Rubikon sözü azərbaycan dilində

Rubikon

Yazılış

  • Rubikon • 61.5385%
  • rubikon • 38.4615%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rubikon çayı
Rubikon (lat. Rubicō, it. Rubicone, tələffüzü: [rubiˈkone]) - Ravennadan cənubda, İtaliyanın şimal-şərqindəki dayaz çaydır. Eramızdan əvvəl 49-cu ildə məşhur bir şəkildə Yuli Sezar tərəfindən keçilən bir çay üçün də eyni ad işlədilir. Sübut olunmamış olsa da, bəzi tarixçilər iki çayın həqiqətən eyni olduğuna inanırlar. 80 kilometr uzunluğundakı Rubikon çayı mənbəyini Apennin dağlarından götürür və İtaliyanın Emilia-Romanya bölgəsindən keçərək Adriatik dənizinə tökülür. Latınca Rubicō sözü qırmızı mənasını verən rubeusun sifətindən gəlir. Buna səbəb, palçıq yataqlarının üzərindən keçən çayın qırmızı rəngə boyanmasıdır. == Tarixi == Roma Respublikası dövründə Rubikon çayı Cənubdakı Roma əhalisinin yaşadığı vilayətlərlə şimal-şərqdəki Cispaline Gaul vilayəti arasındakı sərhəddi təmsil edirdi. Şimal-qərbdən isə sərhəddi Arno çayı ilə ölçürdülər.
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2011 •••••••••••••••••• 0.26
2018 •••••••••••••••••••• 0.30

rubikon sözünün etimologiyası

  • 1 E.ə. 49-cu ildə Sizalpin Qalliyasının canişini Yuli Sezar idi. O bu vəzifəni on il ərzində tutmuş və həmin dövrdə Alp dağlarının arxasında yerləşən geniş əraziləri Roma imperiyasına qatmağı bacarmışdı. Sezarın orduda və sadə xalq arasında hörməti böyük olduğundan senatorlar onu özləri üçün ciddi təhlükə hesab edirdilər. E.ə. 48-ci ildə iki konsuldan biri seçilən Sezar vəzifəsinin icrasına başlamaq üçün Romaya qayıtmalı idi. Ancaq o, tərəddüd edirdi, çünki belə olan halda düşmənləri tərəfindən tutulacağına əmin idi. Digər tərəfdən ordusunu özü ilə apara bilməzdi. Əyalət başçısının buna ixtiyarı yox idi. Sezar İtaliyanı Qalliyadan ayıran Rubikon çayının sahillərində gözləməkdə olan vaxt senat ordunu buraxmadığı halda onu cəmiyyətin düşməni elan edəcəyini bəyan eləyərək hadisələrin gedişatını tezləşdirdi. İndi Sezarın seçimi qalmamışdı. O, ordunu buraxmadığı təqdirdə həbs olunacaqdı. Amma bunu etməsə, yenə də həbs olunacaqdı. Buna görə də döyüşməli idi. Sezar ordusu ilə birlikdə Rubikonu keçərək qanunu pozur və beləliklə, vətəndaş müharibəsini başlamış olur. Müharibə dörd il, e.ə. 45-ci ilədək davam etdi. “Rubikonu keçmək” ifadəsi qeyri-müəyyən, amma vacib nəticələrə gətirib çıxaran qəti addım atmaq mənasında işlədilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / rubikon

Oxşar sözlər

#rubikon nədir? #rubikon sözünün mənası #rubikon nə deməkdir? #rubikon sözünün izahı #rubikon sözünün yazılışı #rubikon necə yazılır? #rubikon sözünün düzgün yazılışı #rubikon leksik mənası #rubikon sözünün sinonimi #rubikon sözünün yaxın mənalı sözlər #rubikon sözünün əks mənası #rubikon sözünün etimologiyası #rubikon sözünün orfoqrafiyası #rubikon rusca #rubikon inglisça #rubikon fransızca #rubikon sözünün istifadəsi #sözlük