində, təxminən 6 metr dərinlikdə inşa edilməli idi. Gələcəkdə xətlərin sistemi 82 kilometrə bərabər olmalı idi ki, bunun 20 kilometri yeraltı hissəni təşkil edirdi. Artıq ilk başlanğıc sahəsindəki 5 kilometr tuneli inşa etmək lazım idi.1970-ci illərin sonlarından etibarən metro sisteminin planlaşdırılması və dizaynı başlamışdır. Riqa metrosu texniki-iqtisadi əsaslandırmanın planını əvvəlcədən Moskva Metrogiprotrans İnstitutu tərəfindən hazırlanmışdı.
Riqa metrosu
Riqa Metrosu (lat. Rīgas metropolitēns) Sovet İttifaqı dövründə Latviya SSRİ-in paytaxtı Riqa şəhərində (1970-80-ci illər) həyata keçirilməmiş metro sistemidir. İlk başlanğıc hissəsinin tikintisi 1990-cı ildə başlanması, 2000-2002-ci illərdə istismara verilməsi nəzərdə tutulmuşdu. Tikinti ictimai aksiyalar və SSRİ dağıldığı üçün ləğv edildi. Sovet dövründən sonra Riqa şəhərində metro qurulması nəzərdə tutulmayıb, Avropa Birliyi və Qərb şirkətlərindən investisiya alınarkən yalnız tramvay və yerli tunellərin variantları nəzərdən keçirilir (ADtranz, Siemens və s. təkliflər). == Tarixi == 1960-cı ildən başlayaraq ənənəvi metro qurmaq üçün Dövlət Planlaşdırma Komissiyası tərəfindən tələb olunan bir milyon əhalisi olmayan bir şəhərdə (və yaxın gələcəkdə kiçik bir demoqrafik artım nəticəsində əldə etmək perspektivi olmayan) yüksək sürətli tramvay metrotram sisteminin qurulması planlaşdırılırdı.1965-ci ildən V. Qritsovskinin rəhbərliyi altında bir qrup Leninqrad şəhər planlaşdırma qrupunun layihəsinə əsasən, kütləvi və az miqdarda məskunlaşmış yaşayış məntəqələrində 10 yanvar 1966-cı ildə ʻʻRiqas Balssʼʼ qəzetində ictimaiyyətə təqdim edilən yüngül dəmir yolu xətləri küçələrə çıxan yolun tünellərində, təxminən 6 metr dərinlikdə inşa edilməli idi. Gələcəkdə xətlərin sistemi 82 kilometrə bərabər olmalı idi ki, bunun 20 kilometri yeraltı hissəni təşkil edirdi. Artıq ilk başlanğıc sahəsindəki 5 kilometr tuneli inşa etmək lazım idi.1970-ci illərin sonlarından etibarən metro sisteminin planlaşdırılması və dizaynı başlamışdır. Riqa metrosu texniki-iqtisadi əsaslandırmanın planını əvvəlcədən Moskva Metrogiprotrans İnstitutu tərəfindən hazırlanmışdı.
Riqa motormuzey
Riqa motormuzey (latış. Rīgas motormuzejs‎) — Riqada mövcud olan, XIX əsrin sonlarından XX əsr sonuna qədər istehsal olunmuş 230-dan çox avtomobil, motosiklet və mopedlər daxil olduğu muzey. Motor muzeydə idman və hərbi təyinatlı maşınlar, Latviya istehsalı olanlar, lumizinlər və 30-cu illərin avtomobilləri (Vyaçeslav Molotovun və Leonid Brejnevin avtomobilləri) saxlanılır. == Muzeyin tarixi == Muzey 21 iyul 1972-ci ildə SSRİ-də Latviya Antik Avtomobil Klubunun bir çox aktivistlərin təşəbbüsü ilə təşkil edilir. AAK antik avtomobillər və motosikletlərin bərpası ilə məşğul olan bir ictimai təşkilat kimi qeydə alınır. Antik Avtomobillər Klubunun arzusu tematik olaraq 1985-ci ildə reallaşır. Latviya Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 4 dekabr 1985-ci il 586 saylı qərarına əsasən texniki yaradıcılıq, sərgi və istirahət mərkəzi təsis edilməsi qərarına gəlinir. 6 iyun 1986-ci ildə latviyalı memar Viktor Valqums tərəfindən hazırlanmış layihə əsasında muzey binası üçün təməl daşı qoyuldu. Riqa Motormuzeyinin açılış tarixi 22 aprel 1989-cu ildə baş vermişdir. 1 iyul 1992-ci ildə Riqa motormuzeyi Latviya Respublikası Rabitə Nazirliyi nəzdində dövlət statusu alır.
Riqa quberniyası
Riqa quberniyası (rus. Ри́жская губе́рния) — I Pyotrun fərmanı ilə Smolensk quberniyasının hissəsi və Rus ordusu tərəfindən alınmış Liflandiya hersoqluğunun (İsveç Livoniyası) torpaqlarından yaradılmış Rusiya imperiyasıının inzibati ərazi vahidi. Müasir Latviya və Estoniya ərazilərində yerləşirdi.
Riqa sülh müqaviləsi (1920)
1920-ci il Riqa sülh müqaviləsi (latış. Latvijas-Krievijas miera līgums‎) — RSFSR ilə Latviya arasında 11 avqust 1920-ci ildə Riqada imzalanan sülh müqaviləsi. == Tarixi == Estoniya, Latviya, Litva, Polşa Respublikası və ağ hərəkatın liderləri Nikolay Yudeniç və Pavel Bermondt, 26 avqust 1919-cu ildə Sovet Rusiyasına qarşı birgə hərbi əməliyyatlara başlamaq barədə razılığa gəldikdən bir neçə gün sonra, barış danışıqlarını və Antanta ölkələri və Ağ ordu tərəfindən hələ müstəqilliyi tanınmamış bu ölkələrin müstəqilliyinin tanınmasını təklif etdilər. 11-12 sentyabr tarixlərində Baltikyanı ölkələrin nümayəndələri Riqaya toplaşaraq baş nazirlərin və xarici işlər nazirlərinin konfransını çağırmaq üçün razılığa gəldilər. Konfrans 14-15 sentyabr tarixlərində Finlandiyanın iştirakı ilə baş tutdu. Birgə danışıqlara başlamaq üçün qərar vermək mümkün olmadı, bu səbəbdən, 18 sentyabrda Estoniya nümayəndə heyəti Sovet nümayəndə heyəti ilə 17 sentyabrda Pskovda başlayan danışıqları tərk etdi. 29 sentyabrdan 1 oktyabr tarixinədək olan danışıqların növbəti mərhələsindən sonra Finlandiya parlamentinin Rusiya ilə danışıqlara başlamaq üçün razılığını gözləməsinə qərar verildi və vahid cəbhədə çıxış etmək üçün 25 oktyabr tarixinə qədər təxirə salındılar. Latviya Xalq Şurasında danışıqlar barədə gedən fikirlərdə müxtəliflik yarandı. Ziqfrid Meyerovitsin rəhbərlik etdiyi Müvəqqəti Hökuməti təmsil edən bir qrup, danışıqların yalnız digər Baltikyanı ölkələrlə və Rusiyanın qeyri-bolşevik hökuməti olduqda aparılması lazım olduğuna inanırdı. İkinci fraksiya - Sosial Demokratlar - Latviyanın müstəqilliyinin tanınması, Latviyanın Latqale şəhərinin hüquqlarının tanınması və Pyotr Stuçkanın rəhbərlik etdiyi Latviyanın bolşevik hökumətinin ləğvi şərti ilə təcili danışıqlarda israr edirdilər.
Riqa teleqülləsi
Riqa Radio və Televiziya Qülləsi (latış. Rīgas radio un televīzijas tornis‎) —Latviyanın Riqa şəhərində yerləşən, Avropa Birliyində ən yüksək qüllədir. 1979-1989-cu illərdə Sovet İttifaqının mərkəzi hökumətindən maliyyələşdirilərək tikilmişdir. Ən yüksək nöqtəsi 368 metr (1,207 ft) hündürlüyü onu Avropada (Ostankino teleqülləsi 540 metr (1,770 ft) və Kiyev teleqülləsindən (385 metr (1,263 ft) sonra) üçüncü ən hündür qülləsi edir və dünyanın ən yüksək 15-ci qülləsidir. 93 metr (305 ft) hündürlükdə "Vēja Roze" restoranı yerləşir. Üstəlik, 97 metr (318 ft) yüksəklikdə , şəhər və ətrafı və Riqanın Körfəzi görünə bilər. == Tikinti == Qüllə üçün seçilmiş memar Gürcüstanlı memar Kims Nikurdze idi. Həm də Nikolay Sergievskis və Viktor Savçenkoda bu işə namizəd idilər İnşaat materialları Saaremaa , Kareliyadan dolomit ,qranit və demir kimi yarımfabrikat məmulatlarıda Çelyabinskdən gətirilmişdir. Quraşdırma Sankt-Peterburq Şimal-Qərb Dəmir Tresti tərəfindən həyata keçirildi.Qüllə, Daugava çayının ortasında Zaiqusala adlı bir ada (İngilis: Hare Adası) üzərində qurulur və qüllənin əsası təxminən 7 metr (23 ft) dəniz səviyyəsindən yuxarıdır . Qüllə, hər saniyədə 44 metr külək sürətinə heç bir nəzərəçarpan vibrasiya olmadan.
Riqa şəhəri
Riqa (latış. Rīga‎) — Latviyanın paytaxtı və Baltikyanı ölkələrdə ən böyük şəhər. Şəhər Dauqava çayı üzərində, Riqa körfəzinin yaxınlığında yerləşir. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış ölkənin (1991) paytaxtında yaşayan rusların (180 000 nəfər) şəhəri tərk etməsi ilə şəhər əhalisinin sayı xeyli azalmışdır. Riqa ölkənin siyasi, iqtisadi və mədəni mərkəzidir. Qədim liman şəhəri olan Riqa yeni stildə tikililərlə bərabər illərdən bəri qorunub saxlanmış köhnə məhəllələrə də malikdir. == Tarixi == 1150-ci ildən isveçli tacirlər Dauqava çayı ətrafında, kiçik çay olan Ridzeneyə daimi olaraq alverə gəlirlər. Bu çay sonralar torpaqla doldurulur. Yalnız bu günkü küçələrin işləri əsasında bu çayın yerini təyin etmək mümkündür. XII əsrin sonuna yaxın alman tacirləri Latviyaya getməyə başlayırlar.
Riqoberta Mençu
Riqoberta Mençu Tum (isp. riɣoˈβeɾta menˈtʃu; 9 yanvar 1959-cu il təvəllüdlü) Kiçeli yerli feminist və Qvatemalalı insan haqları müdafiəçisi. Mençu, həyatını Qvatemala Vətəndaş müharibəsi (1960-1996) dövründə və sonrasında Qvatemala aborigenlərinin hüquqlarının təbliğinə və yerlilərin hüquqlarının beynəlxalq səviyyədə təbliğinə həsr etdi.Digər nüfuzlu mükafatlarla bərabər 1992-ci ildə Nobel sülh mükafatını və 1998-ci ildə Asturiya Şahzadəsi mükafatını aldı. O, Riqoberta Mençu (1983) avtobioqrafik əsərinin qəhərmanıdır və digər əsərləri ilə yanaşı "Sərhədləri keçmək" (1998) avtobioqrafik əsərinin müəllifidir. Mençu UNESCO-nun xoşməramlı səfiridir. Ölkənin ilk yerli siyasi partiyası olan Vinaqı quraraq,2007 və 2011-ci illərdə Qvatemala prezidentliyinə namizədliyini irəli sürmüşdü. == Şəxsi həyatı == Riqoberta Mençu, şimali mərkəzdəki Qvatemala El Kiçe əyalətinin Laj Çimel kəndində Maya mənşəli yerli yoxsul kəndli ailəsində anadan olmuşdur. Ailəsi, İspaniyanın Qvatemalanı fəth etməsindən sonra qaldıqları kiçik torpaq sahələrində özlərini dolandıra bilməyən bir çox aborigen ailələrdən biri idi. Mençunun anası on altı yaşında mamaça (akuşerka) olaraq karyerasına başladı və 43 yaşında öldürülənə qədər ənənəvi dərman bitkilərindən istifadə etməyə davam etdi. Atası, Qvatemalada yerli fermerlərin hüquqlarını müdafiə edən tanınmış fəal idi.
Riqoletto
Riqoletta (it. Rigoletto) - İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Françesko Maria Piavenin librettosunun yazdığı 3 pərdəli opera əsəri. İlk dəfə 11 mart 1851-ci ildə Venesiyadakı La Feniçe teatrında səhnəyə qoyulmuşdur. == Süjeti == Mantuan hersoqunun sarayında bal. Hersoqun Çeprano qrafinzasına nəvaziş göstərməsi onun ərində qısqanclıq yaradır. Təlxək isə Çeprano qrafını lağa qoyaraq, hersoqa elə bu gecə gözəl qrafinyanı oğurlamağı məsləhət görür. Acıqlı Çeorano qrafı Riqolettodan əvəz çıxarmağı özünə söz verir. balın nəşəsi qraf Monteronenin gəlişi ilə pozulur. Monterone qrafı hersoqdan qızını qaytarmağı tələb edir. Təlxək Monterone qrafına istehza edir.
Riqveda
Riqveda (sanskr. ऋग्वेद, "Rig" dua, "veda" bilik ) —Vedaya daxil olan 4 dini kitabdan biri. Hinduizmin müqəddəs kitabı hesab edilir. == Haqqında == Vedaya daxil olan Riqveda 4 kitabdan ən qədim və ən əhəmiyyətli olanıdır. Riqveda tanrıya boyun əymək üçün yazılmış 1017 ilahidən ibarətdir. Hər ilahi 10-a yaxın ayədən təşkil olunmuşdur. İlahilər on kitaba (Mandala) ayrılır. Ən uzun olanı 191 ilahidən ibarət birinci və 43 ilahidən ibarət olan onuncusudur. Riqvedanın digərlərindən fərqi onun yüksək səslə oxunması və burada olan şükür, arzu və bəddua tərzindəki duaları əhatə etməsidir. Riqveda tarixdə ən qədim müqəddəs mətn hesab olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.24

riq sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. ağız suyu, tüpürcək.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"riq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#riq nədir? #riq sözünün mənası #riq nə deməkdir? #riq sözünün izahı #riq sözünün yazılışı #riq necə yazılır? #riq sözünün düzgün yazılışı #riq leksik mənası #riq sözünün sinonimi #riq sözünün yaxın mənalı sözlər #riq sözünün əks mənası #riq sözünün etimologiyası #riq sözünün orfoqrafiyası #riq rusca #riq inglisça #riq fransızca #riq sözünün istifadəsi #sözlük