* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Ələ salma, lağa qoyma, istehza etmə; masqara. Salavat bu açıq rişxəndi başa düşdü. Ə.Əbülhəsən. □ Rişxənd etmək (eləmək) – ələ salmaq, istehza etmək, lağa qoymaq. Kosaya rişxənd edənin top qara saqqalı gərək. (Ata, sözü). [Ələsgər:] Qardaş, sən mənim çərçi olmağıma rişxənd eləyirsən? Ə.Haqverdiyev. Rişxəndə qoymaq – bax rişxənd etmək (eləmək). Hər pirləri rişxəndə qoyub məsxərə qılma! Ə.Qəmküsar. Zeynal həm də türkcə danışaraq, Ağasəfəri rişxəndə qoyurdu… Ə.Əbülhəsən. Rişxəndə salmaq – rişxənd üçün hədəf etmək. 2. “ilə” qoşması ilə – ələ salaraq, masqara ilə, istehza ilə; rişxəndlə. Rişxənd ilə cavab vermək. – [İmran:] Sizdən rica edirəm ki, mənlə rişxənd ilə danışmayasınız. S.S.Axundov. [Gülsabah Mirzə Camala:] Siz bu sözləri mənə rişxənd ilə deyirsiniz? C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / rişxənd2 f. bığaltı gülüş, istehza.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / rişxənd1 Riş farsca “saqqal” deməkdir, xənd isə “gülmək” anlamını əks etdirir. “Saqqala gülən (lağa qoyan)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / rişxənd1 насмешка, ирония, высмеивание, подтрунивание, издевательство, сарказм
Azərbaycanca-rusca lüğət / rişxənd2 сущ. 1. насмешка, издевательство, издёвка 2. ирония; rişxənd etmək (eləmək) kimə насмехаться, надсмехаться над кем (подвергать кого-л., что-л. насмешкам; издеваться)
Azərbaycanca-rusca lüğət / rişxənd1 i. mockery, derision, irony, scoff; ~ etmək to mock, to scoff (at), to mock (at), to make* fun (of),to hold up to ridicule
Azərbaycanca-ingiliscə lüğət / rişxənd1 is. persiflage m, moquerie f ; raillerie f ; ~ eləmək moquer (se) de qn, de qch ; railler qn, qch ; bafouer qn
Azərbaycanca-fransızca lüğət / rişxənd1 сущ. рахшанд, ягьанат, арадал вегьин, лагъ авун, хъуьруьн; // rişxənd etmək (eləmək) рахшанд авун, рахшандун, арадал вегьин, лагъ авун, хъуьруьн; rişxəndə qoymaq кил. rişxənd etmək; rişxənd ilə рахшанддалди.
Azərbaycanca-ləzgicə lüğəti / rişxənd