rişə sözü azərbaycan dilində

rişə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • rişə • 88.4615%
  • Rişə • 7.6923%
  • RİŞƏ • 3.8462%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

rişə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Kök (bitkidə). Yazın bir ayında xoş keçər illər; Zoğ edib rişədən baş verər güllər. Aşıq Ələsgər. Göy otlar qaranlıq torpağın altından başlarını çıxarıb, yüksəlmək üçün bahar havasından rişələrinə qüvvət diləyirdilər. Ə.Haqverdiyev. □ Rişə atmaq (salmaq) – kök atmaq, kök salmaq, rişələnmək. Çadır qarşılarında yanan məşəllərin şəfəqləri Araz çayının dalğalarına rişə atırdı. M.S.Ordubadi. Eşqin bu könlümdə atmış rişələr; Əcəlsə qoymadı versin bir səmər. A.Şaiq. [Sultan bəydə] şübhələnmək … özünə məxsus rişə salmışdı. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / rişə

rişə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 RİŞƏ (ağacda) Amma bağban kamal-ehtiyat ilə ətrafını qazıb, rişələrinə xələl gətirməyərək, bu cavan alma ağacını meşədən çıxardıb bağına köçürdü və rahat yerə basdırdı (R.Əfəndiyev); KÖK Şəlaləli çaylar, dəli bir hiddətlə iri daşları, kökü çürümüş ağacları yerindən qoparıb axıdırdı (M.Hüseyn).

    Azərbaycan dilinin sinonimlər lüğəti / rişə

rişə sözünün rus dilinə tərcüməsi

rişə sözünün inglis dilinə tərcüməsi

rişə sözünün fransız dilinə tərcüməsi

rişə sözünün ləzgi dilinə tərcüməsi

rişə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) kök (ağacda və s.); 2) saçaq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"rişə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rişə nədir? #rişə sözünün mənası #rişə nə deməkdir? #rişə sözünün izahı #rişə sözünün yazılışı #rişə necə yazılır? #rişə sözünün düzgün yazılışı #rişə leksik mənası #rişə sözünün sinonimi #rişə sözünün yaxın mənalı sözlər #rişə sözünün əks mənası #rişə sözünün etimologiyası #rişə sözünün orfoqrafiyası #rişə rusca #rişə inglisça #rişə fransızca #rişə sözünün istifadəsi #sözlük