Robert sözü azərbaycan dilində

Robert

Yazılış

  • Robert • 99.8006%
  • ROBERT • 0.1679%
  • robert • 0.0315%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Robert
Robert — dünyada çox işlədilən kişi adı. Robert Spreq — Frank Spreq və Harriet Spreqin oğlu Robert Boş — Alman ixtiraçı. Robert Bosch GmbH şirkətinin təsisçisi. Robert Bradtke — ABŞ diplomatı. ABŞ-nin Xorvatiyadakı səfiri Robert Ekhart — kinorejissor.
Karl Robert
Karl Robert və ya I Karl (mac. Károly Róbert, xorv. Karlo Robert, slovak. Karol Róbert, 1288, Neapol – 16 iyul 1342, Vişeqrad[d], Peşt medyesi) — 1308–1342-ci illərdə Macarıstan və Xorvatiyanın kralı, Anju sülaləsinin üzvü, macar kralı Karl Martelin tək oğlu. == Həyatı == Karl Robert Kral Martel və xanımı Avstriyalı Klemensin tək oğlu idi. O 1288-ci ildə anadan olmuşdur. Doğum yeri haqqında dəqiq məlumat yoxdur. Atasının 1295-ci ildə vaftından sonra 7 yaşlı Robert taxta oturur. == Hakimiyyəti == 1300-cü ildə Karl nüfuzlu xorvat lord Pol Şubiçin dəvəti ilə Macarıstan krallığına gəldi. O taxta çıxsa da Karlın başına müvəqqəti tac qoyuldu.
Robert Adler
Robert Adler (4 dekabr 1913, Vyana – 15 fevral 2007, Boyse) — Amerikalı ixtiraçı idi və çoxsaylı patentlərə malikdir. == Həyatı == Robert Adler 1913-cü ildə Vyanada anadan olmuşdur. Robert Adler 1937-ci ildə Vyana Universitetindən fizika fakültəsində təhsil almışdır. 1939-cu ildə ölkəni tərk etmişdi.O, əvvəlcə Belçikaya, daha sonra İngiltərədə yaşamış və buradan da Amerika Birləşmiş Ştatlarına köçmüşdür. == Fəaliyyəti == Robert Adler Birləşmiş Ştatlara köçdükdən sonra 1941-ci ildə araşdırma şöbəsində Zenith Electronics-də işə başlamışdır. Yaşadığı müddətdə Adler 58 ABŞ patentinə layiq görülmüşdür. 29 iyun 1956-cı ildə avstriya əsilli amerikalı ixtiraçı Robert Adler televizor üçün ilk pultu yaratmışdır.[1] Zenith Space Commander adlanan bu pult mexaniki idi və kanalın və səsin dəyişdirilməsi üçün ultrasəsdən istifadə edirdi. Maraqlıdır ki, xanımının sözlərinə görə, Adler nadir hallarda televizora baxırdı, o mütaliə etməyi daha üstün tuturdu. Görkəmli ixtiraçı 180 patentin müəllifidir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Robert Anker
Rengert Robert Anker (26 aprel 1946 – 20 yanvar 2017, Amsterdam) — Niderlandlı yazıçı. 1993-cü ildə yazdığı De terugkeer van kapitein Rob novellasına görə Anker Ferdinand Bordeviyk Mükafatına layiq görülmüşdür. 2002-ci ildə isə yazdığı Een soort Engeland əsərinə görə Libris Mükafatına layiq görülmüşdür.
Robert Aumann
Robert Aumann (ing. Israel Robert John Aumann) (d. 8 iyun 1930) — yəhudi iqtisadçı. 2005-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == İsrail və ABŞ-nin ikili vətəndaşlığına sahib olan Robert Aumann Almaniyada doğulmuşdur. Universitet təhsilini Nyu York Şəhər Kollecində riyaziyyat sahəsində başa çatdırdıqdan sonra, doktorluğunu 1955-ci ildə Massaçusets Texnologiya İnstitutunda tamamlamışdır. Oyunlar nəzəriyyəsinin modern iqtisadiyyatda önəmli bir rol almasında xidmətləri olmuşdur. 1956-cı ildə Qüds İvrit Universitetində dərs demişdir, həmçinin bu universitetin Rasionallıq mərkəzinin qurulmasında da iştirak etmişdir. 2005-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Tomas Şellinq ilə paylaşmışdır. Onlar oyunlar nəzəriyyəsi ilə iqtisadi həmkarlığa və rəqabət mövzusuna gətirdiləri açıqlamadan dolayı mükafata layiq görülmüşlər.
Robert Baland
Robert Balard (ing. Robert Duane Ballard) - amerikalı dəniz donanmasının istefada olan dənizçisi. 1985-ci ildə Atlantik okeanı 4.000 metr dərinliyində Titanik gəmisinin qalıqlarını aşkarlamışdır.
Robert Balard
Robert Balard (ing. Robert Duane Ballard) - amerikalı dəniz donanmasının istefada olan dənizçisi. 1985-ci ildə Atlantik okeanı 4.000 metr dərinliyində Titanik gəmisinin qalıqlarını aşkarlamışdır.
Robert Barani
Robert Barani (22 aprel 1876[…], Vyana – 8 aprel 1936[…], Uppsala[d]) - Qulaqdakı vestibulyar aparatın fiziologiya və patologiyası üzərində etdiyi işləri sayəsində 1914-ci ildə Fiziologiya və tibb üzrə Nobel mükafatını alan avstriyalı həkim. == Bioqrafiyası == Barani Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Bir elm adamının qızı olan Maria Hok və bank səlahiyyətlisi və daşınmaz əmlak idarəçisi olan Macar Yəhudi İqnaz Baraninin altı uşağından ən böyüyü idi. 1900-ci ildə Vyana Universitetinin tibb fakültəsindən məzun oldu. Barani Vyanada bir həkim olaraq çalışarkən xəstələrinin baş dönməsini rahatlaşdırmaq üçün onların daxili qulaqlarının içinə maye yeridirdi. Yeridilən maye çox soyuq olduğundan xəstələrində başgicəllənmə və Nistagmus (istəksiz göz hərəkəti) baş verirdi. Mayeni qızdırdıqda isə xəstələrdə tərs istiqamətdə Nistagmus meydana gəldiyini gördü. Barani bu təcrübəsiylə endolinfanın sərin ikən batan və isti ikən yüksələn bir xüsusiyyəti olduğunu və beləcə endolinfanın axın istiqamətinin vestibulyar orqana proprioseptiv siqnalları təmin etməsini təyin etdi. Kaloridən reaksiya olaraq adlandırdığı bu təcrübə ilə müşahidələrinə davam etdi. Etdiyi müşahidələr və araşdırmalar nəticəsində vestibulyar orqan xəstəliklərinin cərrahi müalicəsini mümkün etdi.
Robert Barro
Robert Cozef Barro (ing. Robert Joseph Barro, 28 sentyabr 1944, Nyu-York, Nyu-York ştatı) — Klassik makroiqtisadiyyat üzrə ixtisaslaşmış amerikalı iqtisadçı, Pol Varburq, Harvard Universitetinin İqtisadiyyat professoru. == Bioqrafiyası == 1965-ci ildə Kaliforniya Texnologiya İnstitutunda fizika bakalavr dərəcəsini, 1970-ci ildə Harvarddan iqtisad elmləri namizədi almışdır. == Elmə töhfəsi == RePEc layihəsi onu akademik araşdırmalarına əsasən 2011-ci ilin avqust ayına qədər müasir dünyada ən nüfuzlu dördüncü iqtisadçı kimi təyin etdi. Barro, Robert Lukas və Tomas Sercent ilə birlikdə yeni klassik makroiqtisadiyyatın qurucularından biri sayılır. Hal-hazırda Stenford Universitetinin Huver İnstitutunun baş elmi işçisidir. 1988-ci ildə Robert Barro özünün daxili inkişaf modelini — Barro modelini təklif etdi. 1993-cü ildə Robert Barro öz işində BARS əyrisinin müəllifidir — dövlət xərclərinin ÜDM-dəki payındakı artımın ÜDM artımının sürətlənməsindən asılılığı. 1995-ci ildə Xavyer Sala-i-Martin ilə birlikdə texnologiya diffuziya modeli inkişaf etdirdi. == Biblioqrafiya == Barro R. J. Government Spending in a Simple Model of Endogenous Growth//NBER Working Paper No.
Robert Baterst
Robert Qay Baterst (22 fevral 1957, Akkra) — İngilis aktyor. == Həyatı == Baterst 1957-ci ildə atasının idarəetmə məsləhətçisi olaraq çalışdığı yer olan ingilis müstəmləkəsi Akkra, Qold Koastda anadan olmuşdur. 1959-cu ildə ailəsi İrlandiyanın paytaxtı Dublinə köçmüş və Robert Killineydəki məktəbə getmiş və daha sonra Anglikan internat məktəbində təhsilini dəvam etdirmişdir.1966-cı ildə ailə İngiltərəyə köçdü və Baterst Sasseksdə Wort məktəbinə daxil oldu, burada həvəskar dramaturgiyalarını yazmağa başladı. 18 yaşında Pembrok Kolleci, Kembricdə hüquq oxudu və Kembric Futlayts qrupuna qatıldı. Məktəbi bitirdikdən sonra tam iş gününə başladı. O, professional səhnə debütünü 1983-cü ildə Savoyya teatrıda davam edən Maykl Freyin "Səslər kəsilir" tamaşasında Tim Algud rolunu oynayaraq etmişdir. Səhnədə işləmək barədə biliklərini genişləndirmək üçün Milli Teatrın üzvü oldu. 1980-ci illərdə səhnə rollarını "Qara Qaranlıq", "Çelmsford 123", "Lenni Henri Şov"dakı televiziya rolları ilə tamamladı. 1991-ci ildə Stiven Moffat tərəfindən yazılmış "Zarafatdan başqa" BBC sitkomunda Mark Teylor rolu ilə o günə qədərki televizor karyerasındakı ən böyük uğurunu qazanmışdı. Bu televiziya proqramı yalnız on üç bölüm dəvam etsə də (1991 və 1995-ci illər arasında), rol Baterstin bütün karyerasında ən çox sevdiyi rol olaraq qalır.
Robert Berd
Robert Berd — ABŞ Nümayəndələr Palatasında Şimali Virciniya ştatını təmsil edən demokrat senator Robert Berd Konqresdə davamlı fəaliyyətinə görə ABŞ tarixində rekorda imza atıb. O, qanunverici orqanda 57 il çalışıb. Robert Berd ilk dəfə 1952-ci ildə Nümayəndələr Palatasına seçilib. 28 iyun 2010-cu ildə 93 yaşında dünyasını dəyişib.
Robert Berns
Robert Berns (ş.german və ing. Robert Burns, şot.kelt Raibeart Burns; 1759–1796) — Böyük Britaniya şairi, folklorçusu. == Həyatı == Robert Berns 15 yanvar 1759-cu ildə Şotlandiyada Allouey kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Berns öz yaradıcılığına təxminən 14–15 yaşlarından başlamışdır. Rəvayətə görə, Berns çox zaman öz şeirlərini tarlada iş vaxtında yazarmış. Berns şeir yazarkən Şotlandiya xalq yaradıcılığı ənənələrini, qədim xalq mahnılarındakı motivləri əsas götürürdü, bu isə onun şeirlərinin xalq arasında sürətlə yayılmasına səbəb olurdu. Bernsin şeirləri o qədər ahəngdar və xalq ruhuna yaxın idi ki, onlar çox asanlıqla mahnıya çevrilirdi. O, bir şeirində açıq yazmışdı ki, "mən Şotlandiya yoxsullarına fayda verməyə hazıram, mənim mahnılarım onlar üçündür". Şotlandiya kəndlilərinin zadəganlara və varlılara nifrətini, azadlığa məhəbbətini Berns məşhur "Namuslu yoxsulluq", "Azadlıq ağacı" şeirlərində ifadə etmişdir. Şairin yaratdığı əsərlər arasında onun mifik şeirləri xüsusi yer tutur.
Robert Blançflauer
Robert Dennis Blançflauer (ing. Robert Dennis Blanchflower; 10 fevral 1926 — 9 dekabr 1993), daha çox Denni Blançflauer kimi tanınır (ing. Danny Blanchflower) — Şimali İrlandiya futbolçusu. "Aston Villa" və "Tottnem hotsper" klublarında oynamışdır. 1958 və 1961-ci illərdə İngiltərənin ən güclü futbolçusu hesab edilmişdir. Şimali İrlandiya milli yığmasının tərkibində 56 oyun keçirmişdir. FİFA Dünya Kuboku 1958-in iştirakçısı olmuşdur.
Robert Blox
Robert Albert Blox (ing. Robert Albert Bloch, 5 aprel 1917[…], Çikaqo, İllinoys – 23 sentyabr 1994[…], Los-Anceles, ABŞ) - ABŞ yazıçısı. Uşaq vaxtlarından Lavkraftın yaradıcılığının pərəstişkarı olan yazıçı sonralar bir müddət onunla məktublaşmışdır. Alfred Hiçkok və Qas Van Sent tərəfindən ekranlaşdırılmış "Psixo" əsərinin müəllifidir. Lüdviq Prinnin yaradıcısıdır. Yüzlərlə hekayə və otuz romanın müəllifidir. Hyuqo, Brem Stoker və Beynəlxalq Fentezi mükafatlarının sahibidir. == Cavanlığı == Blox Çikaqoda alman-yəhudi əsilli ailədə anadan olub. Atası Rafael Rey Blox (1884-1952) bank kassiri, anası Stella Leb (1880-1944) sosial işçi olub. Bloxun 5 yaşı olanda ailəsi Çikaqo ətrafında yerləşən Meyvuda köçür və 10 yaşına kimi orda yaşayırlar.
Robert Boyl
Robert Boyl (25 yanvar 1627[…] – 31 dekabr 1691, London, İngiltərə krallığı) – ingilis alimi və fizik. == Həyatı == 1627-ci ildə anadan olmuşdur. 1661-ci ildə özünün "Skeptik kimyaçı" adlı kitabında elementləri "ilk bəsit cisimlər" kimi müəyyənləşdirmişdir. Robert Boyl görkəmli ingilis kimyaçısı, fiziki və filosofudur. O, İrlandiyanın Lismar şəhərində dövlət katibi Riçard Boylun ailəsində anadan olub. Bu ailənin 14 uşağından Robert Boyl yeddinci oğlu olub. Uşaqlıq illərindən Boyl xarici dilləri öyrənməyə başlayıb. 8 yaşında olanda fransız və latın dillərində sərbəst danışırmış. Boyl olduqca sadə, intizamlı, alicənab və çox nəzakətli adam, güclü dindar olmuş və evlənməyib. O, 1654-cü ildən Oksfordda yaşayıb, universitetin bir çox görkəmli professorları ilə dostluq edib, öz laboratoriyasını yaradıb.
Robert Boş
Robert Boş (alm. Robert Bosch‎; 23 sentyabr 1861[…] – 12 mart 1942, Ştutqart) — Alman ixtiraçı. Robert Bosch GmbH şirkətinin təsisçisi. == Həyatı == Çox sayda ideyalara və müasir avtomobil istehsalının prinsipial olaraq yeni texniki həllərinə görə məşhur alman ixtiraçısı Robert Boşa (1861–1942) borcluyuq. Robert Boş Ulm yaxınlığında kiçik bir şəhərdə anadan olmuşdur. O, Servasius Boş ailəsinin on birinci uşağı idi. Atası təhsilli və savadlı biri idi, onun kiçik mehmanxanası və pivə zavodu var idi. Atası arzu edirdi ki, onun oğlu əczaçı və ya müəllim olsun, lakin oğlunun marağı tamam fərqli idi: ustalıq etməyi həddindən artıq sevirdi. 1869-cu ilin yazında Boş ailəsi Ulm şəhərinə köçdü. 1869-cu ildən 1876-cı ilə qədər Robert Boş şəhər məktəbində təhsil aldı, sonra isə usta köməkçisi kimi işə düzəldi.
Robert Bradtke
Robert Bradtke — ABŞ diplomatı. 2006-2009-cu illərdə ABŞ-nin Xorvatiyadakı səfiri vəzifəsində çalışmışdır. 7 sentyabr 2009-cu ildə ATƏT-in Minsk qrupunun həmsədri təyin olunmuşdur.
Robert Breydvud
Robert Con Breydvud (ing. Robert John Braidwood; 29 iyul 1907[…], Detroyt, Miçiqan – 15 yanvar 2003[…], Çikaqo) — amerikalı arxeoloq və antropoloq, elmi arxeologiyanın banilərindən biri, Yaxın Şərqin tarixdən əvvəlki dövrünün aparıcı tədqiqatçısı. == Bioqrafiyası == Robert Breydvud Miçiqan Universitetində təhsil alıb, 1933-cü ildə burada memarlıq üzrə magistr dərəcəsi almışdır. Bir il sonra o, Ceyms Brestedin rəhbərliyi ilə Amuk vadisində qazıntılar aparan Çikaqo Universitetinin Şərq Ekspedisiyasına qoşulub və burada işləyib. 1938-ci ilə qədər ekspedisiyada iştirak etmişdir. Ekspedisiyada olarkən o, Miçiqan Universitetindəki keçmiş dostu Linda Şrayberlə evləndi, sonra o, qazıntılarda onun tərəfdaşı və tədqiqatda həmmüəllif oldu. İkinci Dünya müharibəsi zamanı o, ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib və burada meteoroloji xəritələrin tərtibinə cavabdeh olub. 1943-cü ildə cənab Çikaqo Universitetində doktorluq dərəcəsi aldı və bu universitet onu dərhal Şərqşünaslıq İnstitutunda və Antropologiya şöbəsində professor kimi işə götürdü. Breydvud təqaüdə çıxana qədər bu vəzifəni tutdu. İndiana Cons personajının prototiplərindən biri hesab olunur.
Robert Broun
Robert Broun, Robert Braun (ing. Robert Brown, 21 dekabr 1773[…] – 10 iyun 1858[…], London) — XVIII-XIX əsrlərdə yaşamış britaniyalı (şotland) botanik, bitki morfoloqu və təsnifatçısı, Broun hərəkətinin müəllifi. == Həyatı == 21 dekabr 1773-cü ildə Şotlandiyada Montroz şəhərində dünyaya gəlmiş, Aberdində, Edinburq universitetində 1789-1795 ci illərdə tibb və botanikadan təhsil almışdır. Ferdinand Bauer ilə Avstraliya və Tasmaniya kimi adaları gəzərək bir çox bitkilər növləri aşkar etmişlər. 1805-ci ildə Robert Broun Böyük Britaniyaya qayıdan zaman 4 minə yaxın bitki götürmüşdü. Robertin xidməti əvəzsiz olduğuna görə 1849-1853-cü illər ərzizndə Londonda "Lineya cəmiyyəti"nin prezidenti olmuşdu. Robert 10 iyun 1858-ci ildə vəfat etmiş və Londonda dəfn edilmişdi. == Həmçinin bax == Broun hərəkəti == Mənbə == Ford B. J. Brownian movement in Clarkia pollen: a reprise of the first observations // The Microscope. 1992. Vol.
Robert Brum
Robert Brum (ing. Robert Broom; 30 noyabr 1866, Peysli, Renfryuşir qraflığı[d] – 6 aprel 1951, Pretoriya) — Cənubi Afrikalı həkim və paleontoloq. == Tanınmış əsərləri == "Fossil Reptiles of South Africa" в Science in South Africa (1905) "Reptiles of Karroo Formation" в Geology of Cape Colony (1909) "Development and Morphology of the Marsupial Shoulder Girdle" в Transactions of the Royal Society of Edinburgh (1899) "Comparison of Permian Reptiles of North America with Those of South Africa" в Bulletin of the American Museum of Natural History (1910) "Structure of Skull in Cynodont Reptiles" в Proceedings of the Zoölogical Society (1911). "The South Africa Fossil Ape-Men, The Australopithecinae" (1946).
Robert Börd
Robert Börd (ing. Robert Byrd) — Əslən Kaliforniyadan olan memar və dizayner. Robert Börd ən mükəmməl inşaat işlərini 1920-1950-ci illərdə həyata keçirmişdir. Sonrakı fəaliyyətini oğlu Qari ilə birgə davam etdirmişdir. == İşləri == "10050 Cielo Drive", Kaliforniya; "Robert Taylor Ranch", Los-Anceles; "2274 Ben Lomond Drive", Los-Anceles; "The Tree House", Los-Anceles.
Robert Cecil
Robert Cecil (d. 1 iyun 1563 – ö. 24 may 1612) - İngilis əsilli dövlət xadimi və siyasətçi.
Robert Cenkins
Robert Cenkins (ing. Robert Jenkins; ? — 1745) — İngiltərə və İspaniya arasında yaranmış müstəmləkə konfliktinin (1739–1742), "Cenkinsin qulağı uğrunda müharibə"nin protaqonisti kimi tanınan ingilis taciri və dənizçisi. 1738-ci ildə Robert Cenkins Böyük Britaniya İcmalar palatasında keçirilən iclasa içərisində spirtlənmiş insan qulağı olan şüşə qabla gəlir. O öz çıxışında onun qulağının ispan zabiti tərəfindən kəsildiyini və həmçinin ispanların dinc ingilis tacirləri ilə çox pis rəftar etdiyini bildirir. Bu dövrdə ispan gəmiləri Britaniya ticarət gəmilərini Qərbi Atlantika tərəfdə ələ keçirmişdilər. 1713-cü ildə bağlanmış Utrext sülhünə görə Böyük Britaniya ispanların Vest-Hinddə ticarət monopoliyasını tanımış və o bölgədə il ərzində yalnız 1 ticarət gəmisi yükləyib yola sala bilərdi, lakin Britaniya hökuməti Karib hövzəsində olan ingilis gəmilərinin kapitanlarını aktiv kontrabandist fəaliyyətə təşviq edirdi. Bu da bütün ispan ticarətinin dağılmasına, ticarət mübadiləsinin böyük hissəsinin ingilislərin əlinə keçməsinə səbəb olmuşdu. Bu cür vəziyyətdən qəzəblənən ispan hökuməti öz müstəmləkə hakimlərindən qaçaqmalçılara qarşı qəti mübarizə aparmağı tapşırmışdı. Nəticədə iki qüdrətli dəniz dövləti arasında elan edilməmiş ticarət müharibəsi başladı.
Robert Coffri
Robert Coffri (əsl adı və soyadı – Abdulla Caffa Ənvər Bəy Xan, Ənvər Bəy Khan) (24.12.1930, Sietl –25.3.1988, Nyu-York) — Amerika baletartisti, xoreoqraf, pedaqoq. == Həyatı == 1941-ci ildən Sietldə M.E. Uellsdən dərs almışdır. 1950-ci ildən Nyu-Yorkda, Amerika baleti məktəbində A.N. Obuxov və P.N. Vladimirovdan klassik rəqsi, Ali Səhnə Sənəti Məktəbində M. O’Donnel və G. Şurrdan modern rəqsi öyrənmişdir. 1949–50-ci illər -də R. Petinin “Paris baleti”ndə, 1951–53-cü illərdə M. O’Donnelin Amerika truppasında işləmişdir. 1948-ci ildən estradada çıxış etmiş, özü üçün, M. Ramberin şirkəti (1955, London) və b.-ları üçün rəqslər qurmuşdur. == Fəaliyyəti == 1952-ci ildə Nyu-Yorkda “Amerikan balle senter” studiyasını və 1954-cü ildə studiyanın əsasında “Robert Coffri balle konsert” truppasını təşkil etmişdir. C. Fildin musiqisi əsasında “İlahələrin rəqsi” və F. Pulenkin musiqisi əsasında “Bal-maskarad” (hər ikisi 1954), A. Şönberqin musiqisi əsasında “Ay Pyerosu” (1955) tamaşalarını hazırla mışdır. 1956-cı ildə C. Arpino ilə birlikdə “Robert Coffri tietr balle” truppasını yaratmış (truppa bir neçə dəfə adını dəyişmişdir, 1966-cı ildən “Siti senter Coffri balle”, 1977-ci ildən “Coffri balle”; 1982-ci ildən Los-Ancelesdə, 1995-ci ildən Çikaqoda), L. Harrisonun musiqisi əsasında “Qamelan” (1962) baletini, K. Sirkusun musiqisi əsasında “Astarta” (1967) rok-baletini, R. Vaqnerin musiqisi əsasında “Xatirələr” (1973) baletini səhnəyə qoymuşdur. Sonralar baletmeysterlikdən uzaqlaşaraq, pedaqoq və bədii rəhbər işləmiş, müasir xoreoqrafları (T. Tarp, A. Eyli, U. Forsayt) teatra dəvət etmişdir. 1910–30-cu illərin repertuarlardan çıx mış əfsanəvi baletlərinin tamaşaları [K. Yossun (“Yaşıl masa”, F. Koen, 1967), L.F. Myasinin (“Parad”, E. Sati, 1973), V.F. Nijinskinin (“Müqəddəs bahar”, İ.F. Stravinski, 1987) və b.] truppanın ən böyük uğurlarından olmuşdur.
Robert Dauni
Robert Con Dauni (4 aprel 1965[…], Manhetten, Nyu-York ştatı) — Amerikan aktyor, musiqiçi və prodüser. 2 dəfə "Oskar" nominantı (1993, 2009), Emmi nominantı (2001), 2 dəfə "Qızıl Qlobus" qalibi (2001, 2010) və BAFTA mükafatı qalibi (1993). Hollivudun ən çox qazanan aktyoru və dünyanın ən məşhur film ulduzlarından biridir. Rol aldığı filmlərdən altısı 500 milyonun üzərində qazanc gətirib və bunlardan ikisi kino tarixinin ən kommersiyal uğurlu beş filmi sırasındadır. İlk dəfə Sıfırdan Az filmində canlandırdığı narkoman gənc obrazı ilə tənqidçilərdən yüksək xal yığan aktyor, 1992-ci ildə əfsanəvi komik Çarli Çaplini canlandırdığı Çaplin filmi ilə Oskar mükafatına namizəd göstərildi. Anadangəlmə Qatillər, Qısa Keçidlər, Üçüncü Riçard, Bir Gecəlik Məhəbbət, Yalnız sən, Ürək və Ruhlar bu dövrdə çəkildiyi digər populyar filmlər sırasında idi. 1996-cı ilin avqustunda içkili vəziyyətdə sürdüyünə, heroindən istifadə etməyinə görə Robert polislər tərəfindən təsadüfən saxlanılmışdır. Dauni 3 il müddətində azadlıqdan məhrum edilmişdir və ümumi kamerada canilərlə qalmağa məcbur qalmışdır. 2000-ci ildə Alli Makbil serialında rol almış, və uğurlu aktyorluğuna görə Qızıl Qlobus mükafatı almışdır. Yalnız narkotiklə olan problemlərinin öhdəsindən gələ bilməyən aktyor serialdan qovulmuş, illər boyu kinodan uzaq qalaraq müalicəsinə davam etmişdir.
Himantoglossum robertianum
Himantoglossum robertianum (lat. Himantoglossum robertianum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Barlia robertiana (Loisel.) Greuter Orchis robertiana Loisel.
Kliff Robertson
Kliff Parker Robertson (ing. Clifford «Cliff» Parker Robertson III; d. 9 sentyabr 1923 - 9 sentyabr 2011) — ABŞ aktyoru. == Filmoqrafiya == Kliff Robertson 60-a yaxın filmə çəkilib. 1968-ci ildə “Çarli” filmində Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına layiq görülüb. Robertson 2000-ci illərdə də filmlərə çəkilirdi.
Kreyq Roberts
Kreyq Haydn Roberts (21 yanvar 1991) — uelsli aktyor, yazıçı və rejissordur. O komediya-dram janrındakı gənclik filmi "Submarine" sayəsində məşhurlaşıb. == Həyatı == Kreyq Roberts 21 yanvar 1991-ci ildə Uelsin Nyuport şəhərində Alison (Bişop) və Haydn Robertsin oğlu olaraq dünyaya gəlib. O, Maesycwmmer, Caerphilly-də böyüyüb və Lewis School, Pengam-da təhsil almışdır. Robertsin Çelsi adlı bir doğma bacısı, həmçinin Natali və Anqarad adlı iki ögey bacısı var. == Karyerası == Roberts televiziya karyerasına Qulluq (2000) və Kiçik Puding (2003) dramları ilə başladı. Bundan sonra ona "The Story of Tracy Beaker" (2004–2006) və Casualty (2005–2008) seriallarında rollar verildi və "Gənc Drakula"da (2006–2008) vampir fanatik Robin Branaq rolunu oynadı . O, həmçinin Kiddo (2005) və Scratching (2006) dramlarında rol alıb . Səhnədə Roberts 2008-ci ildə Y Touring Theatre Company ilə İngiltərəni gəzdi və futbolda irqçiliyi, cinsiyyətçiliyi və homofobiyanı araşdıran oyun olan Full Time-da gənc Rayanı canlandırdı. 2009-cu ilin yanvarında o, Uortinqdə Snow White pantomimasında pis kraliçanın köməkçisi Draks rolunu oynadı.
Leonard Roberts
Leonard Roberts (17 noyabr 1972, Sent-Luis, Missuri) — film aktyoru. == Həyatı == Leonard Roberts 17 noyabr 1972-ci ildə Kaliforniya ştatının Sent-Lüis şəhərində anadan olmuşdur. 1992-ci ildə Depaul Universitetinin teatr məktəbini bitirmişdir. == Karyera == Amerikanın NBC telekanalında efirə gedən Qəhrəmanlar serialında D.V.Havkins rolu ilə tanınır.
Mak-Robertson Torpağı
Mak-Robertson Torpağı (ing. Mac. Robertson Land) — Antarktida ərazisi olaraq 60° və 73° şərq uzunluqları arasında qərarlaşır. Şimaldan sahillərini Birlik dənizinin suları yuyur. Mərkəzi hissələrdə buzlağın qalınlığı 2000 metr təşkil edir. Sahil hissədə buzdan azad olmuş çoxlu ərazilər vardır. Cənubunda Şahzadə Çarlz dağları yerləşir. Mak-Robertson Torpağı 1930-cu ildə Britaniya-avstraliya-yenizelandiya ekspedisiyasının rəhbəri olan Duqlas Mouson tərəfindən kəşf edilmiş və ekspedisiyanı maliyyələmdirən sahibkarlardan birinin şərəfinə adlandırılmışdır. Əraziyə Avstraliya iddia edir. Ancaq 1961-ci ildə imzalanan Antarktida haqqında konvensiyaya görə əraziyə iddialar dondurulmuşdur.
Nora Roberts
Nora Roberts (10 oktyabr 1950[…], Silver-Sprinq[d], Merilend) — ABŞ yazıçısı. Daha çox məhəbbət və macəra romanları ilə məşhurdur. 210-dan çox roman yazmış, romanları ən çox satılanlar siyahısına düşmüş və 35 ölkədə nəşr olunmuşdur. Həmçinin JD Robb təxəllüsü ilə "Ölüm seriyaları" adlı kriminal məhəbbət romanları seriyasını yazmaqdadır. == Həyatı == Nora Roberts 1950-ci ildə Merilend ştatının Silver Sprinq şəhərində 5 uşaqlı ailənin ən kiçik uşağı kimi anadan oldu. Katolik məktəbində oxuduqdan sonra gənc yaşında evləndi və Merilend ştatının Kidsvill şəhərinə köçdü. Qısa müddət hüquq katibliyi etdi. İki oğlunu doğduqdan sonra işini buraxdı. Nora Roberts tezliklə yazıçılığa girişdi. İlk əsərləri nəşriyyat evləri tərəfindən rədd edilsə də, 1981-ci ildə ilk kitabı "Irish Thoroughbred Silhouette" nəşriyyat tərəfindən çap olundu.
Ocotea robertsoniae
Ocotea robertsoniae (lat. Ocotea robertsoniae) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü.
Orchis robertiana
Himantoglossum robertianum (lat. Himantoglossum robertianum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Barlia robertiana (Loisel.) Greuter Orchis robertiana Loisel.
Pentacalia robertii
Pentacalia robertii (lat. Pentacalia robertii) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Phytoseiulus robertsi
Poynt-Roberts (Vaşinqton)
Poynt Roberts (ing. Point Roberts) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 1314 nəfər olmuşdur. "Point Rob" və ya "The Point" adı ilə də tanınır. == Tarixi == E.ə. 500-cü illərdə burada yaşamış hindular buranı Tiltenem adlandırmışdılar. Poynt Roberts yerli Hindi qəbilələri (Kouviçan, Lummi, Saaniç və Semiaymu) üçün uzun müddət balıq ovu yeri olmuşdur. Hindilər hər yay burada kamp quraraq balıq ovlayırdılar. Buranı ilk dəfə kəşf edən avropalılar 1791-ci ildə ispan səyyahı Fransisko de Elizanın (1759-1825) rəhbərlik etdiyi ekspedisiya üzvləri olmuşdu. O səhvən kəşf edilən ərazini ada hesab etmiş və "Isla de Zepeda" adını vermişdi.
Poyntinq-Robertson effekti
Poyntinq- Robertson effekti —Günəş şüalarını izotrop səpən ,Günəşin ətrafında hərəkət edən, çox da böyük olmayan cisimlərin hərəkət miqdarı momentinin azalması nəticəsində orbitinin kiçilməsi hadisəsidir. Buraya intensiv şüalanma verən mənbələri də aid etmək olar.Belə bir hadisənin varlığını 1903-cü ildə ingilis fiziki J.H.Poyntinq kəşf etmişdir; hadisənin dəqiq relyativistik nəzəriyyəsini isə H.Robertson 1937-ci ildə vermişdir. Poyntinq- Robertson effek-tinin mahiyyəti onunla bağlıdır ki, Günəş şüalarını udana qədər Günəşə nəzərən hərəkət miqdarı momenti sıfır olan cisim radial hərəkət edir.Cisim Günəşlə bağlı koordinat sistemində düşən işığı izotrop şüalandırmaqla elə hərəkət edir ki, şüalanan fotonların nisbi hərəkət miqdarı momenti cismin nisbi impuls momentinə bərabərdir. Fotonların yenidən şüalandırılması zamanı cismin hərəkət miqdarı momentinin qismən itirilməsi və nəticədə cismin spiral boyunca Günəşə yaxınlaşması baş verir.Udulan fotonun bir necə kiçik istilik tezliklərində yenidən şüalandırılması zamanı hərəkət istiqamətini saxlasa da bucaq momenti azalır. Radiusu a və sıxlığı d olan kürəvi cisim R qədər məsafədə kvazi çevrəyə bənzəyən orbitdə hərəkət edərkən, nəzəri olaraq t=7*106adR2 ildən sonra Günəşin üzərinə düşür.Faktiki olaraq cisim Günəşin ətrafında buxarlanır və onun atmosferində buxar buluduna çevrilir. Elliptik orbit üzrə hərəkət edən cisimlərin həm öz ölçüləri, həm də orbitin ekssentrisiteti azalır. 1950-ci ildə V.V. Radzievski planetosentrik Poyntinq- Robertson effektinin olmasını da aşkar etdi. O, göstərdi ki, planetin ətrafında da hərəkət edən cisimlər üçün Günəş şüalarını əks etdirməsi hesabına da cismin orbitinin kiçilməsi baş verir. John Henry Poynting və Howard P. Robertson'ın adını daşıyan Poynting-Robertson sürgüsü olaraq da bilinən Poynting-Robertson təsiri, günəş radiasiyasının bir ulduzun ətrafında dönən bir toz dənəsinə səbəb olduğu və ulduz ətrafındakı orbitinə görə bucaq momentumu itirməsinə səbəb olan bir müddətdir. Bu, bu sürünməyi təsirlənəcək qədər kiçik, ancaq radiasiya təzyiqi ilə ulduzdan uzaqlaşaraq ulduzun içinə yavaşca spiralleşen çox böyük toz səbəb olur.
Robert Allen Rolfe
Robert Allen Rolfe (ing. Robert Allen Rolfe; 12 may 1855 – 13 aprel 1921 - Britaniya botaniki. == Ədəbiyyat == Brummitt RK; Powell CE. (1992). Authors of Plant Names. Royal Botanic Gardens, Kew. ISBN 1-84246-085-4.
Robert Atkinson (memar)
Robert Atkinson (ing. Robert Atkinson; d. 1 avqust 1883 – ö. 26 dekabr 1952) — İngilis memar.
Robert Barker (çapçı)
Robert Barker (1570 və ya 1568, Datçet[d], Berkşir[d] – 10 yanvar 1645) — İngiltərə kralı I Ceymsin çapçısı, İngiltərə kraliçası I Elizabetin çapçısı olmuş Kristofer Barkerin oğlu. Əksər mənbəyə görə, Barker «Kral Ceymsin Bibliyası» kitabının çapçısı idi. Bu kitab ingilis dilində çap edilmiş ən təsirli və əhəmiyyətli kitablardan biri idi. O və onun şəriki Martin Lukas «Zalim Bibliya» kitabını nəşr etdirmişdir. == Həbsi == Barker 1635-ci ildə həbs edilmişdir. Olduqca sərfəli bir biznesdə işləmək yerinə, o, yaxşı bir biznesmen deyildi. Ehtimal olunur ki, bu təcrübəsizlik və ümidsizlik onun qanunla problem yaşamasına gətirib çıxarmışdır. Əlavə olaraq, «Zalım Bibliya» və həmin kitabın səbəb olduğu cərimə də buna təsir göstərmişdir. Növbəti on il müddətində tez-tez həbs edilən və həbsdən çıxarılan Barker 1645-ci ildə vəfat etmişdir. == İstinadlar == == Ədəbiyyat == Plomer, Henry R. A Short History of English Printing 1476–1898.

"robert" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#robert nədir? #robert sözünün mənası #robert nə deməkdir? #robert sözünün izahı #robert sözünün yazılışı #robert necə yazılır? #robert sözünün düzgün yazılışı #robert leksik mənası #robert sözünün sinonimi #robert sözünün yaxın mənalı sözlər #robert sözünün əks mənası #robert sözünün etimologiyası #robert sözünün orfoqrafiyası #robert rusca #robert inglisça #robert fransızca #robert sözünün istifadəsi #sözlük